Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə52/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   48   49   50   51   52   53   54   55   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

3.14.
 
Müqayisə ağlın sönməz məşəlidir 
Hər bir fikri söyləməzdən qabaq müəyyən müqayisələr 
aparmaqla həmin fikri məntiqi cəhətdən müfəssəl söyləməyə 
imkan verir. 
Orta ümümtəhsil məktəblərində şagirdlərə müqayisəli fikir 
söyləməyin çox böyük üstünlükləri vardır. Belə ki, müqayisə 
şagirdin duyğulannı, qavrayışını, hafizəsini, təxəyyülünü və 
təfəkkür tərzini inkişaf etdirir. Respublikamızda ilk dəfə olaraq 
müqayisənin elmi, nəzəri və praktik əsaslannı fundamental 
şəkildə işləyən və müqayisəni ağlın sönməz məşəli adlandıran 
Azərbaycanın görkəmli alimi, professor Nurəddin Kazımov yazır 
ki, müqayisəyə gələn tərəflərdən birinə istinad edərək digərində 
müvafiq əlamətlərin olub olmamasının mütəxəssis tərəfindən 
müəyyən ardıcıllıqla üzə çıxaniması və bu əsasda 
ümumiləşdirilməsi müqayisədir. 
Müqayisəni anlayışlar haqqında təsəvvürün yaranmasına 
xidmət edən üsul kimi təqdim edənlər də səhv etmirlər. Çünki hər 
hansı bir şagirdə yeni anlayışı müqayisə aparmaqla daha tez 
öyrətmək olur. 
Məlum olan anlayış müəyyən bir təfəkkür formasıdır. 
Təfəkkür forması olan anlayış obyektiv gerçəklikdəki predmet və 
hadisələrin hər hansı bir fikir kimi sözlərlə ifadə olunur. 
İstər dilçilikdə, istər bədii ədəbiyyat materiallannda, istər 
psixologiyada, istərsə də pedaqogikada anlayışlar müəyyən 
təsəvvürlərin məhsulu hesab olunur. Şagirdə hər hansı bir anlayış 
haqqında məlumat verilir və həmin an o. 
186


həmin anlayışı təsəvvür etməyə başlayır. Ona görə pedaqoji 
ədəbiyyatda 
iddia 
edilir 
ki, 
anlayışlar 
öz-özlüyündə 
təsəvvürlərdən yaranmırlar. Bu və ya digər predmetlər barədə bir 
çox təsəvvürlərin mövcudluğu hələ onun haqqında anlayışın 
olması demək deyildir. 
Anlayış çoxlu fərdi hadisələrin mühüm əlamətlərinin 
ümumiləşdirilməsi kimi meydana çıxır. 
Anlayışlann yaranması mücərrəd təfəkkür prosesidir, bu 
proses nitqlə sıx bağlıdır. Müəllim anlayışlan formalaşdıraraq 
şagirdlərin təfəkkür fəaliyyətini istiqamətləndirir. Burada ən 
əvvəl müqayisəni tətbiq etmək lazımdır. Müqayisəetmə və 
tutuşdurma prosesləri təlimin bütün mərhələlərində daim 
müşayiət olunan tədris prosesidir. Yalnız müqayisə etmə 
sayəsində şagirdlər ətraf aləmin predmetləri və hadisələrini, 
onlann əlamətlərini və xassələrini dərk edirlər. Sait səslər samit 
səslərlə müqayisədə mənimsənilir. Cümlənin növlərinin 
mənimsənilməsi yalnız onlann tutuşdurulması, müqayisə 
olunması nəticəsində mümkündür. Prof N.Kazımov haqlı olaraq 
göstərir ki, müqayisə ağlın sönməz məşəlidir. 
Şagirdləfdə öyrənilən predmetlər və hadisələr barədə 
düzgün təsəvvürlərin və anlayışların yaranması bir an içində baş 
vermir. Şagirdlərdə dəqiq təsəvvür yaranması və onlarda düzgün 
anlayışlann formalaşması üçün predmetə baxmaları, həmin 
predmeti diqqətlə müşahidə edə bilməsi kifayətdir. 
Şagirdlərdə anlayışlann formalaşması prosesi tədris 
fənlərinin məzmunundan asılıdır. Hər bir elm maddi aləmin 
hadisələrinin özünəməxsus əlaqələrini, münasibətlərini və 
asılılıqlannı ciddi şəkildə əks etdirir. Fizika üzrə faktlar sistemini 
və elmi anlayışlan mənimsəmək heç də Azərbaycan dilinin 
qrammatikası üzrə faktlan və anlayışlar sistemini mənimsəmək 
deyildir. Hər bir predmetdə faktlann, anlayış- lann, 
qanunauyğunluqlann xarakteri spesifikdir, çünki maddi aləmin 
hərəkətinin müxtəlif formalan burada keyfiyyətcə əks etdirilir. 
Cari təkrarlamalar həm də əvvəllər öyrənilmiş və 
yaddançıxma ərəfəsində olan materiallann təkrarlamalanndan 
187


ibarətdir. Belə təkrarlamalar ya müəllimin suallan, ya da 
tapşınqlanm yerinə yetirilməsi əsasında baş verir. 
Düzgün qurulmuş təkrarlama bilikdə müxtəlif əlaqələrin 
möhkəmlənməsi, şagirdlərin mənimsədiyi biliklər sisteminin 
yaranması və ümumiləşdirmələrin izahı ilə xarakterizə olunur. 
Materialın fəal və sistemli möhkəmlənməsi, öyrənilməsi 
və təkrarlanması prosesi məktəblilərin əqli işinin fəallığında və 
onlarm yaddaşının inkişafmda əks olunur. Əgər məktəblilər təlim 
prosesində müəllimin sözünü və dərsliyin mətnini passiv şəkildə 
öyrənirsə, onlarm heç biri qavrayış və ümumiləşdirmə- lərlə bağlı 
deyilsə, onda şagirdlərdə yaddaş mexaniki şəkildə inkişaf 
edəcəkdir. Öyrənilən predmetlər fəal şəkildə qavranıl- dıqda, 
faktlar və anlayışlar ümumiləşdirildikdə, bu anlayışlar dərk 
olunmuş halda tətbiq olunduqda məktəblilərin yaddaşı inkişaf 
edir. Belə şəraitdə biliklərin möhkəmləndirilməsi dərk olunmuş 
hesab edilir, şagirdlər materialı yadda saxlamaq vəzifəsini 
qarşılanna qoyurlar, başlıca fikirləri ayırırlar, onlann məntiqi 
əlaqələrini tapır və bu vəziyyətdə onlan öyrənirlər. Bu halda fikir 
yaddaşı inkişaf ecür ki, bu da biliklərin mənimsənilməsi 
sahəsində gələcək iş üçün toplanmış təcrübədən, əldə edilmiş 
bilikdən səmərəli istifadə etməyə kömək edir. 
Deməli, həm materialın yadda saxlanması, həm də 
şagirdlərin yaddaşının inkişafı müəllimin təşkil etdiyi qavrama
şagirdlərin bilikləri möhkəmləndirməsi və öyrənməsi prosesindən 
asılıdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə