Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   54   55   56   57   58   59   60   61   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi 
Şüurlu surətdə əldə edilən fəal təlim əməyi müstəqil olaraq 
qavramimalı və möhkəmləndirilməlidir. Ona görə ki, şagirdlərin 
bilikləri mənimsəməsi, onlann fəal təhsil əməyi prosesində baş 
verir. Müəllimin verdiyi biliklər məktəblilər tərəfindən şüurlu 
suratdə dərk olunmalı, möhkəmlənməlidir. Qazamimış elmi 
məlumatlar şagirdlərin daxili dünyasma, mənəviyyatına hopmalı, 
zehnini, yaddaşını, dünyagörüşünü inkişaf etdirməlidir. 
Şagirdlərdə şüurluluq, dəqiqlik, fəallıq, təşəbbüskarlıq, 
işgüzarlıq, yerinə yetirilən işə yaradıcı münasibət vərdişə 
çevrilməli, bunun üçün müəllim ən optimal üsullardan istifadə 
etməlidir. 
Təcrübə və müşahidələr göstərir ki, elmlərin əsaslanmn 
şüurlu surətdə mənimsənilməsi və onlann həyatda fəal tətbiqi 
şagirdləri yaradıcılıq prosesinə alışdınr. 
197


Elmi-nəzəri məlumatlann şüurlu mənimsənilməsi təfəkkür 
və nitqinin inkişafı ilə bilavasitə əlaqədardır. Ona görə də ilk 
növbədə şagirdlərin təfəkkür tərzinin, nitqinin inkişafı ilə bağlı 
əməliyyatlara üstünlük verilsə yaxşı olar. Unutmaq olmaz ki
məktəbdə öyrənilən biliklərin xarakteri şagirdlərin müasir elmin, 
texnikanın əsaslannı ardıcıl və dərindən mənimsənilməsini tələb 
edir. Yalmz fəal, düşündürücü iş zamanı hadisələrin dərinliyinə 
nüfuz etməsi, onlann inkişaf qanuna- uyğunluqlarpmı dərk 
etməsilə mümkündür. 
Əgər şagirdlər tədris materialı üzərində düşünürlərsə, 
mühakimə yürüdə bilirlərsə, əqli və əməli fəallıq göstərirlərsə, 
deməli həmin materialı şüurlu surətdə başa düşür, dərk edir və 
yaddaşlarında yaxşı saxlayırlar. Şüurluluq dedikdə şagirdin 
onlara verilən materialın məzmununu, mahiyyətini başa düşməsi 
həmin materialın məqsədini, ona nail olmağın yollanm götür-qoy 
etməsi nəzərdə tutulur. Fəallıq isə şagirdin həyat hadisələrinə
mənimsədiyi biliklərə, formalaşdırılan tərbiyəvi fikirlərə, 
yaradıcı, dəyişdirici, tənqidi münasibət bəsləməsi deməkdir 
(B.Əhmədov). 
Bu prinsipin xüsusiyyətləri ondan ibarətdir ki, şagird öz 
fikrini sübut edə bilsin, əsaslandırma apara bilsin, inandırmağı, 
münasibət bildirməyi bacarsın. Şagird bu zaman «Niyə? Nə üçün? 
Buna səbəb nədir?» suallanna cavab verməli olur və şüurlu 
fəaliyyət göstərir. 
Şüurluluq və fəallıq prinsipi üzrə işləyərkən həm də bir sıra 
tələblərə əməl etmək lazımdu*. 
1.
Şagird dediyini sübut edə bilməli, dəlillər gətirməyi 
bacarmalıdır. 
2.
Şagird materialı öz sözləri ilə ifadə etməyi bacarmalıdır. 
3.
Şagird öyrəndiyi bilikdən müstəqil istifadə etməyi 
bilməlidir. 
Bu şərtlərə əməl olunarsa, deməli şagirdə verilən biliyi 
0

şüurlu və fəallıq şəraitində mənimsəməyi bacaracaqdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə