Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə53/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   49   50   51   52   53   54   55   56   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

3.15.
 
Təlimin prinsipləri 
İndiyə qədər nəşr olunan «Pedaqogika» dərsliklərində və 
digər pedaqoji ədəbiyyatlarda təlimin prinsipləri anlayışına 
müxtəlif tərəflərdən yanaşmışlar. M.Muradxanovun redaktəsi ilə 
1964-cü ildə nəşr olunan «Pedaqogika» dərsliyində təlimin 
prinsipləri, təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək 
üçün irəli sürülən əsas tələb kimi qəbul edilir. 1993-cü ildə nəşr 
olunan «Pedaqogika» dərsliyində (müəllifləri 
188


Y.R.Talıbov, Ə.A.Ağayev, İ.N.Isayev və A.İ.Eminov) isə telim 
prinsiplərini tədris prosesində səmərəli və keyfiyyətli fəaliyyəti 
təmin edən vacib tələblər sistemi adlandınlır. N.Kazımov və Ə. 
Həşimovun birgə yazdıqlan «Pedaqogika» (1996) dərsliyində 
təlim 
prinsiplərinə 
belə 
tərif 
verilir: 
«Telimin 
qanunauyğunluqlanndan irəli gələn, onun məzmununa, üsullanna, 
təşkili formalanna təsir göstərən, müəllim və 
girdlarin 
birgə 
f^liwətini səmərəli qurmağa imkan verən idaktik oavdal^^ telim 
prinsipləri deyilir». Bir qrup pedaqoqlar is^əIım prinsipinə dərk 
olunmuş qanunlardan istifadə etmək, digər qrup isə əsaslı 
fundamental ideya mənasında yanaşmışlar. 
Təlim prinsipləri haqqında söylənilən bu fikirlər mahiyyət 
etiban ilə eyni məqsədə, müəllim və şagirdlərin birgə fəaliyyətini 
səmərəli qurmağa, təlimin ke^yyətinin yüksəldilməsinə xidmət 
edir. 
Təlim prinsipləri tərbiyə və təhsilin məqsədləri ilə 
müəyyən olunduğundan müxtəlif dövrlərdə dəyişikliklərə məruz 
qalmışdır. Bəzi prinsiplər öz əhəmiyyətini itirmiş, pedaqoji 
səhnədən uzaqlaşmışdır. Məsələn, XVH əsrdə Komenski 
tərəfindən irəli sürülmüş təbiətvarilik prinsipi və sonrakı 
dövrlərdə mövcud olmuşdur. Digər prinsiplər sosial şəraitin 
tələbinə uyğun olaraq öz əhəmiyyət və məzmununu qismən 
deyişmişdir. Belə ki, ^III-XIX əsrlərdə irəli sürülən və inkişaf 
etdirilən şüurluluq prinsipi indi də pedaqogika dərsliklərində öz 
aktuallığını saxlayır, məzmunu getdikcə təkmilləşir. 
Təlim prinsiplərini təsnif etmək baxımından da fikir 
müxtəlifliyi mövcuddur. Məs. M.A.Danilov «Orta məktəb 
didaktikası» adlı əsərində (M. 1975) 7 prinsipin, Y.K.Babanski 
«Pedaqogika» (M. 1983) dərs vəsaitində 10 prinsipin adını çekir. 
1988-ci ildə nəşr olunan «Pedaqogika» dərsliyində isə 13 
prinsipinin olduğu göstərilir (müəllif bunlan pedaqoji prinsip 
adlandınr). N.İ.Boldırev, N.K.Qonçarovun red^əsi ilə 1968-ci 
ildə buraxılmış «Pedaqogika» dərsliyində isə 7, 
Q.İ.Şukinamn redaktorluğu ilə çapdan çıxmış (1970) «Peda 
189


qogika şkolı» adlı dərs vəsaitində və D.O.Lordkipanidzenin 
1985-ci ildə nəşr edilmiş «Didaktika»sında 5 prinsipin adı 
göstərilir. Azərbaycanda 1964-cü ildə nəşr olunan «Pedaqogika» 
dərsliyində 7, 1983-cü il nəşrində isə 13 prinsipin adı göstərilir. 
Bütün bunlar onu göstərir ki, ayn-ayn pedaqoqlar məktəbin 
xüsusiyyətlərini əks etdirməklə təlim prinsiplərinin sistemini 
yaratmağa çalışmışlar. 
Təlimin prinsipləri isə ictimai tələbat, elmi-texniki 
tərəqqinin nailiyyətləri, təhsildə baş verən islahatlar, müəllimlərin 
təcrübəsi ilə əlaqədar deyişir, yeniləşir. 
Təlim prinsipləri təlim prosesi ilə birgə inkişaf edir, onun 
komponentlərinin başlıca tələblərini və ümumi istiqamətini, təlim 
prosesinin məzmununu, üsullarmı, təşkili formalanm müəyyən 
edir. 
Təhsil islahatı və məktəbin qarşısında duran mürəkkəb 
vəzifələr təlimin prinsiplərinin sisteminin elmi surətdə işləyib 
hazırlamağı tələb edir. 
Müəllim təlimin prinsiplərinin hər birindən dərs prosesində 
tətbiqində səmərəli istifadə etməyi bacarmalıdır. Təlim prinsipləri 
o zaman optimal xarakter daşıyır ki, müəllimlə şagirdin birgə 
fəaliyyəti təmin olunmuş olsun və bu proses şagirdi fəallaşdırsın. 
Hər hansı bir təlim prinsipini bir dərs çərçivəsində 
mütləqləşdirmək də olmaz. Bütün prinsiplər bir-biri ilə diplektiv 
vəhdətdə həyata keçirilir. 
Yuxanda sadaladığımız bütün təsnifat variantlannı 
ümumiləşdirərək və konkret tarixi şəraiti, təhsilin məzmununun 
yeniləşdirilməsi kontekstindən çıxış edərək təlimin prinsiplərini 
aşağıdakı kimi təsnif etmək olar: 
1.
Təlimin müasir həyatla, inkişafla əlaqələndirilməsi pri 
nsipi; 
2.
Təlimin təhsilləndirici, tərbiyələndirici və inkişafedici 
prinsipi; 
3.
Təlimin elmiliyi prinsipi
4.
Təlimdə humanistleşdirilmə prinsipi; 
5.
Təlimdə şüurluluq və fəallıq prinsipi; 
190


6.
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi; 
7.
Təlimin əyanilik prinsipi
8.
Təlimdə psixoloji xüsusiyyətlərin nəzərə alınması 
prinsipi. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə