Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə3/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   2   3   4   5   6   7   8   9   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 

I FƏSİL 
 
Dağlıq Qarabağ: tarixə baxış 
 
Dağlıq Qarabağ 
(qısa arayış) 
 
Dağlıq Qarabağ - Azərbaycan ərazisində bölgə, Ermənistan tərəfindən işğal olunub. 
Bölgənin ərazisi 4,400 kv. km-dir.  
1990-cı  ildə  əhalisi  192,000-ə  çatmışdı.  Bu  əhali  ermənilərdən  (70%),  azərilərdən  (25%),  kürdlərdən, 
ruslardan və yunanlardan ibarət idi. Mərkəzi Xankəndi (Stepanakert), başqa böyük şəhəri isə Şuşa idi. 
Keçmişdə  Albaniyanın  (Qafqaz  Albaniyası)  tərkibində  idi.  E.ə.  95-ci  ildə  Erməniyyə  padşahı  II  Tiqran 
tərəfindən işğal olunmuşdu. E. IV əsrinin əvvəlində albanlar Artsağı geri qaytardılar və E 387 ilində o yenidən 
Albaniyanın  tərkibinə  daxil  oldu.  VIII  əsrdən  bəri  Albaniya  öz  ərazisində  kiçikləşirdi  və  Artsağda  Xaçın 
knyazlığı kimi mövcud idı. 
XVII  əsrin  əvvəlində  İranın,  XVIII  əsrdə  isə  Qarabağ  xanlığının  tərkibində  muxtariyyət  əldə  edirdi 
(məlikliklər).  1813-cü  ildə  Gülüstan  müqaviləsi  ilə  Dağlıq  Qarabağ  Rusiyaya  keçdi.  1822-ci  ildə  Qarabağda 
xanlıq ləğv olundu və rus höküməti oraya Türkiyədən və İrandan 1 milyondan çox erməni köçürdü.  
1923-cü  ildə  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  quruldu.  1989-cu  ildə  Azərbaycan  Parlamentinin  qərarı  ilə 
muxtariyyət ləğv olundu. 
1980-cı  illərin  sonunda  və  1990-cı  illərin  əvvəlində  bu  bölgədə  baş  verən  etnik  toqquşmalar  və 
Ermənistanın  DQMV-nı  öz  tərkibinə  birləşdirmək  tələbləri  Ermənistanla  Azərbaycan  arasında  müharibəyə 
çevrildi.  
Atəşkəs  sazişi  1994-cü  ildə  Bişkəkdə  imzalandı.  Dağlıq  Qarabağda  yerli  "hakimiyyət"  1991-ci  ildə 
“müstəqillik elan edib”. Lakin indiyə kimi bu “müstəqillik dünyada heç bir ölkə tərəfindən tanınmayıb. 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 

Qarabağ: etimologiyası, ərazisi və sərhədləri 
 
Qarabağ  Azərbaycanın  ən  qədim  tarixi  vilayətlərindən  biridir.  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan 
Qarabağın  adı  Azərbaycan  dilindəki  "qara"  və  "bağ"  sözlərindən  əmələ  gəlmişdir.  "Qara"  və  "bağ"  söz 
birləşməsi  Azərbaycan  xalqının  özü  qədər  qədim  tarixə  malikdir.  Dünyanın  hər  yerində  bu  söz  birləşməsinin 
Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının 
bir  parçasına  verdiyi  "Qarabağ"  sözü  ilk  mənbələrdə  hələ  1300  il  bundan  əvvəl  (VII  əsrdən!)  işlənmişdir. 
Qarabağ əvvəllər bir tarixi coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi 
ərazisinə  aid  edilmişdir.  Yeri  gəlmişkən,  bu  hal  Azərbaycan  üçün  xarakterikdir:  Naxçıvan  şəhəri  -  Naxçıvan 
bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.  
"Qarabağ"ın  Azərbaycanın  konkret  bir  vilayətinin,  bir  bölgəsinin  adı  kimi  formalaşması  tarixi  onun 
etimologiyasının  daha  elmi  şəkildə  izahına  imkan  verir.  Çünki  Azərbaycan  dilində  (həmçinin  başqa  türk 
dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, 
"Qarabağ"  termini  "qara  bağ",  yəni  "böyük  bağ",  "sıx  bağ",  "qalın  bağ",  "səfalı  bağ"  və  s.  mənası  kəsb  edir.
 
Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.  
Qarabağdan  bəhs  edərkən  qarşıya  əvvəlcədən  belə  bir  sual  çıxır:  Qarabağ  haradır,  Azərbaycanın  hansı 
ərazilərini  əhatə  edir?  Bu  sualın  cavabı  bu  gün  daha  aktualdır  və  erməni  separatçıları  tərəfindən  törədilmiş 
"Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk 
mənbəyə  müraciət  edək.  Vaxtı  ilə  bu  ərazini  əhatə  edən  Azərbaycan  dövlətinin  -  Qarabağ  xanlığının  vəziri 
olmuş  Mirzə  Camal  Cavanşir  özünün  "Qarabağ  tarixi"  (1847)  əsərində  bu  məsələdən  bəhs  edərkən  yazırdı: 
"Qədim  tarix  kitablarının  yazdığına  görə  Qarabağ  vilayətinin  sərhədləri  belədir:  cənub  tərəfdən  Xudafərin 
körpüsündən  Sınıq  körpüyə  qədər  -  Araz  çayıdır.  İndi  (Sınıq  körpü)  Qazax,  Şəmsəddin  və  Dəmirçi-Həsənli 
camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. 
Şərq  tərəfdən  Kür  çayıdır  ki,  Cavad  kəndində  Araz  çayına  qovuşaraq  gedib  Xəzər  dənizinə  tökülür.  Şimal 
tərəfdən  Qarabağın  Yelizavetpolla  sərhədi  Kür  çayına  qədər  -  Goran  çayıdır  və  Kür  çayı  çox  yerdən  (keçib) 
Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır". 
Rusiya  işğalı  və  müstəmləkəçiliyinin  ilk  dövründə  Qarabağın  ərazisi  və  sərhədlərinin  belə  dəqiq  təsvir 
edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa 
sözlə,  həmin  fakt  rəsmi  sənədlərə  əsaslanan  rəsmi  sözdür,  Rusiyanın  xidmətində  olan  dövlət  adamının  rəsmi 
sözüdür;  2)  digər  tərəfdən  bu  fakt  yalnız  reallığa,  təcrübəyə  əsaslanmaqla  qalmayıb  ilk  mənbələrlə  də  sübut 
olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi 
deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni 
Qarabağın  bütün  ərazisini  -  dağlarını,  düzənlərini  əhatə  edən  ümumi  bir  "Qarabağ"  anlayışı  olmuşdur.  Başqa 
sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq  niyyəti ilə Qarabağın bir hissəsinə 
verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ 
da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən 
Qarabağ)!  Özü  də  həm  düzən  (aran),  həm  də  dağlıq  Qarabağ  həmişə,  bütün  tarixi  dövrlərdə  bir  xalqın  - 
Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə 
ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.  
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə