Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə28/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   24   25   26   27   28   29   30   31   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

3.1.
 
Didaktikanın ümumi məsələləri 
«Didaktika» termini pedaqoji ədəbiyyatda ilk dəfə XYII 
əsrdə V.Ratke (Ratxiya) və Y.A. Komenski (1592-1670) 
tərəfindən işlənmişdir. Onlar bu termin adı altında «öyrənmək 
məharəti»ni «didaktika» (yunan sözü olub «öyrədirəm» 
deməkdir) kimi başa düşürdülər. Müxtəlif müəlliflər didaktikanın 
məzmununu müxtəlif cür izah etmişlər. Əgər Ratke özünün 
didaktik fikirlərində yalnız elmlərin, dillərin və incəsənətin təlim 
olunması məharəti barədə damşırsa. Yan Amons Komenski 
özünün məşhur «Böyük didaktika» kitabında hamıya hər şeyi 
öyrətməyin «ümumi mədəniyyəti» barədə fikir irəli sürmüşdür. 
Məhz pedaqoji fikir tarixində Komenski bir alim kimi 
didaktikanın əsasını qoymuşdur. Komenskinin «Böyük 
didaktika»sı pedaqogika kursunun məzmununu təşkil edən 
təlimin prinsipləri və qaydalannı müəyyənləşdirmiş, sistemə 
salmış, bütün bunlan özünün təbiətəmüvafiqlik və pansofiya 
ideyasına uyğun şəkildə əsaslandırmışdır. Təlimi obyektiv 
qanunauyğunluqlar əsasında qurmağa çalışan Komenski ideyaları 
didaktikanın sonrakı inkişafına da öz güclü təsiriini göstermişdir. 
Tərbiyə, təhsil, təlim məsələləriini sistemli şəkildə əks 
etdirən pedaqogika üzrə xüsusi əsərlər Avropada XIX əsrin 
birinci yansında (Nimeyer, Şleyermaxer, Herbart və başqalan) 
meydana çıxmışdır. Bu əsərlərdə təlim nəzəriyyəsi bölməsi ən 
mühüm bölmələrdən biri kimi verilmişdir. Bu bölmə didaktika 
105


adlandırılmışdır. Didaktikanın tərifində fərq ondan ibarət 
olmuşdur ki, bəzi müəlliflər didaktikanı təhsil nəzəriyyəsi, 
bəziləri isə təlim nəzəriyyəsi adlandırmışlar. Əgər XIX əsrin 
axırları XX əsrin əvvəllərində peadaqogika kurslanna və 
didaktika üzrə əsərlərə müraciət etsək, onda görərik ki, bir çox 
müəlliflər öz əsərlərini məhz didaktika məsələlərinə həsr etmişdir. 
Almaniyada O. Vilman (1839-1920) didaktika üzrə öz əsərini « 
Didaktika təhsil nəzəriyyəsi kimi» adlandırmış, rus pedaqoqu 
Kapterov (1849-1921) «Didaktika haqqında oçerk» əsərində 
«Təhsil nəzəriyyəsi» yanmbaşlığını vermişdir. Rusiyada M.İ. 
Demkov, Almaniyada F. Paulsen isə didaktika dedikdə təlim 
nəzəriyyəsini başa düşmüşlər. Lakin didaktik məsələlərin şərhi 
hələ qədim dövrlərə gedib çıxır. Didaktikanın nəyi, necə 
öyrətməli kimi başlıca suallanna ilk cavabı hələ folklor 
nümunələrində, atalar sözlərində, zərbü- məsəllərdə, nağıl və 
dastanlarda tapmaq mümkündür. 
Didaktik məsələlərə Platon, Aristotel, Seneka, Siseron, 
Nizami, Rable, Moiten, Əbülhəsən Bəhmənyar, Ə. Təbrizi, 
Ə.Mərağai, N.Tusi, İ.H.Pestalotsi, J.J.Russo, L.Tolstoy, 
K.D.Uşinski, M.F.Axundov, Zərdabi və bir çox başqalan diqqət 
yetirərək, faydalı fikir və mülahizələr söyləmişlər. 
Keçmiş Sovet müəllifləri tərəfindən pedaqogikaya aid 
yazılmış tədris vəsaitlərində də həmçinin didaktika müxtəlif cür 
şərh olunur. Bəziləri onu təlim nəzəriyyəsi kimi, bəziləri isə onu 
təhsil və təlim nəzəriyyəsi kimi müə
30
^ən etmişlər. Lakin bu 
təriflərdəki fərqlərə baxmayaraq, bütün müəlliflər didaktika 
bölməsində eyni məsələləri nəzərdən keçirirlər. 
Didaktika ayrıca, müstəqil elm deyildir. Didaktika 
pedaqogika haqqında elmin bir hissəsidir. Son dövrdə yazılan 
pedaqogika dərsliklərinin didaktika bölməsində adətən 
didaktikanın ümumi əsaslan verilir, onun mövzusu, məqsədi, 
mahiyyəti, metodoloji əsaslan və didaktik məqsədləri izah edilir. 
Lakin aynlıqda götürdükdə didaktika məsələləri mövcud 
dərsliklərin heç birində geniş və əhatəli tədqiq edilməmişdir. 
Didaktika təlim və təhsillə əlaqədar aşağıdakı məsələ 
106


ləri öyrənir: ayn-ayn tədris müəssisələrində təhsilin məzmunu 
nədən ibarət olmalıdır, təhsil sistemi və onun prinsipləri, tədris 
müəssisələri arasında qarşılıqlı əlaqənin təmin olunması, təlimin 
mahiyyəti, mərhələləri, qanunauyğunluqlan, təlimin başlıca 
anlayışları, onun fiınksiyalan, təlimin təşkili formalan və üsullan, 
prinsipləri, 
təlim 
müvəffəqiyyətinə 
nəzarət, 
onun 
qiymətləndirilməsi, dərs cədvəli, onun tərtibi, didaktika ilə 
ayn-ayn fənlərin tədrisi metodikası arasında əlaqənin təmin 
olunması və s. 
Bütün bunlar göstərir ki, didaktikanın təhsil və təlim 
məsələləri dairəsi olduqca əhatəli və genişdir və o öz vəzifəsinin 
yerinə yetirilməsi gedişində şagirdlərdə bilik, bacanq və vərdişlər 
formalaşdınr. Buradan belə nəticə çıxır ki, elmi biliklərə müvafiq 
bacanq və vərdişlrə yiyələnmək, elmi dünyagörüşün formalaşması 
və idrakı qüvvələrin və qabiliyyətlərin inkişafı təhsil, onu almağm 
əsas yolu isə təlimdir. 
Təlim vəzifələri iki tərəfin - müəllim və şagiirdlərin birgə 
fəaliyyəti zamanı həyata keçirilir. Bu isə öyrətmə və Öyrənmə 
proseslərinin birliyi şəraitində mümkündür. Təlim prosesində 
fəaliyyətini əks etdirən cəhətlər bunlardır: şagirdin idrak 
fəaliyyətinin təşkili və ona rəhbərlik, şagirdin tərbiyəsinə və 
inkişafına yönələn fəaliyyət; şagirdlərdə fəallığa həvəs yaratmaq, 
onlann fəaliyyətinə nəzarət etmək və istiqamət vermək, 
fəaliyyətin nəticələrini təhlil etmək, nəticə çıxarmaq və 
yekunlaşdırmaq. Təlimdə şagirdin öyrənmə fəaliyyətini əks 
etdirən cəhətlərə gəlincə bunlara aşağıdakılan aid etmək olar: 
öyrənmədə idrak əməliyyatlarının formalan, öyrənmədə 
motivlərin, idrak maraqlannm, ünsij^ətin, şagirdlərin müstəqilliyi, 
fəallığı və s. 
Təhsil şəxsiyyətin xüsusiyyətlərini formalaşdırma prosesi 
kimi tərbiyədən heç vaxt təcrid olunmur. Təhsil almaq uşaqlann 
məktəb dövründə inkişaf fəaliyyətinin başlıca növüdür. Bu 
fəaliyyətin necə təşkil olunmasından, necə getməsimdən, hansı 
keyfiyyətə malik olmasından asılı olaraq uşaqlarda iradə və 
xarakterin bu və ya digər cəhətləri, bu və ya digər əxlaqi 
keyfiyyətləri formalaşır, əmək mədəniyyəti 
107


inkişaf edir. Təlim prosesində təhsil alan şəxsiyyətin 
dünyagörüşünü təşkil edən baxışlar sistemini, ideyalar aləmini 
özündə birləşdirir. 
Təlimdən danışarkən bir məsələyə bir qədər ətraflı 
münasibət bildirmək lazım gəlir (Hərçənd bu məsələyə ötəri 
yanaşılmışdır). 
Pedaqogika dərsliklərində, dərs vəsaitlərində, kitablarda, 
kitabçalarda, dissertasiyalarda və digər tədqiqat materiallarında 
alimlərin əksəriyyəti təlimi sinif-dərs şəraitilə, tədris prosesilə 
məhdudlaşdınrlar. Həmin müəlliflər «təlim» deyəndə yalnız 
ümumtəhsil məktəblərindəki öyrətmə və öyrənmə prosesini 
nəzərdə tuturlar. Lakin unutmaq olmaz ki, təlim ümumtəhsil 
məktəblərindəki sinif, dərs şəraitindən kənarda da mövcuddur. 
Yəni bağçada, peşə məktəbində, orta ixtisas məktəbində, 
musiqi məktəbində, idman məktəbində, hərbi məktəblərdə, 
peşə-ixtisas kurslannda da, hətta sirkdə də təlumetmə mövcuddur. 
Bunlardan başqa, zavodlarda, fabriklərdə, meydançalarda, 
kortlarda, bərələrdə, radio-televiziyada, sexlərdə, hovuzlarda, 
müxtəlif 
tipli 
arenalarda, 
cıdırlarda, 
motodromlarda, 
velotreklordə və s.-də də təlim etmə vardır. Dərzilərin, 
dulusçulann, papaqçılann, əyiricilərin, gön-dəri məmulatlan, çini 
qablar, zərgərlik məmulatlan, suvenirlər və sair kimi sənət növləri 
ilə məşğul olan ustalann yamnda peşə və sənətlərə yiyələnmək 
üçün təhkim olunan şagirdlər de öz ustalanndan aldıqlan təlim 
əsasmda formalaşıb, püxtələşiblər. Hətta zooparklarda, sirklərde 
və bu tipli diger yerlərdə quşlara, sürünənlərə (xüsusilə ilanlara 
musiqilə rəqs etməyi öyrədirlər), itlərə, pişiklərə, atlara, hətta 
vəhşi heyvanlara (fillərə, şirlərə, pələnglərə, ayılara və s.) təlim 
verməklə bir sıra qeyri-adi vərdişlər aşılanır. 
Deməli telimin növlərə aynimasına və onlann hər birinin 
ayn-aynlıqda tədqiq olunmasına zəruri ehtiyac duyulur. Bunun 
üçün əlimizdə tutarlı arqument də vardır. Bu nədir? Bu, 
didaktikanın özünün xüsusi didaktika, ümumi didaktika, əlahiddə 
didaktika, peşə-ixtisas didaktikası və sair kimi növlərə aynlması 
ilə izah edilməlidir. Unutmaq olmaz ki, 
108


pedaqogika sahələrinin, yəni pedaqoji elmlər sisteminə daxil olan 
sahələrinin demək olar ki, hamısının didaktikalan vardır. 
Məsələn, məktəbəqədər didaktika, məktəb didaktikası, otta ixtisas 
didaktikası, peşə təhsili didaktikası, ali məktəb didaktikası, 
musiqi dida^kası, idman didaktikası, müqayisəli didaktika, 
surdodidaktika, tiflodidaktika, oliqoferdidaktika, ^dradidaktika 
və s. Sadalanan didaktikalann təhsilləndirici, inkifetdirici və 
tərbiyələndirici tunksiyalan da spesifik xarakter daşıyır. ^ 
Ümumiyyətlə deməliyik ki, məktəb didaktikası tərbiyənin 
elə məsələlərini nəzərdən keçirməklə məhdudlaşır ki, bu da təbii 
olaraq, təhsil və təlim məsələləri dairəsində birləşir. Bu, 
didaktikanın əsas məqsədi təlim prosesinin qanunauyğun- 
uqlannın əsasında təhsilin məzmummun şagirdlər tərəfindən 
maksimum səmərəli mənimsənilməsini, onlann tərbiyə 
olunmasım və inkişafinı təmin edən yollann və şərtlərini 
müəyyənləşdirilməsidir*. Didaktikanın tədqiqat obyekti isə təhşil 
prosesidir, predmeti didaktik münasibətlərdən, bu münasibətlərin 
abstrakt səviyyədə modelləşdirilməsindən ibarətdir^. 
Məlumdur ki, uşaqlar məktəbəqədər yaşlarda, uşaq 
bağçalannda və ailədə bəzi biliklər və onunla bağlı olan bacanq və 
vərdişlər alırlar, onlarla idrakı qabiliyyətlərinin inkişafina kömək 
edən məqsədyönlü iş apanrlar. Əlbəttə bu məqsədlər üçün burada 
uşaqlarm yaş xüsusiyyətləri nəzərə alınmalla müvafiq formalarda 
təlim tətbiq edirlər. 
Ümumtəhsil. məktəblərində şagirdlərin elmin əsaslan üzrə 
biliklər sisteminə yiyələnməsi vəzifəsi uşaqlann və gənclərin 
tərbiyəsi sahəsində başlıca amil olaraq qdır. 
Təhsil və təlim həm ibtidai, həm də ali təhsil məktəblərinin 
işində başlıca yer tutur, burada təhsil və təlimin öz xüsusiyyətləri 
olduğuna görə didaktikamn işlənib hazırlanması və xalq təhsili 
sistemində bu bölmələrə tətbiq olunması 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə