Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə23/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   19   20   21   22   23   24   25   26   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
41 
Dağlıq  Qarabağ  məsələsi  ilə  bağlı  olaraq  Qafqaz  Bürosu  ilə  Azərbaycan  arasında  münasibətləri 
kəskinləşdirməyə,  Dağlıq  Qarabağa  muxtariyyət  verilməsilə  onun  işlərinə  qarışmaq  imkanlarından  istifadə 
edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı.  
Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.  
S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən 
onun  həyata  keçirilməsinə  başlanmalı  idi.  Bununla  əlaqədar  olaraq  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi 
Rəyasət  Heyətinin  həmin  ilin  19  iyul  tarixli  iclasında  Nərimanovun  Tiflis  səfərinin  yekunları  bəyənilmiş, 
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul 
tarixli  iclasında  isə  muxtar  vilayətin  konstitusiyasının  hazırlanması  üçün  komissiya  yaradılmışdı.  Burada  bir 
məsələnin  aydınlaşdırılmasına  ehtiyac  yaranır.  Artıq  məlum  olduğu  kimi,  5  iyul  qərarı  ilə  Dağlıq  Qarabağa 
muxtariyyət  verilməsində  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinə  həlledici  rol 
ayrılmışdı.  Görünür,  1921-ci  ilin  iyulunda  Kirovun  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi 
Komitəsi  rəhbərliyinə  gətirilməsində  elə  bu  amil  də  mühüm  rol  oynamışdı.  Məhz  Kirov  faktiki  olaraq 
Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi 
və  bu  proses iki  ilədək  ləngidi.  Ona  görə  də  bu  məsələ  ətrafında Kirovun  mövqeyi  və  ona  təsir  edən  amillər 
xüsusi  olaraq  araşdırılmalıdır.  Əgər  4  iyul  iclasının  protokolundan  çıxarışa  nəzər  salsaq  görərik  ki,  o  zaman 
Kirov  Qarabağın  dağlıq  hissəsinin  Azərbaycanın  hüdudlarında  saxlanmasının  əleyhinə  çıxmış  (5,a),  onun 
Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 
Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və 
Təşkilat  Bürosunun  20  iyul  iclaslarında  və  qeyd  olunan  qərarların  qəbulunda  Kirov  da  iştirak  etmişdi. 
Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi  Bürosu  və  Təşkilat  Bürosunun  26 
sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda 
iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, 
Hüseynov)  7-si  Qafqaz  Bürosundan  Dağlıq  Qarabağın  ayrılması  haqqında  qərarın  yenidən  nəzərdən 
keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər - Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının 
qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır.
 
Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi  Təşkilat  Bürosu  üzvlərinin  iştirakı  ilə 
Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. 
Belə  ki,  həmin  iclasda  Dağlıq  Qarabağın  muxtar  vilayət  kimi  ayrılması  xüsusi  qeyddə  məqsədəuyğun  hesab 
olunmurdu.  
Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı 
ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı 
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olmasını  təsdiq  etmək  əvəzinə  ona  məcburi  muxtariyyət  verilməsi 
haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.  
Dağlıq  Qarabağa  muxtariyyət  verilməsi  dekretləşdiriləndən  4  ay  keçdikdən  sonra  belə  Azərbaycan 
Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi  Rəyasət  Heyətinin  8  oktyabr  1923-cü  ildə  Kirovun 
sədrliyilə  keçirilən  iclasında  Dağlıq  Qarabağa  muxtariyyət  verilməsi  haqqında  qərarın  əhali,  xüsusilə  türklər 
(azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu.  
Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz 
Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. 
Bu  iki  yolla  həyata  keçirilirdi.  Bir  tərəfdən  Azərbaycan  rəhbərliyi  qarşısında  tələb  qoyulur,  digər  tərəfdən 
Dağlıq  Qarabağın  idarəçiliyi  bura  xüsusi  olaraq  göndərilən  erməni  kadrları  ilə  möhkəmləndirilərək  həmin 
bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.  
Dağlıq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə 
paralel  gedirdi.  Buna  baxmayaraq,  onun  həyata  keçirilməsindəki  problemlərə  Azərbaycan  Kommunist 
(bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya 
kommunist  təşkilatlarının  I  qurultayında  Orconikidzenin  sədr  seçildiyi  Rusiya  Kommunist  (bolşeviklər) 
Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında 
da  inzibati-amirlik  üsullarına  əl  atdı.  Zaqafqaziya  Ölkə  Komitəsinin  27  oktyabr  1922-ci  il  tarixli  iclasında 
Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinə  5  iyul  qərarının  həyata  keçirilməsi  təklif 
edildi,  Karakazovun  İcraiyyə  Komitəsinin  sədri  təyin  edilməsi,  Şadunsun  məsul  işə  göndərilməsi  üçün 
Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinə  ezam  edilməsi  qərara  alındı.  Azərbaycan 
Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinin  15  dekabr  iclası  Zaqafqaziya  Ölkə  Komitəsinin 
qərarını  icra  üçün  qəbul  etdi,  Azərbaycan  SSR  Xalq  Komissarları  Soveti  yanında  Dağlıq  Qarabağ  işləri  üzrə 
Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 
iyul)  təşkil  edildi.  Bütün  bunlara  baxmayaraq  Azərbaycana  təzyiq  yenə  davam  etdirildi.  Dekabrın  22-də 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə