Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Təlimin humanistləşdirilməsi prinsipi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə56/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   52   53   54   55   56   57   58   59   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təlimin humanistləşdirilməsi prinsipi 
Bu prinsip pedaqogikaya son zamanlar gətirilmişdir. Lakin 
humanist ideyalann tarixi qədim dövrlərə gedib çıxır. Qətran 
Təbrizinin, Nəsirəddin Tusinin, Saib Təbrizinin, Nizaminin 
əsərləri ilə tanış olduqda, orada humanist ideyalara dair çox 
dəyərli nümunələrin şahidi oluruq. Hələ XII əsrdə huma 
193


nist təhsilin böyük əhəmiyyətini duyan Nizami təhsilin 
məzmunundan danışmasa da müəllimin mədəniyyətindən söz 
açmış, onu humanist ideyalar yaymağa və kamilliyə çağırmışdır. 
Təhsilin humanist prinsiplər əsasında qurulması ideyası 
Avropada əsasən XIV-XVI əsrlərdə formalaşmışdır. Vaxtilə 
Azərbaycanda S.Urməvi, Əssar Təbrizi, İngiltərədə T.Mor, 
Fransada F.Rable, J.Parijski və digər humanistlər təlim- tərbiyə 
verilməsi prosesində humanist ideyaları yaymış, fiziki cəzaya 
qarşı çıxmışlar. 
Humanistləşdirmə prinsipi müəllim və şagird fəaliyyətləri 
arasında qarşılıqlı əlaqəyə, dərin ehtirama, rəğbətə, qayğıya 
əsaslanır. 
Şagird şəxsiyyətinə hörmət, onunla əməkdaşlığa hazır 
olmaq, xoş münasibət və ünsiyyət yaratmaq humanistləşdirmə 
prinsipinin əsasını təşkil edir. Buna əməl edən müəllim həmişə 
uğur qazanır, şagirdlər onu sevir, fənlərinə böyük maraq 
göstərirlər. Əks halda müvəffəqiyyət qazanmaq mümkün deyil. 
Qorxuya, cəzaya əsaslanan təlim istər müəllim, istərsə də şagirdə 
heç nə vermir. 
Humanist pedaqoq Melonxton hər gün məktəbə gələrkən 
üzünü uşaqlara tutub deyərmiş: «Sabahınız xeyir, gələcəyin 
həkimləri, müəllimləri, kanslerləri, nazirləri. Sabahınız xeyir!». 
Bəzən ətrafdakılar buna gülərmiş. Deyərmiş ki, siz nəyə 
gülürsünüz. «Nə üçün belə deyirsiniz?». 
O cavab verirdi ki, «bəli, mən bunlann hər birində 
gələcəyin 
0
insanlanm görürəm». 
Göründüyü kimi, təlim-tərbiyə müəssisəsində şagirdin 
şəxsiyyətinə, mənliyinə, ləyaqətinə hörmət edilməlidir. Müəllim 
öz şagirdini sevməlidir. Şərq xalqlannm bir məsəlində deyildiyi 
kimi - «Müəllimə hörmət etməklə müəllim ola bilərsən». Müəllim 
hər bir şagirdin cəmiyyətə yararlı, gərəkli adam olduğunu başa 
salmalı və onda inam yaratmalıdır. 
Humanist münasibətlər imkan verir ki, müəllimlə şagird 
arasmda söhbətlər açıq ürəklə apanism. Çünki sərbəst fikir 
mübadiləsi onların hər ikisinə çox şey verə bilər. Y.A.Ko- 
194


menski yazırdı ki, şagirdlərin hər şeyi danxmadan yerinə 
yetirməsi üçün onlara atalıq qayğısı ilə yanaşmaq lazımdır. Onlar 
bilsinlər ki, müəllimlər onlann mənəvi valideynləridir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə