Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə39/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   35   36   37   38   39   40   41   42   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Ümumtəhsil məktəblərinin tədris planları üçün tədris fənlərinin 
seçilməsi
Məktəb bəşəriyyətin topladığı çoxsaylı və müxtəlif 
elmlərin sistemləşdirdiyi heyat haqqında bütün 
144


biliklər sistemindən öyrənmək üçün əsası seçir. Bunsuz 
peşəsindən asılı olmayaraq müasir, hərtərəfli təhsilli insanı 
təsəvvür etmək olmaz. 
Hərtərəfli təhsilin məzmununu nə təşkil etməlidir? 
Müəyyən olunmuşdur ki, elmlərin düzgün metodoloji cəhətdən 
əsaslandırılmış təsnifatının nəzərdən keçirilməsi belə bir 
məzmuna xidmət edə bilər. 
Məlumdur ki, elm sahələri üç şöbəyə aynlır. Cansız təbiəti 
öyrənən elmlərə riyaziyyat, astronomiya, mexanika, fizika, kimya 
və s. aiddir. Canlı orqanizmi öyrənən elmlər ikinciyə aiddir. 
Tarixi varisliyi, insanlann mövcudluq şərtlərini, ictimai 
münasibətlər, onların ideoloji üstqurumu ilə hüquqi vo dövlət 
formalarını öyrənən elmlər üçüncüyə aiddir. 
Bəşər cəmiyyətinin inkişafının müasir mərhələsində 
yuxarıda göstərilən hər bir elm qrupunda böyük differensasiya 
mövcuddur. Aydındır ki, ümumtəhsil məktəbləri üçün çoxlu 
elmlər arasından yalnız daha çox ümumi, cəmiyyətin bütün 
üzvləri üçün zəruri olan o elmlər seçilir ki, ümumi təhsili başa 
vurduqdan sonra onlar həmin elmlər üzrə ixtisaslaşsınlar. 
Bununla belə məktəbin tədris planında bütün adlan çəkilən 
qruplar təmsil olunmalıdır ki, şagirdlərin hərtərəfli inkişafını 
məktəb təmin etmiş olsun. 
Buna görə də məktəbin tədris planında tədris fənləri elə 
bölünməlidir ki, fizika, riyaziyyat, biologiya və humanitar 
təyinatlı digər fənlərə kifayət qədər vaxt aynisın. 
Bu elmlərin əsaslarının öyrənilməsi təhsili davam 
etdirmək, baş verən hadisələri dərk etmək və ölkənin ictimai 
həyatında şüurlu iştirak etmək üçün hər bir insana tamamilə 
zəruridir. Ümumtəhsil məktəbinin tədris planına icrimai 
elmlərdən etnoqrafiya, arxeologiya, etika, sənətşünaslıq, siyasi 
iqtisad və bir çox başqaları daxil edilmir. Onlann bir çoxu tədris 
planına ona görə daxil edilmir ki, həmin elmlər xüsusi xarakter 
daşıyır və yalnız mütəxəssis üçün zəruridir, digerləri isə 
ümumtəhsil məktəbində (məsələn, siyasi iqtisad, fəlsəfə) sistemli 
və dərindən öyrənmək üçün çətin və mürəkkəbdir. 
Ümumtəhsil məktəblərində tədris planında daha çox 
145


saatlann miqdarı ana dilinə ayrılır. Ana dilinin yaxşı öyrənilməsi 
digər fənləri də mənimsəmək üçün zəruri şərtdir. 
Dil insanların bir-birilə ünsiyyət saxladığı vasitədir
silahdır. Onun köməyilə fikir mübadiləsi apanlır və qarşılıqlı 
etimada nail olunur. 
Fikir reallığı dildə də təzahür edir. Dilsiz cəmiyyətin 
mövcudluğu mümkün deyildi. Dil insanlann ünsiyyət vasitəsi 
olaraq cəmiyyətin mübarizə və inkişaf alətidir. 
Dil özlüyündə obyektiv aləmi dərk etməkdə mühüm 
vasitədir. 
Bütün bunlar dilin məktəbdə bir fənn kimi tədrisinin nə 
qədər əhəmiyyətli olduğunu sübut edir. 
Politexnik təhsilin məqsədləri üçün xüsusilə, fizika, 
kimya, biologiya, riyaziyyat və rəsmxətt kimi fənlərin böyük 
əhəmiyyəti vardır. Lakin onlar zəruri istehsal-texniki bilikləri 
verə bilməz. 
Estetik tərbiyə vəzifələrinin həyata keçirilməsi məqsədilə 
iki tədris fənni-təsviri incəsənət və musiqi tədris planına daxildir. 
Bundan əlavə, ədəbiyyatın və digər fənlərin tədrisi prosesində 
estetik tərbiyə vəzifələri də həyata keçirilir. 
Bədən tərbiyəsi fənni fiziki tərbiyə məqsədinə xidmət 
edir, 
Tədris planında fənlərin yerləşdirilməsi sistemu 
Məktəbdə 
şagirdlərin müvəffəqiyyətli təlimi üçün tədris fənlərinin siniflər 
üzrə düzgün bölünməsinin böyük əhəmiyyəti vardır. Bütün fənlər 
eyni vaxtda öyrənilə bilməz, çünki onlann hər biri başqalanm 
öyrənmədən mənimsənilə bilməz. Lakin digər tərəfdən, hər hansı 
bir fənn tam mənim- sənilməyəno qədər bu və ya digər fənnin 
öyrənilməsini kənara qoymaq da düzgün deyildir. Araşdırdığımız 
pedaqogika dərsliklərində bu qəbildən olan təkliflərə rast gəlmək 
olur. Əvvəlcə riyaziyyat kursunu tam öyrənmək, sonra isə 
fizikaya keçmək təklif olunurdu. Fizikanı başa vurduqdan sonra, 
kimyaya başlamaq, kimyanı qurtardıqdan sonra isə coğrafiya və 
tarixi öyrənmək təklif olunurdu. 
İndiki tədris planlarında ümumi, politexnik və şagirdlərin 
146


peşəyönümü arasındakı qarşılıqlı əlaqp öz əksini tapır. Təbiət- 
riyaziyyat silsiləli fənlər I sinifdən XI sinfə kimi humanitar 
fənlərlə paralel öyrənilir. Bu pedaqoji cəhətdən daha 
məqsədəuyğundur. 
Deməli, təlim illəri üzrə tədris bölgüsü törəmə və təsadüfi 
ola bilməz. O, müəyyən, pedaqoji tələbləri təmin etməlidir. 
Təlimin vəzifələri oıiun hər piləsinə uyğun gəlməlidir. 
Şagirdlərin yaş xüsusiyyətlərinin hesablanması, onların 
inkişaf səviyyəsi təlimin hər bir pilləsində nəzərə alınmalıdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə