171
3.11.
Təlim prosesinə müəllimin nəzarəti
Məlumdur ki, təlim vəzifələrinin həyata keçirilməsi müəllim
və şagirdin birgə fəaliyyəti prosesində baş verir. Bu vəzifələrin
yerinə yetirilməsi səviyyəsi, tədrisin səmərəliliyi müəllimin tədris
prosesinə necə nəzarət etməsindən çox asılıdır.
Onu da qeyd edək ki, postsovet məkanındakı təhsil
sistemində müəllim və şagird arasındakı münasibətlər formal,
şagirdlərin kor-koranə müəllimlərin tabeliyinə əsaslanırdı.
Onların böyük əksəriyyəti şagirdlərlə münasibətlərini tədrisin
ehkam xarakterinə uyğun olaraq qururdular. Müəllim izah edirdi,
şagird dinləyirdi, müəllim əmr edirdi, şagird onun sərəncamını
yerinə yetirirdi, müəllim soruşurdu-şagird cavab verirdi. Təhsilin
yeniləşdirilməsi artıq bu gün müəllim-şagird münasibətlərinə
yeni məzmun gətirmişdir. Əsası budur ki, şagirdlərin hörmətini
qazanan, onlara nəvaziş, qayğı göstərən, şəxsiyyətlərinə hörmət
edən, şagirdlərlə münasibətləri humanist prinsiplər əsasında
qurmağa çalışan müəllim şagirdlərin ən yaxın yoldaşına çevrilir.
Bu cür müəllimləri isə şagirdlər daha çox sevir, onlarla
əməkdaşlığa hazır olurlar.
Təlim
prosesində
müəllimin
rəhbərliyinin
əsas
cəhətlərindən birini şagirdlərin tərbiyəsinə və inkişafına yönələn
fəaliyyət təşkil edir. Müəllim şagirdlər qarşısında səylə oxumaq
vəzifəsini qoyur və eyni
2
^manda onlann tədrisə marağını artınr,
şagirdi fəallığa həvəsləndirir. Həvəsləndirmə isə şagirdlərin
idredc marağını gücləndirməklə, valideyn, ailə, dost, yoldaş, xalq
qarşısında borc, məsuliyyət hissi yaratmaqla, şagirdin öyrəndiyi
biliyin gələcəkdə cəmiyyətdə fayda verəcəyini başa salmaqla və
s. ilə yaradıla bilər.
Müəllim təlim prosesində şagirdlərin fəaliyyəti ilə onların
qazandığı müvəffəqiyyətlərə, çətinlik çəkdikləri məsələlərə də
diqqət yetirir. Çünki təlim materialının mənimsənilməsinə
nəzarət etmədən müəllim sonrakı proseslərdə
172
uğur qazana bilməz. Tapşınqlann yerinə yetirilməsi gedişini
müntəzəm izləmək, müstəqil işləmək üçün treninqlər təşkil
etmək, şagirdlərlə təlim xarakterli qısamüddətli söhbətlər
keçirmək və s. tədbirlər tədris prosesində müəllimin əsas fəaliyyət
sahələri hesab edilir.
Müəllim fəaliyyətində, şagirdləri bir kollektiv kimi təşkil
edir və bu kollektivin ictimai rəyini formalaşdınr. Kollektivin
təşəkkül tapması, formalaşması və inkişaf etməsi, uşaqlarm maraq
və meylləri, arzu və istəkləri məhz müəllimin fəaliyyəti
prosesində müəyyən olunur.
Təlim prosesinə müəllimin nəzarətindən danışarkən onu
da qeyd etməliyik ki, Azərbaycan Respublikasının ümum- təhsil
məktəblərində müəllimin təlim prosesinə nəzarəti özündə əks
etdirən yeni mütərəqqi qaydalann, üsul və priyomlann
hazırlanmasına və tətbiqinə xüsusi ehtiyac vardır. Çünki müasir
dünyada bu məsələ artıq öz təkmil həllini tapmaqdadır.
Qərb ölkələrində müəllimin nəzarəti təlim prosesi ilə
məhdudlaşmır. Müəllim təliməqədərki və təlimdənsonrakı
vaxtlarda da şagirdə məqsədyönlü, planlı və mütəşəkkil nəzarət
etməyi özünün ən ümdə vəzifəsi hesab edir. Müşahidə
apardığımız Qərb ölkələrində (Almaniyada, İtaliyada, Fransada,
İspaniyada, İngiltərədə, Belçikada, Skandinaviya ölkələrində və
s.) müəllimin təlim prosesinə nəzarətinin sivili qaydalara
uyğunlaşdıniması yeni pedaqoji ənənələrin yaranmasına bir növ
rəvac verir. Bir sıra ölkələrdə «müəllimin nəzarəti» ifadəsi şərti
xarakter daşıyır. Çünki şagird özünənəzarəti yüksək inkişaf
mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə isə müəllimin
nəzarəti qlobal bir məzmun kəsb edir. Yəni şagirdin özü-özünə
olan faktik nəzarəti, müəllimin nəzarətini simvolik və rəmzi
nəzarət xarakteri daşımağa yönəldir.
Qərb ölkələrinin əksəriyyətində ibtidai siniflərdə
müəllimin təlim prosesindəki nəzarəti bir neçə cəhətdən
173
diqqəti cəlb edir. Məsələn, I siniflərdə şagirdlər tam
müstəqildirlər. Hər cür texnologiyalarla təchiz olunmuş belə
siniflərdə müəllim də öyrətmə işində öz fərdi və müstəqil
metodunu tətbiq edir, öyrənənlərə də məhz o, özü tam müstəqillik
verir. Belə müstəqillik isə şagirdi danxmaqdan, psixoloji
gərginlik keçirməkdən, yüklənməkdən, yorulmaqdan xilas edir. I
sinif şagirdi ona verilən tapşınğa əməl edə-edə bütün maddi-mənə
vi-psixoloj i ehtiyaclan hiss etdikdə müstəqil olaraq sinfin
həndəvərində iaşə xidmətini xatırladan yerə gedir, özü üçün ya
kofe süzür, ya sərin içkilər gətirir, ya şirniyyat məhsullarından
bəhrələnir və s. Hətta birincilər üçün məxsusi hazırlanmış sinif
otaqlanndakı əlüzyuyandan, ayaqyolundan sərbəst istifadə edir.
Bu zaman müəllimin nəzarətinə yox, sinif xidmətçilərinin
köməyinə ehtiyac duyulur.
İnkişaf etmiş əksər ölkələrdə şagirdlərin, xüsusilə ibtidai
sinif şagirdlərinin dərsə gəlməsinə və dərsdən getməsinə sinif
müəllimi və məktəb rəhbərliyi özləri birbaşa nəzarət edirlər. Belə
nəzarət isə nəzarətin sivili forması hesab olunur. Yəni hər gün
xüsusi «okul nəqliyyat vasitələri» uşaqlan öz evlərindən götürüb
dərsə gətirir, dərs qurtardıqdan sonra isə bir neçə saat müddətində
repititorlann köməyilə dərslərini, tapşınqlanni hazırladıqdan
sonra yenə öz evlərinə aparır. Ona görə valideyn üçün uşağın
dərsə davami)^əti, dərsə hazırlaşması, boş vaxtından səmərəli
istifadə etməsilə bağlı heç bir problemi olmur. Çünki bütün
bunlan məktəb rəhbərliyi və sinif müəllimi öz öhdəsinə götürür.
Aşağı siniflərdə müəllimin nəzarəti yaxşı qurulduğu üçün yuxan
siniflərdə də təlim prosesində müəllimin nəzarəti simvolik və
rəmzi xarakter daşıyır, çünki aşağı siniflərdə şagirdlərin özünənə-
zarətinin bünövrəsi elə bir möhtəşəm şəkildə qoyulur ki, yuxarı
siniflərdə bu müstəqillik öz mütərəqqi cəhətlərilə özünü daha
nümunəvi şəkildə binizə verir.
Dostları ilə paylaş: |