http://www.amu.edu.az
29 iyun 2016-cı il
ABŞ Səhiyyə Departamenti yanında rekombinant
DNT üzrə Məşvərət Məclisi Pensilvaniya Universiteti
əməkdaşlarının insanlar üzərində genetik modifikasiya
təcrübələri aparmaq xahişini bəyənib..
AZƏRTAC “therus-
siantimes.com” saytına
istinadla xəbər verir ki,
təcrübələr üç məkanda
keçiriləcək. Pensilva-
niya Universiteti ilə
yanaşı, Kaliforniya və
Hyuston universitetləri
də bu işə cəlb oluna-
caq. Alimlər CRISPR/
Cas9 texnologiyasın-
dan istifadə edəcək.
Onlar qarşılarına insanın immun hüceyrələrini yaxşılaşdır-
maq məqsədi qoyurlar. Bu, melanoma, sarkoma, miyelo-
ma və digər təhlükəli xərçəng xəstəlikləri ilə daha səmərəli
mübarizə aparmaq imkanı yaradacaq.
Eksperimentlər üçün artıq 18 könüllü seçilib. Tədqiqatlar
2 il davam edəcək.
CRISPR həmçinin PD-1 geninin fəaliyyətini pozacaq.
Bu gen limfositlərin fəallığını zəiflədir. Modifikasiya edilən
limfositlər sonradan pasiyentin orqanizminə qaytarılır və şişə
fəal həmlələr edir.
İki illik tədqiqatlara cəlb ediləcək 18 könüllü xərçəng
xəstəliyinin müxtəlif növlərindən (melanoma, sarkoma, mi-
yeloma) əziyyət çəkir. Şişlər mövcud müalicə metodlarına
davamlı olmalıdır.
II müalicə-profilaktika fakültəsinin V kurs, 340
b
qrup tələbəsi Qasımov
Omar Zaman oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sa-
yılır.
II müalicə-profilaktika fakültəsinin I kurs, 211
b
qrup tələbəsi Rüstəmova
Səidə Rəşad qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Rzayev Asəf Zulu oğluna 2002-ci ildə Azərbaycan Tibb Universiteti
tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Əliyev Azər Xosrov oğluna 1994-cü ildə Azərbaycan Tibb Universiteti
tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@amu.edu.az
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 317
ADP parlementi 1919-cu il sentyabrın
1-də Bakı Dövlət Universitetinin təsis
edilməsi haqda qərar qəbul edib. Uni-
versitetin ən böyük fakültələrindən biri
tibb fakültəsi olub.
* * *
1920-ci ildə Azərbaycan Dövlət Uni-
versitetinin tibb fakültəsinin heyətində
12 professor, 2 dosent və 27 assistent
çalışmışdır.
* * *
Universitetdə tədris işlərinə ilk
azərbaycanlı kadrlar M.Topçubaşov və
M.Mirqasımov dəvət edilmişlər.
* * *
1922-ci ildə universitetin ilk buraxılı-
şında 30 nəfər həkim diplomu almışdır.
Onlardan yalnız 3 nəfəri azərbaycanlı
olmuşdur.
* * *
Azərbaycan Tibb İnstitutunda uzun
müddət kafedra müdiri işləyən Adilə xa-
nım Şaxtaxtinskaya (1894-1951) elmlər
doktoru adını alan ilk azərbaycanlı ma-
ma-ginekoloq qadındır.
* * *
Azərbaycanın ilk qadın elmlər dok-
toru da tibb mütəxəssisi olmuşdur. Bu,
1929-ci ildə oftalmologiya sahəsində
elmlər doktoru adını almış Sona xanım
Vəlixandır.
* * *
BDU-nun tibb fakültəsində 10 il
ərzində 1407 həkim hazırlanmışdır.
* * *
Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan SSR Xalq Komissarları So-
vetinin 19 iyun 1930-cu il tarixli qərarı
ilə yaradılmışdır.
* * *
Fəaliyyətdə olduğu 10 il ərzində
ADTİ-yə (1930-1940) 4733 tələbə qəbul
olunmuşdur.
* * *
ATDİ-yə tələbə qəbulu artırılaraq
1970-1980-ci illərdə 1300 nəfərə çat-
mışdır.
* * *
1980-ci ilin 22 avqusunda yaradılma-
sının 50 illiyi münasibətilə ADTİ SSRİ
Ali Sovetinin fərmanı ilə «Qırmızı Əmək
Bayrağı Ordeni» ilə təltif edilmişdir.
* * *
Azərbaycan SSR Nazirlər Sovetinin
qərarı ilə 1991-ci ildə ADTİ Azərbaycan
Dövlət Tibb Universiteti statusunu al-
mışdır.
* * *
Universitet 1996-cı ildə dünya ali
təhsil müəssisələrinin Beynəlxalq
Reyestrinə daxil edilmişdir.
* * *
Öz fəaliyyəti dövründə Tibb
Universitetində 10 minlərlə həkim
və provizor hazırlanmışdır. ATU ali
təhsil sahəsində Avropa İttifaqı,
Mərkəzi və Şərqi Avropa ölkələri ilə
Şərqi Asiya Ölkələri arasında Tem-
pus Tasis əməkdaşlıq proqramına
görə Transavropa əməkdaşlığının
üzvüdür.
* * *
25 may 2000-ci ildə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Ko-
mandan cənab Heydər Əliyevin 425
saylı tarixi Fərmanına uyğun olaraq
Azərbaycan Tibb Universitetində hərbi-
tibbi kadrların hazırlanması məqsədilə
Hərbi Tibb Fakültəsi təsis edilmişdir.
* * *
2002-ci ildə ATU Avropa Universitetlər
Assosiasiyasına tam hüquqlu üzv qəbul
edilmişdir.
* * *
2002-ci ilin sentyabrında ATU-nun ilk
klinikası - Stomatoloji Klinika fəaliyyətə
başlayıb.
* * *
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlh a m Əliyevin Sərəncamı
əsasında Nazirlər Kabinetinin 23 no-
yabr 2006-cı il tarixli 250 saylı qərarı ilə
Azərbaycan Tibb Universitetinin Onko-
loji Klinikası yaradılıb.
* * *
2007- ci ildə Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
11 sentyabr tarixli Sərəncamı ilə
Azərbaycan Tibb Universitetinin Tədris
- Terapevtik Klinikası yaradlımışdır.
* * *
2008-ci ildə Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin 13
mart tarixli Sərəncamı ilə Azərbaycan
Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikası yaradlımışdır.
* * *
18 mart 2010-cu ildə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
50 saylı qərarı ilə Azərbaycan Tibb
Universiteti rezidentura pilləsinə ke-
çib. Fəaliyyətə başladığı 2011-ci ildən
indiyədək 255 nəfər gənc həkim-
rezidenturanı bitirib.
ATU rəqəmlərin dili ilə
ABŞ-da insan üzərində genetik
təcrübələrə icazə
verilib
Bəşəriyyətin so-
nuncu peyğəmbəri
Həzrət Məhəmməd
(səlləllahu əleyhi və
alihi və səlləm) bu-
yurmuşdur ki, Rama-
zan ayına əhəmiyyət
verməyən, bu ayda
üzünü qibləyə tut-
mayan, Allaha yalvar-
mayan və bu aydan
bəhrələnməyən
şəxslər bağışlanmayacaqlar.
Allah-təala Quranda belə
buyurmuşdur: “Məni çağı-
rın ki, Mən də sizin duanızı
qəbul edim.”
Orucluq Allahın iznilə bədəni-
mizin bütün sistemlərinə sağ-
lamlaşdırıcı təsir göstərmək qa-
bi liy yətinə malikdir. Ancaq tək
sağlamlıq üçün oruc tutmaq
məqbul sayılmır. Orucluq insan
psixikasına müsbət təsir göstərir
və nəticədə insan rahatlıq tapır.
Oruc tutan insanın beyni daha
güclü işləyir və daha qüvvətli olur.
Adi günlərdə insan daha çox qi-
dalandığı üçün orqanizmdə olan
bütün qan kütləsi qidanın həzm
olunmasına gedir. Burada məqsəd
maddələr mübadiləsinin və həzm
prosesinin yaxşı getməsidir. Qan
beyindən aşağı orqanlara axır və
həzm prosesində iştirak edir. Çox
yeməkdən sonra insanın yuxu-
sunun gəlməsi də bununla izah
edilir. Çox yeyən adamlar daha
çox yuxulu və tənbəl olurlar. An-
caq oruc tutan adamda mədə gün
ərzində boş qaldığı üçün beyin
orqanizmin öz daxili imkanları,
qanı hesabına təmizlənir. İnsanın
təfəkkürü daha açıq olur, yaddaşı
yaxşılaşır, daha sərrast hərəkət
edir və danışır. İnsan beyni qanla
yaxşı təmin olunur.
Orucluq
insan
iradəsinin
güc lən məsi üçün də vacib
şərtlərdəndir. İnsan oruc tutmaq-
la Allaha inamının güclü olduğu-
nu göstərir və gələcək çətinliklərə
də hazır olur. İnam çox mühüm
psixoloji faktordur. İnam sınanda
insan xəstələnir və psixi xəstəliyə
daha çox meyilli olur. İnanan
adamda güc və iradə olur. İnam
insanı həm güclü edir, həm də
təmizləyir.
Ümumiyyətlə, orucluq insan or-
qanizminin sağlamlığına müsbət
təsir göstərir. Bu fikrin əsası var.
Orucluq Allah tərəfindən insan-
lara məsləhət bilinibsə, şübhəsiz
ki, burada insan sağlamlığı da
əsas götürülüb. Söhbət insanın
gün ərzində bir dəfə, iki dəfə
yemək yeməsindən, yaxud heç
yeməməsindən getmir. Allah
orucu müəyyən etməklə insanları
yaxşı yola dəvət edib. Bu yollar-
dan biri də bədənin sağ-
lamlığını qorumaqdır.
Orucluğun bir ay da-
vam
etməsində
də
bir
qanunauyğunluq
var. Rəsmi təbabətdə,
xüsusilə mədə-bağırsaq
xəstəliklərində təsadüfi
deyil ki, 24-28 günlük
pəhriz təyin olunur. Oruc
dalaq, ürək, qan-damar
sisteminin
yeniləş-
məsinə, ifrazat sisteminə
də müsbət təsir göstərir.
İfrazatla bağlı əsas or-
qan böyrəkdir. Çox qida
qəbul edilməsi böyrəyin
yükünü artırır. Oruc tutan adamın
böyrəkləri dincəlir və bu, onun
normal fəaliyyətini gücləndirir.
Məhəmməd Peyğəmbər (s.ə.s.)
orucluğun sağlamlığa təsi ri ilə
bağlı buyurub: “Oruc tutun və siz
daha sağlam olacaqsınız.”
Həkimlərin rəyinə görə, oruc-
luq hüceyrələrin immunitet yara-
dan maddələrini artırmaqla, im-
mun sistemini möhkəmləndirir.
Piylənmənin, mədə yarasının
ya ran masına ən çox səbəb olan
turşuluğun artmasının qarşısını
alır. Ac qalmaq orqanizmin ener-
jisini artırır və onu təlimatlandırır,
həmçinin yaddaşı yaxşılaşdrır.
İslam dünyası üçün bö-
yük əhəmiyyət kəsb edən bu
müqəddəs
günlərdə
bütün
müsəlman qardaş və bacılarımıza
böyük əzm və fədakarlıq diləyir
və deyirik:
Allah orucunuzu qəbul etsin!
Hazırladı: Zoheir Mirzacani,
Azərbaycanda təhsil alan iranlı
tələbələrin Elmi - Mədəni və İdman
Birliyinin sədri
“Orucluq və sağlamlıq”