Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


3.16. interaktiv təlim üsullarından istifadə



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə59/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   55   56   57   58   59   60   61   62   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

198


3.16.
interaktiv təlim üsullarından istifadə 
Ölkəmizdə gedən təhsil islahatı ümumtəhsil məktəblərində 
çalışan ibtidai sinif müəllimləri qarşısında da çox mühüm 
vəzifələr qoymuşdur. Bu vəzifələr içərisində yeni təlim 
metodlanndan istifadə edilməsi günün ən aktual tələblərindən 
hesab olunur. 
Təhsil islahatına dair direktiv sənədlərdə göstərilir ki, 
həyatımızın bütün sahələrində baş verən dəyişikliklər, yeniləşmə 
yalnız sosial, iqtisadi, siyasi sahədə deyil, habelə təhsil sahəsində 
yeniliklərin həyata keçirilməsinə zəruri ehtiyac duyulur. Bu 
yeniliklərin 
isə 
ən 
başlıcası 
təlimin 
məzmununun 
yaxşılaşdırılması ilə mümkündür. Təhsilin məzmununun 
yaxşılaşdıniması isə yeni təlim texnologiyala- nnın tətbiqi ilə 
həyata keçirilir. Təlimin keyfiyyəti yeni texnologiyalann 
tətbiqindən asılı olduğu üçün bu problem mühüm aktuallıq kəsb 
edir. 
Yeni təfəkkürə, yeni texnologiyaya əsaslanan mütərəqqi 
həyat tərzi asta və mükəmməl bir şəkildə cəmiyyətimizin 
yaşayışına, düşüncəsinə daxil olmaqdadır. 
Yeni təlim texnologiyalan isə hər hansı mövzunun tədrisi 
zamanı tətbiq edilərkən yeni təlim metodlanna müraciət 
olunmasını tələb edir. 
İbtidai siniflərdə istifadə olunan təlim metodlannm sayı 
çox olsa da, onlann böyük əksəriyyətindən dərs zamanı az istifadə 
edilməsinin imkanlan bu gün üçün çox azalmasıdır. Bunun isə bir 
neçə səbəbləri vardır. 
Birincisi, 1993-cü ildə qəbul olunmuş Təhsil Qanununda 
və Azərbaycan Respublikasının Milli Məclisində sonuncu 
müzakirələri keçirilən «Təhsil Qanunu»nun yeni layihəsində 
təlimin üsullannm tətbiq edilməsi üçün dünya standartlannm 
gözlənilməsi ilə bağlı müəllimlər qarşısında ciddi tələblər 
qoyulur. 
İkincisi, Qərb və Amerika təhsilinin ən demokratik üsulları 
bu. gün böyük sürətlə Azərbaycan təhsilinə nüfiız edir. 
"^^^mncüsü isə Azərbaycan təhsili özü Qərb və Amerika 
199


təhsilinə inteqrasiya olunmağa ehtiyac duyur. Belə olan təqdirdə 
köhnə təhsilin metodlanndan istifadə etmək təhsilin məzmununun 
yaxşılaşmasına böyük zərbə vuracaq, başqa sözlə desək, bu, işi 
ləngidir. Ona görə də istər-istəməz təhsilin məzmununun 
yaxşılaşmasına xidmət edən yeni təlim metodlarından istifadənin 
imkanlanndan səmərəli istifadə etməyə çox böyük ehtiyac vardır. 
Belə təlim metodlarından biri də interaktiv təlim metodlandır. 
İnteraktiv təlim metodları deyəndə söhbət yeni metodlardan 
gedir. Bu gün inkişaf etmiş Avropa ölkələrində bu metodun 
onlarla növündən istifadə olunur. Təəssüf ki, bəzi mütəxəssislər, 
xüsusilə metodist alimlərin bəziləri bu metodu birtərəfli metod 
kimi təqdim edirlər. Unutmaq olmaz ki, interaktiv təlim metodları 
sinif kontingentinin bütün üzvlərinin aktivləşməsini təmin etdiyi 
üçün hər bir mövzunun öyrədilməsində bilavasitə səciyyəvi 
xarakter daşıyan interaktiv metoddan istifadə edilməsi 
məqsədəuyğun sayıla bilər. Bunun üçün hər şeydən əvvəl dərsdə 
son dərəcə ciddi demokratik mühit yaratmaq lazımdır. Elə bir 
mühit ki, orada müəllim də, şagird də özünü son dərəcə sərbəst 
hiss edə bilsin. Şagirdlərin aktivləşməsinə şərait yaradan 
interaktiv metodlarını tətbiq edən müəllim dərsdə mediator 
(vasitəçi) rolunu oynamalıdır. Ona görə də ibtidai siniflərdə dərs 
deyən müəllim dünyanın qabaqcıl ölkələrinin təhsil sistemi üçün 
örnək sayılan interaktiv təlim üsullanndan istifadə etməyə 
borcludur. Çünki bu metod özünün aktuallığı ilə bütün dünya 
müəllimlərinin diqqət mərəkəzindədir. 
Problemin qo>^luşunu, məsələnin mahiyyətini aydınlaş- 
dırmazdan qabaq «İnteraktiv metodlar» ifadəsinə münasibətimizi 
bildirmək istərdik. Bu söz vahidlərindən biri haqqında, yəni 
«metod» sözü barədə pedaqoji ədəbiyyatda həm etimoloji, həm də 
lüğəti mənada hər cür izahlar olduğunu nəzərə alaraq yalnız 
«interaktiv» sözünün lüğəti-etimoloji anlamları barədə bir qədər 
ətraflı danışmaq istərdik». 
«İnteraktiv» latın sözü olub iki yozumda təqdim olunur. 
Birincisi «intero» şəklində, yəni «daxili» mənasında, ikincisi 
200


ise «intemaşhin» şəklində «beynəlxalq» mənasında işlədilir. 
«Aktiv» sözü isə beynəlxalq status almış «aktivişhin» sözündən 
olub «fəal», «fəallıq», «fəallaşmaq» mənasında işlədilir. Özü də 
bu fəallaşma adi və normal fəallaşma kimi yox, çevik və dinamik 
fəallaşma kimi başa düşülür. Deməli, «interaktiv» sözü pedaqoji 
prosesin son dərəcə dinamik fəallaşdıniması kimi başa 
düşülməlidir. Bu fəallıq bütün beynəlxalq standartlara cavab 
verməlidir. 
Avropa alimləri interaktivliyi pedaqoji prosesin bütün 
sahələrinə, tərəflərinə, istiqamətlərinə şamil edirlər. Yəni dünya 
pedaqoqlan «interaktiv təlim», «interaktiv tərbiyə», «interaktiv 
üsul», «interaktiv priyom», «interaktiv yol», «interaktiv tələb», 
«interaktiv texnologiya», «interaktiv vasitə» deyəndə pedaqoji 
prosesin bütün mərhələlərində beynəlxalq standartlara cavab 
verən dinamik fəallığı nəzərdə tuturlar. 
Göründüyü kimi interaktiv təlim-tərbiyə prosesinin bütün 
tərəfləri üçün zəruri sayılır. 
Təəssüf ki, respublikamızın pedaqoji ictimaiyyəti, xüsusilə 
metodist-pedaqoq alimlər yalnız interaktiv üsullarmdan söhbət 
açırlar. Respublikamızın pedaqoji mətbuatmda dərc olunan bütün 
materiallannda (F.Bünyadova və B.Abdulladan savayı) interaktiv 
təlim metodlan barədə bir növ kosmetik şərhlər verilir. Hansı ki, 
bu yazılarda müəlliflər «interaktiv təlim metodu», «interaktiv 
təlim üsullan» deməklə birtərəfli mövqe tuturlar. Yəni 
interaktivliyi yataız dərsə şamil etməklə kifayətlənirlər. 1 
(l.Bünyadova F. «Təlim və tərbiyədə interaktiv texnologiya» Bakı 
2000). Bunu isə təbii hal kimi qəbul etmək lazımdır. Ona görə ki, 
dünyanın apancı təlim-tərbiyə müəssisələrində artıq sınaqdan 
keçirilərək böyük müvəffəqiyyətlə tətbiq edilən interaktiv 
metodlar, üsullar, texnologiyalardan yalnız hələ ki, biri 
respublikamızın apancı pedaqoji işçiləri tərəfindən tətbiq 
olunmağa başlanılıb. Başqa sözlə desək, Azərbaycan 
məktəblərində, ali və orta ixtisas müəssisələrində, elmi tədqiqat 
institutlannda mütəxəssislər tərəfindən hazırlanan məqalə və 
digər materiallar yalmz interaktiv təlim metodları ilə bağlıdır. 
Həmin yazılarm bir qismində 
201


«interaktiv təlim üsullan» kimi idealist ifadə tərzinə rast gəlirik. 
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, pedaqoji 
ədəbiyyatda «metod» və «üsul» anlayışlanmn sinonim kimi 
işlədilməsinə baxmayaraq, onlan fərqli şəkildə işlədən müəllifərə 
də rast gəlirik. Fikrimizcə, İm sözlərin sinonim kimi işlədilməsi 
daha düzgün sayılmalıdır. 
Məlum olduğu kimi, interaktiv təlim metodlan ən yeni 
təlim texnologiyalanndan biri sayılır. 
Təhsil islahatına dair direktiv və proqram sənədlərdə 
göstərilir ki, təhsilin məzmununun yaxşılaşdıniması, onun 
Avropa və Qərb təhsilinə inteqrasiya olunması üçün yeni iş 
prinsipinin müəyyənləşdirilməsinə, dərsə verilən müasir 
tələblərin ciddi şəkildə gözlənilməsinə və yeni təlim 
texnologiyalanmn tətbiq olunmasına zəruri ehtiyac var. Belə olan 
təqdirdə yeni təlim texnologiyalanndan bir qədər geniş söhbət 
açmağa ciddi ehtiyac duyulur. Biz bu məsələlərə münasibət 
bildirməklə yanaşı problemlə bağlı mövcud ədəbiyyatın da 
təhlilinə nəzər yetirəcəyik. Yanmfəsildə məsələnin mahiyyəti ilə 
yanaşı 
ədəbiyyatın 
təhlilini 
paralel 
aydınlaşdırmağı 
planlaşdırdığımız üçün yeri gəldikcə ədəbiyyatın təhlilinə də 
diqqət yetirəcəyik. 
Təlim texnologiyalan ilə bağlı fikir yürütməzdən əvvəl onu 
qeyd etmək vacibdir ki, bu məsələ ilə bağlı hələ SSRİ məkanında 
bir sıra pedaqoq alimlər müəyyən fikir söyləmişlər. Lakin bu 
fikirlər konkret yox, ümumi xarakter daşımışdır. Müəlliflər 
demək olar ki, yeni təlim texnologiyalannı proqramlaşdınimış 
təlimlə məhdudlaşdınr, 70-ci illərdən sonra həm Rusiyada, həm 
də Azərbaycanda yeni təlim texnologiyasının bariz nümunəsi 
kimi proqramlaşdınimış təlimdən geniş şəkildə olmasa da, 
danışmağa başlamışlar. Rus alimlərilə yanaşı B.A.Əhmədov 
proqramlaşdınimış təlim metodlan barədə tədqiqat apanb, bir sıra 
yazılar çap etdirsə də, yeni təlim texnologiyalannm məhiyyətini 
aydınlaşdırmağa 
müyəssər 
olmamışdır. 
(B.A.Əhmədov. 
«Proqramlaşdınimış təlim metodlan-tədqiqat işi»). Əslində sovet 
məktəbləri həmin 
202


illərdə yeni təlim texnologiyalanm qəbul etməyə hazır deyildi. 
Müasir pedaqogika ibtidai siniflərdə yeni təlim texnolo- 
giyalanndan istifadənin bir çox imkanlanndan faydalanmağı 
zəruri bilir. Son zamanlar «Pedaqogika» adlı dərs vəsaitlərindən 
birinin müəllifləri olan Ə.X.Rzayev, F.A.Rüstəmov yeni təlim 
texnologiyalarından həm dərsliklərində, həm də silsilə 
məqalələrində təlimin yeni texnologiyalan ilə bağlı çox mühüm 
aktuallıq kəsb edən tövsiyələr verir və dərin elmi əsaslara 
söykənən ideyalar irəli sürürlər. Onlann fikirlərinə əsaslansaq 
qeyd etməliyik ki, pedaqoji texnologiya dedikdə hər şeydən əvvəl 
praktik mənada qarşıya qo
5
mlmuş məqsədə uyğun olaraq bilik, 
bacanq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara 
nəzarəti həyata keçirmək üçün əməliyyatlar komplekti başa 
düşülür. 
Onlar yeni pedaqoji texnologiyada müəllimin fəaliyyətinin 
aşağıdakı funksional komponentlərini müəyyənləşdirirlər: 
1)
qnostik (idrak) komponent; 
2)
layihələşdirici komponent; 
3)
konstruktiv komponent; 
4)
təşkilatçılıq komponenti; 
5)
kommunikativ (ünsiyyət) komponent. 
Müəlliflər iddia edirlər ki, müəllimin təlim texnologi- 
yalannı aşağıdakı əməliyyatlar təşkil edir. 
-
bilikləri toplamaq (əldə etmək) üçün əməliyyatlar; 
-
təlimin və təhsil-tərbiyənin məqsədini layihələşdirmək 
üçün əməliyyatlar; 
-
təlim, təhsil-tərbiyə prosesini təşkil etmək üçün 
əməliyyatlar; 
-
bilikləri kommunikatordan (müəllimdən) şagirdlərə 
ötürmək üçün əməliyyatlar. 
Bu əməliyyatlan həyata keçirmək üçün pedaqoji və 
psixoloji texnologiyaları da unutmaq olmaz. Çünki pedaqoji və 
psixoloji texnologiyalar apancı mövqe daşıyırlar. Pedaqoji 
texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss 
olimur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır, bu 
203


konkret insanın psixikasında baş verən əməliyyatlar və hərəkətlər 
fiziki cəhətdən hiss olunur. Amma pedaqoji və psixoloji 
texnologiyalar arasında dəqiq sərhəd müəyyənləşdirmək olduqca 
çətindir. 
Pedaqoji texnologiyalann növləri çoxdur. Onlann 
içərisində təlim texnologiyası, təhsil-tərbiyə texnologiyası, 
inkişaf texnologiyası və didaktik texnologiya haqqında xüsusilə 
danışmaq lazımdır. 
Təlim texnologiyası dedikdə bilik, bacanq və vərdişlər 
formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür. 
Təhsil-tərbiyə texnologiyası dedikdə nisbi, sabit və müntəzəm 
olaraq çətinləşən bilik, bacanq və vərdişlər, münasibətlər 
sisteminin məqsədyönlü formalaşduilması nəzərdə tutulur. 
İnkişaf texnologiyası dedikdə ibtidai sinif şagirdlərinin 
fizioloji, fiziki, əqli və ən ümdəsi psixoloji inkişafı nəzərdə 
tutulur. Hər hansı təlim üsulunun tətbiq edilməsi zamanı uşaqlan 
psixoloji cəhətdən öyrənmədən sinfin interaktivliyini artırmaq 
olmaz. Məhz ona görə də bu prosesdə müəllimin uşaqlan 
psixoloji cəhətdən öyrətməsinə böyük ehtiyac duyulur. 
Psixi inkişaf dedikdə, əqli bacanqlann formalaşdıniması, 
insan psixikasında hər hansı əməliyyatlann çoxalması (artması) 
başa düşülür. Beləliklə, bacanqlann formalaşması harada baş 
verirsə, orada da psixi inkişaf müşahidə olunur. 
Diaqnostika texnologiyası - pedaqoqlann və ya 
psixoloqlann uşağın məktəbə hazırlığını diaqnostlaşdınlma- sıdır. 
Ə.Paşayev və F.Rüstəmova görə təlim texnologiyalann- da 
müə
5
^ən spesifik prinsiplər təsvir olunur. (1.Ə.Paşayev, 
F.Rüstəmov, «Pedaqogika», Bakı Çaşıoğlu, 2002). Aşağıda 
onlann təhlilini veririk. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə