Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə49/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   45   46   47   48   49   50   51   52   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

171


3.11.
 
Təlim prosesinə müəllimin nəzarəti 
Məlumdur ki, təlim vəzifələrinin həyata keçirilməsi müəllim 
və şagirdin birgə fəaliyyəti prosesində baş verir. Bu vəzifələrin 
yerinə yetirilməsi səviyyəsi, tədrisin səmərəliliyi müəllimin tədris 
prosesinə necə nəzarət etməsindən çox asılıdır. 
Onu da qeyd edək ki, postsovet məkanındakı təhsil 
sistemində müəllim və şagird arasındakı münasibətlər formal, 
şagirdlərin kor-koranə müəllimlərin tabeliyinə əsaslanırdı. 
Onların böyük əksəriyyəti şagirdlərlə münasibətlərini tədrisin 
ehkam xarakterinə uyğun olaraq qururdular. Müəllim izah edirdi, 
şagird dinləyirdi, müəllim əmr edirdi, şagird onun sərəncamını 
yerinə yetirirdi, müəllim soruşurdu-şagird cavab verirdi. Təhsilin 
yeniləşdirilməsi artıq bu gün müəllim-şagird münasibətlərinə 
yeni məzmun gətirmişdir. Əsası budur ki, şagirdlərin hörmətini 
qazanan, onlara nəvaziş, qayğı göstərən, şəxsiyyətlərinə hörmət 
edən, şagirdlərlə münasibətləri humanist prinsiplər əsasında 
qurmağa çalışan müəllim şagirdlərin ən yaxın yoldaşına çevrilir. 
Bu cür müəllimləri isə şagirdlər daha çox sevir, onlarla 
əməkdaşlığa hazır olurlar. 
Təlim 
prosesində 
müəllimin 
rəhbərliyinin 
əsas 
cəhətlərindən birini şagirdlərin tərbiyəsinə və inkişafına yönələn 
fəaliyyət təşkil edir. Müəllim şagirdlər qarşısında səylə oxumaq 
vəzifəsini qoyur və eyni 
2
^manda onlann tədrisə marağını artınr, 
şagirdi fəallığa həvəsləndirir. Həvəsləndirmə isə şagirdlərin 
idredc marağını gücləndirməklə, valideyn, ailə, dost, yoldaş, xalq 
qarşısında borc, məsuliyyət hissi yaratmaqla, şagirdin öyrəndiyi 
biliyin gələcəkdə cəmiyyətdə fayda verəcəyini başa salmaqla və 
s. ilə yaradıla bilər. 
Müəllim təlim prosesində şagirdlərin fəaliyyəti ilə onların 
qazandığı müvəffəqiyyətlərə, çətinlik çəkdikləri məsələlərə də 
diqqət yetirir. Çünki təlim materialının mənimsənilməsinə 
nəzarət etmədən müəllim sonrakı proseslərdə 
172


uğur qazana bilməz. Tapşınqlann yerinə yetirilməsi gedişini 
müntəzəm izləmək, müstəqil işləmək üçün treninqlər təşkil 
etmək, şagirdlərlə təlim xarakterli qısamüddətli söhbətlər 
keçirmək və s. tədbirlər tədris prosesində müəllimin əsas fəaliyyət 
sahələri hesab edilir. 
Müəllim fəaliyyətində, şagirdləri bir kollektiv kimi təşkil 
edir və bu kollektivin ictimai rəyini formalaşdınr. Kollektivin 
təşəkkül tapması, formalaşması və inkişaf etməsi, uşaqlarm maraq 
və meylləri, arzu və istəkləri məhz müəllimin fəaliyyəti 
prosesində müəyyən olunur. 
Təlim prosesinə müəllimin nəzarətindən danışarkən onu 
da qeyd etməliyik ki, Azərbaycan Respublikasının ümum- təhsil 
məktəblərində müəllimin təlim prosesinə nəzarəti özündə əks 
etdirən yeni mütərəqqi qaydalann, üsul və priyomlann 
hazırlanmasına və tətbiqinə xüsusi ehtiyac vardır. Çünki müasir 
dünyada bu məsələ artıq öz təkmil həllini tapmaqdadır. 
Qərb ölkələrində müəllimin nəzarəti təlim prosesi ilə 
məhdudlaşmır. Müəllim təliməqədərki və təlimdənsonrakı 
vaxtlarda da şagirdə məqsədyönlü, planlı və mütəşəkkil nəzarət 
etməyi özünün ən ümdə vəzifəsi hesab edir. Müşahidə 
apardığımız Qərb ölkələrində (Almaniyada, İtaliyada, Fransada, 
İspaniyada, İngiltərədə, Belçikada, Skandinaviya ölkələrində və 
s.) müəllimin təlim prosesinə nəzarətinin sivili qaydalara 
uyğunlaşdıniması yeni pedaqoji ənənələrin yaranmasına bir növ 
rəvac verir. Bir sıra ölkələrdə «müəllimin nəzarəti» ifadəsi şərti 
xarakter daşıyır. Çünki şagird özünənəzarəti yüksək inkişaf 
mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə isə müəllimin 
nəzarəti qlobal bir məzmun kəsb edir. Yəni şagirdin özü-özünə 
olan faktik nəzarəti, müəllimin nəzarətini simvolik və rəmzi 
nəzarət xarakteri daşımağa yönəldir. 
Qərb ölkələrinin əksəriyyətində ibtidai siniflərdə 
müəllimin təlim prosesindəki nəzarəti bir neçə cəhətdən 
173


diqqəti cəlb edir. Məsələn, I siniflərdə şagirdlər tam 
müstəqildirlər. Hər cür texnologiyalarla təchiz olunmuş belə 
siniflərdə müəllim də öyrətmə işində öz fərdi və müstəqil 
metodunu tətbiq edir, öyrənənlərə də məhz o, özü tam müstəqillik 
verir. Belə müstəqillik isə şagirdi danxmaqdan, psixoloji 
gərginlik keçirməkdən, yüklənməkdən, yorulmaqdan xilas edir. I 
sinif şagirdi ona verilən tapşınğa əməl edə-edə bütün maddi-mənə 
vi-psixoloj i ehtiyaclan hiss etdikdə müstəqil olaraq sinfin 
həndəvərində iaşə xidmətini xatırladan yerə gedir, özü üçün ya 
kofe süzür, ya sərin içkilər gətirir, ya şirniyyat məhsullarından 
bəhrələnir və s. Hətta birincilər üçün məxsusi hazırlanmış sinif 
otaqlanndakı əlüzyuyandan, ayaqyolundan sərbəst istifadə edir. 
Bu zaman müəllimin nəzarətinə yox, sinif xidmətçilərinin 
köməyinə ehtiyac duyulur. 
İnkişaf etmiş əksər ölkələrdə şagirdlərin, xüsusilə ibtidai 
sinif şagirdlərinin dərsə gəlməsinə və dərsdən getməsinə sinif 
müəllimi və məktəb rəhbərliyi özləri birbaşa nəzarət edirlər. Belə 
nəzarət isə nəzarətin sivili forması hesab olunur. Yəni hər gün 
xüsusi «okul nəqliyyat vasitələri» uşaqlan öz evlərindən götürüb 
dərsə gətirir, dərs qurtardıqdan sonra isə bir neçə saat müddətində 
repititorlann köməyilə dərslərini, tapşınqlanni hazırladıqdan 
sonra yenə öz evlərinə aparır. Ona görə valideyn üçün uşağın 
dərsə davami)^əti, dərsə hazırlaşması, boş vaxtından səmərəli 
istifadə etməsilə bağlı heç bir problemi olmur. Çünki bütün 
bunlan məktəb rəhbərliyi və sinif müəllimi öz öhdəsinə götürür. 
Aşağı siniflərdə müəllimin nəzarəti yaxşı qurulduğu üçün yuxan 
siniflərdə də təlim prosesində müəllimin nəzarəti simvolik və 
rəmzi xarakter daşıyır, çünki aşağı siniflərdə şagirdlərin özünənə- 
zarətinin bünövrəsi elə bir möhtəşəm şəkildə qoyulur ki, yuxarı 
siniflərdə bu müstəqillik öz mütərəqqi cəhətlərilə özünü daha 
nümunəvi şəkildə binizə verir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə