Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Təlimin müasir həyatla əlaqələndirilməsi prinsipi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə54/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   50   51   52   53   54   55   56   57   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təlimin müasir həyatla əlaqələndirilməsi prinsipi 


I Bu prinsip pedaqogikada ən çox işlənən və tədrisin 
sənterəliliyini artırmağa kömək edən prinsiplərdəndir. Əgər 
öyrənilən biliklər müasir həyatla, cəmiyyətin inkişafı ilə 
əlaqələndirilmirsə, həmin bilik şagird üçün mənasız yükə 
çevrilir.- Belə olduqda şagirdlərin elmi biliyə marağı azalır, 
şüurluluq və fəallıq səviyyəsi aşağı düşür. Ona görə də müəllim 
istər fənnin, istərsə də ayn-ayn mövzulann öyrədilməsi zamanı 
keçirilən materialın həyati əhəmiyyətini şagirdlərə başa 
salmalıdır. Müəllim ayrı-ayn fakt və hadisələri, şagirdlərin 
yaşadıqlan regionda, respublikada, dünyada baş verən proseslərlə 
əlaqələndirməli, dərsin canlı, yaradıcı keçilməsinə nail olmalıdır. 
Bunun üçün ilk növbədə müəllimin özünün məlumatlılığı, 
elmi-nəzəri hazırlığı, geniş dünyagörüşü olmalıdır. Tədris ilinin 
bu cür qurulması şagirdləri praktik cəhətdən sosial-iqtisadi 
mədəni həyatda iştirak etməyə hazırlayır^ 
Təlimin həyatla əlaqələndirilməsi kortəbii şəkildə, nəyinsə 
xatirinə həyata keçirilməməlidir. Əlaqələndirmə keçilən 
mövzunun xarakterinə uyğun gəlməli, onu tamamlamalıdır. 
Təlimin təhsiUəndirici, tərbiyəedici və inldşafetdirici 
prinsipi 
Bu prinsip altında təlimin təhsiUəndirici, tərbiyəedici və 
inkişafedici funksiyalan dayanır. Bunlann hər biri qarşılıqlı 
əlaqədə görülür. Təlim təhsili həyata keçirmək prosesidir, təhsil 
isə təlim üçün həm əsas, həm də nəticə hesab edilir. 
TəhsiUəndirici prinsip zamam şagirdlər proqram üzrə nəzərdə 
191


tutulmuş bilik, bacanq və vərdişləri mənimsəyirlərsə, tərbiyəedici 
funksiya zamanı şagirdlərlə əxlaqi, mənəvi, estetik, əmək, ekoloji, 
iqtisadi tərbiyə üzrə iş aparılır, onlara müsbət keyfiyyətlər aşılanır, 
müvafiq adət və vərdişlər yaradılır, tnkişafetdirici prinsip deyəndə 
şagirdlərin fiziki və psixi qüvvələrinin inkişafı nəzərdə tutulur. 
Fiziki qüvvələrə, yerimək, qaçmaq, üzmək, tullanmaq və s. 
keyfiyyətlər daxildir. Psixi qüvvələrə isə duyğular, qavrayış, 
təsəvvür, təfəkkür, diqqət və s. aid edilir. Bunlarm hər biri 
şagirdlərə müəyyən tərbiyəvi təsir gösterə bilir. Ona görə de 
müəllim həmişə təlimin tərbiyəvi gücündən səmərəli istifadə 
etməli, istiqaməti düzgün müəyyənləşdirməlidir. Bu prinsipin 
tətbiqi zamanı müəllim-şagird münasibətlərində xeyirxahlıq, 
insanpərvərlik, sadəlik, qayğıkeşlik nümayiş etdirməli, hörmət və 
tələbkarlığı birləşdirməyi bacarmalıdır. 
Ümumiyyətlə telim prosesində bu prinsipin istər 
təhsilləndirici, istər tərbiyəedici və istərsə də inkişafetdirici 
əhəmij^əti olduqca genişdir. 
Müəllim tədris prosesində bunların hər birindən səmərəli 
istifadə etməli, şagirdlərin inkişafına nail olmalıdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə