174
3.12.
Şagirdlərə biliklərin verilməsi, bacarıq və vərdişlərin
aşılanması prosesi
Bilik nədir? Bilik elmi ədəbiyyatda müxtəlif cür yozulur və
müxtəlif növlər üzrə təsnif olunur. Məsələn, fəlsəfi bilik, riyazi
bilik, bioloji bilik, fizioloji bilik, texniki bilik, bədii bilik və s.
Bilik hər hansı bir nəzəriyyə və təcrübənin vəhdətindən yaranır.
Qazanılan nəzəri biliklər əldə edilən praktik məlumatlar və
vərdişlər əsasında zənginləşdirilir. Bir sıra atalar sözlərində,
zərbül-məsəllərdə və digər bədii yaradıcılıq nümunələrində buna
işarə edilir. «Çox oxuyan çox bilməz, çox gəzən çox bilər», «Ağıl
yaşda deyil başdadiD>, «Bilik ağlın cövhəridir», «Alim öldü,
aləm öldü», «Elm nurdur, bilik düır», «Biliksiz insan
dənsiz-susuz dəyirmana bənzən>, «Bilikli adam ədəbli olar» və s.
Göründüyü kimi xalq hikmətlərində bilik insan heyatının
ən başlıca amili və meyarı hesab olunur.
Pedaqoji elmin də ən ali məqsədi təhsilləndirmə,
tərbiyələndirmə və inkişaf etdirməkdir. Təhsilləndimıənin isə ən
ali məqsədi yaxşı təlim etmədir. Yaxşı təlim etmənin son nəticəsi
isə uşaqları elmi dünyagörüşə yiyələndirməklə yanaşı onları
tərbiyələndirib hərtərəfli inkişaf etdirməkdir. Bunun üçün hər
şeydən əvvəl şagirdlərə müvafiq biliklər vermək və verilmiş
biliklər əsasında onlara müəyyən bacanq və vərdişlər
aşılanmalıdır.
Bilik təbiətə, cəmiyyətə və idraka dair hadisələr, proseslər
və informasiyalardan yaranır. Folklor materiallarında, Səmavi
kitabələrdə (İncil, Tövrat, Zənbur, Quran), əski astroloji
mənbələrdə, islam dəyərlərində insanın yaranmasında rol
oynayan dörd ünsürün (od, torpaq, su, hava) istər müsbət, istərsə
də mənfi təzahürlərinin yalnız Allahın insana bəxş etdiyi idrakın
qüvfəsilə tənzimlənməsi öz əksini tapır. Yəni torpağı sevən,
ondan bəhrələnən insanlar bir sıra hallarda torpaqda baş verən
təbii hadisələrin (zəlzələnin, vulkanm, püskürmələrin və s.)
fəlakətlərin təsirinə məruz qalır. Yaxud su insan həyatı üçün nə
qədər faydalıdırsa ağır su kütləsindən
175
(seldən, leysandan, daşqından və s.) insan zərər çəkir. Hava insan
həyatının ən başlıca amilidirsə qeyri-adi hava sıxlığından yaranan
hava seli (tufan, qasırğa və s.) insanın həyatı üçün çox təhlükəli
olur. Eləcə də od insanın sosial məişətində nə qədər dəyərlidirsə
odun törətdiyi fəlakətlər (yanğınlar, partlayışlar və s.) insan
məskənlərini xarabalığa döndərir. Bunların qarşısını almaq üçün
insanın ağlı, dərrakəsi, zəkası, idrakı həmin amillərin qarşısını
almaq üçün axtanşlar, kəşflər edir, yenilikləri üzə çıxanr,
nəzəriyyələr, qanunlar yaradır. Deməli, insanlann ilk bilik
mənbəyi təbiətdirsə, həmin biliyi onlar təbiət və cəmiyyət
hadisələrinin tənzimlənməsinə yönəltmək üçün ilk növbədə
idrakın qüvvəsinə istinad edirlər.
Belə bir təqdirdə bilik anlayışına aşağıdakı tərifi vermək
lazım gəlir:
Bilik - təbiətin, cəmiyyətin, idrakın ümuminkişaf
qanunauyğunluqları, qanunlanna dair faktlann, rəqəmlərin,
məlumatların və informasiyalann məcmuudur.
Bacanq - biliklərin tətbiq olunması, vərdiş isə bacanqlann
avtomatlaşdıniması kimi başa düşülür.
Hər bir tədris fənnində biliklər real predmetləri, prosesləri,
maddi aləmin təzahürlərini özündə əks etdirən və müəyyən
sistemdə verilən faktlarda, anlayışlarda, qanunlarda və elmi
nəzəriyyələrdə ifadə olunur.
Biliklər həm də praktikada tətbiqolunma prosesində
bacanqla bağlıdır. Bacanq - bu mənimsənilmiş biliklər əsasında
şüurlu surətdə yerinə yetirilən praktik fəaliyyətə insanın bir növ
hazır olmasıdır. Bacanq biliklərin məzmunu ilə bir başa
əlaqədardır. Bacanqlann hər biri müəyyən nəzəriyyəyə əsaslanır.
Məsələn, riyazi qanunlann dərk olunmaq bacanğı, yaxud
oxunmuş mətnin planını tutmaq bacanğı, məsələləri həll etmək
bacanğı, müəyyən dərəcədə mürəkkəb inşalar yazmaq bacanğı,
kimya üzrə müşahidə və ya təcrübə aparmağı, musiqi alətində
çalmaq bacanğı, rəqs etmək bacanğı və s. bu cür bacanqlardır.
Vərdiş
bacanqlann
dəfələrlə
təkran
nəticəsində
avtomatlaşmış formasıdır. Vərdiş o qədər avtomatlaşmalıdır ki.
176
o, sürətli və nöqsansız fəaliyyətə çevrilməlidir. Məsələn, qiraət,
məktub yazmaq, şifahi hesablama vərdişi, alətlərdə sərbəst
çalmaq, rəsmi təxəy)mldən kağıza köçürmə, topu dəfələrlə
çiləmə, tumikdə sərbəst yellənmə, aşma, fırlanma və s.
Bütün fənlərin tədrisi prosesində şagirdlər qazandıqlan
bilikləri mənimsəməyi bacarmaq üçün ciddi səy göstərməlidirlər.
Yalnız bu ciddi səyin sayəsində şagirdlər öyrəndiklərini
dönə-dönə təkrar etməyə alışırlar. Bu alışqanlıq bir növ vərdişə
çevrilir. Başqa sözlə desək, şagirdləri öyrənməyə alışdıran bir
sistem yaranır. Hansı ki, pedaqoji prosesdə buna bilik, bacarıq və
vərdişlər sistemi deyilir. Bu sistemin yaradılması isə müəllimin
səviyyəsindən və səriştəsindən çox asılıdır.
Şagirdlərin bilikləri mənimsəməsi zamanı şüurlannda
maddi aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təmin
etmək qaydalarını da onlara necə dərk və tətbiq etməyi məhz
müəllim öyrədir.
Məlum olduğu kimi, insan özünün bütün həyatı və praktik
fəaliyyəti prosesində obyektiv aləmi, yəni gerçəkliyi dərk edir. Bu
zaman ona idrak prosesləri kömək edir. İnsanda 5 duyğu vardır ki,
onlann da hamısı idrak prosesinə xidmət edir. Ona görə də telim
prosesi biliksizlikdən biliyə doğru hərəkətidir, qeyri-dəqiq və
natamam biliklərdən daha dəqiq və daha tam biliklərin
hərəkətidir.
Şagirdlərin idrak prosesinin fəaliyyət dinamikasını elə
tənzimləmək lazımdır ki, onlar duyduqlan predmet ^ə hadisələri,
yəni elmi-nəzəri faktları dərindən mənirrısəyib qavrasın,
hafizəsində saxlasın, hifz etsin, sonra iəiəkkiir süzgəcindən
keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin.
Təfəkkür süzgəcindən keçirilməyən elmi dəlillər yalnız
nitq vasitəsilə aşkarlanır. Çünki biz təfəkkür deyəndə hər hansı
hadisənin, faktın, qanunauyğunluğun və s. kəşfinə yönəldilmiş,
sosial cəhətdən şərtlənən və nitq vasitəsilə ifadəsini tapan psixi
prosesi nəzərdə tuturuq.
Unutmaq olmaz ki, təfəkkür dil ilə aynimaz şəkildə
bağlıdır. Dil idrakda mühüm rol oynayır. İnsanlar dil vasitəsilə
177
öz
aralannda
ünsiyyət
saxlayır,
özlərinin
dərketmə
fəaliyyətlərinin nəticələrini ifadə edirlər. Yeni nəsil bunun
sayəsində əvvəlki nəsillərin təcrübələrinə yiyələnirlər.
Şagirdlər bilikləri mənimsədikləri, obyektiv aləmi dərk
etdikləri halda onlann bilikləri mənimsəməsi idrak müxtəlifliyi
ilə bağlıdır. Buna görə də idrakın ümumi qanunauyğun- luqlan bu
prosesə aid edilir.
Gənc nəsil tərəfindən biliklərin mənimsənilməsi
cəmiyyətin inkişafında ən mühüm və ən zəruri şərtdir. Lakin
tədrisin ictimai rolu heç də həmişə özünü binizə vermir. Çünki
tədrisə stimul yalnız tədris prosesində yaranır. Müəllim uşaqlarda
marağı artınr, onlarda məktəbdə tədris olunan biliklərə tələbat
yaradır, tədris məşğələlərinə maraq tərbiyə edir, onlan tədrisə
həvəsləndirir. Yalnız bu zaman uşaqlar bəşəriyyətin əldə etdiyi
bilikləri mənimsəməyə başlayırlar. Bu şərtlə ki, təlim prosesində
mexaniki əzbərləməyə bayağı, dayaz ümumiləşdirmələr
aparılmasına yol verilməsin. Bəzən müəllim hər hansı bir
qanunun, tərifin əzbərlənməsini tələb edir. Şagirdlər əzbər
söylədikləri tərif üçün təşəkkür də alır. Beləliklə şagirdlər
mexaniki əzbərləməyə meyl etməyə başlayırlar. Təcrübə və
müşahidələr göstərir ki, mexaniki əzbərləmə vasitəsilə əldə edilən
formal bilik tez do unudulur. Yəni qavranılmır, idrak vərdişinin
məhsuluna çevrilmir. Başqa sözlə desək, şagird həmin biliyi
mənimsəmir, öz malı etmir, çünki onu tezliklə unudur. Ona görə
də təlim prosesində mexaniki əzbərləməyə yol vermək olmaz.
Sual olunur, bəs şerlərin əzbərlənməsinə necə yanaşılmalıdır.
Cavab birmə- nalıdu. Şerin də mexaniki əzbərlənməsi onun
unudulması ilə nəticələnir. Ona görə də şerin mahiyyəti,
məzmunu tərbiyəvi əhəmiyyəti ətraflı şərh edildikdən sonra onun
ideyası dərindən mənimsədildikdən sonra onun əzbərlənməsi
faydalı olur.
Hər bir tədris predmeti üzrə şagirdlərin bilikləri
mənimsəməsi bəzi xüsusiyyətlərlə xarakterizə olunur. Məsələn,
ibtidai siniflərdə səs, söz, cümlə haqqında şagirdlərə verilən ilkin
məlumatlar V-VIII siniflərdə fonetika, morfologiya və sintaksis
bölmələrində verilən ətraflı məlumatlar vasitəsilə
178
daha da möhkəmləndirilir. Adətən mənimsəmə müəllimin
öyrənmək üçün nəzərdə tutulan mövzunun elan olunmasından
başlanır və şagirdlər yeni materialın fəal və şüurlu surətdə
qavranılmasına hazırlanırlar. Eyni zamanda şagirdlərin şüurunda
yeni materiallann tədrisi zamanı arxalandığı biliklər və təcrübələr
bərpa olunur. Bəzən müəllim bu məqsədlə şagirdlərə bu və ya
digər müşahidələrin apaniması üçün tapşırıq verir. Məsələn,
ibtidai siniflərdə çaylar, göllər haqqında verilən sadə məlumatlar
zamanı şagirdlərə suyun buxarlanması, yerlə atmosfer arasında
dövr etməsi, buludun və yağışın yaranması kimi kimyəvi və
bioloji proseslər öyrədilir. Yuxarı siniflərdə isə şagirdlərin
oksigen və hidrogen mövzulannı dərindən öyrənməsinə məhz
ibtidai siniflərdə öyrədilən həmin biliklər stimul rolunu oynayır.
Sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru biliklərin öyrədilməsi
sanki bütöv bir sistem halında, konkret bir zaman ərzində baş
vermir, şagirdlərin təfəkküründə konkret təsəvvürlərdən
anlayışlara keçid kimi sadə anlayışlardan daha mürəkkəb
anlayışlara, anlayışlar sisteminə keçid kimi baş verir. Bu zaman
hər addımda əvvəllər əldə edilmiş yeni biliklərin birləşdirilməsi,
onlar arasmda daxili bir əlaqənin yaranması baş verir. Başqa sözlə
desək, köhnənin yeni ilə əvəzlənməsi baş verir. Köhnənin yeni ilə
belə daimi əlaqəsi bütün tədris prosesini əhatə edir.
Biliklərin mənimsənilməsi prosesinin düzgün qoyuluşu
onunla xarakterizə olunur ki, şagirdlər öyrənilən materialı
dərindən dərk edir, bacanq və vərdişlərini təkmilləşdirirlər.
Biliklərin verilməsinin, bacanq və vərdişlərin aşılanmasının
sistem
halında
həyata
keçirilməsi
şagirdlərin
elmi
dünyagörüşlərini inkişaf etdirir, tərbiyəlilik səviyyəsini yüksəldir
və onlann hərtərəfli inkişafım təmin edir.
Dostları ilə paylaş: |