Э.10.
Əsas təhsilin tədris və tərbiyəvi əhəmiyyəti
(V-IX siniflər)
Əsas və orta məktəbin V-VII siniflərində şagirdlər
ümumtəhsil fənlərinin sistemli kursunu öyrənirlər. Bu kurslarda
şagirdlər təbiət və cəmiyyət haqqında məlumatlarla tanış olur,
obyektiv aləmin mühüm hadisələrinin mahiyyətini
168
daha dərindən öyrənirlər. Bir sözlə, şagirdlər təlimin bu pilləsində
artıq ümumtəhsil məktəbində, habelə orta peşə tədris
müəssisələrinin yuxan siniflərində təhsili davam etdinnək üçün
müəyyən biliklər, qabiliyyətlər və vərdişlər sisteminə yiyələnmək
yolu ilə lazımi hazırlıq keçirlər.
Təbiətin və ictimai həyat hadisələrinin sistemli və daha
dərindən öyrənilməsi əsasında yeniyetmələrdə elmi-materialist
dünyagörüşünün formalaşdınlması sahəsində bütün işlərin
səviyyəsi y^əldilir.
V-IX siniflərdə Azərbaycan dili və ədəbiyyatının
müntəzəm kursu öyrənilir. Şifahi və yazılı nitq saüıəsində
möhkəm biliklər və vərdişlərlə silahlanmış tam savadlı insanların
hazırlanması bu mərhələdə həyata keçirilir. Ədəbi qiraət kursu
şagirdləri ədəbi əsərlərin əsas növləri və onlann başa düşdü
5
di
klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış
edir, şagirdlərdə şifahi və yazılı nitqin, şüurlu və ifadəli qiraət
vərdişlərinin daha da inkişafını təmin edir.
Elmi biliklərdə bir çox minilliklərdə bəşəriyyətin topladığı
təcrübə əks olunmuşdur. Bu təcrübə dəfələrlə yoxlanmışdır və
elmi anlayışlar, qanunlar sistemində ümumiləşdirilmişdir.
Şagirdlər bilikləri mənimsəyərək nəinki müəyyən məlumat
dairəsini əldə edirlər, həm de insanın təbiəti dərk etməsi metodlan,
insanların ehtiyac və tələbatlanm təmin etmək məqsədilə təbiətə
təsir göstərmək üsulu ilə tanış olurlar. Şagirdlərin qarşısında insan
idrakının gücü və qüdrəti bütünlüklə nəzərə çarpır, bu idrak
təbiətin yeni-yeni sirlərini tədricən açır. Tədris prosesində ətraf
aləmin daha dərindən dərk olunması və öz praktik işində
biliklərdən istifadə edilməsi istəyi baş qaldınr. Müəllimin vəzifəsi
ictimai həyatda şagirdlərə elmi biliklərin rolunu başa düşməyi
öyrətməkdən ibarətdir. Artıq ibtidai siniflərdə təbiətşünaslıq və
oxu dərslərində şagirdlər belə bir sadə ideyanı mənimsəyirlər ki,
insanlar ərzağa, mənzilə və paltara olan tələbatlann təsiri altında
təbiəti öyrənirlər, onun qanun- lannı dərk edirlər və qazandıqlan
bilikləri təbiətdən bütün
169
zəruri olanları almaq üçün istifadə edirlər.
İbtidai siniflərdə ilk günlərdən başlayaraq şagirdlərdə
əxlaqi keyfiyyətlər formalaşmağa başlayır. Onlarda dostluq,
yoldaşlıq, düzlük, doğruçuluq, vətənpərvərlik, əməyə, əmək
adamlarına hörmət hissi yaranır. Şagirdlər oxu, təbiətşünaslıq,
musiqi və digər dərsliklərdə çoxlu ədəbi-bədii mətnlərlə tanış
olurlar. Bu mətnlər, eləcə də dərsliklərdə verilən emopedaqoji
nümunələr, atalar sözləri, tapmacalar, bayatılar, laylalar, mənəvi
tərbiyə baxımından şagirdlərdə böyüyə hörmət, əməksevərlik,
xeyirxahlıq, nəzakətlilik kimi keyfiyyətlər tərbiyə edir. Şagirdlər
tanınmış şəxsiyyətlərin həyat və fəaliyyəti, Azərbaycan xalqının
döyüş və əmək ənənələri ilə məhz fənlərin tədrisi prosesində tanış
olurlar.
Humanitar fənlərin tədrisi prosesində şagirdlər dövrün
ictimai - siyasi hadisələri ilə tanış olurlar. Bu fənlər onlarda ən
humanist ideallar tərbiyə edir, şagirdlər respublikada, dünyada
baş verən ən mühüm prosesləri öyrənir, ona öz münasibətini
bildirir. Nəticədə onlann dünyagörüşü formalaşır. Bu baxımdan
tarix, coğrafiya, ədəbiyyat, rus dili, Azərbaycan dili, xarici
dillərin imkanları daha genişdir.
«Tarix», «Azərbaycan tarixi», «İnsan və cəmiyyət»
fənlərinin tədrisi prosesində şagirdlərdə insan və cəmiyyət, ailə,
kollektiv və şəxsiyyət, xalq kütləsi, maddi istehsal, əxlaqi
kateqoriyalar kimi anlayışlar formalaşır. Şagirdlər xalqımızın
qəhrəmanlıq tarixi, fədakarlığı, mərdliyi ruhunda tərbiyə
olunurlar. Tarix dərslərində dinlərin yaranması, dünya
mədəniyyətinin ən möhtəşəm abidələrindən biri kimi müqəddəs
«Qurani-Kərim» kitabı haqqında məlumat əldə edirlər. Onlar
həmin kitabdan əsil nəcibliyi, ədaləti, düzlüyü, hörmət və
ehtiramı öyrənirlər. Məktəblilər eyni zamanda iqtisadiyyatın,
sosial və mədəni həyatın inkişafında fəal iştirak etməyə can atır.
Azərbaycan dili və ədəbiyyatı dərslərində şagirdlər
Azərbaycan ədəbiyyatının, dünya xalqlan ədəbiyyatının inkişaf
xüsusiyyətlərini dərk edirlər. Vətən, ayrı-ayrı xalqlar, əxlaqi,
mənəvi, estetik keyfiyyətlər haqqında biliklərini
170
genişləndirirlər. Yazıçılann, şairlərin əsərləri ilə tanış olmaqla
qəhrəmanların* yüksək mənəvi keyfiyyətlərindən nümunə
götürürlər.
Təbiət-riyaziyyat fənlərinin tədrisi prosesində şagirdlərin
elmi dünyagörüşü, mənəvi əqidəsi formalaşır, onlar təbiətin
ecazkar sirlərini öyrənirlər.
Təlim prosesində müəllimin şəxsiyyətinin, onun ideya-
lılığının, işgüzarlığının və əxlaqi keyfiyyətinin şagirdlərə böyük
tərbiyəvi təsiri vardır. Şagirdlər arasında müəllimin pedaqoji
nüfuzu nə qədər yüksək olarsa, müəllimin şagirdlərə təsiri daha
güclü olar. Tərbiyəçinin nüfuzu tərbiyəçilər və tərbiyə edilənlər
arasında normal münasibətlərin göstəricisidir. Müəllimin nüfuzu -
tərbiyəçinin uğurlu və məhsuldar fəaliyyətinin tamamilə zəruri
şərtidir. Uşaqlar üçün nüfuz sahibi olmaq adi arzu deyildir,
müəllim üçün qanundur, çünki nüfuz yoxdursa, deməli müəllim
və tərbiyəçi arasmda normal münasibət də yoxdur, məhsuldar
tədris və tərbiyə fəaliyyəti üçün normal şərait yoxdur.
Nüfuz - müəllim üçün zəruri sayılan tədris etdiyi fənni və
ixtisasını gözəl bilmək, yüksək pedaqoji ustalığa malik olmaqla
qazanılır. Nüfuz müəllim-şagird münasibətlərinin yüksək
səviyyədə qurulması, məktəbdə səmimi və işgüzar mühitin olması
ilə yaranır. Tərbiyəçinin nüfuzu bütün tərbiyə prosesinin
mərkəzində durur.
Tərbiyə işində müəllim şəxsİ
5
^ətinin böyüklüyü ondadır
ki,
0
, şagird şəxsiyyətinin də böyüklüyünü görə bilir. Məlumdur
ki, uşaqlann, yeniyetmələrin, gənclərin onları daim ruhlandıran
nümunələrə ehtiyacları olur. Onlar çox vaxt müəllimi təqlid
edirlər, müəllim şagirdlərin ideya hamisidir. İdeya təsiri isə o vaxt
güclü olur ki, şagirdlər öz müəllimlərində qabaqcıl ideyälann
təcəssümünü görürlər.
Deməli, müəllim daim öz üzərində işləməli, öz elmi-
nəzəri, pedaqoji və metodiki ustalıq səviyyəsini yüksəltmək
qayğısına qalmalıdır.
Dostları ilə paylaş: |