Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Oxu dərslərində interaktiv təlim metodlarından



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə61/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   57   58   59   60   61   62   63   64   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Oxu dərslərində interaktiv təlim metodlarından 
istifadənin forma və yollan 
Əvvəlki yanmfəsildə qeyd etmişdik ki, interaktiv təlim 
metodlannm mahiyyət və tətbiqi imkanlan ilə bağlı elmi- pedaqoji 
ədəbiyyatda fikir müxtəlifliyi mövcuddur. Eyni sözləri interaktiv 
təlim metodlannm növləri, interaktiv dərsin tipləri haqqında da 
demək olar. İnteraktiv metodlanndan istifadəsi haqqında 
araşdırdığımız ədəbiyyatın heç birində demək olar ki, interaktiv 
təlim metodlannm növləri, sırası 
219


haqqında məlumat yoxdur. İnteraktiv dərsin tipləri barədə hökm 
(əgər belə demək mümkündürsə-M.S.) verilmir. Bu da təbiidir. 
Əgər hər hansı bir mütəxəssis interaktiv təlim metodlanni növlərə 
äyınb yalnız həmin növlərin tətbiqi ilə bağlı növlər verərsə, bu 
düzgün sayıla bilməz. Çünki elə müəllimlər var ki, bir tədris 
ilində interaktiv təlimin yeni növlərini üzə çıxara bilmək 
imkanına malikdir. Belə olan təqdirdə interaktiv təlim metodlanni 
məhdud çərçivəyə salıb onlarla işləmək pedaqoji cəhətdən 
düzgün sayıla bilməz. İnteraktiv təlim metodlanni növlərə 
ayırmaqdansa, 
bu 
metodlardan 
istifadənin 
formalanm 
müəyyənləşdirib məktəb praktikasına təqdim olunması daha 
faydalıdır. Yaxud məktəb praktikasında təlimin interaktiv 
metodlanmn ən səmərəli formalanndan istifadə edən sinif 
müəllimlərinin örnək fəaliyyətinin təbliğ və təlqin edilməsi daha 
məqsədə uyğundur. Məhz ona görə də bu yanmfəsildə bu məsələ 
barədə bir qədər ətraflı danışmağı lazım bilmişik. 
İbtidai siniflərin I siniflərində interaktiv təlim metodla- 
nndan yalnız IV rübün sonlannda istitfadə etmək mümkündür. 
Çünki birinci sinfin 2 rübü ərzində müəllimlər yalmz savad təlimi 
mərhələsini yerinə yetirməyə müvəffəq olurlar. 
Bir sıra hallarda müəllimlər bu mərhələ üzrə işi hətta 3- cü 
rübün sonuna qədər də davam etdirirlər. Dördüncü rübdə isə oxu 
vərdişləri və mətn üzərində işin başa çatdıniması prosesində 
interaktivin çox sadə formalanndan istifadə etmək mümkün olur. 
Ona görə də oxu dərslərində təlimin interaktiv metodlarmdan 
istifadə edilməsi 2-ci, 3-cü və 4-cü siniflərdə daha böyük effekt 
verir. 
İnldnci sinfin oxu dərslərində istər oxu vərdişlərinin 
aşılanması, istərsə də mətn üzərində iş apaniması zamanı sinif 
müəllimləri qarşısında çox ciddi vəzifələr qoyulur. Bu vəzifələri 
proqramın müəllifi və elmi redaJctoru prof. Y.Ş.Kərimov 
aşağıdakı şəkildə sistemləşdirmişdir. 
Ox« dərsləri« Mətni şagirdlərə tanış olan və olmayan sadə 
süjetli bədii əsərlərin və elmi-kütləvi mətnlərin, xalq yaradıcılığı 
nümımələrinin dəqiqədə 35 sözdən başlayaraq 
220


dərs ilinin axınnda 40-45 söz sürətlə, ucadan 55-60 söz sürəti ilə 
səssiz bütöv sözlərlə düzgün, ifadəli və şüurlu oxunması. Dərs 
ilinin əvvəlində ən azı 125, dərs ilinin axınnda 200 sözdən ibarət 
mətnin rəvan oxunması. 
Oxu prosesində nitqin təbiiliyinin, ədəbi tələffüz 
normalannm gözlənməsi. Mətndəki durğu işarələrinin nəzərə 
alınması. Cümlədə mənası mühüm olan, üzərinə məntiqi vurğu 
düşən sözlərin (terminsiz) tapılması. Sözlər, cümlələr, abzaslar 
arasında fasilənin gözlənməsi. Məzmundan asılı olaraq müvafiq 
tonun (şən, təntənəli, məğrur, iftixarlı, mülayim, qəmgin, 
həyəcanlı, ötkəm və s.) seçilməsi. 
Mətndəki hər bir söz, ifadə və cümlənin, bütövlükdə 
məzmununun şüurlu başa düşülməsi. 
Mətn fizrə iş. Müəllimin köməyi ilə mətndəki mənası 
anlaşılmayan sözlərin tapılması, onlaiın yaxın mənalı və əks 
mənalı sözlərlə əvəz edilməsi. Mətndəki obrazlı söz və ifadələri, 
müəyyən obrazı, hadisəni xarakterizə edən, hissləri açıb göstərən, 
təbiət lövhələrinin təsvirini canlandırmağa xidmət edən sözlərin 
seçilməsi. 
Şagirdlərə kiçik mətnin hər bir hissəsi üzrə sözlə «şəkil 
çəkməb>, şəkilli plan tutmaq, plan üzrə məzmununu nağıl etmək, 
iştirak edən şəxslərin hərəkətlərini qiymətləndirmək, mətni 
həyatla əlaqələndirmək» - bacanğının verilməsi. Adsız mətnlərə 
başlığın tapılması, oxunmuş mətnə suallann verilməsi, mətnin 
məzmununun nağıl edilməsi. 
Hekayə, nağıl, təmsil, şer arasındakı fərqin müəyyən 
edilməsi. (Bax: Ümumtəhsil məktəblərinin II sinif proqramla- n. 
Bakı, Çaşıoğlu, 2000. səh. 5-6) 
Göründüyü kimi təklif edilən sistem üzrə işi daha səmərəli 
şəkildə həyata keçirmək üçün interaktiv təlim metodlanndan 
istifadə edilməsinə böyük ehtiyac duyulur. Bu ehtiyacı ödəmək 
üçün II sinfin oxu dərslərində təlimin interaktiv yollannm tətbiqi 
zamanı müvafiq formalardan istifadə olunması zərurəti yaranır. 
Elmi pedaqoji ədəbiyyatda bu formalar barədə konkret 
olmasa da ümumi şəkildə müəyyən tövsiyyələr vardır. 
221


Amerika, Avropa və Azərbaycan pedaqoq alimlərinin, 
metodistlərinin problemə dair fikirlərinə və qabaqcıl məktəb 
təcrübəsinə istinad edərək biz oxu dərslərində təlimin interaktiv 
metodlarından istifadənin aşağıdakı formalarını təklif edirik. 
İnteraktiv təlimin: 
-
Dialoq, treninq forması; 
-
Breyniq forması (fikir sıçrayışı); 
-
Koperativləşdirmə forması; 
-
Müqayisəli şərh forması; 
-
Mübahisəli yanaşma forması; 
-
Tədris interaktivlərinin nümayişi forması; 
-
Didaktik oyun forması. 
a)
rollu oyunlar; 
b)
hərəkətli oyunlar; 
v) musiqili oyunlar; 
q) şəkilli oyunlar; 
g) süjetli oyunlar; 
d) kütləvi oyunlar və s. 
İnkişaf etmiş ölkələrin ümumtəhsil məktəblərində çalışan 
sinif müəllimi üçün səciyyəvi olan sadaladığımız dialoq treninq 
formasının struktru aşağıdakı kimidir. 
222


Bu formalar ümumpedaqoji formalann yalnız bir qismini 
təşkil edir. 
Respublikamızın ümumtəhsil məktəblərinin ibtidai 
sinifləri üçün xarakterik olan bu formalann bir neçəsi barədə irəli 
sürəcəyimiz fikirlər, məsləhətlər, tezislər, ideya və müddəalar, 
güman edirik ki, müasir şəraitdə ölkəmizdə həyata keçirilən təhsil 
islahatı ilə işin kiçik bir tərkib hissəsi sayıla bilər. 
DiaİQq-treninq. Treninq ingilis sözü (traninq) olub 
«təlim-məşq rejimi» mənasım verir. «Təlim-məşq rejimi» ifadəsi 
idman termini kimi işlənmişdir. Ümumtəhsil məktəblərində və 
eləcə də idman məktəblərində müvafiq seksiyalar (voleybol, 
futbol, güləş, yüngül atletika, gimnastika, boks və s.) tədris 
proqramına uyğun olaraq məşğul olan idmançı şagirdləri çox 
mühüm və rəsmi yanşlara hazırlamaq məqsədilə ən hazırlıqlı 
olanlan təlim məşq toplantısına dəvət edərək, onlarla xüsusi rejim 
proqramına uyğun məşğul olurdular). 
Dialoq- sözü isə latın sözü olub (dios-loqos) «iki şəxsin 
deyişməsi» mənasını verir. 
Dialoq treninqin təşkili prosesində sinif müəllimi ilə yanaşı 
ekspert (yaxud.ekspertlər qrupu) iştirak edir. Sinif iki qrupa aynhr 
və hər qrupun rəhbəri təyin olunur. Qruplar isə yanmqrupa 
bölünür. Əgər sinifdə 20 şagird varsa, onlar iki qrupa (hər biri 
8-10 nəfərdən ibarət olmaqla) bölünür. Qruplar isə dörd 
yanmqrupa (hər biri 4-5 nəfərdən ibarət olmaqla) ayrılırlar. İbtidai 
siniflərin hər birində qruplar 8-10, yanm qruplar isə 4-5 nəfərdən 
artıq ola bilməz. 
Dialoq-treninqin məqsədi. Şagirdlərin dərsin mövzusu ilə 
bağlı bilik, bacanqlanmn üzə çıxaniması, onlann intellektual 
səviyyəsinin açıqlanması, onlarda səbrlilik, təmkinlilik, qarşılıqlı 
hörmət, qələbə əzmi kimi keyfiyyətləri formalaşdırmaq, bir sözlə 
onları son dərəcə fəallaşdırmaqdan ibarətdir. 
Dialoq-treninqin qaydalan: 
- I qrupun rəhbəri mövzu ilə bağlı sual verir və həmin 
suallan günün aktual məsələləri, eləcə də tarixi faktlarla (ictimai, 
iqtisadi, siyasi, tarixi hadisələrlə) əlaqələndirməyi 
223


bəyan edir; 
-
n qrupun rəhbəri isə cavablan yazır, qrupun üzvlərilə 
məsləhətləşdikdən sonra əh real hesab etdikləri cavabı bir öncül 
kimi elan edir; 
-
Müəllim cavabı qiymətləndirir; 
-Ekspert qrupu (dəvət olunmuş müəllim və sinif 
şagirdlərindən 2-3 nəfəri) qazanılan ballan elan edərək öz bilik 
bankında qeydə alır; 
-
II qrup öz növbəsində öncülləri vasitəsilə sual verir, I 
qrupun öncülü yarım qruplann köməyilə ən real və doğru hesab 
etdikləri cavabı elan edir; 
-
II qrup öz növbəsində öncüllərin vasitəsilə sual verir; 
II qrupım öncülü yanmqruplann köməyilə ən real və doğru 
hesab etdikləri cavabı elan edir. 
-
Müəllim və ekspertlər qrupunun qiyməti və qəran 
səslənir; 
-
Sonda ekspert qrupunun rəhbəri cavablan müqayisə edir, 
ballann miqdannı səsləndirir və qalibi elan edir. 
Dialoq-treninqin prinsip və tələbləri: 
-
Suallan aydın və aramla söyləmək; 
-
Sual verərkən əlaqəli cavabın müddəalannı eyhamla 
söyləməmək; 
-
Komanda üzvlərinə söz atmamaq; 
-
Əsəbiləşməmək; 
-
Komanda yoldaşına sataşmamaq; 
-
Suala təmkinlə qulaq asmaq; 
-
Cavabı vaxtında vermək; 
-
Heç kəsi təhqir etməmək; 
-
Tam sərbəst və diqqətli olmaq. 
Dialoq-treninqin 
şərti 
müəllim 
tərəfindən 
müəyyənləşdirilir və ekspert qrupu ilə razılaşdınidıqdan sonra 
elan edilir. 
Dialoq-treninqin şərtləri: 
1.
Problemlərə hər hansı şəkildə fikir bildirməkdə haqlı və 
hüquqlu olmaq. 
2.
Öz mövqeyini əsaslandırmaq üçün hər bir şagirdə eyni 
səviyyədə informasiya almaq imkanı yaratmaq. 
224


3.
Qarşı tərəfin fikri ilə öz fikrinin arasında oxşar, uyğun 
məqamlan tapmağa cəhd etmək. 
4.
Tərəflər arasında münasibətlərdə (danışıq, dialoq 
zamanı) heysiyyata toxuna biləcək söz və ifadələrin yasaqlığı. 
5.
Tərəf müqabilini dinləmək, səbrli olmaq bacanğı. 
6.
Ya öz fikrinin düzgünlüyünü aramla izah edib sübuta 
yetirmək, ya da qarşıdakınm fikrini qəbul edə bilmək 
mədəniyyəti. 
Dərsdə qoyulmuş problemin dialoq-treninq əsasmda 
müzakirəsinin əsasən iki mərhələsi vardır. 
I. Yanmqruplar üzrə iş. 
Şagirdlər yanmqruplarda, komandalarda problemin ayn- 
ayn məqamlannm əlverişli həlli yollarım dialoq-treninq üsulu ilə 
axtanb tapmağa çalışırlar. 
Onlar informasiya yolu ilə əldə etdikləri məlumatlann 
düzgün nəticələrini cəmləşdirirlər. Şagirdlər komandalara 
bölünməklə işləyə bilmək vərdişinə alışır, eyni məsələyə dair bir 
fikirlə qənaətlənməyib hər kəs öz mülaÜzəsini söyləmək 
hüququna malik olduğunu bilir. Qrup üzvləri yoldaşmm sözünü 
kəsmədən axıra qədər ona qulaq asmaqla səbrlilik mühitində 
formalaşır, deyəcəyi sözün doğru olub-olmaya- cağını 
ölçüb-biçməklə öz məsuliyyətini dərk etmiş olur. 
Eikir sıçrayışı forması. 
Fikir sıçrayışı forması ibtidai sinif şagirdlərinin cütlər və 
komandalar şəklində bir növ bilik yanşıdır. 
Bu yarışın əsas məqsədi keçilən mövzunun dərindən 
qavranılması, şagirdlərin danışıq vərdişlərinin, bilik-bacanq- ların 
zənginləşdirilməsi, 
bilmədiklərini 
şagird 
yoldaşlanndan, 
müəllimdən demokratik əsaslarla, etik hərəkətlərlə, təvazökarlıq 
nümayiş etdinnəklə öyrənməsinə, bir sözlə onlann son dərəcə 
fəallaşmasına xidmət edir. 
Dərsdə mövzunun doğurduğu mürəkkəb sualın alternativ 
variantlannı tapmaqda və həll etməkdə münaqişənin də ortaya 
çıxması təbii haldır. Bu münaqişə anında fəallıq forması kimi fikir 
sıçrayışı üsuluna da tez-tez müraciət olunur. Bu üsul, metod 
ümumi şəkildə şagirdlərin öz daxili düryaUınna 
225


boylanma və baxmalanna müsbət təsir göstərir. Bundan başqa 
fikir sıçrayışı metodunun tətbiqi şagirdlərin yaradıcılıq 
potensiallannm inkişafına, onlann öz fərdi düşüncələrini 
başqalannm (sinif yoldaşlannm) düşüncələrinə qarşı qoymağa, 
yeni-yeni təşəbbüslər irəli sürməyə imkan yaradır. 
Fikir sıçrayışının vacibliyini zəruriləşdirən dərslərdə 
şagirdlər içlərində yaşatdıqlan, adi hallarda üzə çıxarmadıqlan 
mülahizələrini birdən-birə, gözlənilmədən söyləyir. Şagirdlər 
ortada olan fakta dair mövcud mülahizələr arasındakı faktı 
tutuşdurmaqla müqayisələr apanr və nəticənin doğru olub- 
olmadığını nəzərə almadan qəfil olaraq öz qənaətlərini 
söyləyirlər. 
Fikir sıçrayışı metodundan istifadə yolu ilə məşğələ 
aparmağı dərsin qarşısına məqsəd qoyan müəllim interaktiv 
ardıcıllığı gözləməlidir. 
1.
Nəzərdə tutulmuş mövzunu öncədən hazırlamaq. 
2.

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə