Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə60/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   56   57   58   59   60   61   62   63   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

1.
 
Təlimin təhsilverici - tərbiyələndirici prinsipi 
Hər hansı pedaqoji texnologiyalann strateji məqsədləri 
şəxsiyyət xarakteristikalanm (nisbi, sabit və daimi, yüksək 
dərəcədə ümumiləşmiş münasibətləri) formalaşdırmaq olma- 
204


İldir. Deməli üç qrup münasibətləri fərqləndirmək olar: 
1)
qanuna tabeçilik münasibətləri 
2)
əməkdaşlıq münasibətləri 
İ3) mən - konsepsiyası. 
Təlim prosesi şagirdlərin psixikasına təsir edən xarici 
konstruksiyadır. Bu proses müəllimin, şagirdlərin didaktik 
materialın təsirindən ibarətdir. 
2.
 
İnkişafetdirici təlim prinsipi 
Pedaqoji texnologiyalan təşkil edən zaman təhsilverici- 
tərbiyəedici səmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici 
tərəfini də layihələndirmək və həyata keçirmək yaxşı olar. 
Şagirdin psixi əməliyyatlannda (intellektual, emosional, iradi, 
mötivaşion sferalannda) artım, çoxalma hiss olunmalıdır. 
Emosional və intellektual sferanın ahəngdar inkişafını 
təmin etmək lazımdır. İntellektual sferanın emosional sferanı 
sıxışdırması insanda soyuq münasibətlərin üzə çıxmasına səbəb 
olur. Beləliklə, şagird düşünür: əgər məndən işimin nəticələrini 
soruşurlarsa hər dəfə hazırlaşmanın nə əhəmiyyəti var? Şagirdlər 
niəktəbə gələndən bir neçə həftə sonra şüurlu və ya şüursuz 
surətdə bu nəticəyə gəlirlər. 
Bunlan isə təkcə müəlliflərin irəli sürdüyü yeni ideya kimi 
yox, müasir dünya pedaqoqlannm qənaəti kimi başa düşmək olar. 
İbtidai siniflərdə oxu dərslərində interaktiv təlim 
metpdlarmdan istifadə məsələsinə müəllimlərin münasibəti 
yaxşıdır. Onlann fikrincə ölkəmizdə gedən Təhsil islahatının 
tələblərinə uyğun olaraq ibtidai siniflərin tədrisi prosesində 
hökmən interaktiv təlim metodlanndan istifadə edilməlidir. Yeni 
təlim metodundan istifadə edilməsi o deməkdir ki, hər hansı bir 
dərsin bütün etaplan beynəlxalq standartlara cavab verən tələblər 
əsasında qurulmalıdır. 
Beynəlxalq təhsil standartlannın demək olar ki, hamısında 
texniki vasitələrdən istifadə məsələsi ön plana çəkilir. Tipindən 
asılı olmayaraq bütün dərslərdə təlimin 
205


texniki vasitələrindən istifadə edilməsi zəruri sayılır. Lakin 
konkret olaraq təlimin texniki vasitələrinin oxu dərsləri üçün 
zəruri sayılan növlərinin əksəriyyəti köhnəlmişdir. Məsələn, 
deyək ki, bu gün oxu dərslərində sinif müəllimləri «Konos- 
kop»dan, «Filmoskop»dan, «Diofilm»lərdən, «Fuciofilm»lər- 
dən istifadə etmişlər. Bu gün Avropada, Amerikada hazırlanmış 
və üzərində metodik istiqamətləri olan tədris diskləri ölkəmizə 
gətirilir. Həmin disklərdəki materialın həm fonetik imkanlan, həm 
də didaktik imkanlan müəllimləri qane edir. Çünki diskdəki səs 
artikulyasiyası bütün elmi-pedaqoji metodik tələblərə cavab verir. 
Əlbəttə ki, bütün bu praktik işlərin nəzəri prinsipləri vardır. 
Bımlardan biri oxu dərslərində ev tapşınqlannm verilməsi 
prinsipidir. Alimlərimizə görə bu prinsipi lazımi şərait yaradıldığı 
halda həyata keçirmək olar. Hər şeydən əvvəl tapşınqlar uşaqlann 
gücünə müvafiq olmalıdır. Tapşı- nqlan verən zaman başqa fənlər 
də nəzərə alınmalıdır. Çox təəssüf ki, ev tapşınqlannm dəqiq 
həcmi yoxdur. Bu işdə müəllimlər müxtəlif cür keçilmiş materiala 
qayıtmaq və onu təkrar etmək məcburiyyətində qalırlar. Burada 
sual yarana bilər: Bəs vaxtı hardan tapaq? Axı çox zaman bu
proqramda nəzərdə tutulmur. Problemi həll etmək olar. Başlıca 
diqqət əsas fikirlərə, «siqnallara» verilirsə, onda təlimin texniki 
vasitələrindən danışarkən didaktik, interaktiv materiallardan da 
söhbət açmağa ehtiyac duyulur. 
Qərbin və Amerikanın inkişaf etmiş ölkələrindəki 
ümumtəhsil və ali məktəblərində kompüterləşdirilmiş sinif və 
auditoriyalarında tədris olunan hər hansı mövzuya uyğun 
kompüterin disklərində interaktivlər yerləşdirilir. Həmin 
interaktivlər isə mövzunun aydmiaşdıniması prosesində nümayiş 
etdirilir. Tutaq ki, III sinifdə oxu dərsində «Quşlar» mövzusunun 
tədrisi zamanı prpoqram materiallanna uyğun olan kompüterin 
bankında və ya faylında yerləşdirilmiş quşlar mövzusuna aid olan 
interaktivin nümayiş etdirilməsinə ehtiyac duyulur. Bu zaman 
müəllim quşlar fəsiləsinə dair proqram materialı haqqında ətraflı 
izahat verir. Sonra isə həmin 
206


mövzuya dair disketə müraciət edərək interaktivi nümayiş etdirir. 
Uşaqlar quşlar fasiləsinə dair müəllimin dediklərini canlı ekranda 
görürlər. Quşlann həyat tərzini əyani şəkildə müşahidə edən 
uşaqlar fəallaşır, interaktivin nümayişindən sonra onlar müəllimlə 
fəal dialoqa girirlər. Canlı müşahidə etdikləri quşların adı, həyat 
tərzi, əhəmiyyəti, qorunması, ekoloji dəyəri barədə diskusiyaya 
girirlər. Ə.Paşayev və F.Rüstəmovun yeni hazırladıqları 
məqalələri, birgə çap etdirdikləri «Pedaqogika»da yeni təlim 
texnologiyalannın tətbiqi zamanı prinsiplərdən danışarkən 
göstərirlər ki, yeni əsrin yeni təlim prinsiplərindən istifadə 
olunması məsləhətdir (1. Ə.Paşayev, F.Rüstəmov «Pedaqogika». 
Çaşıoğlu. Bakı 2002). Onlar həmin prinsipləri müvafiq 
ardıcıllıqla 
sistemə 
salarkən 
psixo 
gərginliyin 
formalaşdınimasına, dərsdə şagirdlərin maksimum iştirakına, 
təlimin tərbiyələndirici təsirinə imkan yaradan ən optimal inkişaf 
zonasına, ariyentasiya edilməsinə daha çox üstünlük vermişlər. 
Həmin prinsipləri nəzərdən keçirək: 
Optimal psixi gərginlik prinsipi. Optimal psixi gərginlik 
həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdi həm 
həddən artıq yükləməmək, həm də az yükləmək pisdir. Şagird 
psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimlərə də 
aid etmək olar. Əgər müəllimlər dərsdə hər şeyi özləri etmək 
istəyirlərsə, bu müəllimlərin psixi cəhətdən yüklənməsinə gətirib 
çıxanr. Odur ki, şagirdlərə daha çox səlahiyyətlər vermək yaxşı 
olardı. Onlan tədris prosesinin idarə olunmasına cəlb etməyə 
imkan verən bir çox texnologiyalar vardır. 
Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi. 
Bu prinsip dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlb etməyi 
nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirib, yaranan 
problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldınlır. Burada 
prinsip belədir: şagirdlərin görə biləcəkləri işi müəllim 
görməməlidir. Bu müəllimi artıq yükdən azad etməyə imkan 
verir. Şagirdi real fəaliyyətə cəlb etmək, onu nəinki inkişaf etdirir, 
həm də tərbiyə edir. Tədris prosesində 
207


real fəaliyyətdə uğur qazanmaq situasiyasını yaratmaqla telimin 
terbiyəedici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail 
olunur. 
Təlim və təhsil-tərbiyə yaxın inkişaf zonasına arientasiya 
prinsipi. Əgər uşaq çalışmanı yerinə yetirə bilmirsə onda həmin 
çalışmanı uşağın imkanı səviyyəsinə endirmək lazımdır. Əgər 
şagird özünün fəaliyyətindəki qüsuru düzəldə bilmirsə, ona irad 
tutmağa ehtiyac yoxdur. Çünki bu irad onun inkişafına heç bir 
təsir göstərməyəcəkdir. Əgər göstərmiş olsa da bu neqativ 
tərəfdən özünü təzahür edəcəkdir. 
Müəllim və şagirdin vahid məqsədlər üçün birləşməsi 
prinsipi, iş prinsipləri, məqsədləri, texnologiyaları şagirdlərə 
zorla qəbul etdirilməməlidir. Tədris prosesini təkmilləşdirmək 
üçün müzakirələr, «beynəlxalq hücumlan» (fikirlərin toqquşması) 
keçirmək yaxşı olar. Təlim prosesinin texnologiyası müəllim və 
şagirdlərin birgə fəaliyyətinin məhsulu olmalıdır. Amerika 
məktəblərində komissiyalar yaradılır. Komissiya müəllimlərin və 
şagirdlərin bir cəmiyyətdə birləşməsidir. Bir qrup müəllim bir 
sinfin uşaqlari ilə birləşir. Onlann arasında kontrakt bağlanır. 
Müqavilədə şagirdlərin və müəllimlərin aynlıqda nəyə cavab 
verəcəyi göstərilir. Ayn- ayn şagirdlərin nailiyyətləri uğur hesab 
olunur. Bir şagirdin problemi hamının problemi hesab olunur. 
Amerika məktəblərində apanlan sorğunun nəticələri göstərir ki, 
bu forma şagirdlərin xoşuna gəlir. Onlar qayğı hiss edir, 
müəllimlərin öz nailiyyətləri üçün böyük məsuliyyət daşıdığını 
görürlər. 
Pedaqoji texnologiyalann təhlili məktəbin müəllimlərinə 
və psixoloqlanna kömək etməlidir. Təlim prosesində ən səmərəli 
yöl bu və ya digər situasiya üçün əlverişli pedaqoji texnologiyam 
tətbiq etməkdir. Əslində pedaqoqlanmızın bu fikirləri ilə biz də 
razılaşınq. Çünki yeni təlim texnologiyası əlbəttə həm elmilik, 
həm sistematiklik, həm də konkretlik tələb edir. Bizim fıkrimizcə 
isə bu sistemi interaktiv vasitələrin gücündən istifadə edilməsi 
prinsipi tamamlayır. 
208


Pedaqoqlanmız təlim prosesinin müasir quruluşunu, ev tapşı- 
nqlannm verilməsinə qədərki prosesi göz önünə gətirirlər. Lakin 
təlim prosesində interaktivlərin gücündən istifadə edilməməsi 
yeni təlim texnologiyasının yuxanda alimlərimiz təklif etdikləri 
yeni elmi sistemi bir növ yanmçıq qoyacaqdır. Çünki oxu 
dərsində uğur qazanmaq üçün bu gün avtomatlaşdırılmış dərsdən 
daha çox istifadə etmək lazımdır. Nədənsə pedaqoqlanmız bu 
dərsin tipini nəzərdən qaçırmışlar. Xarici dili öyrənmək üçün bu 
gün eşitmə orqanlanna bir başa daxil olan elektron qurğulara 
müraciət etməyə zəruri ehtiyac var. 
İnteraktiv təlim metodları barədə dərc olunan ədəbiyyata 
münasibət bildirərkən onu da qeyd etməliyik ki, respublikamızın 
pedaqoji mətbuatında bu günə qədər müfəssəl izahlan, samballı 
müddəalan özündə əks etdirən materialların kifayət qədər 
olmasını da qeyd etməliyik. 
Bu materiallar içərisində diqqəti çəkən nisbətən geniş 
həcmli əsərlərdən biri Fatma Bünyadova və Bəhlul Abdullanın 
«Ozan» nəşriyyatı tərəfindən çap olunmuş «Təlim və tərbiyədə 
interaktiv texnologiya» (Bax: F.Bünyadova, B.Abdulla. Təlim və 
tərbiyədə interaktiv texnologiya. Bakı. «Ozan» 2000) kitabının 
annatasiya bölməsində göstərilir ki, respublikada Təhsil 
Nazirliyinin dövlət səviyyəsində apardığı təhsil islahatı 
Azərbaycan məktəbinin 
yüzillikləri 
görümünü müəyyənləşdirir. Bu islahat proqramı məktəbin 
qarşısında şagirdi fəallıq obyektindən fəallıq subyektinə 
çevirmək, infonnasiya daşıyıcısı yox, mediator olması təhsilin 
məzmunu və formasının yeniləşmə istiqamətində dəyişməsi 
tələbini ön plana çəkir. Bu deyilənlərin həyata keçirilməsi, 
sözsüz, yeni interaktiv metodlannm təhsilə tətbiqi mümkün ola 
biləD>l (1. F.Bünyadov, B.Abdulla «Təlim və tərbiyədə 
interaktiv texnologiya» «Ozan». Bakı 2000) 
Müəlliflər interaktiv metodların tətbiqinin zəruriliyi barədə 
fikir söyləməyi planlaşdırsalar da, kitabda bu metodları verə 
bilməmiş, onlann elmi-pedaqoji imkanlarını üzə çıxara 
bilməmişlər. Kitabda söhbət yeni texnologiyanın təlimə 
209


tətbiqindən getsə də «yeni təlim texnologiyası»nın mahi)^əti 
açılmır, metodlara münasibət bildirilmir, metodlann tətbiqi 
imkanlan nəzərdən qaçınlır və beləliklə interaktiv təlim 
texnologiyalan problemi izah olunmamış qalır. Müəlliflər yeni 
təlim texnologiyası deyəndə «kooperativ təlim», «mübahisə və 
onun növləri», «fikir sıçrayışı» (l5eynin), «rollar üzrə oyun», 
«dialoq treninq» metodlanm nəzərdə tuturlar. Girişdə və 
başlanğıcda müəlliflər yuxanda sadalananlan «yeni texnologiya 
metodu», «yeni pedaqoji texnologiya metodu» adlandırsalar da 
kitabın sonuncu bölməsində həmin metodlan dərs tipi, məşğələ 
növü (kontein dərsi, dialoq-treninq və s.) hətta təlimin imkanı, 
yolu və priyomu kimi də təqdim edirlər. Bütün bu dialoqlar 
kitabdan bəhrələnməyin imkanlanm azaldır. 
Kitab müəllifləri yeni təlim texnologiyalannm tətbiqi və 
yuxan sinif şagirdlərinin potensial imkanlannm nəzərə alınması 
ilə bağlı hər bir məsləhət, tövsiyə və təklif verə bilməmişlər. 
Kitabda ibtidai siniflərin oxu dərsləri haqqında kiçik bir elmi 
ideyanın olmaması da təəssüf doğurur. 
Bütün bunlan nəzərə alaraq biz oxu dərsliklərində təlimin 
interaktiv metodlanndan istifadənin yollan barədə bir qədər ətraflı 
danışmağı məqsədəmüvafiq hesab edirik. 
İbtidai siniflərdə təlimin yaxşılaşdıniması yeni təlim 
metodlannm tətbiq olunmasından çox asılıdır. 
Təcrübə və müşahidələr göstərir ki, respublikamızın 
ümumtəhsil məktəblərində interaktiv təlim metodlanna maraq və 
meyllər güclənməkdədir. Ayn-ayn fənn müəllimləri ilə yanaşı 
ibtidai sinif müəllimləri də interaktiv təlim metodlanna maraq 
göstərir və bu işə meyl edirlər. Apardığımız müşahidələr göstərir 
ki, bu maraq meyllərin səviyyəsində paradoksal xarakter özünü 
ciddi şəkildə göstərir. Bu fikrin bir qədər ətraflı şəkildə 
aydmiaşdınimasına ciddi ehtiyac duyulur. Niyə? 
Əwəla ona görə ki, şəhər məktəblərinin ibtidai sinif 
müəllimləri oxu dərslərində interaktiv təlim metodlanndan 
istifadə etmək üçün özlərinə müvafiq şərait yaratmağa cəhd 
göstərir və bir çox hallarda ona nail olurlar. İkincisi kənd 
məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimləri oxu 
210


dərslərində interaktiv təlim metodlannın tətbiqi barədə hələ ki, 
düşünmürlər. 
Bu paradoksal vəziyyətin yaranmasının bir neçə başlıca 
səbəbləri vardır. 
1.
Respublikamızda təhsilə rəhbərlik edənlərin yeni təlim 
texnologiyaları, xüsusilə interaktiv təlim metodlannın tətbiqi ilə 
bağlı məktəblərə, o cümlədən ibtidai sinifləri elmi- texniki 
tərəqqinin son nailiyyətləri olan yeni texnologiyalarla lazımi 
səviyyədə təmin edə bilməmələri, bu işin təşkili üçün zəruri 
sayılan iqtisadi göstəricilərə məhəl qoymamalandır. 
2.
Məktəb direktorlan yeni təlim texnologiyalan, o 
cümlədən interaktiv təlim metodlanndan istifadəyə dair öz iş 
planlannda konkret bölmə ayıra bilməmələri. 
3.
İbtidai siniflərə təhkim olunmuş direktor müavinlərinin 
istər iş planlannda, istərsə də gündəlik fəaliyyətlərində bu işə 
düzgün yanaşa bilməmələri. 
4.
Sinif müəllimlərinin interaktiv təlim metodlan barədə 
zəif və primitiv təsəvvürə malik olmalan. 
Apardığımız anket sorğulan da bunu bir daha sübut edir. 
Aşağıda dediklərimizi aydınlaşdırmaq, müşahidə etdiyimiz 
qüsurlann elmi-pedaqoji səviyyəsini düzgün müəyyənləşdirmək 
məqsədilə bir neçə şəW və kənd məktəblərində, o cümlədən 
Bakımn, Şəkinin, Balakənin, Masallının, Lənkəranın bir neçə 
məktəblərində anket sorğusu keçirdik. Anket sorğulan vasitəsilə 
məktəb rəhbərlərinin, sinif müəllimlərinin interaktiv təlim 
metodlan ilə bağlı fikirlərini, bu işin təşkilinə olan 
münasibətlərini öyrəndik. Məktəb rəhbərləri ilə apanlan sorğunun 
nəticələri göstərdi ki, onlann böyük əksəriyyətinin iş planlannda 
interaktiv təlim metodlannm tətbiqi ilə bağlı konkret vəzifələr 
müəyyənləşdirilmir. 
İnteraktiv təlim metodlannın tətbiqində başlıca məqsəd hər 
bir uşağın biliyi, bacarığı və dünyagörüşünü maksimum dərəcədə 
inkişaf etdirməkdir. İnteraktiv təlim metodlanndan dərsin hər bir 
mərhələsində istifadə etmək olar. Yeni tapşın- ğın 
mənimsənilməsində onlardan istifadə daha əhəmiyyətlidir. 
İbtidai sinif müəllimləri ilə apardığımız şifahi sorğular 
211


zamanı aydın olur ki, kənd məktəblərində müəllimlərin demək 
olar ki, böyük əksəriyyəti interaktiv təlim metodlanndan istifadə 
etmir və buna təşəbbüs də göstərmirlər. 
Şəhər məktəblərində isə bunun əksinə olaraq sinif 
müəllimlərinin böyük əksəriyyəti interaktiv təlim metodlanndan 
az şəkildə olsa da istğifadə etməyə cəhd göstərirlər. Şəhər 
məktəblərində interaktiv təlim metodlanndan hansı səviyyədə 
istifadə etmək məqsədilə bir neçə dərs dinlədik. Aydın oldu ki, 
müəllimlərin əksəriyyəti oxu dərslərində interaktiv təlim 
metodlanndan istifadə etməyə maraq göstərsələr də onlar bu 
metodun elmi-pedaqoji mahiyyətini hələ dərindən mənimsəyə 
bilməmişlər. Fikrimizi şəhər və kənd məktəblərində apardığımız 
bir neçə müşahidə nümunəsi ilə əsaslandırmaq istərdik. 
Şəki şəhər 10 saylı orta məktəbin II“ sinif müəllimi 
Əsgərova Adilənin işi təqdirə layiqdir: O, oxu dərslərində 
mövzunu şagirdlərin hamısma öyrətmək, onlan düşünməyə və 
fəallığa vadar etmək üçün müxtəlif formalardan istifadə edir. 
Müəllimin dinlədiyimiz dərsi (ILƏfəndiyevin «Xəsis və 
xeyirxah» hekayəsi) göstərdi ki, o ümumi tapşııqlann qruplar üzrə 
bölüşdürülməsinə - yəni qruplarla işə üstünlük verir. Müəllim 
şagirdləri 5 qrupa ayınr. Hər qrupa o, aşağıdakı kimi tapşınqlar 
verdi. 
I
qrap: Hekayəni oxuyub mətnin mezmımımu nəql 
etməyə, nəticəni bildirməyə hazırlaşmaq. 
II
qrup: «Xəsislik və xeyirxahlıq nədir?» suallarma cavab 
hazırlamaq. Öz həyat təcrübələrində rast gəldikləri xəsislik ve 
xeyirxahlıq hadisələri barədə qısa məlumat verməyə hazırlaşmaq. 
III
qrupı Mətni oxumaq və onun məzmununa aid 5 sual 
hazırlamaq (Müəllim uşaqlara suallann ardıcıllığı, onlann mətnin 
məzmununu tam əhatə etməsinə diqqətli olmağı tapşırdı.). 
rv qrup: Mətnin məzmununa dair sözlə şəklin çəkilməsi. 
V qnıp: Xəsisliyə və xeyirxahlığa dair atalar sözləri 
fikirləşib tapmaq. 
212


Belə dərs əsasən şagird-dərslik-müəllim sistemində 
qurulur. Müəllim şagirdlərin cavablanm dinlədikcə onlara digər 
qrup şagirdlərinin də münasibət bildirməsini təşkil edir, onlann 
hamısının materialı tam mənimsəməsinə şərait yaradır. Beləliklə, 
şagirdlər müstəqil öyrənməyə çalışır^ məqsədlərinə çatmaq üçün 
digər informasiya mənbələrinə də müraciət edirlər. («Atalar sözü» 
dəftəri və ya «Lüğət» dəftəri və s.) 
Şəki şəhəri 18 saylı orta məktəbin müəllimi Mustafayeva 
Gülüstan qruplar üzrə işdən istifadə edir. Müəllimin II sinifdə 
oxudan T.Mahmudun «Yarpaq niyə saralu» şeri üzrə dərsi 
dinlənildi. O, şagirdlərə əvvəlcə şerdə rast gəldikləri çətin söz və 
ifadələrin mənasını öyrənməyi tapşırdı. (Bunlar qabaqcadan 
lövhəyə yazılmış, üzərinə pərdə çəkilmişdir. Müəllim pərdəni 
çəkib orada yazdıqlarmı şagirdlərin nəzərinə çatdınr). Uşaqlara 
belə müraciət etdi: «Şeri oxuduqca mənası anlaşılmayan söz 
olarsa, yenə soruşa bilərsiniz». 
Müəllim uşaqlan 5 qrupa böldü və belə tapşınqlar verdi: 
Şeri oxuyun, onu ifadəli oxumağa hazırlaşın (1 qrup). 
II
qrup! Şerdə payızm hansı əlamətləri təsvir olunur? 
Payızın başqa hansı əlamətlərini tanıyırsımz? 
III
qrup: Şeri diqqətlə oxuyun, ona necə şəkil çəkmək 
mümkün olduğunu söyləyin. 
IV
qrup: Şeri oxuyun. Payıza aid daha hansı şerləri 
bilirsiniz. Onlardan bir bənd əzbərləməyə hazırlaşın. 
V
qrup: Şeri oxuyun. Siz də payız haqqında bir bənd şer 
yazın və ya şerin məzmununu nəql etməyə hazırlaşm. 
Göründüyü 
kimi 
qabaqcıl 
müəllimlər 
şagirdləri 
formalaşdırmağa, işi daha məzmunlu təşkil etməyə, dərsdə bütün 
şagirdləri işlətməyə səy göstərirlər. 
Fikri 
sıçrayış 
vaxtı 
uşaqlar 
öz 
mülahizələrini 
gözlənilmədən söyləyir, sonra isə təhlil əsasında kimin cavabının 
doğru olduğu aşkarlanır. Şəki rayonu Baş-Layışçı kəndinin IV“ 
sinif müəllimi İsrafılova Kəbirə İ.Əfəndiyevin «Vəfalı dost» 
hekayəsini keçərkən o, əvvəlcə vəhşi heyvanlarla insanlann 
dostluğundan danışdı. Müəllim uşaqlara izah etdi ki. vəhşi 
heyvanlara xoş münasibət göstərərkən onlar da insanlara mehr 
213


salır, onlara həyan olur. Beləliklə məzmun açılsa da dərsin adı 
bildirilmir. Müəllim şagirdlərdən soruşdu ki, - Uşaqlar, sizcə 
bizim yeni öyrənəcəyimiz dərsin adı nə ola bilər? - Hərə öz fikrini 
söyləyir. Cavablar əsasən müvafiq olur: «Vəfalı dost», «Etibarlı 
dost», «Səmimi dost» və s. Ən müvafiq cavab «Vəfalı dost» 
seçildi. Vəfalı sözünün mənası bir qədər də geniş açıqlanır. 
Ümumiyyətlə, Y.Ş.Kərimovun II sinif üçün «Oxu» 
dərsliyində xeyli adsız hekayələr verilmişdir. 1 (1. Y.Ş.Kərimov. 
II sinif «Oxu» dərsliyi) Fərəhli haldır ki, onlara başlıq verilməsi 
zamanı sıçrayış priyomundan istifadə edilməsi artıq 
məktəblərimizdə tətbiq olunur. Baş-Layışçı kənd 1 Ns-li 
məktəbin müəllimi uşaqlan dərsliyin 22-ci səhifəsindəki adsız 
hekayəni oxumağı tapşırdı. 
«Gözəl bir yay səhəri idi. An çiçəkdən-çiçəyə qonub ətir 
çəkirdi. Birdən o, arxa düşdü. Göyərçin gördü ki,an boğulur. 
Onun anya yazığı gəldi. Tez ağacdan bir yarpaq qopanb arxa atdı. 
An yarpağın üstünə qalxıb uçdu.» 
Müəllim uşaqlara hekayəyə başlıq verməyi tapşırdı. Onlar 
«An və göyərçim>, «Yaxşılıq», «Dostluq», «Səmimi dost», 
«Xeyirxahlıq» və s. ifadələr işlətdilər. Başlıqlar lövhəyə 
yazdınidı. Müəllim onlan tutuşduraraq müqayisə etməyi tapşırdı. 
Ən müvafiq olan başlıq «An və göyərçin» qəbul edildi. 
Ümumiləşdirici 
dərslərin 
apanimasında 
qabaqcıl 
müəllimlər dialoq-treninq formasından çox istifadə edirlər. 
İ.Əfəndiyev adına Elitar Gimnaziyanın sinif müəllimi Abbasova 
Esmira bir qrup uşaqlara «Qızıl payız»a aid sual və tapşınqlar 
hazırlamağı, digər qrupa isə payıza aid bildikləri şerlərdən 
ifadələri əzbərdən yazmağı tapşırdı. Qruplar növbə ilə bir-birinə 
suallarmı verdilər. Məsələn: I. Payızın əlamətlərini say. 2. 
Payızda yetişən hansı meyvələri tanıyırsan? 3. Köçəri quşlar 
hansılardır? və s. İkinci qrup yazdığı misralann hansı şerlərdən 
olduğunu soruşurdu. Müəllimin təklifi ilə digər uşaqlar isə 
söylənilənlərin həyatla əlaqələndirilməsinə aid misallar söyləyir, 
onlann cavablarına, mülahizələrinə əsasən 
214


genişləndirirdilər. Şagirdlərin cavablanna müəllim münasibət 
bildirərək, onlan qiymətləndirdi. 
Hər bir müəllim yaradıcılıq imkanlanndan istifadə edərək, 
interaktiv təlim metodlannm müxtəlif formalannı tətbiq edib və bu 
sahədə axtanşlar aparmağa çalışmalıdır. 
Göründüyü kimi ibtidai siniflərin oxu dərslərində sinif 
müəllimləri interaktiv təlim metodlarından istifadə etmək üçün 
ciddi çətinliklər qarşısında qalırlar. Bunun isə ən başlıca 
səbəblərindən biri interaktiv təlim metodlan ilə bağlı müəllimlərin 
əlində kifayət qədər ədəbiyyatın olmamasıdır. 
Bütün bunlan nəzərə alaraq biz ibtidai sinif müəllimlərinə 
metodiki köməklik göstərmək məqsədilə oxu dərslərində təlimin 
interaktiv metodlanndan istifadə imkanlan, yollan və formalan 
barədə kiçik həcmli də olsa bu tədqiqat materialını kitaba (vəsaitə) 
daxil etməyi vacib hesab edirik. 
3.17.
Oxu dərslərində interaktiv üsullardan istifadə 
Qeyd etdiyimiz kimi, interaktiv təlim metodlanndan 
istifadə etdikdə şagirdlərin son dərəcə fəallaşdıniması təmin 
olunur. Şagirdlərin fəallaşması isə bir tərəfdən onlann oxu 
vərdişlərini nizamlayır, müstəqil fikir yürütmək vərdişlərini 
stimullaşdınr, digər tərəfdən isə onlann ümumi dünyagörüşlərini 
formalaşdınr. 
Təhsil islahatına dair direktiv və proqram sənədlərində 
təlimin təhsilləndirici, inkişafetdirici və tərbiyələndirici 
inkişafının yerinə yetirilməsi müəllimlərin qarşısında çox mühüm 
vəzifələr qoyur. Bu vəzifələrin həyata keçirilməsi üçün didaktik 
mahiyyət kəsb edən interaktiv təlim meto- dlannın 3 əsas 
istiqamətdə qurulması tələb olunur. 
1.
Təlim metodlarının həyata keçirilməsi. Bu prosesin üç 
mərhələsi vardır. Birincisi diaqnostika mərhələsi adlanır. 
Diaqnostika mərhələsində təlim prosesinin bütün mənfi və müsbət 
cəhətləri ətraflı öyrənilir və pedaqoji diaqnoz müəyyənləşdirilir. 
Z iaqoji proqnostika adlanan ikinci mərhələdə hansı 
215


yeni təlim üsullarından istifadə edilməsi proqnozlaşdırılır. 
Sonuncu, korreksiya adlanan mərhələdə isə bütün qüsurlar 
korrektə edilir, aradan qaldırılır, alman səmərəli nəticələr geniş 
miqyasda tətbiq olunur. 
II.
Yeni pedaqoji texnologiyanın gücündən istifadə 
olunması. Bu istiqamət üzrə görülən işlər zamanı sinif 
müəllimlərinin həyata keçirdiyi fəaliyyət aşağıdakı şəkildə təsnif 
olunur. 
1.
Sinif müəlliminin qnostik fəaliyyəti; 
2.
Sinif müəlliminin layihələndirici fəaliyyəti; 
3.
Sinif müəlliminin konstruktiv fəaliyyəti; 
4.
Sinif müəlliminin komunikativ fəaliyyəti; 
5.
Sinif müəlliminin təşkilatçılıq fəaliyyəti. 
Bütün bu fəaliyyət istiqamətlərində praktik işin 
məzmununu qarşıya qoyulmuş məqsədə uyğun olaraq ibtidai sinif 
şagirdlərinin bilik, bacanq vərdişlərinin və bütövlükdə onların 
yardımçı fəaliyyətinin formalaşdmiması və onlara nəzarət həyata 
keçirmək üçün pedaqoji ədəbiyyat kompleksi təşkil edilir. 
III.
interaktiv təlim metodlarından duzgfln istifadə 
edilməsi. İbtidai siniflərdə hərf, söz və cümlələrlə bağlı bütün 
kommunikasiyalar canlı danışığın formalaşmasına xidmət edir. 
Başqa sözlə desək, dərsin xarici mühitlə canlı əlaqəsinin təmin 
edilməsi onun aktivliyini yüksəldir. Ona görə də haqlı olaraq bir 
çox sinif müəllimləri, pedaqoqlar interaktiv metoda, interaktiv 
dərsə və ya interaktiv fəaliyyətə böyük üstünlük verirlər. Əslində 
bütün bu praktik məqsədlərin məzmunu, «interaktiv» sözü ilə 
qeyd etdiyimiz kimi, xarici mühitlə canlı əlaqə yaratmaqla təlim 
prosesinin bütün iştirakçılannın aktivləşdirilməsi başa düşülür. 
İbtidai siniflərdə interaktiv təlim metodlarından istifadə 
edilməsinə ona görə üstünlük verilir ki, məhz bu metodun 
köməkliyi ilə kiçik yaşlı məktəblilərin ilk öncə canlı ünsiyyəti 
üçün şərait yaranır, danışmağın daha orijinal, daha dinamik 
fonnası olan dialoji nitqin inkişafı bir qədər önə çəkilir. Təcrübə 
göstərir ki, ibtidai sinif müəllimləri hələlik dialoji 
216


nitqin yalnız bir növündən - sual-cavab növündən istifadə etməklə 
kifayətlənirlər. Unutmaq olmaz ki, interaktiv təlim metodlannın 
işçi mexanizmlərinin ampulası çox genişdir. Məhz bu zərurətdən 
doğan müasir təlim metodlannın üstünlükləri onlann tətbiqini 
daha zəruri edir. Bu metodlar şagirdlərin təfəkkürünü inkişaf 
etdirən, onlan düşündürən axtanşlar aparmağa vadar edən 
metodlardn. 
Belə təlim metodlannın tətbiqi zamanı şagirdin psixi 
xüsusiyyətləri, duyğusu, qavrayışı, qabiliyyəti, xarakteri, meyl və 
maraqlan inkişaf edir. Yeni təlim metodlan müəllimə şagirdlərlə 
daha səmərəli işləməyə, onlann potensialım aşkara çıxarmağa 
imkan yaradır. 
Unutmaq olmaz ki. şagirdin özünəməxsus dünyası, 
dünyagörüşü, zəngin emosional aləmi, həyata, təbiətə, insanlara 
baxışı, meylləri, qabiliyyətləri vardır. Uşağın şəxsiyyət olduğunu 
nəzərə almayan, onu qeyd-şərtsiz təlim- tərbiyə prosesinin 
bərabər hüquqlu subyekti kimi qəbul etməyən təhsil sistemi 
müasir, mütərəqqi hesab olıma bilməz. 
Təcrübə və müşahidələr sübut edir ki, interaktiv təlim 
metodlan üçün aşağıdakılar daha səciyyəvidir. 
-
müəllimin özünün aktivliyi ilə şagirdin yaradıcı fəallığa 
cəlb edilməsi; 
-
şagirdin aktiv fəaliyyəti və bu zaman onlara elementar 
tədqiqatçılıq bacanğının aşılanması; 
-
müəllimin şagirdlə və şagirdin bir-biri ilə əməkdaşlığı; 
-
hərəkətli, süjetli, musiqili didaktik oyun, oyunlardan 
istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması; 
-
müəllimin təqdim etdiyi tematik materialın şagirdin 
yaradıcı təfəkkürünə və milli düşüncə tərzinin formalaşmasına 
təsir etməsi. 
İnteraktiv təlim metodlan şagirdlərə aşağıdakı keyfiyyətləri 
aşılamalıdır: 
-
müstəqil düşünməyi, sərbəst fikir söyləməyi; 
-
öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyətini; 
-
özünüqiymətləndirməyi; 
-
əməkdaşlıq etməyi, başqalan ilə işləməyi bacarmaq. 
217


ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi; 
-
başqalannı dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi 
və dözümlü olmağı; 
-
öz fikirlərini arqumentlərlə izah və sübut etməyi; 
-
məntiqi təfəkkürün inkişafını; 
-
birgə həll yollanm müəyyənləşdirməyi və qərar 
çıxarmağı; 
Müasir təlim metodlan dərsə qədər hazırlıq prosesində 
müəllimin, dərsdə isə şagirdlərin fəallığmı tələb edir. 
Dünya təcrübəsində interaktiv təlim metodlannın bir sıra 
komponentlərindən istifadə edilməsi də məlumdur. 
İnteraktiv təlim metodlannın ən apancı komponentlərindən 
biri olan «dialoq-treninq»dən istifadə edilməsi mühüm əhəmiyyət 
kəsb edir. Bir termin kimi dilimizə ingilis dilindən keçən 
«treninq» sözü «təlim-məşq rejimi» mənasını verir. Bu üsul 
vasitəsilə şagirdlər daha çox intellektual vərdişlər qazanır, hər 
hansı mövzu ilə bağlı əsas ideyanı izah etmək bacanğına 
yiyələnir, analiz-sintez etməyi öyrənir və konsensiuma gəlmək 
qabiliyyəti qazanır. 
II
sinifdə «Ana» şerini tədris edərkən müəllim: 
Körpənin həyatına nur səpib, nur ələyən 
Deyiniz kim olar, kim? 
Bu yolda öz ömrünü min bir dərdə bələyən 
Deyiniz kim olar, kim? 
Yer üzündə sənə ilahi varlıq deyərəm, 
Tanndan sonra sənə, təkcə sənə baş əyərəm! 
Qoyulmuş problemlə bağlı müəllim sual verir: 
- Uşaqlar, sizə oxuduğum parçada söhbət kimdən gedir? 
(şagirdin cavablan müxtəlif ola bilər, lakin müəllim cavab və 
fərziyələri lazımi istiqamətə yönəltməlidir). 
-
«Ana» sözü ilə bağlı hansı ifadələr var? 
-
Evdə kim hansı bir işlə məşğul idi: Baba televizora 
baxır, nənə corab toxuyur, ata qəzet oxuyur, bacım dərslərini 
hazırlayır, qardaşım isə şəkil çəkir. Eldar öz-özünə fikirləşirdi, 
bəs ana haradadır? 
-
Uşaqlar, ana harada idi? 
218


-
Görürsünüz ki, ananın işi çox olur, ana zəhmətinin 
bəhrəsi elə biz özümüzük. 
-
Qəlbimdə od qaladın, böyütdün əsə-əsə. 
Ömrə ömür caladın, ömürdən kəsə-kəsə. 
-
Siz bu sözləri necə anlayırsınız? 
-
Bizim ikinci anamız nədir? 
-
Nəyə görə biz Vətəni ikinci ana adlandınnq? 
-
Bu gün biz Ə.Xaqaninin «Ana» şerini öyrənəcəyik. 
Müəllim şeri ucadan oxuyur (şagirdlər dərsliyə baxıb 
müəllimi müşayiət edirlər). 
Ana haqqında fikirlərə biz təkcə bu şerdə rast gəlmirik. 
Ona görə şeri öyrənməzdən əwəl biz Ö
2
dimüz ana haqqında 
bildiklərimizi deyəcəyik. Hər qrup ayn tapşınq alacaq, onu yerinə 
yetirəndən sonra isə sinfə təqdim edəcək. 
Axırda hər qrup tapşınşlan necə yerinə yetirdikləri barədə 
məlumat verir. Müəllim onlann cavablannm nəticələrini 
ümumiləşdirir. 
Müəllimlər şagirdləri gələcək həyata hazırlamaqla 
kifayətlənməməli, onun bu gününün, həyatının hər dəqiqəsinin 
maraqlı qurulmasına çalışmalıdır. 
Göründüyü kimi, ibtidai siniflərdə interaktiv təlim 
metodlannm köməyilə təlimin həm təhsilləndirici, həm 
inkişafetdirici, həm də tərbiyələndirici fimksiyaları özünü daha 
qabanq şəkildə büruzə verir və interaktiv təlim metodlan buna 
şərait yaradır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə