Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə19/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   15   16   17   18   19   20   21   22   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Yaddan çıxmaz Qarabağ 
Zal səliqə-sahmana salınıb. Səhnə qaranlığa qərq olub. 
Top-tüfəngin insanı vahiməyə salan səsi eşidilir (maqnitofon 
lentindən). 
Bir azdan zal işıqlandınlır. Səssizlikdir. Əminə Yusif- 
7 6


qızının yanıqlı ifasında səsləndirilən şer parçalan divarlan titrədir: 
Biz yatdıqca, yağı düşmən oyandı, 
Ağlımızdan Göyçə qana boyandı. 
Məhşər qopdu, zülm ərşə dayandı. 
Qədim Göyçə bir gecədə yad oldu. 
Dünya bizə başdan-başa od odlu. 
Dərəçiçək, Vedibasar bo)mnca. 
Susamış div qanım içdi doyunca. 
Zəngəzurda alov ərşə dəyincə, 
Ərş üzündən bəla endi Gümrüyə. 
Ərşə qalxdı od kükrəyə-kükrəyə. 
Əzablıdı bu taleyi düşünmək. 
Bizə qənim yeri, göyü düşünmək, 
Bir doğmanı, bir ögeyi düşünmək. 
Yurd itirmək dünya qeybi deməkdi. 
Yurd itirmək xalqın eyni deməkdi. 
İndi kimsə doğma olub, biz ögey. 
Yağı çıxdı bizə torpaq, bizə göy. 
Yer üzünün eşrəfiydik bir zaman, 
Bizə həsəd apanrdı bu cahan. 
Əmr edərdik fələklərlə canhacan. 
Sonra bizi yaman ucuz tutdular, 
Hər yönünə biz uduzduq, uddular. 
Apancılar görünürlər. Onlar çox həyəcanlıdırlar. 
1-
ci apancı. Əziz uşaqlar, hörmətli valideynlər, bu günkü 
tədbir-oyımumuz qəribə səslənsə də maraqlı, düşündürücü, həm 
də qəmlidir. 
2-
ci apancı. Bu dərd bizim hamımızın dərdi, bəlası və 
ələmidir. 
1-
ci apancı. Erməni faşistlərinin azərbaycanlılan öz ata- 
baba yurdundan qovması, onlan öldürməsi nə dünənin, nə də bu 
günün söhbətidi. Yüz ildən çoxdu ki, bizim qızıl qanımızı içir 
namərd qonşulanmız. 
2-
ci apancı. Qədim zamanlardan onlar dədə-babalanmızı 
7 7


torpaqlarından, doğma yurdlarından vəhşicəsinə didərgin salırlar. 
1-
ci aparıcı. Bu dərd-bəla bədənimizdə sağalmaz yaraya 
çevrilib, göy-nərtisi kəsilmir ki, kəsilmir. Bu rəqəmi yadınızda 
yaxşı saxlayın. Rusiyaya birləşdirilən zaman İrəvan xanlığının 
əhalisinin 73,8 faizi azərbaycanlı idi! 
2-
ci aparıcı. Sonralar erməni vilayəti adlandınlan bu 
ərazidə azərbaycanlıların sayı qəsdən xeyli azaldıldı. Ötən əsrin 
axınnda isə 50 faizə endirildi. 
1-
ci aparıcı. Hələ də çoxlarına bir sirr olaraq qalır, necə 
olub ki. Zəngəzur qəzası Ermənistana daxil edilib? 
2-
ci aparıcı. Axı Zəngəzur ərazisində o dövrdə yaradılmış 
3 rayondan ikisinin - Qafan və Sisyan rayonunun əhalisinin çoxu 
azərbaycanlı idi. 
1-
ci aparıcı. Dəhşətli hal budur ki, ötən əsrdə əhalisinin 
çoxu azərbaycanlı olan bu muxtar respublikada indi bir nəfər də 
azərbaycanlı qalmayıb. 
2-
ci aparıcı. Halbuki, ermənilərin əsl vətəni kiçik 
Asiyada, Rusiyanın sərhədlərindən kənarda yerləşir. 
1-
ci aparıcı. Bəli, böyüklərimizin maymaqlığı ucbatından 
ermənilər ata-babalanmıza, qadınlanmıza, qızlarımıza, hətta 
körpələrimizə 
amansız 
divan 
tutmuş, 
torpaqlarımıza 
yiyələnmişlər. 
2-
ci aparıcı. XX əsrin əvvəlindən bəri 4 dəfə iyrənc 
Qarabağ savaşının qurbanı olmuş başıbəlalı Azərbaycan xalqı 
düşmənə Dərələyəzi, Göyçəni, Vedibasan, Dilican dərəsini 
hədiyyə verdiyi kimi, qədim və gözəl Zəngəzur torpaqlanm da 
pay vermişdir. 
1-
ci aparıcı. O dövrdə heç kəs fikirləşməyib ki, bu dəhşətli 
səhvlər sonralar başımıza olmazın müsibətlər açacaq. 
2-
ci aparıcı. Elə açdı da! Hazırda torpaqlanmızm 20 faizi 
düşmən tapdağı altındadır. Bir milyondan çox əhalimiz qaçqın, 
köçkün həyatı keçirir. Çadırlarda, zirzəmilərdə, vaqonlarda 
əzab-əziyyət çəkir. 
7 8


üç nəfər səhnəyə daxil olur. 
1-
ci uşaq; 
Əzizim yolu qarlı, 
Zəngəzur qolu bağlı. 
Gözüm Göyçə gölündə 
Onun da gözü bağlı. 
2-
ci uşaq: 
Əzizim ala dağa, 
Gün düşər ala dağa. 
Mən qara dağ əhliyəm. 
Yaz məni qara dağa. 
3-
cü uşaq; 
Əzizinəm dilən, gəz. 
Dara zülfün, dilən gəz. 
Qürbətdə xan olunca, 
Vətənində dilən gəz. 
Oyun sona yetir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə