tutulmuş bilik, bacanq və vərdişləri mənimsəyirlərsə, tərbiyəedici
funksiya zamanı şagirdlərlə əxlaqi, mənəvi, estetik, əmək, ekoloji,
iqtisadi tərbiyə üzrə iş aparılır, onlara müsbət keyfiyyətlər aşılanır,
müvafiq adət və vərdişlər yaradılır, tnkişafetdirici prinsip deyəndə
şagirdlərin fiziki və psixi qüvvələrinin inkişafı nəzərdə tutulur.
Fiziki qüvvələrə, yerimək, qaçmaq, üzmək, tullanmaq və s.
keyfiyyətlər daxildir. Psixi qüvvələrə isə duyğular, qavrayış,
təsəvvür,
təfəkkür, diqqət və s. aid edilir. Bunlarm hər biri
şagirdlərə müəyyən tərbiyəvi təsir gösterə bilir. Ona görə de
müəllim həmişə təlimin tərbiyəvi
gücündən səmərəli istifadə
etməli, istiqaməti düzgün müəyyənləşdirməlidir. Bu prinsipin
tətbiqi zamanı müəllim-şagird münasibətlərində xeyirxahlıq,
insanpərvərlik, sadəlik, qayğıkeşlik nümayiş etdirməli, hörmət və
tələbkarlığı birləşdirməyi bacarmalıdır.
Ümumiyyətlə telim prosesində bu prinsipin istər
təhsilləndirici, istər tərbiyəedici və
istərsə də inkişafetdirici
əhəmij^əti olduqca genişdir.
Müəllim tədris prosesində bunların hər birindən səmərəli
istifadə etməli, şagirdlərin inkişafına nail olmalıdır.
Dostları ilə paylaş: