həmin anlayışı təsəvvür etməyə başlayır. Ona görə pedaqoji
ədəbiyyatda
iddia
edilir
ki,
anlayışlar
öz-özlüyündə
təsəvvürlərdən yaranmırlar. Bu və ya digər predmetlər barədə bir
çox təsəvvürlərin mövcudluğu hələ onun haqqında anlayışın
olması demək deyildir.
Anlayış çoxlu fərdi hadisələrin mühüm əlamətlərinin
ümumiləşdirilməsi kimi meydana çıxır.
Anlayışlann yaranması mücərrəd təfəkkür prosesidir, bu
proses nitqlə sıx bağlıdır. Müəllim anlayışlan formalaşdıraraq
şagirdlərin təfəkkür fəaliyyətini istiqamətləndirir. Burada ən
əvvəl müqayisəni tətbiq etmək lazımdır. Müqayisəetmə və
tutuşdurma prosesləri təlimin
bütün mərhələlərində daim
müşayiət olunan tədris prosesidir. Yalnız müqayisə etmə
sayəsində şagirdlər ətraf aləmin predmetləri və hadisələrini,
onlann əlamətlərini və xassələrini dərk edirlər. Sait səslər samit
səslərlə müqayisədə mənimsənilir. Cümlənin növlərinin
mənimsənilməsi yalnız onlann tutuşdurulması, müqayisə
olunması nəticəsində mümkündür. Prof N.Kazımov haqlı olaraq
göstərir ki, müqayisə ağlın sönməz məşəlidir.
Şagirdləfdə öyrənilən predmetlər və hadisələr barədə
düzgün təsəvvürlərin və anlayışların yaranması bir an içində baş
vermir. Şagirdlərdə dəqiq təsəvvür yaranması və onlarda düzgün
anlayışlann formalaşması üçün predmetə baxmaları,
həmin
predmeti diqqətlə müşahidə edə bilməsi kifayətdir.
Şagirdlərdə anlayışlann formalaşması prosesi tədris
fənlərinin məzmunundan asılıdır. Hər bir elm maddi aləmin
hadisələrinin özünəməxsus əlaqələrini, münasibətlərini və
asılılıqlannı ciddi şəkildə əks etdirir. Fizika üzrə faktlar sistemini
və elmi anlayışlan mənimsəmək heç də Azərbaycan dilinin
qrammatikası üzrə faktlan və anlayışlar
sistemini mənimsəmək
deyildir. Hər bir predmetdə faktlann, anlayış- lann,
qanunauyğunluqlann xarakteri spesifikdir, çünki maddi aləmin
hərəkətinin müxtəlif formalan burada keyfiyyətcə əks etdirilir.
Cari təkrarlamalar həm də əvvəllər öyrənilmiş və
yaddançıxma ərəfəsində olan materiallann təkrarlamalanndan
187
ibarətdir. Belə təkrarlamalar
ya müəllimin suallan, ya da
tapşınqlanm yerinə yetirilməsi əsasında baş verir.
Düzgün qurulmuş təkrarlama bilikdə müxtəlif əlaqələrin
möhkəmlənməsi, şagirdlərin mənimsədiyi biliklər sisteminin
yaranması və ümumiləşdirmələrin izahı ilə xarakterizə olunur.
Materialın fəal və sistemli möhkəmlənməsi, öyrənilməsi
və təkrarlanması prosesi məktəblilərin əqli işinin fəallığında və
onlarm yaddaşının inkişafmda əks olunur.
Əgər məktəblilər təlim
prosesində müəllimin sözünü və dərsliyin mətnini passiv şəkildə
öyrənirsə, onlarm heç biri qavrayış və ümumiləşdirmə- lərlə bağlı
deyilsə, onda şagirdlərdə yaddaş mexaniki şəkildə inkişaf
edəcəkdir. Öyrənilən predmetlər fəal şəkildə qavranıl- dıqda,
faktlar və anlayışlar ümumiləşdirildikdə, bu anlayışlar dərk
olunmuş halda tətbiq olunduqda məktəblilərin yaddaşı inkişaf
edir. Belə şəraitdə biliklərin möhkəmləndirilməsi dərk olunmuş
hesab edilir, şagirdlər materialı yadda saxlamaq vəzifəsini
qarşılanna qoyurlar, başlıca fikirləri ayırırlar,
onlann məntiqi
əlaqələrini tapır və bu vəziyyətdə onlan öyrənirlər. Bu halda fikir
yaddaşı inkişaf ecür ki, bu da biliklərin mənimsənilməsi
sahəsində gələcək iş üçün toplanmış təcrübədən, əldə edilmiş
bilikdən səmərəli istifadə etməyə kömək edir.
Deməli, həm materialın yadda saxlanması, həm də
şagirdlərin yaddaşının inkişafı müəllimin
təşkil etdiyi qavrama,
şagirdlərin bilikləri möhkəmləndirməsi və öyrənməsi prosesindən
asılıdır.
Dostları ilə paylaş: