Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə27/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   23   24   25   26   27   28   29   30   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

102


III
 
FƏSİL. DİDAKTİKANIN BƏZİ MƏSƏLƏLƏRİ 
Təqdim edilən «Didaktika» adlı fəsil hazırlanarkən 
müxtəlif dövrlərdə dünya və Azərbaycan pedaqoji fikir 
nümayəndələrinin didaktik fikirlərinə istinad edilmiş dəyərli 
cəhətlər nəzərə alınmışdır. Xüsusilə respublikamızda müx- tələif 
vaxtlarda görkəmli alim - pedaqoqlar tərəfindən nəşr olunan 
pedaqogika dərsliklərindəki «Didaktika» bölməsi geniş təhlil 
süzgəcindən keçirilmiş, orada didaktik problemlərin qoyuluşu 
ətraflı öyrənilmişdir. 
Məlumdur ki, Azərbaycanın müstəqil inkişaf yolu ilə 
irəliləməsi təhsil və elm sahəsində müstəqil dövlət siyasətinin 
həyata keçirilməsini tələb edir. Təhsil Qanunu milli zəminə, 
ümümbəşəri dəyərlərlə əsaslanmaqla fasiləsiz təhsil sistemi 
yaratmağı irəli sürür. Bütün bunlar təhsilin bütün pillələrində 
təlimin qanun və qanunauyğunluqlanna, prinsiplərinə, metod- 
lanna, təşkili formalarına, bütövlükdə didaktika problemlərinin 
qoyuluşuna yeni mövqedən yanaşmağı tələb edir. 
Məlumdur ki, müasir məktəb didaktikası ənənəvi yolla 
inkişaf edə bilməz. Ümumtəhsil məktəbinin hər bir mərhələsi, 
orada təlim prosesinin quruluşu özünün spesifikliyi ilə xarakterizə 
olunur. Ona görə də burada tədris prosesinin çoxsahəli inkişafını, 
məqsəd və vəzifələrini həyata keçirmək üçün orta məktəbin 
spesifik təlim nəzəriyyəsi olmalıdır. Bu nəzərİ
30
^ənin də əsasını 
orta məktəb didaktikası təşkil edir. 
Orta məktəbdə elmlərin əsaslan öyrədilir, gənclərə orta 
təhsil verilir və bu on bir illik təhsil müddətini əhatə edir. Orta 
məktəbdə tədris prosessinin təşkili, təhsilin məzmunu, forma və 
üsullannm qoyuluşunda da əsaslı fərq olduğundan orta məktəb 
didaktikasının yaranması zərurəti meydana çıxır. 
Digər tərəfdən indiyə qədər nəşr olunan «Pedaqogika» 
dərsliklərində verilən «Didaktika» bölməsi çox da böyük olmayan 
həcmdə verilmişdir. Təlimin əsas məsələlərinin şərhi qısa şəkildə 
təqdim edilir, təlimin üsul və prinsiplərinin tətbiqində orta 
məktəbin spesifikası nəzərə alınmır, məktəb təcrübəsindən 
nümunələrə, müəllimlərin iş təcrübəsinə çox az 
103


hallarda müraciət olunur. 
Fəsildə təlimin mahiyyəti, məzmunu, metodlan, prinsipləri 
və təşkili formalan haqqında məsələlərin ətraflı, sistemli şəkildə 
işıqlandırılmasına imkan verən materiallar toplanmışdır. 
Qabaqcıl təcrübədən istifadə edərək biz şagirdlərin təhsil 
almaq üçün zəruri olan biliklərin, bacanq və vərdişlərin 
mənimsənilməsində uğurlu nəticələrə gətirib çıxara bilən didaktik 
işin sistemini müəyyənləşdirməyə çalışmışıq. Bunun üçün uzun 
illər ərzinqdə apanlan elmi axtanşlar və tədqiqatlar, mühazirə və 
seminar, konfrans və elmi seminarlar- dakı çıxışlar, ümumtəhsil 
məktəblərində şəxsi müşahidələr nəticəsində toplanılan 
məlumatlardan bir mənbə kimi istifadə olunmuşdur. 
Bu günə qədər respublikamızda görkəmli alimlərimiz: 
M.Mehdizadə, (M.Muradxanov, T.Əfəndiyev, İ.Vəlixanlı ilə 
birgə), M.Muradxanov (Ə.Həşimov, İ.Vəlixanlı, E.Əfəndiyev, 
A.Kərimov, B.Axundov və M.Məmmədovla birgə), Y.Talı- bov, 
Ə. Ağayev (1. İsayev və A. Eminovlə birgə), N. Kazımov (bir 
dərsliyi Ə. Həşimovla, ikisini müstəqil müəllif kimi), Ə. Həşimov 
(F.Sadıqovla birgə), A.Abbasov, H.Əlizadə, Ə.Paşa- yev, F. 
Rüstəmov kimi müəlliflər tərəfindən hazırlanan «Pedaqogika», 
«Məktəb pedaqogikası», «Ali məktəb pedaqogikası» adlı dərslik 
və dərs vəsaitilərinində verilmiş didaktika bölmələrinin həm 
oxşar, həm də fərqli cəhətləri vardır. SSRİ məkanmda hazırlanmış 
didaktikalan nəzərə almasaq, qalanla- nmn hamısı müstəqillik 
qazandığımız dövrlərdə hazırlandığı üçün onlann hamısı 
metodologiyasına, milli koloritinə, milli və bəşəri dəyərləri 
özündə əks etdirməsinə, Azərbaycan təhsilinin dünya təhsil 
sisteminə inteqrasiya tələblərinə cavab verməsinə və 
respublikamızın reallığına əsaslanması baxımından tərtib 
edilməsi yaxşı təsir bağışlayır. Bu müəlliflərin içərisində 
professor Nurəddin Kazımovun didaktikası həm həcminə, həm də 
məzmununa görə diqqəti daha çox cəlb edir. Müəllifin 
didaktikanın üsullan, prinsipləri, qanunauyğunluqlan barədə irəli 
sürdüyü yeni konsepsiyalar Azərbaycan didakti 
104


kası ilə yanaşı beynəlxalq mühitdə mövcud olan elmi 
didaktikalann zənginləşməsinə öz müsbət təsirini göstərmək 
baxımınmdan tədqirəlayiqdir. 
Biz didaktika bölməsini hazırlayarkən yuxanda adlan 
çəkilən görkəmli pedaqoqlanmızın ən faydalı didaktik 
ənənələrinə kölgə salmadan problemin ümumi məsələləri barədə 
söhbət açmağı məqsədəuyğun hesab etmişik. Didaktika 
bölməsinin hazırlanmasında mənimlə birlikdə pedaqoji elmlər 
namizədi Şikar Hüseynov da yaxından iştirak etmişdir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə