Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə37/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   33   34   35   36   37   38   39   40   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Mdktdh təliminin mərhələləri üzrə təhsilin məzmununun 
varisliyi.
Təhsil sisteminin müxtəlif vasitələri arasında qarşılıqlı 
əlaqə mövcuddur. Bu zaman hər bir mərhələ öz işini əvvəlki 
mərhələ üzərində qurur. İbtidai məktəbdən əsas məktəbə, əsas 
məktəbdən orta məktəbə, ortadan aliyə maneə 
140


siz keçmək, habelə ümumtəhsil məktəblərindən bütün peşə tədris 
müəssisələrinə azad və maneəsiz daxil olmaq imkanı təmin 
olunur. 
Təhsilin məzmununun şəxsiyyətin hərtərəfli inkişafını təmin 
etməsL
Azərbaycan Respublikasının Təhsil Qanununda mütərəqqi 
dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan 
şəxsiyyət formalaşdırmaq başlıca vəzifə kimi irəli sürülür. 
Ümumtəhsil məktəblərində şagirdlərə verilən təhsil milli-mənəvi, 
əxlaqi və ümumbəşəri dəyərləri özündə ehtiva edir. Bu cür 
normalar təhsilin məzmununda sistemə salınır, şəxsiyyətin 
hərtərəfli inkişafına şərait yaradılır. 
Təhsilin məzmummda varislik olduğundan orta təhsilin 
bütün pilələrində şəxsiyyətin hərtərəfli inkişafı diqqət mərkəzində 
olur. 
Təhsilin məzmununda milli ənənələrin nəzərə alınması. 
Təhsilin 
məzmunu tərtib edilərkən milli ənənələrin xüsusiyyətlərinin 
nəzərə alınması olduqca zəruridir. Bu zaman xalqımızın heyatı, 
onun tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə bağlı zəngin 
mənəvi irsi ön plana çəkilir. Ümumbəşəri dəyərlərə istinad edilir. 
Orta təhsil illərində tədris olunan Azərbaycan dilinə, 
ədəbiyyatına, musiqisinə və s. fənlərin imkanlanna diqqət artınlır. 
Təhsilin məzmununun sistemliliyi və ardıcıllığı.
Tədris planı 
ayn-ayn tədris fənlərinin məcmusundan ibarətdir və onlann hər 
biri müvafiq elmlərin əsaslannı sistemli şəkildə izah edir. 
Təhsilin 
məzmunu 
hazırlanarkən 
şablonçuluğa, 
pərakəndəliyə yol verilməməlidir. Şagirdlərin təlim fəaliyyəti 
tədricən, ardıcıllıqla həyata keçirilir. 
Tədris materialının öyrənilməsinin sistemi və ardıcıllığı 
elmi, həm də ən mühüm didaktik qaydalarla, yəni məlumdan 
məchula, sadədən mürəkkəbə, yaxındanuzağa, asandan çətinə 
keçməyi öyrətməklə şərtlənir. 
Tarixi ardıcıllıqda vətən tarixi, ədəbiyyatı öyrənilir, orta 
məktəbin yuxan siniflərində tarixi anlayışlar və digər fənlər 
141


tətbiq olunur; biologiya kursunda üzvi aləmin inkişafmm əsas 
mərhələləri işıqlandmlır və s. 
Tədris fənləri arasında qarşılıqlı əlaqə.
Obyektiv aləmin 
vəhdəti, hadisələrin qarşılıqlı əlaqələri təhsilin məzmununun 
vəhdətini, tədris fənləri arasında qarşılıqlı əlaqəni müəyyən edir. 
Məktəbdə öyrənilən tədris fənni bu və ya digər elmin 
əsaslanm özündə birləşdirir. Məlum olduğu kimi, elmlərin hər 
biri obyektiv aləmin, təbiətin, cəmiyyətin, təfəkkürün müəyyən 
təzahüretmə sahələrinin qanunauyğunluqlanm öyrənir. Lakin bir 
halda ki, obyektiv aləmdə baş verən hadisələr təcrid olunmadan 
mövcuddur və bir-birindən asılı olmayaraq yaşayır, onlar vəhdət 
halında və qarşılıqlı əlaqə vəziyyətindədir, onda müvafiq 
elmlərin didaktik cəhətdən hazırlanmış əsaslan tədris fənlərinin 
məzmununda vahid və qarşılıqlı əlaqədə təmin olunmalıdır. 
Müxtəlif fənlər üzrə proqramlar arasındakı əlaqələr 
tərbiyənin vahid məqsəd və vəzifələrinin həyata keçirilməsində 
ifadə olunur. Ayn-ayn tədris fənləri tərəfindən hadisələrin 
müxtəlif tərəflərinin öyrənilərək şərh olunması ümumi prinsipial 
mövqedən verilir. Tədris fənlərinin məzmu- nundakı əlaqə ondan 
ibarətdir ki, qanşıq fənlərin proqramında tədris materialları 
razılaşdırılmış halda yerləşdirilir. 
Fənlər arasında əlaqə süni olmamalıdır, öyrənilən hadisələr 
arasında obyektiv əlaqəyə uyğun gəlməlidir, hər bir fənnin daxili 
məntiqini pozmamalıdır. 
Öyrənilən fənlər arasındakı əlaqənin pozulması şagirdlərin 
biliklərinin keyfiyyətinə ziyan vurur, təbiət hadisələrinin 
mahiyyətini və ictimai həyatı başa düşməyi, bütöv elmi 
dünyagörüşü işləyib hazırlamağı çətinləşdirir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə