etmək lazımdır. Buna görə də məktəb proqramlarma elmin,
xüsusilə vətənin tarixinə aid dəyərli faktlar daxil edilir. Məktəb
hər şeydən əwəl, vətənin tarixini, coğrafiyasını, iqtisadi)^atını,
kənd təsərrüfatını, mədəniyyətini, incəsənətini və s. öyrətməyə
borcludur.
Elm, incəsənət korifeyləri və görkəmli dövlət xadimlərinin
bioqrafiyaları ilə tanışlıq tərbiyə
işində böyük əhəmiyyətə
malikdir. Buna görə də elmin və incəsənətin əsaslan proqramlarda
öz geniş həllini tapmalıdır. Proqram mate- riallannda bədii
əsərlərin, axtanşlann və ixtiralann müəllifləri haqqında qısa
bioqrafik məlumatlara müəyyən yer aynlma- lıdır.
Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra
öz Ali Qanununa uyğun olaraq öz Təhsil Qanununu qəbul etdi.
Təhsil Qanununa və sonrakı illərdə ölkə prezidentinin
sərəncamına əsasən həyata keçirilməsi zəruri sayılan təhsil
islahatlannm direktiv və proqram sənədlərin tələblərinə uyğun
olaraq Azərbaycan respublikası öz təhsil sistemini yaratdı. Təhsil
islahatının sənədlərinə görə respublikanın ümumtəhsil məktədləri
üçün yeni tədris proqlamlannm
və dərsliklərin yeniləşməsi
qarşıya konkret vəzifə kimi qoyuldu.
90-ci illərə qədər proqram və dərslikdəki marksizm,
leninizm ideyalan, kommunist ideologiyasımn məfkurə
məsələlərindən imtina edildi. Tədris fənlərinin məzmunu
yeniləşdi. Həmin məzmuna ölkəmizin tarixini, coğrafiyasım,
iqtisadiyyatım, kənd təsərrüfatmı, sənayesini, mədəniyyətim;
milli əxlaqını əks etdirən mövzularla yanaşı ümumbəşəri dəyərlər
də daxil edildi. Tədris fənlərinin
kəmiyyət və keyfiyyətində
yeniliklər öz əksini tapdı.
Təlim fənlərinin ən başlıca funksiyası şagirdləri gələcək
həyata hazırlamaqdır. Bu fənlərdən bəhrələnən şagirdlərin bir
qismi istehsalatda çalışmağa, bir qismi orta ixtisas məktəblərində
peşələrə yiyələnməyə, bir qismi isə ali təhsil almağa üstünlük
verirlər. 1992-ci ildən şagirdlərin ali məktəbə hazırlanması
funksiyasım Azərbaycan Respublikası Prezidentinin müvafiq
fərmanı və Azerbaycan Respublikası
Nazirlər Kabi
156
netinin müvafiq qəranna uyğun olaraq Tələbə Qəbulu Üzrə Dövlət
Komissiyası həyata keçirir. TQDK tədris fənlərini qruplar üzrə (5
qrup üzrə) sistemləşdirilmiş və yuxan sinif şagirdlərini, məzunlan
(abituriyentləri) həmin qruplar üzrə ali məktəbə hazırlayır və
onlann ali məktəbə qəbulu üçün imtahanlar təşkil edir. TQDK-nın
bölgüsünə əsasən Azənbaycan dili və xarici dillərdən hər hansı
biri daxil olmaqla şagirdlər və məzunlar (abituriyentlər) I qrupda
texniki fənlər üzrə, II qrupda iqtisadiyyat fənləri üzrə, III qrupda
humanitar fənlər üzrə, IV qrupda biologiya fənləri üzrə, V qrupda
ibtidai sinif müəllimi, məktəbəqədər müəssisələrdə tərbiyəçi
peşələrinə, habelə xüsusi istedad və qabiliyyət tələb edən peşələrə
hazırlayan fənlər üzrə qəbul imtahanlanna hazırlaşmalı və qəbul
imtahanlan verməlidirlər. Bunun
üçün TQDK müvafiq testlər
hazırlayır, nəşr etdirdiyi «Abituriyent» jurnalında yuxan sinif
şagirdlərinin ali məktəblərə hazırlaşması üçün materiallar çap
edir, məşğələ saatlan təşkil edir, sınaq imtahanlan keçirir və bu
tipli digər işləri gördükdən sonra qəbul imtahanlannı (test
imtahanlannı) həyata keçirir. İmtahanlara hazırlıq müddətində
yuxan sinif şagirdləri, məzunlar (abuturiyentlər) ixtisas fənlərilə
yanaşı ümumi fənn blokuna daxil olan
digər tədris fənlərinə də
hazırlaşır və imtahan verirlər.
Dostları ilə paylaş: