inkişafına dair qanunlar haqqında biliklər məcmusu deməkdir,
ictimai həyat prosesində bəşər cəmiyyətinin minilliklər boyu
topladığı zəngin təcrübənin dərk olunması və ümumiləşdirilməsi
deməkdir.
Təcrübə maddi və mənəvi nemətlərin yaradılmasına
istehsal prosesində təbiətin və ictimai münasibətlərin dəyişməsinə
yönəldilən insanların çoxtərəfli fəaliyyətini özündə təcəssüm
etdirir. İnsan təcrübə prosesində
getdikcə daha çox mövcud
maddi aləmi obyektiv şəkildə dərk edir, onu dəyişdirir və yenidən
qurur, bununla da öz şəxsi təbiətini dəyişdirir və yenidən qurur.
Təcrübə biliklərimizin mənbəyidir, elmlərin əsasıdır.
Təcrübə əsasında yaranan elm öz növbəsində təcrübəyə xidmət
edir.
Təcrübə nəzərİ
5
^ənin həqiqət meyan kimi çıxış edir.
Təcrübədə nəzəri müddəalann uğurlu tətbiqi, elmi ümumi-
ləşdirmələr və nəticələrin təcrübədə yoxlanılması onlann
düzgünlüyünü, həyatiliyini, həqiqiliyini təsdiq edir.
Düzgün o
şeydir ki, o praktikadadır, təcrübə ilə təsdiq olunur. Nəzəriyyə və
praktikanın vəhdəti idrak qanunudur.
Təlimin məzmununda nəzəriyyə və praktikanın əlaqəsi
təmin olunmalıdır.
Şagirdlərin hazırlıq və inkişaf səviyyələrinin təhsilin məzmununa
uyğun gəlməsL
Təlimin mövcud pilləsində şagirdlərin hazırlığına
və inkişafına təsir göstərən və uşaqlann yaş xüsusiyyətlərinə
uyğun bilik, bacanq və vərdişlərə yiyələnmək təlimin obyektiv
qanunlanndan biridir. Hər kəsə məlumdur ki, kiçik məktəb yaşlı
uşaqlar riyaziyyat, fizika, kimya
kimi sistemli kurslann
məzmununu mənimsəməyə qadir deyildir. Məlumdur ki, əsas
məktəbi qurtaran şagirdlərin, məsələn, «darvinizmin əsaslan»
kimi ümumiləşdirici kurslann tədris materialını mənimsəməyə
qüvvəsi çatmaz. Təlimin hər bir mərhələsində (I-IV, V-IX, X-XI)
onun məzmunu, təlimin hər bir ilində və mövcud tədris ilində
şagirdlərin əvvəllər topladığı
biliklər, onlann əvvəlki təlim
pilləsində qazandığı həyat təcrübəsi, ümumi inkişaf səviyyəsi
(əqli və fiziki
143
inkişaÇ nəzərə alınmaqla qurulur.
Öyrənilən tədris materialının məzmununun (xarakter,
həcm, dərinlik) şagirdlərin hazırlıq və inkişaf səviyyələrinə uyğun
olmaması mənfi nəticələrə gətirib çıxanr. Məktəb proqramlan və
dərslikləri mövcud yaşda uşaqlar üçün nəzərdə tutulmayan
materiallarla yükləndikdə tədris materialı
şagirdlər tərəfindən
mənimsənilmir, yaxud formal mənimsənilir. Bu və ya digər yaşda
olan məktəblilərin idrak imkanlannın qiymət- ləndirilməməsi
məktəb təhsilinə də ziyan vurur. Belə hallarda uşaqlann ümumi
inkişafı süni şəkildə dayandırılır, onların öyrənmə marağı, iradi
səy göstərmə qabiliyyətləri, çətinlikləri aradan qaldırmaları
inkişaf etmir.
Tədris və sinifdənxaric işlərin məzmununda əlaqə.
İstər
tədris
prosesi, istərsə də sinifdənxaric işlər pedaqoji prosesin zəruri
tərkib hissəsidir. Tədris prosesində öyrənilən materiallar təhsilin
(proqramlar, dərsliklər) məzmununa daxil edilir və bunlar
sinifdənxaric işlərlə tamamlanır. Sinifdənxaric işlər şagirdlərin
tədris prosesində əldə etdikləri bilik,
bacanq və vərdişləri
dərinləşdirir və onun tətbiqinə imkan verir. Şagirdlərin (dərnəklər,
sinifdənxaric oxular və s.) çoxcəhətli sinifdənxaric və
məktəbdənkənar işləri də politexnik təhsilin məqsədlərinə xidmət
edir.
Hər bir məktəbdə sinifdənxaric işlərin konkret məzmunu
şagirdlərin iş şəraiti, meyl və maraqlan nəzərə alınmaqla müəyyən
edilir.
Məktəbin tədris planı əsas sənəddir, bu sənəddə tədris
fənlərinin adları, onlann siniflər üzrə tədrisolunma ardıcıllığı, hər
sinifdə hər fənnə və bütün fənlərə aynlan saatlann miqdan, təhsilin
müddəti, şagirdin fəaliyyət formalan və s. göstərilir. Tədris fənləri
adı altında şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla və
onlann tərbiyəsinin və təhsilinin
məqsədlərinə müvafiq olaraq
seçilmiş bu və ya digər elmin, yaxud incəsənətin əsaslannın
öyrədilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: