Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə18/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   14   15   16   17   18   19   20   21   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

7 3


Sxemlər 
-
ümumi bədəni göstərən işarə 
-
ümumi bədəni, qollan və qıçlan göstərən işarə 
-
oğlanların başım göstərən işarə 
-
qızların başını göstərən işarə 
-
oğlanlar sağa baxarkən 
-
qızlar sağa baxarkən 
-
oğlanlar sola baxarkən 
-
qızlar sola baxarkən 
-
oğlanlan təsvir edən işarə 
-
qızlan təsvir edən işarə 
-
oğlanlann qol hərəkəti 
-
qızlann qol hərəkəti 
Dağlarda çiçək 
Dağlarda çiçək, dərrəm, sataram. 
Bir üzügöyçək hardan taparam. 
Haray dillərindən, 
O qara tellərindən. 
Hərgah izin versən, balam. 
Öpərəm ləblərindən. 
Bağlarda alma, dərrəm, sataram. 
Uzaqda durma, gəlləm, taparam. 
Haray dillərindən, 
O qara tellərindən. 
Hərgah izin versən, balam, 
Öpərəm ləblərindən. 
7 4


Qalada yatmış ydim 
Qalada yatmış idim, 
Top atdılar, oyanmadım. 
Sazilən, söhbətdən oyatdılar,.. 
Çaldılar, oxudular, 
Oynadılar, şad oldular. 
Danışıb söhbəti də uzatdılar... 
Oyun-ssenarilər 
Müstəqillik hüququ və dövlət quruculuğu yolunda uğurla 
irəliləyən respublikamızda təhsil islahatının reallaşmasına etibarlı 
zəmin yaranmışdır. Mövcud durumda və şəraitdə soy- kökümüzə, 
milli mentalitetimizə, xalqımızın əxlaqına, milli- mənəvi 
normalarına, qəhrəmanlıq yolu tarixinə, parlaq şəxsiyyətlərinə 
hörmət, vətənə bağlılıq, düşmənə nifrət oyadılma- sında, eləcə də 
anaya, ataya, dosta, yoldaşa, qohum-əqrabaya sağlam münasibət 
formalaşdırmaqda, ətraf aləmdəki intəhasız gözəlliklərə 
sevgi-məhəbbət hisslərini aşılamaqda kütləvi tədbirlərin rolu 
böyükdür. Bunun üçün əvvəlcədən məktəbəqədər tərbiyə 
müəssisələrinin imkanlarını, şəraitini, qüvvəsini, eləcə də 
uşaqların meyl-marağını nəzərdə tutan yığcam ssenarilər 
hazırlanmalıdır. 
Burada verdiyimiz didaktik oyunların mətni təxmini 
olmaqla əməli metodik xarakter daşıyır. Bunlardan bəhrələnən 
tərbiyəçi-müəllim həmin mətnlərə balacalann məlumatlılıq 
dərəcəsinə, yaşına, söz ehtiyatma, tələffüz vərdişlərinə, 
anlama-qavrayış səviyyəsinə, psixikasına uyğun olaraq istədiyi 
formada müdaxilə etməkdə ixtiyarlıdır. Lakin oyun-ssenarilər 
yığcam, lakonik, ifadəli və anlaşıqlı olmalı, balacaların qəlbində 
dərin iz buraxmalıdır. Qarşıya qoyulmuş metodoloji- didaktik 
məqsədə nail olmaq üçün ciddi hazırlıq işləri görülməli, səmərəli 
məşqlər apanimalı, rollar düzgün bölünməli, dekorasiyalardan, 
qrim materiallarından, geyimdən dəqiqlik və səriştəliliklə istifadə 
edilməlidir. 
7 5


Bütün hallarda müəssisənin real imkanı nəzərə alınmalı, 
tədbirin tərbiyəedici, təsiredici, öyrədici və təlqinedici motivləri 
ön plana çəkilməlidir. 
Təqdim etdiyimiz ssenarilərdə ümumən oyunlann didaktik 
məqsəd, məram və məzmunu uşaqlan ölkəmizin ayn- ayn 
regionlan, şəhər və qəsəbələri, keşməkeşli tarixi, ölməz 
qəhrəmanlan, xalqımızın zəngin mədəniyyəti, mənəvi dəyərlərilə 
tanış etmək, balacaların milli zəmində bö)diyüb tərbiyə almasını, 
məktəb təliminə hazırlanmasını təmin etməkdir. 
Oyunun təşkilində aşağıdakı qaydalar gözlənilməlidir. 
1.
Uşaqların seçilməsi. 
2.
Hazırlanmış materiallann paylanması və öyrədilməsi 
3.
Əyani vəsaitlərdən istifadə olunması 
4.
Texniki təlim vasitələrindən istifadə edilməsi 
5.
Oyuncaqlarla davranış qaydalannm öyrədilməsi. 
Oyunun gedişi prosesində tərbiyəçi uşaqlan hazır 
materiallarla tanış edir. Tərbiyəçi musiqi alətlərindən istifadə 
etməklə yanaşı, maqnitafon lentindən və uşaq musiqi alətlərindən 
də bəhrələnə bilər. Belə oyunlan müxtəlif növlər üzrə sistemə 
salmaq lazımdır. 
Hər bir didaktik oyunun sonunda fəallıq göstərən, verilmiş 
suallara daha düzgün cavab verən, təmrinləri tez və qüsursuz 
yerinə yetirən uşaqlara və bütövlükdə fərqlənən komandaya 
təntənəli şəraitdə hədiyyələr təqdim olunmalıdır. 
Mühakimənizə verdiyimiz oyun-ssenariləri şərti olaraq üç 
ümumi başlıq altında birləşdirmişik: «Yaddan çıxmaz Qarabağ». 
«Biz sizdən öyrəndik qəhrəmanlığı», «Bir kərə yüksələn bayraq 
bir daha enməz». 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə