Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə47/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   43   44   45   46   47   48   49   50   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

3.9.
 
İbtidai təhsilin əhəmiyyəti (I-IV siniflər) 
İbtidai təlim ümumtəhsil məktəbinin çətin və məsul bir 
dövrüdür. Bu dövrdə şagirdlərə bir sıra sadələşdirilmiş biliklər, 
ümumpedaqoji bacanqlar aşılanır. Onlar təbiətdə, cəmiyyətdə baş 
verən hadisələrlə tanış olur, mənəvi-əxlaqi, əmək, fiziki, estetik, 
iqtisadi, ekoloji tərbiyə sahəsində ilkin vərdişlər qazanırlar. 
Uşaqlann əqli və fiziki qabiliyyətlərinin hərtərəfli inkişafı, 
onların dünyagörüşünün, habelə davranışla bağlı bütün mənəvi 
keyfiyyətlərinin formalaşdınimasının əsası məhz ibtidai siniflərdə 
qoyulur. 
166


Ana dili ibtidai siniflərdə tədris fənlərinin əsası hesab 
edilir. Ana dili dərslərində şagirdlər oxu və yazı vərdişlərinə 
yiyələnirlər. Bu vərdişlər olmadan digər təlim fənlərini başa 
düşmək, dilimizin incəliklərinə bələd olmaq, müstəqil düşünmək 
mümkün deyil. 
İbtidai siniflərdə riyaziyyatın tədrisi şagirdlərə kəmiyyət 
fərqlərini müəyyən etməyə imkan verir, onlar hesablama, ölçmə, 
biçmə vərdişlərinə yiyələnirlər. Bu siniflərdə şagirdlər ictimai 
mühit, həyat hadisələri, təbiət haqqında ilk təsəvvürlərə, 
anlayışlara yiyələnir. Vətənimiz, onun tarixi, adət- ənənələri 
haqqında sadə biliklər əldə edirlər. 
Təbiətşünaslıq dərslərində şagirdlər Vətənimiz, onun 
təbiəti, təbiətdə baş verən dəyişikliklərlə, ayn-ayn fəsillərin 
əlamətləri ilə tanış olurlar. Müşahidələr, ekskursiyalar, əşya 
dərsləri, tədris-təcrübə sahəsində praktik işlər, heyvanlar və 
bitkilərə qulluq edilməsi bu fənnin daha canlı, maraqlı tədrisinə 
səbəb olur. Bu isə uşaqlarda müşahidəçilik, tədqiqatçılıq 
bacarığını inkişaf etdirir. Şagirdlər təbiətin qorunması, ona qayğı 
ilə yanaşmaq barədə məlumata və məhz bu fənnin vasitəsi ilə nail 
olurlar. 
Əmək təlimi vasitəsilə şagirdlər özünəxidmət və məişət 
əməyi, kənd təsərrüfatı əməyi, kağız, karton və plastilin üzərində 
işləyir, əmək vərdişləri qazanırlar. Onlarda əməyə, xarüqələr 
yaradan əmək adamlanna hörmət, məhəbbət hissi formalaşır. 
Təlimin ibtidai pilləsində uşaqlann estetik tərbiyəsinə 
böyük diqqət yetirilir. İbtidai siniflərdə keçilən təsviri incəsənət, 
müsiqi və nəğmə dərslərində şagirdlərdə Vətən təbiətinin 
gözəlliyinə sevgi hissləri oyadılır, onlara musiqini dərk etmək, 
qiymətləndirmək üzrə bacanq və vərdişlər aşılanır. 
İbtidai təlim uşaqlarda biliklərə qarşı müntəzəm maraq və 
sevgi yaradır, onların əqli qabiliyyətlərini inkişaf etdirir. Uşaqlar 
predmetləri və ətraf aləmdə baş verən hadisələri müşahidə etməyi, 
bu predmet və hadisələrdə oxşarlığı və fərqi tapmağı, predmetləri 
xarakterik əlamətlərinə görə 
167


qruplaşdırmağı, 
hadisələr 
arasında 
adi 
əlaqələri 
müəyyənləşdirməyi, yaşlanna uyğun olaraq müşahidə elədiyi 
faktlardan nəticələr və ümumiləşdirmələr aparmağı öyrənir. 
İbtidai sinif şagirdləri ilə aparılan təlim işi onlann 
diqqətinin, təxəyyülünün, məntiqi təfəkkürünün, yaddaşının 
inkişafına kömək edir. 
I-IV sinif şagirdləri təlim prosesində əxlaqı və mədəni 
davranış vərdişləri sayəsində adi anlayışlan mənimsəyirlər, 
onlarda vətənə qarşı sevgi, onun düşmənlərinə qarşı nifrət hissi, 
dostluq və yoldaşlıq, kollektivçilik, vicdanlılıq və düzgünlük, 
intizam vərdişləri tərbiyə olunur. 
İbtidai siniflərdə şagirdlərin mənəvi tərbiyəsi diqqət 
mərkəzində olur. Onlar Azərbaycan xalqının döyüş və əmək 
ənənələri ilə tanış olur və bu ruhda tərbiyə alırlar. 
Şagirdlər dərsliklərdə çoxlu ədəbi-mətnlərlə tanış olurlar. 
Bu materiallarda Vətənimizin keçmişi, yadelli işğalçılara qarşı 
mübarizəsi. Vətən övladlannın öz azadlıq və müstəqilliyi uğrunda 
mübarizəsi əks olunur. Dərsliklərdə verilən belə mətnlər, 
ədəbi-bədii parçalar uşaqlan birliyə, kollektivçiliyə çağınr. 
İbtidai təlim uşaqlann fiziki qabiliyyətlərini inkişaf 
etdirərək, onların sağlamlığım möhkəmləndirir, kiçik yaşlı 
məktəblilərin gimnastika ilə müntəzəm möşğul olması, onlara 
düzgün oturmağı, gəzməyi, qaçmağı, tullanmağı, adi gimnastika 
məşğələlərini 
yerinə 
yetirməyi 
öyrədir, 
uşaqlan 
adi 
sanitariya-gigiyenik biliklər və vərdişlərlə silahlandırır. İbtidai 
təlimin qarşısında duran bu vəzifələr onlann bir vətəndaş- 
şəxsiyyət kimi yetişməsinə güclü təsir göstərir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə