Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə55/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   51   52   53   54   55   56   57   58   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təlimin elmlik prinsipi 
Müdriklər demişkən, elmsiz təlim, təlimsiz elm ola bilməz. 
Təlimdə elmlik prinsipi o deməkdir ki, şagirdlərə verilən 
məlumatlar, müəllimin pedaqoji işdə atdığı hər bir addım, dərsin 
hər hansı bir mərhələsində şagirdlərə aşılanacaq bilik, bacanq və 
vərdişlər elmi cəhətdən əsaslandırılır. Bu prinsipin köməyi ilə 
müxtəlif elmlər sahəsindəki yeniliklər təlimin məzmımuna 
gətirilir. Elmilik prinsipinə bir sıra başlıca tələblər verilir. 
1.
Şagirdlərin 
elmi 
biliklərə 
yiyələnmələri 
üçün 
öyrəndikləri predmet və hadisələrin düzgün, obyektiv şəkildə 
qavramalınnı təmin etmək lazımdır. 
2.
Şagirdlər predmetlərin mühüm əlamətlərini və 
xassələrini, predmet və hadisələr arasındakı əlaqələri və münasi- 
192


bətləri dərindən dərk etməlidirlər. 
3.
Tədrisin elmiliyi həm də terminlərin dəqiq tətbiqinə 
əsaslanır. Elmdə yalnız qəbul edilmiş terminlərdən istifadə 
etməli, köhnə terminlər isə müqayisə edilməlidir. 
4.
Öyrənilən predmet və hadisələri düzgün mənimsəmək 
üçün şagirdlər onlann müasir elmi mahiyyətini, daxili 
qanunauyğunluqlanm dərk etməlidirlər. Öyrənilən hadisələrin 
inkişaf mənzərəsi onların təsəvvürlərində canlandırılmalıdır. 
Elmlik prinsipi tədris materiallannın öyrədilməsi ardıcıllığında 
nəzərə alınmalıdır. İstər dərslikdə, istərsə də müəllimin şərhində 
şagirdə verilən biliklər ardıcıl, əlaqəli, şagirdlərin başa 
düşəcəkləri səviyyədə təqdim edilməlidir. 
Elmin, elmi məlumatlann sürətlə inkişaf etdiyi bir dövrdə 
şagirdləri həddən artıq elmi-nəzəri məlumatlarla yükləmək 
olmaz. Ancaq mövzunun tələb etdiyi en zəruri məlumatlar şagirdə 
çatdırılmalıdır. 
Təcrübə və müşahidələr göstərir ki, fənlərin tədris 
prosesində şagirdlərə verilən tapşınqlar, təbiətdə, cəmiyyətdə baş 
verən hadisələrin müşahidəsi, mənbələr üzərində işləmək
araşdırmalar aparmaq kimi qabaqcıl müəllimlərin təcrübəsi de 
şagirdlərdə tədqiqatçılıq bacanğının inkişafına təkan verir. 
Şagirdləri ən yeni elmi nəzəriyyələrlə tanış etmək, elm və 
texnikanın müasir ideyalarını nəzərə alaraq şagirdlərin idrak 
imkanlanmn artmasım təmin etmək müəllimdən geniş 
məlumatlılıq və pedaqoji ustalıq tələb edir. 
Elmlik prinsipi müəllim hazırlığından asılıdır, əks təqdirdə 
müəllim öz yetirmələrini mütərəqqi elmi metodlarla lazımi 
səviyyədə silahlandıra bilməz. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə