Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


N. Kazımov Məktəb pedaqogikası, Bakı, Caşıoğlu, 2002, səh. 114



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə33/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   29   30   31   32   33   34   35   36   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

 N. Kazımov Məktəb pedaqogikası, Bakı, Caşıoğlu, 2002, səh. 114 
131


1.
Məktəbəqədər təhsil
Buraya ailədə, körpələr evi, uşaq 
bağçalannda həyata keçirilən təlim, tərbiyə və təhsil işləri 
daxildir. Uşaq bağçalarının hazırlıq qruplarında həyata keçirilən 
ilkin təhsil işi fasiləsiz təhsil sisteminin başlanğıcı hesab olunur. 
Fərəhli hal kimi qeyd olunmalıdır ki, son onillikdə müxtəlif 
nazirliklərin idarə və təşkilatlann tabeliyində fəaliyyət göstərən 
uşaq bağçalan ilə yanaşı, qeyri - dövlət sektorunun, yəni özəl 
müəssisələrin nəzdində də təşkil olunan məktəbəqədər tərbiyə 
müəssisələrində hazırlıq qruplannda uşaqlann fasiləsiz təhsilə 
başlaması sahəsində faydalı işlər görülür. ' 
2.
İbtidai təhsil və natamam orta təhsil
Bir sıra ölkələrdə 
ibtidai təhsil I - III; I - IV; I - V; hətta I - VI sinifləri, natamam orta 
təhsil isə I - VII; I - VIII və I - IX sinifləri əhatə etsə də ölkəmizdə 
ibtidai təhsil I - IV sinifləri; natamam orta təhsil isə I - IX sinifləri 
əhatə edir. 
3.
Ümumi orta təhsil
I - XI sinifləri əhatə edən ümumi orta 
təhsil fasiləsiz təhsil sisteminin baza mərhələsini təşkil edir. 
4.
Texniki peşə təhsili.
Ümumi orta təhsil bazası əsasında 
fəaliyyət göstərən texniki peşə təhsili müəssisələri (peşə məktəbi, 
peşə litseyi və s.) xalq təsərrüfatmm müxtəlif sahələri üçün 
ixtisaslı fəhlələr və ustalar hazırlayır. 
5.
Orta ixtisas təhsili
Fasiləsiz təhsil sisteminin apancı tərkib 
hissələrindən biri olan orta ixtisas təhsili ali təhsilin əsas bazası 
hesab olunur. Amerikada və Avropanın bir sıra ölkəsində buna 
assosiasiya təhsili də deyilir. Məsələn ABŞ- m bir neçə ştat 
universitetlərində bağça, məktəb, orta ixtisas və ali təhsil sistemi 
mövcuddur. Həmin universitetlərin orta ixtisas məktəblərini 
bitirənlərə assosiasiya diplomu verilir. 
Ölkəmizdə isə orta ixtisas təhsili sistemi, texniki, iqtisadi 
və sosial sahələri üzrə kiçik mütəxəssis hazırlığını əhatə edir. 
Texnikumlar, kolleclər, seminariyalar, gimnaziyalar və sair bu 
sistemə daxildir. 
6.
Ali təhsil
Fasiləsiz təhsil sistemində mühüm yer tutan ali 
bilik çoxpilləli təhsil şəbəkələrini özündə əks etdirir. 
132


ölkəmizdə ali tibb təhsili istisna olmaqla ımiversitetlərdə, 
institutlarda, akademiyalarda, elm və təhsil mərkəzlərində ali 
təhsil bakalavr və magistr (tibb təhsili verən ali təhsil 
müəssisələrində magistr pillələrini ordinatura əvəz edir ) 
pillələrində həyata keçirilir. 
7.
İxtisasartırma təhsili
Fasiləsiz təhsil sisteminə daxil olan 
ixtisasartırma təhsili xalq təsərrüfatmm müxtəlif sahələrində 
çalışan mütəxəssislərin (müəllim, həkim, mühəndis, texnoloq, 
kənd təsərrüfatı mütəxəssisi və s.) ixtisaslannın artırılması və 
yenidən hazırlanması ilə məşğul olur. 
8.
Aspirantura təhsili.
Ölkəmizdə fəaliyyət göstərən 
universitetlərdə, akdemiyalarda, elmi-tədqiqat institutlannda
habelə özəl universitetlərdə aspirantura təhsili (həm də 
dissertantura yolu ilə, tam ali təhsilli mütəxəssisləri elmi dərəcələr 
almağa istiqamətləndirilir, həyata keçirilir. Aspirantura təhsilinin 
əyani formasmda təhsil müddəti 3, qiyabi təhsil formasında isə 4 
ildir. Dissertantura təhsili 5 illikdir. 
9.
Doktorantura təhsili
Fasiləsiz təhsil sisteminin zirvəsi 
hesab 
olunan 
doktorantura 
təhsili 
universitetlərdə, 
akademiyalarda, sahə elmi-tədqiqat institutlannda mütəxəssislərin 
ən ali elmi dərəcə almalanna istiqamət verir. 
10.
ÖzünütəhsiL
Özünütəhsil hər bir adamın öz arzusu, 
marağı, meyli və şəxsi təşəbbüsü ilə mütaliə və kütləvi 
informasiya (radio, televiziya, qəzet, jurnal və s.) vasitələri əldə 
etdiyi təhsildir. Elmi-texniki tərəqqi dövrünün son nailiyyətləri 
hesab olunan kompüter texnologiyalan, internet şəbəkələri və sair 
vasitəsilə qazanılan təhsil özünütəhsilin ən populyar növü hesab 
olunur. 
11.
Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrində, 
0
cümlədən birlik, stansiya, mərkəz, klub, lektoriya, park, saray, 
dəmək, cəmiyyət, büro və sair bu kimi adlar altında fəaliyyət 
göstərən müəssisələr də fasiləsiz təhsil şəbəkələrinə daxildirlər. 
12. 
Distant təhsil, məsafədən təhsil
Hazırda bir sıra ölkələrdə, 
0
cümlədən ABŞ-da, Avropanm bir sıra ölkələrində, Rusiyada 
tətbiq olunan distant təhsil təhsil alman təhsil 
133


müəssisəsinə gəlmədən poçt rabitəsi, internet şəbəkəsi yolu ilə 
aldığı təhsil formasıdır - Qərb ölkələrində həm orta, həm də ali 
təhsil müəssisələrində distant təhsil forması fəaliyyət göstərir. 
Fasiləsiz təhsil sisteminin şəbəkəsinə daxil olan əksər 
formalar əsasında həyata keçirilən işlər barədə kifayət qədər 
ədəbiyyatın olmasını nəzərə alaraq, biz yalnız magistratura və 
distant təhsilinin təşkili ilə bağlı bəzi tövsiyələrimizi və təhsilin 
baklavr və magistr pillələrində təcrübələrin təşkili və 
keçirilməsilə bağlı bəzi metodik göstərişlərin verilməsini daha 
məqsədəuyğun hesab etdik. Fikrimizcə, bu gün ali təhsil 
müəssisələrində təhsilin magistratura pilləsində həm müəllimlərə, 
həm də magistrantlara magistr proqramlanna qoyulan tələblər, 
magistr dissertasiyalarmın hazırlanması, təhsilin həm bakalavr
həm də magistr pillələrində təcrübələrin təşkili və keçirilməsilə 
bağlı bir sıra tövsiyələrin və metodik göstərişlərin verilməsinə 
daha çox ehtiyac vardır. 
Həmçinin ölkəmizin vətəndaşlanna distant təhsil haqqında 
da məlumat verilməsini məqsədəuyğun hesab edirik. 
Respublikamızda təhsilin bu forması hələ ki, tətbiq edilməsə də, 
Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiya olunduğu 
hazırki şəraitdə distant təhsil barədə pedaqoji ədəbiyyatda 
məlumat verilməsinə ehtiyac duyulur. Bu ehtiyacı yaradan zəruri 
cəhətlər çoxdur. Onlardan biri əgər ölkəmizin vətəndaş- lannın 
artıq Rusiyada, Avropada mövcud olan açıq universitetlərdə 
distant yolla təhsil almağa maraq göstərmələridirsə, digəri isə 
gələcəkdə respublikamızda da distant təhsil formasının 
yaradılmasma göstərilən təşəbbüslərin reallaşması ilə bağlı 
proqnozlann özünü bariz şəkildə göstərməsidir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə