Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə12/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   8   9   10   11   12   13   14   15   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
20 
təşəbbüsü, Stalinin yardımı ilə Qarabağın dağlıq hissəsi inzibati vahid olaraq onun aran hissəsindən ayrıldı və 
1923-cü ilin iyul ayında Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmaqla respublikanın 
altına gec partlayan mina qoyuldu.  
Azərbaycan  rəhbərliyi  o  zaman  çox  ciddi  səhvə  yol  verdi.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  yaradılarkən 
onun  tərkibinə  salınmış  yaşayış  məntəqələri  Azərbaycan  yaşayış  məntəqələri  idi.  Onların  adlarına  nəzər 
yetirmək  kifayətdir.  Bir  də  əgər  Rusiya  ordusunun  Mərkəzi  dövlət  arxivinin sənədlərinə  diqqət  yetirilsə  orada 
Azərbaycan- Ermənistan sərhədlərini əks etdirən çox qiymətli sənədlər var. Məsələn, onlardan biri belə adlanır- 
"Azərbaycan  Sovet  Sosialist  Respublikasının  mübahisəsiz  ərazisinin  Ermənistanla  sərhədinin  təsviri".  Orada 
göstərilir  ki,  Azərbaycanla  Ermənistanın  sərhədi  Sürməli  qəzasından  Araz  çayınadək  olan  əvvəlki  inzibati 
sərhəddən keçir. Sərhəd xətti Ağamzalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-
Dərələyəz qəzalarından keçərək Göyçə gölündən dönür. Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarçəqər 
kəndləri  isə  Azərbaycana  düşür.  Sərhəd  Göyçə  gölünü  yarıdan  bölür,  sonradan  Gəncə  və  İrəvan 
quberniyalarından elə keçir ki, Çubuğlu kəndi Ermənistana, Göyçə gölünün qalan şərq sahili isə Azərbaycana 
qalır.  Bu  bölgü  əsasında  Azərbaycan  ərazisinə  Gəncə  quberniyası  və  Sürməli,  Naxçıvan,  Şərur-Dərələyəz, 
İrəvan  quberniyalarının  bütün  qəzaları,  eləcə  də  Kəmərli,  Böyük-Vedi  və  Dəvəli  kəndləri  ilə  birlikdə  İrəvan 
quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir.  
Qarabağla  bağlı  növbəti  kampaniya  ikinci  dünya  müharibəsindən  sonra  başladı.  Türkiyənin  Qars  və 
Ərdahan  vilayətlərinə  iddialar  irəli  sürməklə  yanaşı  1945-ci  ilin  noyabrın  28-də  Ermənistan  Kommunist 
Partiyasının  katibi  Arutinov  Stalinə  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  ilə  bağlı  məktub  göndərib. 
Stalin  məktubu  araşdırmaq  üçün  Malenkova,  o  da  həmin  sənədi  Azərbaycan  Kommunist  Partiyasının  katibi 
Mircəfər  Bağırova  göndərdi.  1945-ci  ilin  dekabr  ayının  10-da  isə  Bağırov  Malenkova  cavab  verib.  Bağırov 
bildirib  ki,  o  bunu  məqbul  saymır  və  əgər  Moskva  təkid  edirsə  Qarabağın  verilməsi  yox,  başqa  bir  ərazi  ilə 
dəyişdirilməsi  mümkün  ola  bilər.  Bağırov  öz  cavabında  bunları  yazmışdı:  «Birincisi  Şuşa  şəhəri  müzakirə 
mövzusu ola bilməz, ikincisi Ermənistanın əhalisi bütövlükdə azərbaycanlılardan ibarət olan Vedi, Qarabağlar 
və Əzizbəyov rayonlarının Azərbaycana verilməsi, üçüncüsü isə yaxın vaxtlara qədər Azərbaycanın tərkibində 
olmuş  Dərbənd  və  Qasımkənd  rayonlarının  respublikaya  qaytarılması  şərtilə  bu  məsələyə  baxmaq  olar».  Bu 
cavabdan sonra Moskva bir də həmin dövrdə sərhədlərin dəyişdirilməsi məsələsinə qayıtmadı.  
Lakin Ermənistan rəhbərliyi 1947-ci ilin dekabrında Stalinin azərbaycanlıların Ermənistandan köçürülməsi 
haqqında  qərar  verməsinə  nail  oldu.  Burada  məsələ  heç  də  qərarda  deyildiyi  kimi,  Azərbaycanın  kənd 
təsərrüfatını  işçi  qüvvəsi  ilə  təmin  etməkdən  ibarət  deyildi.  Məsələ onda  idi  ki, Moskva  Türkiyəyə  qarşı  ərazi 
tələblərini əsaslandırmaq üçün xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyası haqqında 1945-ci 
ilin dekabrında Xalq komissarları Sovetinin qərarını elan etmişdi. Qərar 360-400 min erməninin köçürülməsini 
nəzərdə  tuturdu.  Bu  qərar  gözlənildiyinin  əksinə  olaraq  dünyada  yaxşı  qarşılanmadı.  1947-ci  ildə  bu  qərarla 
bağlı 50 mindən artıq erməni Sovet Ermənistanına gəlmişdi. Bütövlükdə isə 1946-49-cu illərdə repatriantların 
sayı  90  mindən  artıq  olmadı.  Türkiyədən  torpaq  almaq  mümkün  olmayanda  repatriantları  yerləşdirmək  üçün 
Ermənistandan azərbaycanlıların köçürülməsi haqda qərar verildi. Bu məsələlər Arutinov Stalinə ünvanlandığı 
1947-ci il 3 dekabr tarixli məktubunda öz əksini tapıb. Bu məktubdan 2 həftə qabaq noyabr ayının 21-də Siyasi 
Büroda  Azərbaycan  Kommunist  Partiyasının  məsələsi  müzakirə  edilmişdi.  Həmin  sənədlər  Rusiya  Dövlət 
Sosial  Siyasi  Tarix  Arxivində  bu  gün  də  məxfi  şəkildə  saxlanılır.  Orada  nə  baş  verdisə  Mircəfər  Bağırov 
dekabrın  3-də  azərbaycanlıların  köçürülməsi  ilə  bağlı  məsələyə  razılıq  verdi.  Təsəvvür  edin  ki,  100  min 
azərbaycanlı  evləri  və  əmanətləri  əlindən  alınaraq  doğma  yurdundan  deportasiya  edildi.  Köçürülən  əhalinin 
buna münasibəti son dərəcə mənfi idi.  
1948-ci ilin may ayının 3-də Ermənistan SSR Daxili İşlər Nazirliyi general-mayor Qriqoryanın imzası ilə 11 
səhifədən ibarət belə bir sənəd hazırlayıb: "Ermənistanın azərbaycanlı əhalisi arasında onların Azərbaycan SSR-
ə  gözlənilən  köçürülməsi  ilə  əlaqədar  əhval-ruhiyyəsi  barədə  arayış".  Orada  deyilirdi:  "Bizim  tərəfimizdən 
onların  yeni  yaşayış  yerlərinə  köçmək  istəmədiklərinə  dair,  bəzilərinin  isə  qəbiristanlığa  gedərək  yaxınlarının 
qəbri  üzərində  ağlayaraq  köçürülməməkləri  üçün  dua  etdiklərinə  dair  çoxsaylı  faktlar  qeydə  alınıb".  100  min 
insanın deportasiya edilməsində ermənilərin özlərinin təsbit etdiyi həqiqət bu idi.  
- «Dağlıq Qarabağ» termini necə yaranıb?  
-  Dağlıq  Qarabağ  terminini  Azərbaycana  sovet  hakimiyyəti  gətirib.  1921-ci  il  avqust  ayının  1-də  Şuşa 
qəzasında  sovetlərin  fövqəladə  qurultayı  keçirildi.  Orada  çıxış  edən  Mirzoyan  bildirmişdi  ki,  Zaqafqaziya 
komitəsinin  Qarabağın  dağlıq  hissəsindən  Bakıya  tabe  olan  xüsusi  inzibati  vahid  yaratmaq  qərarı  tamamilə 
doğru  və  məqsədəuyğundur.  1921-ci  ilin  sentyabrında  Siyasi  Büroda  Qarabağın  dağlıq  hissəsinə  muxtariyyət 
verilməsi  müzakirə  edilərkən  Nəriman  Nərimanov  və  Dadaş  Bünyadzadə  bunun  əleyhinə  olduğundan  qərar 
qəbul  edilmədi.  1922-ci  ilin  dekabrında  Dağlıq  Qarabağ  üzrə  Komitənin  üzvləri  olan  Qaragözov,  Şaduns, 
Manusyan,  Mirzəbekyan  Qarabağın  dağ  və  aran  inzibati  ərazi  vahidlərinə  bölünməsi  məsələsini  yenidən 
qaldırdılar.  Məsələ  ilə  bağlı  Qarayev,  Dövlətov  və  Mirzəyandan  ibarət  komissiya  təklif  hazırlayıb  Rusiya 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə