179
3.13.
Biliklərin möhkəmləndirilməsi
Şagirdlərə biliklərin verilməsi ilkin didaktik şərtlərdən
hesab olunursa onlann möhkəmləndirilməsi ən başlıca didaktik
şərtlərdən sayılır. Məlum olduğu kimi biliklərin verilməsinin
yollan, vasitələri, imkanlan, üsullan, formalan çoxdur. Bütün
hallarda biliklərin verilməsinin nəzəri və praktik əsaslanm
müəyyənləşdirdikdən
sonra
həmin
biliklərin
möhkəmləndirilməsilə bağlı bir sıra ideyalann və nəzəri
muddəalann verilməsi praktik müəllimlər üçün çox faydalı hesab
olunur. Dünyanın bir sıra klassik pedaqoqlan, Azərbaycanın
görkəmli mütəfəkkirləri, alimləri, metodistləri bu barədə çox
dəyərli fikirlər söyləmişlər. Yan Amos Komenski, Konstantin
Uşinski, Bəhmənyar Əl Azərbaycani, Mehdi Mehdizadə, Mərdan
Muradxanov, Əhməd Seyidov, Nurəddin Kazımov, Əliheydər
Həşimov, Əjdər Ağayev, Yusif Talıbov, Rəfiqə Mustafayeva,
Akif Abbasov, Hikmət Əlizadə, Əmrulla Paşayev, Fərrux
Rüstəmov, Sərdar Quliyev və başqaİan müxtəlif tipli
məşğələlərdə şagirdlərə verilən bilildərin möhkəmləndirilməsi ilə
bağlı bu gün üçün, mən deyərdim ki, bütün dövrlər üçün həmişə
aktual ola biləcək faydalı mülahizələr söyləmişlər.
Biz onlann bu barədə dediklərini təkrar etməmək şərtilə
biliklərin möhkəmləndirilməsilə bağlı müəyyən konseptual
ideyalann irəli sürülməsini məqsədəuyğun hesab edirik. ,
Ümumiyyətlə desək, klassik dövrlərdən tutmuş bu günə
qədər Azerbaycanın bir sıra mütəfəkkirlərini bu məsələ daim
düşündürmüşdür.
Hətta
biliklərin
verilməsi
və
möhkəmləndirilməsinin nəzəri əsaslanm işləyənlər də olmuşdur.
Onlardan biri Azərbaycan filosofu, pedaqoqu, orta əsr müsəl-
manlannın. Şərq peripatetizminin nümayəndəsi, görkəmli
mütəfəkkir Əbu Əli İbni-Sinanın şagirdi Əbülhesən Bəhmənyar
Əl-Azərbaycanidir (1065). O, «Ət-Təhşil» («Dərketmə») adlı
əsərində biliklərin verilməsi, onlann dərk edilməsi, yadda
saxlanılması,
sonradan yada salınması (hafizədə) və
möhkəmləndirilməsi ilə bağlı bir sıra dəyərli fikirlər söyləmişdir.
180
Müasir Azərbaycan pedaqogikasının korifeylərindən sayılan
professor Əjdər Ağayev və Əliheydər Həşimov həmin əsərin
Azərbaycan dilinə tərcümə olunmuş variantının bir hissəsini
Moskvada çap etdirdikləri «Azərbaycan SSR-nin pedaqoji fikir
antologiyası» əsərinə daxil etmişlər. Həmin əsərdəki nümunələrə
(Ət-Təhsilin fəsillərinə) istinad edərək biz Bəhmən- yann məsələ
ilə bağlı fikirlərini təhlil edəcəyik.
Əbülhəsən Bəhmənar «Ət-Təhsil» əsərində nəzəri
biliklərin qazanılmasının fəlsəfi mahiyyətini aydınlaşdırarkən onu
həm nəzəri cəhətdən, həm də praktik cəhətdən məntiqi şəkildə
şərh edir. Onun şərhinə görə insanın qazandığı biliklər əvvəlcə
onun xəyalında canlanır, təfəkkür süzgəcindən keçdikdən sonra
nitq vasitəsilə şərh olxmur. Şərh olunanı Behmənyar şüur
materialı hesab edir. Həmin şüur materialı o zaman yadda
saxlanılır ki, o, yaxşı dərk olunur. Yaxşı dərk olunan, hafizədə də
saxlanılan həmin şüur materialı həqiqi biliyə çevriləndən sonra
yaddaşda möhkəmlənir. Bəhmənyarın fikrincə seyretmə materialı
həqiqi bilik olmadığı üçün onun dərk olunaraq yaddaşda möhkəm
saxlanılması mümkün deyildir.
Bəhmənyar yazır: «Dərk edilən əşyalarm təsəvvürü
cürbəcür həyata keçirilir; o həm mücərrəd üslla alına bilər, həm də
bəlli üsulla, yəni ilkin məlumatlar əsasında. Hər iki halda dərk
edilən əşyaların təsəvvürü öz növlərinə bölünün)
Birinci, bu nüı bölünməni ^tual sürətdə həyata keçirib və
qaydaya salanda almır. Bölünmələr də bəzən lüzumsuz olur və
dəyişkənliyə məruz qala bilirlər. Məsələn, «hər bir insan canlı
məxluqdun> ideyasını eyni təsəvvür etmək olar, istər bir cür
səslənə, istərsə də başqa cür, məsələn, «canlı məxluq hər bir
inşanda özünü binizə verin>. Axınncı halda dərk edilən hər iki
halda eynidir. Çünkü, təyinetmə hissləri təyin edilənin aynimaz
əlamətlərindən ibarətdir, bu isə eyni deməkdir. Göndərmələrin də
halı təxminən belədir, hansı ki, aynimaz əlamətlərdən ibarətdir,
özləri də sonluğa aiddir.
İkinci, bu artıq təssəvür yarananda, lakin bizim ruhumuz
ondan yaranır, çünkü o eyni vaxta bir neçə şey barədə fikirləşə
181
bilmir, necə ki, biz nə barədəsə fikirləşəndə xəyalımızı da burada
iştirak etməyə vadar edirik, xəyal isə hər şeyi birdən canlandıra
bilmir. Məlumdur ki, biz nə barədəsə fikirləşəndə hökmən
xəyalımızı iştirak etməyə vadar edirik və xəyalımızda onu elə
iəsəwür edirik ki, iki dərketmə bölünməz vahid bir dərketmə olur.
Eyniliklə biz bir şeyi görəndə də ümumi hissiyatımızda yeni bir
forma olur, lakin hər iki dərketmə birləşib vahid olur, belə ki, biz
seçə bilmirik ki, görmə üzvümüzdə nə canlanıb, ümumi
hissiyatımızda nə; belə seçməni biz vasitə ilə ifadə etmə yolu ilə
apara bilərik və beləliklə bilərik ki, ümumi hisiyyat yolu ilə,
dərketmə yolu ilə yanaşı görmə yolu da var.
Mən heç də etiraf etmirəm ki, dərk edilən özü-özlüyündə
təfəkkürün predmetidir. Lakin biz təsəvvür edirik ki, xəyalımızda
nə isə imaqinativə bənzər bir şey var, məsələn, həndəsi bir fäqur.
Biz xəyalımıza da gətiririk ki, heç onun imaqinativə bənzəri ola
da bilməz, məsələn, lüzumlu hadisənin özlüyündə adı. Əgər şüur
zəifləyib fəaliyyətdən düşürsə və biz arüq xəyalımızda nə isə bir
əşya canlandıra bilmiriksə, biz dərketmə bacanğını itiririk. Laldn
bu nə şüurun zəifləməsindən, nə də ki, hissiyatımızm öz
fəaliyyətini itirməsindən irəli gəlmir.
Bəzən elə adamlara rast gəlirik ki, onlar əşyalann adını
xatırlaya bilmirlər, lakin həmin əşyalann surəti onlann
yadlanndadır. Eləcə də qocalıqdan şüuru zəifləmiş adam əşyanın
adını, yaxud onun imaqinativ surətini yaddan çıxara bilər, lakin
onun nə isə dərk edilən bir şey olduğunu xatırlaya bilər. Belə ki,
qocalıq, ağıl zəifliyi, şüurun və zehnin qüsurudur, ona görə belə
adamlar əvvəlcə tanıdıqlanm indi tanıya bilmirlər, hər şey tez
yadlanndan çıxır, onlar yalnız fikir mülahizəsi irəli sürürlər.
Lakin bunlann hamısı ruhla yox, şüurla bağlıdır. Belə yabançı
səbəblər sinə-mədə sətəlcəmi və qızdırmalı, titrəməli xəstələrdə
olur, sonra isə yox olur; bunlann hamısı yalnız daxili hissiyyatın
korlanmasmdan yarämn
Üçüncü, məsələn, səndə belə bir sual yaranan zaman, sən
tamdığma müraciət edərək təhlil edirsən və həmin an
182
sualın cavabı ağlına gəlir; sən əminsən, elə cavab verə bilərsən ki,
həmin cavab hissələrə bölünməsin və bundan sonra əmələ gələn
təəssüratı hadisələrə bölürsən. Sadə bilik, hansı ki, həm də şüurun
həmişə aktivləşdirilməsi hesabına yaranan haldır və o, bizim
şüurumuzu elə vəziyyətə gətirir ki, bu haldan sonra mütləq
hissələrə bölünmüş təsəvvür yaranır.
Şüur materiyasından ayn düşmüş substansiyalarla
bilavasitə əlaqədə olan və dərk edilən təsəvvürlər kateqoriyasına
aiddir. Lakin hansısa bir təcrid olunan kosmik ruha bağlıdır və
ona görə də
0
, özü dərk olunanla şərtlənən və hissələrə bölünmüş
kateqoriyasına aiddir. Şüur materiyasından təcrid olunanlann
bizim ruhumuza münasibəti olmasaydı, hissələrə bölünmüş bilik
də olmazdı.
Şüur ya maddi, ya da bacanğına görə şüur olur, yəni ilk
dərk edilən əşyaları tapmış olur və özündə müəyyən şeyi saxlayır;
hansı ki, iki hissəyə bölünür: birinci, ən sadə dərk edilənə malik
olan şüur, ikinci, hissələrə bölünənləri dərk etməyə malik olan
şüur, - hər ikisi əlbəttə müəyyən şeydən ibarətdir, ya da daxilində
aktual dərk edilən əşyalan yaradan şüur və hansı ki, o qavradığını
dərk edir - bu əldə olunmuş şüur adlanır.
Şüurun bütün bu funksiyalannı nəzərə alaraq aşağıda- kılan
demək olar: həqiqət ondan ibarətdir ki, bizim ruhumuz tam
meylliyə çatana qədər təfəkkür və onda yaranan aktual şüurun
hesabına istədiyi vaxt onu potensial vəziyyətdən aktual vəziyyətə
çıxartmış olur. Bu zaman o, materiyadan təcrid olunmuş şüura
yaxınlaşa bilir və onda cism və predmetlərin formalan ona ya
təcrid edilən və ya dərk edilən şəkildə axır. Meyl təhsilə qədər tam
olmur, təhsildən sonra isə tam olur. İlkin təhsil gözlərin
sağalmasına bənzəyir: gözlər sağalanda istədikləri vaxt müəyyən
forma aldıqlan əşyalan görürlər, əşyalardan aynlananda isə
axınncı bilik əşyasma və yaxud aktuallığa yaxın ippotensiyada
hissiyyat qəbul etməsinə çevrilir.
O ki, qaldı dərk edilənin insanın zehnində qalmasına, bu
belədii Tər hansı bir əşya barədə fikirləşəndə adamın yadına
183
əşya ilə yanaşı onun adı, ya da yaddaşda qalan imaginativ obrazı
düşür. Sən də bilirsən ki, bu dərk edilən həmin əşya bir və ya
digəri nəzərdə olan, dərk edilən əşyadır. Əgər sənin yadına onunla
yanaşı digər dərk edilən əşya, ya da başqa dərk edilən əşyanın adı
düşsəydi, onda sən bilərdin ki, o sənin fikirləşdiyin deyil. Eləcə də
əgər sənin yadına müəyyən əşyanın adı (həm də onun başqa adı
ola bilər) düşsə və əgər sən hər iki adı xatırlasan, onda sən
bilərsən ki, bu həmin əşyadır, lakin yadına başqa ad düşsə, onda
bilərsən ki, bu başqa əşyadır.
Bu cür yadda saxlama xəyalın köməyi ilə və zehnin gücü
ilə alınır: dərk edilən ideyalar yaddaşda ona görə qalır ki, onlar bu
iki qüvvədə həkk olunurlar.
Ruh bu qüvvələrə üz tutanda dərk olunanların formaları və
məzmunu konkretləşir. Necə ki təhsil vaxtı dərketmənin hüdudlan
genişlənir. İnsan oxuduqlanm əvvəl qavrayır, sonra dərk edir.
Dərk etdiklərini uzun müddət hafizəsində saxlamağa müvəffəq
olur. İnsan bilik təcrübəsini (və ya təcrübədə qazan- dıqlan
bilikləri) tez-tez yada saldıqda, onu birdəfəlik yadda saxlaya bilir.
Buna biliklərin möhkəmləndirilməsi də deyilir» (Bax. Ət-Təhsil,
VHI, IX, XII fəsillər).
Göründüyü kimi hələ XI əsrdə Əbülhəsən Bəhmenyar əldə
edilmiş biliklərin qavranılması, dərk edilməsi, hafizədə
saxlanılması,
yada
salınması,
yadda
saxlanılaraq
möhkəmləndirilməsinin fəlsəfi mahiyyətini və məntiqi əsaslarını
aydınlaşdırmışdır. Belə yanaşma pedaqoji cəhətdən də səciyyəvi
sayıla bilər.
Pedaqoji prosesdə biliklərin möhkəmləndirilməsi təliminin
əsas ünsürlərindən biri hesab olunur. Möhkəmlətmənin əsas
məqsədi qavrama və anlama prosesində əldə edilmiş biliklərin
uzun müddət yadda saxlanmasını təmin etməkdir. Təcrübə və
müşahidələr göstərir ki, şagirdlər hər hansı bir tədris materialım
əvvəlcə asanlıqla anlayırlar. Lakin sonra həmin materialı tədricən
unudurlar. Bu zaman həmin tədris materialına uyğun şagirdlərin
əldə etdikləri biliklərin möhkəmləndirilməsi zərurətə çevrilir.
Bəzi müəllimlər bunun
184
üçün sual-cavab aparmaqla möhkəmləndirməni temin etmək
istəyirlər. Unutmaq olmaz ki, sual-cavab yalmz şagirdin
qazandığı bilikləri bir növ yadda saxlamada daha çox kömək edir.
Möhkəmləndirmənin ən əsas amilləri təkraretmə, yada salmadır.
Biliyin möhkəmləndirilməsinin bir neçə forması dərk
olunmuş biliklərin yaddan çıxanimasmın qarşısmın alınması
məqsədilə qavranılan materialın şəgirdlər tərəfindən təkrar
istehsalıdır.
Biliklərin ilkin möhkəmlənməsi hələ son dərəcə qeyri-
sabit olan və möhkəmlənməyə ehtiyacı olan yeni əlaqələrin
yaranmasının ardınca baş verir. Bu o deməkdir ki, aşağı siniflərdə
şagirdlərin biliklərinin ilkin olaraq möhkəmləndirilməsi xeyli
miqdarda təkrarlamalar tələb edir. Yuxan siniflərə keçildikdə
vəziyyət bir qədər başqa şəkil alır, çünki burada şagirdlərin əqli
fəaliyyətinin xarakteri dəyişir. Bundan əlavə, yeni qəbul edilmiş
biliyin tam təkrarlanması öyrənilən materialın həcminin kəskin
şəkildə azalmasma gətirib çıxara bilər. Buna görə də şagirdlərin
qavradıqlan yalnız başlıca biliklər möhkəmləndirilir. Təcrübələr,
müşahidələr və xüsusi tədqiqatlar göstərmişdir ki, V-VII
siniflərdə
keçilən
dərslərdə
alınan
biliklərin
ilkin
möhkəmləndirilməsi əsas ən yeni faktlann, təsəvvürlərin təkrar
olunması ilə baş verir. Təkrarlar planlı, məqsədyönlü
apanimalıdır. Tədqiqatlar göstərir ki, qısa müddətli, uzun
müddətli
və
cari
təkrarlardan
istifadə
edilməsi
möhkəmləndirmənin səmərəsini artınr.
Tədris materialının möhkəmləndirilməsi üzərində aparılan
işin nəticəsi həmin materialın şagirdlər üçün hansı dərəcədə
maraqlı olmasından çox asılıdır. Bu zaman müəllimin problem
situasiya yaratması daha faydalıdır. Çünki məhz problem
situasiya təkrar üçün zəmin yaratmış olur.
Tədris materialının ilkin möhkəmləndirilməsi zamanı orta
və yuxan siniflərdə şagirdlər müstəqil olmağa daha çox can
atırlar. Onlar müəllimin verdiyi tapşmqlar üzrə qavranılmış
mühüm materiallan təkrar etməyi sevirlər. Bu zaman həm fəal,
həm də cari təkrarlardan istifadə olunması
185
yaxşı nəticə verir.
Dediklərimizə yekun vurarkən onu da qeyd etməliyik ki,
təkrarlama işi məqsədyönlü, planlı və mütəşəkkil surətdə
aparıldıqda, əldə olunan biliklərin möhkəmləndirilməsi işi daha
böyük səmərə verir. Biliklərin möhkəmləndirilməsi isə
şagirdlərin gələcək həyata hazırlanmasında əvəzsiz rol oynayır.
Dostları ilə paylaş: |