Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə63/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   59   60   61   62   63   64   65   66   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

3.18.
 
Magistratura təhsilinin bəzi məsələləri 
Ölkəmizdə həyata keçirilən magistratura təhsili ilə bağlı 
müvafiq direktiv və proqram sənədlər olsa da, onlann ma- 
gistrlara və bu sahədə çalışan mütəxəssislərə çatdıniması işində 
bir sıra çətinliklər özünü göstərir. Nəticədə onlar magistratura 
təhsili ilə bağlı ətraflı informasiyalara malik olmurlar. Bunlan 
nəzərə alaraq ali təhsilin magistratura pilləsində magistr hazırlığı 
ilə bağlı bəzi məlumatlann verilməsini zəruri hesab edirik. 
Müstəqillik yolu ilə inamla irəliləyən respublikamızda 
cəmiyyətin demokratiklaşdırilməsi və bazar iqtisdiyyatma keçid 
digər sahələrdə olduğu kimi, peşə - ixtisas təhsili sahəsin 
227


də də köklü islahatlar apanlmasmı tələb edir. İslahatın məqsədi 
müvafiq standartlar səviyyəsində mütəxəssislər hazırlamaqdan, 
milli iqtisadiyyatın və digər qeyri istehsal sahələrinin sərbəst 
bazar iqtisadiyyatı şəraiti və onun tələblərinə uyğun mütəxəssis 
kadrlara olan ehtiyacını təmin etməkdən ibarətdir. 
Azərbaycan 
Respublikasında 
artıq 
müstəqillik 
qazandıqdan sonra Təhsil Qanununa uyğun olaraq ali təhsilli 
mütəxəssis hazırlığının ikipilləli - bakalavr və magistr sisteminə 
keçilmişdir. 
Hazırda 
Respublikanın 
ali 
məktəblərinin 
əksəriyyətində dörd illik proqramlannı yerinə yetirən bakalavr və 
2 illik magistr hazırlığı həyata keçirilir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 
1997 - ci il tarixli 15 saylı qəran ilə təsdiq olunmuş «Azərbaycan 
Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı 
(magistratura) haqqında Əsasnatnə»yə uyğun olaraq 1997-ci ildə 
ölkəmizdə ilk dəfə ali təhsilin ikinci pilləsi olan magistraturada 
mütəxəssis hazırlığına başlanılmışdır. Bununla bağlı Təhsil 
Nazirliyi tərəfindən «Magistr ixtisaslaşmalannın siyahısı» 
(magistr proqramları) hazırlanmış və N^irlər Kabinetinin 20 may 
1997-ci il tarixli qəran ilə təsdiq edilmişdir. 
Eyni zamanda magistr hazırlığı apanlacaq ali təhsil 
müəssisələri müəyyənləşdirilmiş və Nazirlər Kabineti tərəfindən 
təsdiq olunmuşdur. Bundan sonrä Təhsil Nazirliyinin 19.06.1997 
- ci il tarixli 420 saylı əmri ilə müvafiq ali məktəblərə ayn-ayrı 
ixtisaslaşmalar üzrə magistr hazırlığına icazə verilmişdir. 
Təhsil Nazirliyinin 21.05.97 - ci il tarixli, 322 saylı əmri ilə 
təsdiq olunmuş «Ali təhsil müəssisələrinin magistraturasına 
müsabiqəyə buraxılma və müsabiqənin keçirilməsi barədə 
nümunəvi qaydälar»a uyğun olaraq magistr hazırlığı aparmağa 
icazə almış hər bir ali məktəb özünün qəbul qaydalanhı mövcud 
qaydada təsdiq etdirmişdir. 
Nazirliyin 25.08.1997 - ci il tarixli əmri ilə magiştr bileti 
və magistrin attestasiya kitabçasının nümunələrinin hazırlanması, 
onların doldurulması və verilməsi qaydalan təsdiq 
228


edilmiş, bunun əsasında Təhsil Nazirliyi tərəfindən həmin 
sənədlər, habelə «Ali təhsilin magistratura pilləsində professor 
-
müəllim heyyətinin tədris işi üçün vaxt norması» və həmin 
pillədə imtahan - məqbullann qəbul edilməsi haqqında 
təlimatı-məktubu hazırlanıb ali məktəblərə göndərilmişdir. 
Beynəlxalq tələblərə uyğun olaraq magistraturada təhsil 
alanlar geniş emdisiyaya, elmi bazaya malik olmalı, elmi 
yaradıcılıq metodologiyasına yiyələnməli, elmi və elmi pedaqoji 
yaradıcılığa hazır olmalıdır. Buna görə də magistr hazırlığında 
fundamental, ümumelmi, humanitar və sosial - iqtisadi fənlərin
istiqamət və ixtisaslaşma fənlərinin öyrənilməsi, habelə 
tələbələrin xarici dillərdən birinə yüksək dərəcədə yiyələnməsi 
nəzərdə tutulmalıdır. 
Bu tələblərə uyğun olaraq Təhsil Nazirliyinin 22.04.97 
-
ci il tarixli, 235 saylı əmri ilə «Magistr hazırlığının minimum 
məzmununa və səviyyəsinə qoyulan dövlət tələblərinin 
strukturu» müəyyənləşdirilmişdir. Həmin strukturla istiqamətin 
ümumi xarakteristikası, magistr hazırlığı səviyyəsinə qo)aılan 
tələblər, eləcə də magistr hazırlığını təmin edən təhsil proqramına 
qoyulan minimum məcburi tələblər müəyyən edilmişdir. Demək 
olar ki, ali məktəblərdə magistr hazırlığı aparılan bütün 
ixtsaslaşmalar üzrə magistr təhsil proqramları və tədris planları 
hazırlanıb təsdiq olunmuşdur. 
Məlumdur ki, mövcud qaydalara görə «BakalavD> 
dərəcəsi almış ən istedadlı və perspektivli tələbələr müsabiqə 
yolu ilə magistraturaya daxil olmaq hüququna malikdirlər. 
Müsabiqədə «Bakalavn> dərəcəsi almış digər birpilləli ali 
məktəblərin məzunları da iştirak edə bilər. Magistraturada 
tələbələr biliklərini konkret istiqamətdə daha da dərinləşdirir
elmi tədqiqatlar apanr və xarici dili dərindən öyrənirlər. 
Magistraturanı bitirmiş tələbələr elmi işlərini müdafiə edir və 
ixtisaslaşdınimış elmi şuralann qəran ilə «magistn> dərəcəsi 
verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə 
nümayiş etdirmiş məzunlar Elmi Şuranın qərarı ilə təhsilin 
sonrakı pilləsində elmi araşdırmalannı davam etdirə bilərlər. 
229


«Magistr» dərəcəsi almış mütəxəssislər ali məktəblərin 
«bakalavD> pilləsində, həmçinin institut, kollec və digər 
birpilləli təhsil ocaqlarında, Respublika Elmlər Akademiyası 
sisteminin elmi tədqiqat mərkəzlərində və institutlannda işləyə 
bilərlər. 
Azərbaycan Respublikasında ali təhsilin magistratura 
pilləsində magistr hazırlığına istiqamət verən, Azərbaycan 
Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanan 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq 
olıman və hazırda qüvvədə olan Əsasnamələr mövcuddur. 
Magistr hazırlığı barədə tövsiyyələr verməmişdən qabaq həmin 
əsasnamələrin bəzilərindəki müvafiq müddəalan nəzərə 
çatdırmaq daha faydalı olardı. Guman edirik ki, yanm- fəslə daxil 
edilən həmin əsasnamələrin^ müvafiq müddəalan bu sahədə 
çalışanlar üçün stolüstü material rolunu oynayacaqdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə