Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə25/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   21   22   23   24   25   26   27   28   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

«El gücü, sel gücü» oyunu 
Müəssisənin zalı bayramsayağı bəzədilib. Zalın görkəmli 
yerlərində «El gücü, sel gücü», «El bir olsa dağ oynadan>, «El 
ağzı faldiD), «Ellər köçər, dağlar qalan>, «Güc birlikdədin> 
trafaretləri vurulub. Yuxan başda 4 nəfərdən ibarət münsiflər 
heyəti əyləşib. 
Şagirdlərin stollan zalın kvadratı boyu 2 cərgəyə düzülüb. 
Maqnitofonda M.Maqomayevin «Azərbaycan» (özünün ifasında) 
mahnısı səsləndirilir. Mahm sona çatır, apancılar (2 nəfər) qabağa 
çıxır. 
1-
ci apancı: Xoş gəlmisiniz, əziz dostlar! 
2-
ci apancı: Mən sizi bu günkü oyunumuzun şərti ilə 
9 6


tanış edirəm. Bizim verdiyimiz suallar «A» ve «B» komandasının 
hər ikisinə aiddir. 
1-
ci apancı: Kim suala cavab vermək istəyirsə
komandanın rəhbərinin göstərişi ilə əlini qaldınr və cavabını 
söyləyir. 
2-
ci apancı: Sonda fərqlənən komandalara hediyyelot’ 
təqdim olunacaq. Beləliklə mövzu ilə əlaqədar suallanmızı 
diqqətinizə yetiririk. 
1-
ci sual: Azərbaycan xalqının birliyi uğrunda 
çalışanlardan kimlərin adlannı çəkə bilərsiniz? 
«A» komandası: Cavanşir, Babək, Koroğlu, Ş.İ.Xətai, 
H.Əliyev 
-
Doğrudur. 
2-
ci sual: Şah İsmayıl Xətai hakimiyyətinə qədər 
Azərbaycan nə vəziyyətdə idi? 
«B» komandasının uşaqlanndan biri fikirləşir, vaxtın 
tamamında komandanın rəhbəri deyir ki, sualı bilmirik. 
2-ci apancı: Onda «A» cavab versin. 
Anar: O vaxtadək Azərbaycan ayn-ayn xanlıqlardan ibarət 
olub. 
-
Düzdür. 
3 sual: Bu dövlət, yəni Şah İsmayıl Xətainin yaratdığı 
qüdrətli Səfəvilər dövləti nə üçün dağıldı? 
Sualımız «B» komandasına aiddir. 
«B» komandasından Afiyət: Şah babamız öləndən sonra 
hakimiyyət üstündə dava düşüb, narazılıq yaranıb. Ona görə də 
birlik pozulub. 
-
Elədir. 
1-ci apancı: Gördüyünüz trafaretlərdə yazılanlar («El gücü, 
sel gücü», «Ellər köçər, dağlar qalan>) kimin sözləridir? 
«A» komandasından Zahid: Bu sözləri xalq yaradıb. 
Bunlara «atalar sözü» deyirlər. 
-
Əhsən, Zahid. Xalqımız həm də ölməz mahnı ve rəqslər 
yaradıb. Onlann yaranma tarixi çox qədimdir. 
97 


2-ci apancı: 
Zalım mənlə bir amansız şərt bağladı, 
Cəllad oldu, bağlaşmanı sərt bağladı. 
Qollanmı qəm sandı, dərd bağladı. 
Sinəm üstdən keçən xışla banşmaram. 
Bu şeri kim yazıb? 
«A» komandasından Möhlət əlini birinci qaldınr və cavab 
verir: Zəlimxan Yaqub. 
-
Doğrudur. 
1-
ci apancı: Diqqət. Bir şerdən söylədiyim misralann 
müəllifinin adını deməlisiniz. 
Çəkməliyik, bizə dərdi zaman verib. 
Alan deyil, verdiyini zaman verib. 
Sənə güllə atanlara aman verib. 
Qan yaradan sızılanda səbr eləmə! 
«A» komandasından sualı Tərlan cavablandınr: Musa 
Yaqubun sözləridir. 
-
Doğrudur. 
«A» komandası qalib hesab olunur. 
2-
ci aparıcı: Uşaqlar, axırda bayaq xatırladığınız gözəl 
mahnı-rəqslərimizdən birini bağçamızın rəqs kollektivi ifa 
edəcək. 
8 oğlan görünür. 
«Qalada yatmış idim» havasının xoş melodiyasının 
sədalan altında 8 nəfər oğlan irəli çıxır. 
Əvvəlcə 1-ci və 4-cü taktlarda oğlanlar rəqs etməyə 
başlayırlar. Əl-ələ tutmuş həmin oğlanlar məzəli hərəkətlərlə 
dövrə vururlar. 
5-6-cı taktlarda üz-üzə dayanırlar. 
7-
8-ci taktlarda üz-üzə gəlirlər. «Top atdılar 
oyanmadım» sözündən sonra əllərini bir-birinə vurmaqla həm də 
ayaqlannı bərkdən yerə vurmaqla hey qışqınrlar. 
9-
10-cu taktlarda geri çəkilir, mahnıdakı «Saz ilə, 
söhbət ilə» sözləri səslənəndə saz çalırlarmış kimi hərəkət edirlər. 
11-12-ci taktlarda mahnının «çaldılar, oxudular» sözləri 
98 


səslənəndən sonra rəqqaslar 1 dəfə əl çalıb, sağ əlini 
müğənnisayağı qulağının dibinə qoyur. 1 dəfə isə əl çalıb sol əlini 
qulağının dibinə apanr. 
13-
cü taktda dövrə vurub qol-boyun süzürlər. 
14-
15-ci taktlarda rəqqaslar ortanı tərk edirlər. 
Oyun sona çatır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə