Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə50/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   46   47   48   49   50   51   52   53   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

174


3.12.
 
Şagirdlərə biliklərin verilməsi, bacarıq və vərdişlərin 
aşılanması prosesi 
Bilik nədir? Bilik elmi ədəbiyyatda müxtəlif cür yozulur və 
müxtəlif növlər üzrə təsnif olunur. Məsələn, fəlsəfi bilik, riyazi 
bilik, bioloji bilik, fizioloji bilik, texniki bilik, bədii bilik və s. 
Bilik hər hansı bir nəzəriyyə və təcrübənin vəhdətindən yaranır. 
Qazanılan nəzəri biliklər əldə edilən praktik məlumatlar və 
vərdişlər əsasında zənginləşdirilir. Bir sıra atalar sözlərində, 
zərbül-məsəllərdə və digər bədii yaradıcılıq nümunələrində buna 
işarə edilir. «Çox oxuyan çox bilməz, çox gəzən çox bilər», «Ağıl 
yaşda deyil başdadiD>, «Bilik ağlın cövhəridir», «Alim öldü, 
aləm öldü», «Elm nurdur, bilik düır», «Biliksiz insan 
dənsiz-susuz dəyirmana bənzən>, «Bilikli adam ədəbli olar» və s. 
Göründüyü kimi xalq hikmətlərində bilik insan heyatının 
ən başlıca amili və meyarı hesab olunur. 
Pedaqoji elmin də ən ali məqsədi təhsilləndirmə, 
tərbiyələndirmə və inkişaf etdirməkdir. Təhsilləndimıənin isə ən 
ali məqsədi yaxşı təlim etmədir. Yaxşı təlim etmənin son nəticəsi 
isə uşaqları elmi dünyagörüşə yiyələndirməklə yanaşı onları 
tərbiyələndirib hərtərəfli inkişaf etdirməkdir. Bunun üçün hər 
şeydən əvvəl şagirdlərə müvafiq biliklər vermək və verilmiş 
biliklər əsasında onlara müəyyən bacanq və vərdişlər 
aşılanmalıdır. 
Bilik təbiətə, cəmiyyətə və idraka dair hadisələr, proseslər 
və informasiyalardan yaranır. Folklor materiallarında, Səmavi 
kitabələrdə (İncil, Tövrat, Zənbur, Quran), əski astroloji 
mənbələrdə, islam dəyərlərində insanın yaranmasında rol 
oynayan dörd ünsürün (od, torpaq, su, hava) istər müsbət, istərsə 
də mənfi təzahürlərinin yalnız Allahın insana bəxş etdiyi idrakın 
qüvfəsilə tənzimlənməsi öz əksini tapır. Yəni torpağı sevən, 
ondan bəhrələnən insanlar bir sıra hallarda torpaqda baş verən 
təbii hadisələrin (zəlzələnin, vulkanm, püskürmələrin və s.) 
fəlakətlərin təsirinə məruz qalır. Yaxud su insan həyatı üçün nə 
qədər faydalıdırsa ağır su kütləsindən 
175


(seldən, leysandan, daşqından və s.) insan zərər çəkir. Hava insan 
həyatının ən başlıca amilidirsə qeyri-adi hava sıxlığından yaranan 
hava seli (tufan, qasırğa və s.) insanın həyatı üçün çox təhlükəli 
olur. Eləcə də od insanın sosial məişətində nə qədər dəyərlidirsə 
odun törətdiyi fəlakətlər (yanğınlar, partlayışlar və s.) insan 
məskənlərini xarabalığa döndərir. Bunların qarşısını almaq üçün 
insanın ağlı, dərrakəsi, zəkası, idrakı həmin amillərin qarşısını 
almaq üçün axtanşlar, kəşflər edir, yenilikləri üzə çıxanr, 
nəzəriyyələr, qanunlar yaradır. Deməli, insanlann ilk bilik 
mənbəyi təbiətdirsə, həmin biliyi onlar təbiət və cəmiyyət 
hadisələrinin tənzimlənməsinə yönəltmək üçün ilk növbədə 
idrakın qüvvəsinə istinad edirlər. 
Belə bir təqdirdə bilik anlayışına aşağıdakı tərifi vermək 
lazım gəlir: 
Bilik - təbiətin, cəmiyyətin, idrakın ümuminkişaf 
qanunauyğunluqları, qanunlanna dair faktlann, rəqəmlərin
məlumatların və informasiyalann məcmuudur. 
Bacanq - biliklərin tətbiq olunması, vərdiş isə bacanqlann 
avtomatlaşdıniması kimi başa düşülür. 
Hər bir tədris fənnində biliklər real predmetləri, prosesləri, 
maddi aləmin təzahürlərini özündə əks etdirən və müəyyən 
sistemdə verilən faktlarda, anlayışlarda, qanunlarda və elmi 
nəzəriyyələrdə ifadə olunur. 
Biliklər həm də praktikada tətbiqolunma prosesində 
bacanqla bağlıdır. Bacanq - bu mənimsənilmiş biliklər əsasında 
şüurlu surətdə yerinə yetirilən praktik fəaliyyətə insanın bir növ 
hazır olmasıdır. Bacanq biliklərin məzmunu ilə bir başa 
əlaqədardır. Bacanqlann hər biri müəyyən nəzəriyyəyə əsaslanır. 
Məsələn, riyazi qanunlann dərk olunmaq bacanğı, yaxud 
oxunmuş mətnin planını tutmaq bacanğı, məsələləri həll etmək 
bacanğı, müəyyən dərəcədə mürəkkəb inşalar yazmaq bacanğı, 
kimya üzrə müşahidə və ya təcrübə aparmağı, musiqi alətində 
çalmaq bacanğı, rəqs etmək bacanğı və s. bu cür bacanqlardır. 
Vərdiş 
bacanqlann 
dəfələrlə 
təkran 
nəticəsində 
avtomatlaşmış formasıdır. Vərdiş o qədər avtomatlaşmalıdır ki. 
176


o, sürətli və nöqsansız fəaliyyətə çevrilməlidir. Məsələn, qiraət, 
məktub yazmaq, şifahi hesablama vərdişi, alətlərdə sərbəst 
çalmaq, rəsmi təxəy)mldən kağıza köçürmə, topu dəfələrlə 
çiləmə, tumikdə sərbəst yellənmə, aşma, fırlanma və s. 
Bütün fənlərin tədrisi prosesində şagirdlər qazandıqlan 
bilikləri mənimsəməyi bacarmaq üçün ciddi səy göstərməlidirlər. 
Yalnız bu ciddi səyin sayəsində şagirdlər öyrəndiklərini 
dönə-dönə təkrar etməyə alışırlar. Bu alışqanlıq bir növ vərdişə 
çevrilir. Başqa sözlə desək, şagirdləri öyrənməyə alışdıran bir 
sistem yaranır. Hansı ki, pedaqoji prosesdə buna bilik, bacarıq və 
vərdişlər sistemi deyilir. Bu sistemin yaradılması isə müəllimin 
səviyyəsindən və səriştəsindən çox asılıdır. 
Şagirdlərin bilikləri mənimsəməsi zamanı şüurlannda 
maddi aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təmin 
etmək qaydalarını da onlara necə dərk və tətbiq etməyi məhz 
müəllim öyrədir. 
Məlum olduğu kimi, insan özünün bütün həyatı və praktik 
fəaliyyəti prosesində obyektiv aləmi, yəni gerçəkliyi dərk edir. Bu 
zaman ona idrak prosesləri kömək edir. İnsanda 5 duyğu vardır ki, 
onlann da hamısı idrak prosesinə xidmət edir. Ona görə də telim 
prosesi biliksizlikdən biliyə doğru hərəkətidir, qeyri-dəqiq və 
natamam biliklərdən daha dəqiq və daha tam biliklərin 
hərəkətidir. 
Şagirdlərin idrak prosesinin fəaliyyət dinamikasını elə 
tənzimləmək lazımdır ki, onlar duyduqlan predmet ^ə hadisələri, 
yəni elmi-nəzəri faktları dərindən mənirrısəyib qavrasın, 
hafizəsində saxlasın, hifz etsin, sonra iəiəkkiir süzgəcindən 
keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin. 
Təfəkkür süzgəcindən keçirilməyən elmi dəlillər yalnız 
nitq vasitəsilə aşkarlanır. Çünki biz təfəkkür deyəndə hər hansı 
hadisənin, faktın, qanunauyğunluğun və s. kəşfinə yönəldilmiş, 
sosial cəhətdən şərtlənən və nitq vasitəsilə ifadəsini tapan psixi 
prosesi nəzərdə tuturuq. 
Unutmaq olmaz ki, təfəkkür dil ilə aynimaz şəkildə 
bağlıdır. Dil idrakda mühüm rol oynayır. İnsanlar dil vasitəsilə 
177


öz 
aralannda 
ünsiyyət 
saxlayır, 
özlərinin 
dərketmə 
fəaliyyətlərinin nəticələrini ifadə edirlər. Yeni nəsil bunun 
sayəsində əvvəlki nəsillərin təcrübələrinə yiyələnirlər. 
Şagirdlər bilikləri mənimsədikləri, obyektiv aləmi dərk 
etdikləri halda onlann bilikləri mənimsəməsi idrak müxtəlifliyi 
ilə bağlıdır. Buna görə də idrakın ümumi qanunauyğun- luqlan bu 
prosesə aid edilir. 
Gənc nəsil tərəfindən biliklərin mənimsənilməsi 
cəmiyyətin inkişafında ən mühüm və ən zəruri şərtdir. Lakin 
tədrisin ictimai rolu heç də həmişə özünü binizə vermir. Çünki 
tədrisə stimul yalnız tədris prosesində yaranır. Müəllim uşaqlarda 
marağı artınr, onlarda məktəbdə tədris olunan biliklərə tələbat 
yaradır, tədris məşğələlərinə maraq tərbiyə edir, onlan tədrisə 
həvəsləndirir. Yalnız bu zaman uşaqlar bəşəriyyətin əldə etdiyi 
bilikləri mənimsəməyə başlayırlar. Bu şərtlə ki, təlim prosesində 
mexaniki əzbərləməyə bayağı, dayaz ümumiləşdirmələr 
aparılmasına yol verilməsin. Bəzən müəllim hər hansı bir 
qanunun, tərifin əzbərlənməsini tələb edir. Şagirdlər əzbər 
söylədikləri tərif üçün təşəkkür də alır. Beləliklə şagirdlər 
mexaniki əzbərləməyə meyl etməyə başlayırlar. Təcrübə və 
müşahidələr göstərir ki, mexaniki əzbərləmə vasitəsilə əldə edilən 
formal bilik tez do unudulur. Yəni qavranılmır, idrak vərdişinin 
məhsuluna çevrilmir. Başqa sözlə desək, şagird həmin biliyi 
mənimsəmir, öz malı etmir, çünki onu tezliklə unudur. Ona görə 
də təlim prosesində mexaniki əzbərləməyə yol vermək olmaz. 
Sual olunur, bəs şerlərin əzbərlənməsinə necə yanaşılmalıdır. 
Cavab birmə- nalıdu. Şerin də mexaniki əzbərlənməsi onun 
unudulması ilə nəticələnir. Ona görə də şerin mahiyyəti, 
məzmunu tərbiyəvi əhəmiyyəti ətraflı şərh edildikdən sonra onun 
ideyası dərindən mənimsədildikdən sonra onun əzbərlənməsi 
faydalı olur. 
Hər bir tədris predmeti üzrə şagirdlərin bilikləri 
mənimsəməsi bəzi xüsusiyyətlərlə xarakterizə olunur. Məsələn, 
ibtidai siniflərdə səs, söz, cümlə haqqında şagirdlərə verilən ilkin 
məlumatlar V-VIII siniflərdə fonetika, morfologiya və sintaksis 
bölmələrində verilən ətraflı məlumatlar vasitəsilə 
178


daha da möhkəmləndirilir. Adətən mənimsəmə müəllimin 
öyrənmək üçün nəzərdə tutulan mövzunun elan olunmasından 
başlanır və şagirdlər yeni materialın fəal və şüurlu surətdə 
qavranılmasına hazırlanırlar. Eyni zamanda şagirdlərin şüurunda 
yeni materiallann tədrisi zamanı arxalandığı biliklər və təcrübələr 
bərpa olunur. Bəzən müəllim bu məqsədlə şagirdlərə bu və ya 
digər müşahidələrin apaniması üçün tapşırıq verir. Məsələn, 
ibtidai siniflərdə çaylar, göllər haqqında verilən sadə məlumatlar 
zamanı şagirdlərə suyun buxarlanması, yerlə atmosfer arasında 
dövr etməsi, buludun və yağışın yaranması kimi kimyəvi və 
bioloji proseslər öyrədilir. Yuxarı siniflərdə isə şagirdlərin 
oksigen və hidrogen mövzulannı dərindən öyrənməsinə məhz 
ibtidai siniflərdə öyrədilən həmin biliklər stimul rolunu oynayır. 
Sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru biliklərin öyrədilməsi 
sanki bütöv bir sistem halında, konkret bir zaman ərzində baş 
vermir, şagirdlərin təfəkküründə konkret təsəvvürlərdən 
anlayışlara keçid kimi sadə anlayışlardan daha mürəkkəb 
anlayışlara, anlayışlar sisteminə keçid kimi baş verir. Bu zaman 
hər addımda əvvəllər əldə edilmiş yeni biliklərin birləşdirilməsi, 
onlar arasmda daxili bir əlaqənin yaranması baş verir. Başqa sözlə 
desək, köhnənin yeni ilə əvəzlənməsi baş verir. Köhnənin yeni ilə 
belə daimi əlaqəsi bütün tədris prosesini əhatə edir. 
Biliklərin mənimsənilməsi prosesinin düzgün qoyuluşu 
onunla xarakterizə olunur ki, şagirdlər öyrənilən materialı 
dərindən dərk edir, bacanq və vərdişlərini təkmilləşdirirlər. 
Biliklərin verilməsinin, bacanq və vərdişlərin aşılanmasının 
sistem 
halında 
həyata 
keçirilməsi 
şagirdlərin 
elmi 
dünyagörüşlərini inkişaf etdirir, tərbiyəlilik səviyyəsini yüksəldir 
və onlann hərtərəfli inkişafım təmin edir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə