Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə31/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   27   28   29   30   31   32   33   34   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

124


3.2.
 
Didaktikanın tədqiqat üsullan 
Pedaqogika dərsliklərində öz əksini tapan didaktika 
bölmələrinin böyük əksəriyyətində didaktikamn tədqiqat üsullan 
barədə melumat verilmir. Bu ommia izah edilməlidir ki, 
pedaqogika dərsliklərində, dərs vəsaitlərində müəlliflər 
pedaqogikamn tədqiqat metodlan adı altında verilən fəsillərdə, 
yanmfəsillərde həmin tədqiqat metodlannı həm təlimə, həm 
tərbiyəyə aid edirlər. Hətta müəlliflərin bəziləri həmin üsullan 
pedaqogikanın elmi - tədqiqat metodlan (A.Abbasov, F.Rüstə- 
mov), pedaqoji tədqiqat üsullan (N.Kazımov) adlandınrlar. 
Fikrimizcə didaktikanın tədqiqat üsullannm pedaqogikanın 
tədqiqat üsullanndan təcrid edərək müstəqil şəkildə şərh olunması 
daha meqsədəuyğımdur. Bir halda ki, bir sıra Avropa ölkələrində, 
hətta Rusiyada didaktika müstəqil elm sahəsi kimi təqdim edilir, 
həmin müstəqil elm sahəsinin tədqiqat üsullan ilə bağlı fikir 
yürütmək şübhəsiz kitləvi hall kimi qiymətləndirilmişdir. Bütün 
bunlan nəzərə alıb bu yanmfəsildə didaktikanın tədqiqat üsullan 
barədə yığcam şəkildə məlumat verəcəyik. 
Nəzərdən keçirdiyimz didaktika adı altında nəşr olunan 
materiallarda ümumi didaktikanm tədqiqat üsullan deyəndə 
əsasən müşahidə, müsahibə, anketləşdirmə, məktəb sənədlərinin 
və şagirdlərin yaradıcı məhsullannm örənilməsi, pedaqoji 
eksperiment və s. belə üsullardan hesab olunur. 
Bir sıra müəlliflər (A.Abbasov, H.Əlizadə) nəzəri tədqiqat 
üsullan deyəndə təhlil, tərkib, induksiya, deduksiyanı, praktik 
tədqiqat üsullan deyəndə isə müşaiıidə, müsahibə, anketləşdirmə, 
fəaliyyət məhsullannm və məktəb sənədlərinin öyrənilməsini 
sosial tədqiqat metodlannı, modelləşdirməni, testləşdirməni, 
induktivliyi 
və deduktivliyi nəzərdə tutur (Ə.Paşayev, 
F.Rüstəmov), bəziləri isə (N.Kazımov) riyazi üsullan, yəni 
qeydəalmanı, nizamlama və qiymətləndirməni də pedaqogikanın 
tədqiqat üsullan hesab edirlər. Biz də adı çəkilən üsullann 
hamısını mütərəqqi üsullar kimi həm də ^daktikanm tədqiqat 
üsullan kimi qiymətləndiririk. 
125


Bütün bunlanla yanaşı didaktikanın tədqiqat üsullanndan 
olan müşahidə, müsahibə, anketləşdirmə, məktəb sənədlərinin 
öyrədilməsi, təlim monitorinqinin modelləşdirilməsi və 
eksperiment haqqında qısa məlumat verməyi lazım bilirik. 
Müşahidə. Didaktikada müşahidə üsulu planlı, mütəşəkkil 
və məqsədyönlü apanlan üsuldur. Bütün fənlərin tədrisi 
prosesində müxtəlif xarakterli müşahidələr apanla bilər. 
Müşahidə zamanı tədqiqatçı qarşıya qoyduğu məqsədlə əlaqədar 
faktlar toplayır, onlan təhlil edir, tutuşdurur, qarşılaşdırır, 
müqayisə edərək müvafiq nəticə çıxanr. Müşahidə qısa və uzun 
müddətdə aparıla bilər. Məsələn, dərslərdə şagirdlərin müstəqil 
işlərinin təşkilinin öyrənilməsi ilə əlaqədar tədris ili müddətində 
müşahidə aparılır. Bu vaxt müşahidə zamanı əldə edilmiş 
məlumatlar aşağıdakı əsas məsələləri özündə əks etdirməlidir: 
dərsdə şagirdlərin müstəqil işləri hansı məqsədlərə görə qurulur, 
işə başlamazdan əvvəl və onun yerinə yetirilməsi gedişində 
müəllim uşaqlan necə təlimatlandırır, onlar hansı çətinliklərlə 
qarşılaşırlar, bu işlər necə yoxlanır və qiymətləndirilir, uşaqlann 
bilikləri, qabiliyyətləri və vərdişləri mənimsəməsində və onlann 
idrakı qüvvələrinin inkişafında hansı nəticələr əldə edilir. 
Konkret materialın təhlili əsasında nəticələr əldə edilmək 
və öyrənilən didaktik mövzu üzrə qoyulmuş məqsədlərə cavab 
vermək məqsədilə müşahidənin məlumatlan qeyd olunur və sonra 
ümumiləşdirilir. Bu növ tədqiqatlar praktikada özünü doğruldan 
qiymətli metodların və iş üsullannm yaradılmasına da imkan 
verir. Sistemli müşahidəçilik yolu ilə həm elmi işçilər, 
tədqiqatçılar, həm də məktəbin rəhbər işçiləri, habelə pedaqoji 
kollektivin üzvləri, müəllimlər müsbət təcrübəni öyrənə bilərlər. 
Müyyən uğurlar əldə edən müəllim müntəzəm olaraq öz 
təcrübəsini bu üsulla təkmilləşdirə bilər. 
Müsahibə. Didaktikada tətbiq olunan tədqiqat üsullan 
içərisində bu üsul mühüm yer tutur və bu üsuldan tez-tez istifadə 
edirlər. Müsahibə üsulunun əhəmiyyəti ondan ibarətdir ki, bu üsul 
vasitəsi ilə araşdıniması nəzərdə tutulan faktlar, hadisələr 
haqqında daha məzmunlu, əhatəli məlumat 
126


toplamaq mümkündür. Bu zaman tədqiqatçı müsahibi ilə sıx 
ünsiyyətdə olur, birbaşa məlumat əldə edir. Proses canlı və təbii 
xarakter daşıyır. 
Müsahibə prosesinin özü də planlaşdırma tələb edir. Belə 
ki müsahibənin harada, kiminlə, hansı məqsədlə apaniması, hətta 
sualların xarakteri qabaqcadan müəyyənləşdirilir. Müsahibə 
metodundan istifadə tədqiqatm araşdırmaq istədiyi problem 
haqqındakı məlumatı genişləndirir və bu sahədə səmərəli 
fəaliyyət göstərməsinə imkan verir. 
Anketiəşdirınə. Bu metodun mahiyyəti ondan ibarətdir ki, 
tərtib olunmuş anketə xüsusi suallar yazılır və cavablar alınır. 
Anketləşdirmə kütləvi xarakter daşıyr. Bu metoda o zaman 
müraciət olunur ki, öyrənilən obyekt üzrə daha çox müəllimin, 
şagirdin və s. fikrini öyrənmək lazım gəlir. Anketin tərtibindən 
çox şey asılıdır. Verilən suallar bir-birini tamamlamalı və 
ardıcıllıqla sistem şəklində tərtib edilməlidir. 
Eksperiment. Didaktikanın bu üsulu pedaqoji ideyanın, 
hipotezin təşkil edilmiş xüsusi şəraitdə öyrənilməsi və 
yoxlanılmasına xidmət edir. Eksperiment təlim prosesinə yeni 
məzmunun, metodlann və metodik üsullann, tədris işinin təşkili 
formalannın və s. düşünülmüş şəkildə təcrübəyə daxil edilməsini 
nəzərdə tutur. Eksperiment qoyulmuş məsələnin həllini, sonra isə 
bu hipotezin yoxlanılmasını nəzərdə tutan əsaslandınimış 
fərziyyənin tətbiqidir. Əsas məqsəd didaktik ideyalann, hipotezin 
faydalılığını öyrənib aşkara çıxarmaqdır. 
Müşahidədən, müsahibədən və digər tədqiqat üsullann- 
dan çıxanlan nəticələrin doğru olduğunu yoxlamaq məqsədilə 
eksperiment təşkil edilir. 
Didaktik tədqiqatlarda tətbiq olunan eksperimentlərin 
məzmunu əsasən aşaqıdakı kimi olur: 
-
müəllimin, 
məktəbin 
iş 
plamna 
tətdiqatçılan 
maraqlandıran yeni üsulların, materiallann daxil edilməsi və 
onların tətbiqi, səmərəliliyinin yoxlamiması; 
-
eyni şəraitdə tətbiq olunan müxtəlif metodların, üsullann 
və materiallann müqayisəsi; 
-
müxtəlif şəraitdən asılı olaraq, işdə hansı variantlann 
127


tətbiq olunmasının aydınlaşdıniması; 
- uzun dövr müddətində işin yeni qaydada (məsələn, yeni 
proqramın, yeni dərsliyin, tədris işini təşkilin yeni formasımn 
yoxlanılması) qoyuluşu
Eksperiment üç mərhələ üzrə həyata keçirilir: müəyyən- 
edici, öyrədici, yoxlayıcı. 
1.
Müəyyonedici 
eksperiment 
mərhələsində 
tədris 
prosesində müəyyən məqsədlə müəyyənləşdirilməsi nəzərdə 
tutulan problemlə bağlı əsasən qüsurlar, çatışmazlıqlar üzə 
çıxanlır və onlann aradan qaldıniması üçün müvafiq töv- siyyələr 
hazurlanır. Həmin tövsiyyələrə uyğun olaraq öyrədici materiallar 
hazırlanır. 
2.
Öyrədici mərhələdə həmin öyrədici materiallar tətbiq 
olunur. 
3.
Nəticəsi isə yoxlayıcı mərhələdə yoxlanaraq, sınaqdan 
keçirilir. Bəzi ədəbiyyatda eksperimentin yuxanda sadaladığımız 
mərhələləri onun növləri kimi də təqdim edilir. Fikrimizcə 
eksperimentin mərhələlər üzrə apaniması elə onun özlüyündə 
növlərini də müəyyənləşdirir. 
Eksperiment bir qrup şagirdi, sinfi, bütöv bir tədris 
müəssisəsini 
əhatə etməsi, esperiment aparmaq üçün 
planlaşdırma apaniması, eksperimentin yekunlaşdınimasında 
onun mərhələlərindən hesab edilir. 
Eksperiment həmişə yeni elmi ideyalann meydana 
çıxanimasına. xidmət edir. Eksperiment nəticəsihdə əldə edilən 
yeni ideya, təcrübədə, təlim prosesində müəyyən dəyişikliklər 
həyata keçirməyə gətirib çıxanr. 
Öz-özlüyündə məlumdur ki, eksperimentin tətbiqi ilə hər 
bir tədqiqat işi alınmış bütün materialın özünəməxsus tərzdə 
işlənilməsi, tədqiqat mövzusu üzrə obyektiv nəticələri almaq 
üçün təcrübəni dərindən və hərtərəfli təhlil etməyi tələb edir. 
Eksperiment yeniliyin adı ile, yaxud yeniliyin müxtəlif 
variantlan arasında müqayisəni nəzərdə tutur. 
Sinifdə apanlan eksperiment ayn-ayn şagirdlərin 
eksperimentə qədər dərslərinin laboratoriya qaydasında 
öyrənilməsi və bundan sonra yoxlanılan materiallann şagirdlər 
128


tərəfindən 
biliklərin, 
qabiliyyətlərin 
və 
vərdişlərin 
mənimsənilməsinə təsirini dərindən aydınlaşdırmaq, çətinlikləri 
və nöqsanları tapmaq, uşaqlara fərdi yanaşma yollan axtarmaq 
üçün əlaqələndirilə bilər. 
Bəzən tədqiqatçı 
üçün şagirdlərin yazı işlərinin, onlann kalliqrafiya qaydalanna 
necə əməl etməsini öyrənmək, hansı səhvlərə yol verdiyini, hansı 
sahələrdə çətinlik çəkdiyini, biliyindəki çatışmazlıqları aşkara 
çıxarmaq zərurəti yaranır. Bu zaman məlrtəb sənədlərinin və 
şagirdlərin yaradıcılıq məhsullannın öyrənilməsi bu sahədəki 
vəziyyəti aşkara çıxarmağa imkan verir. 
Şagird işlərinin öyrənilməsi həm şagirdlərlə apanlan 
müstəqil işlərin sisteminin öyrənilməsi üçün, bu və ya digər tədris 
vəsaitlərinin tətbiq olunmasına aid nəticələrin yoxlanılması üçün 
zəruridir. 
Didaktik tədqiqatlarda köməkçi üsullar kimi pedaqoqlar, 
valideynlər yaxud şagirdlərlə məqsədli söhbətlər təşkil olunur, bu 
söhbətlərin məzmunu vəzifələrdən asılı olaraq müəyyən edilir. 
Bəzi hallarda yazılı sorğu da (anket) təbiq olunur. Bu zaman 
zəruri sayılır ki, kütləvi material toplanmış olsun. Belə sorğu 
yalnız elmi-tədqiqat müəssisələrinin rəhbərliyi altında tətbiq 
edilir. Həm şifahi söhbətlər, həm də yazılı sorğu çətin, mürəkkəb 
və qəliz olmamalıdır. Bunlar aydın, sadə, müəyyən məzmuna 
cavab verməlidir. 
Mövzu üzrə tədqiqat işlərinin planlaşdıniması zamanı 
müxtəlif metodlar daha məqsədyönlü qaydada seçilir. 
Bir çox müəllimlərdə və məktəblərdə müsbət təcrübənin 
düşünülmüş şəkildə və diqqətlə öyrənilməsi onlann işində elə 
xüsusiyyətləri aşkara çıxanr ki, bu xüsusiyyətlər onlar üçün 
ümumi mahiyyət kəsb edir, bu əlaqələr təlimin metodlarının 
vasitələrinin vəzifələri və nəticələri arasında təkrarlanan 
əlaqələrdir. 
Bu, 
uğurlu 
təlimin 
qanunauyğunluqlannı 
müə>
7
ənləşdirməyə imkan verir. Deməli qabaqçıl pedaqoji 
təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində düzgün 
qurulmuş iş pedaqoji nəzəriyyəni zənginləşdirir. Digər tərəfdən, 
pedaqoji nəzəriyyə praktik sahədə işləyənləri iş 
129


prinsipləri və qanunauyğunluqlan ilə silahlandınr, ölkədə gənc 
nəslin qarşısında təhsil və təlimin inkişaf perspektivlərini açır, bu 
işi irəli aparmağa, onun səviyəsini yüksəltməyə kömək edir. 
Elmi təhlil və ümumiləşdirmələr məqsədilə məktəblərin və 
müəllimlərin təcrübəsinin öyrənilməsi iki istiqamətdə apanla 
bilər. 
Təcrübənin öyrənilməsi müxtəlif cür həyata keçirilir: 
müəyyən plan üzrə tədqiqatçının şəxsi müşahidələr aparması yolu 
ilə; məktəblərdə, müəllimlərdə, pedaqoji və metodik kabinetlərdə 
olan materiallarla tanış olmaq yolu ilə və xüsusi tapşınqlar üzrə 
(xüsusi işlər, dərslərin məqsədli yazılışı, şagirdlərin inşası, 
məktəb işçiləri, şagirdlər və valideynlərlə söhbətlər və s.) 
materiallann toplanması yolu ilə. Bütün bu vasitələr bir 
tədqiqatda birləşə bilər. Toplanılan bu materiallar içərisində 
bilavasitə şagirdlərin yaradıcı fəaliyyətini özündə əks etdirir. 
Deməli, şagirdlərin fəaliyyət məhsullannm öyrənilməsi üsulu ilə 
şagirdlərin təlimə münasibətinin məzmunu ilə tanış olmaq 
mümkündür. Prof N.M. Kazımovun təbirincə desək, şakirdlərin 
müxtəlif formalı işlərinin nəticəsini nəzərdən keçirən tədqiqatçı 
nəinki şagirdlərin qabiliyyəti barədə bu və ya digər fənn üzrə 
proqram materialının nə dərəcədə mənimsədikləri barədə, habelə 
onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə müəyyən məlumat 
əldə edir. 
IəUm_ monitorinqinin modelləşdirilməsi üsulu üç mərhələ 
üzrə həyata keçirilir. Əslində bu üsulla həyata keçirilən 
monitorinqin modelini birinci diaqnostika mərhələsi, ikinci 
proqnozlaşdırma mərhələsi, üçüncüsü isə korreksiya mərhələsi 
təşkil edir. Yəni diaqnostika mərhələsində mövcud qüsurlar üzə 
çıxanlır. İkinci mərhələdə qüsurlann aradan qaldırmasının yollan 
və yeni novator təcrübənin modelinin proqnozu verilir, sonuncu 
mərhələdə alınan müsbət nəticə korrektə olunur, saflaşdırılır, 
durulur. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə