Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə46/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   42   43   44   45   46   47   48   49   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

pnnsiphrə
də istinad olunması vacibdir. Həmin prinsipləri 
təxmini olaraq aşağıdakı şəkildə sistemləşdirmək olar: 
-
dərsliyin dövlət siyasətinə uyğun tərtib olunması; 
-
dərsliyə daxil edilmiş mövzulann milli və ümumbəşəri 
161


dəyərlərə əsaslanması; 
-
elmiliyin, ardıcıllığın, sistemliliyin və konkretliyin 
nəzərə alınması; 
-
dərsliyin tərtibində varisliyin gözlənilməsi; 
-
müvafiq mövzulann şərhində humanitarlaşdırma, 
humanistləşdirmə 
və 
demokratikləşdirmə 
prinsiplərinin 
gözlənilməsi; 
-
bir sıra mövzuların şərhində xalqların hüquq 
bərabərliyinin açıqlanması; 
-
hər bir mövzunun şəxsiyyətin hərtərəfli inkişafını təmin 
etməsi; 
-
tələb olunan məqamda dərsliyə fənlərarası və fəndaxili 
inteqrasiya və differensasiya imkanlarına malik olan mövzulann 
daxil edilməsi; 
-
nəzəri materialların müasir həyat hadisələrilə 
əlaqələndirilməsi; 
-
mövzuların şagirdlərin hazırlıq və inkişaf səviyyəsinə 
uyğunlaşdıniması; 
-
ayn-ayrı mövzulann sinifdənxaric və məktəbdənkənar 
işlərin məzmunu ilə əlaqələndirilməsi. 
Dərsliklərin göstərilən tələb və prinsiplər əsasında 
hazırlanması müəllimlərin də işini asanlaşdırır və onlann 
fəaliyyət istiqamətlərinin düzgün müəyyənləşməsinə kömək edir. 
Müasir pedaqoji ədəbiyyatda «müəllimin fəaliyyət 
istiqamətlərinin əsaslan» deyəndə aşağıdakılar nəzərdə tutulur: 
-
müəllimin kommunikativ fəaliyyəti; 
-
müəllimin konstruktiv fəaliyyəti; 
-
müəllimin idraki (qnostik) fəaliyyəti; 
-
müəllimin intellektual fəaliyyəti; 
-
müəllimin fəaliyyətində ekskiyuzivlik; 
-
müəllimin fəaliyyətində interaktivlik və s. 
Müəllim özünün hər bir fəaliyyət növünü tədbiq edən 
zaman onun modelini müəyyənləşdirir. Müasir beynəlxalq 
təcrübədə buna öyrənmə modeli deyilir. Nümunə təriqilə 
onlardan birinə müraciət edək. 
162


Müəllimin konstruktiv öyrətmə modeli 
Bu model təlim prosesində müəllim üçün «öyrətmə 
modeli»dirsə, şagird üçün «öyrənmə modeli» hesab olunur. Hər 
iki halda bu öyrənmə fəal öyrənmə modeli sayılır. Bəzi alimlər 
«fəal öyrənmə»ni nəzəriyyə kimi də təqdim edirlər. 
Bu xüsusda professor Abdulla Mehrabov yazır: «Fəal 
öyrənmə nəzəriyyələrindən olan konstruktivlik, müasir dövrdə 
faydalı, böyük təcrübi və həyati əhəmiyyəti olan bir nəzəriyyə 
kimi qəbul olunmuşdur. Öz mahiyyətinə görə konstruktivlik 
öyrənmə, bilik əldə etmə haqqında elə nəzəriyyələr qrupuna 
aiddir ki, onun həlledici əsasını biliyin, yeni ideyalarm əvvəlki 
biliklərlə sintezinin əsasında yaradılması təşkil edilir, yəni biliklər 
sistemi passiv şəkildə deyil, insanın fəal həyat təcrübəsi əsasında 
yaranır. Hər bir insan biliyi başqalanndan almaqdan daha çox, onu 
özü əldə edir, qurur və inkişaf etdirir. Konstruktiv öyrənmədə 
mücərrəd anlayışlan araşdırmalar, mühakimələr və müzakirələr 
vasitəsilə dərk edir. Onlann beyni ağ lövhə olmadığından, hər bir 
öyrənən özünün dünyagörüşünə təsir göstərən müəyyən həyat 
təcrübəsi ilə təlimə başlayır. Bunlar öyrədən tərəfindən diqqətlə 
planlaşdırılmış, sistemli və müvafiq qaydada təşkil edilmiş təlim 
prosesində həyata keçinir, öyrənənə özünü dərketmənin mühüm 
amilmə çevrilməyə kömək edir. Bu proses ənənəvi təlim təcrübəsi 
ilə birləşdikdə, konstruktiv prinsiplər biliyin dərindən dərk 
edilməsinə və daha uzııh müddət yadda saxlanmasına, 
qabiliyyətlərə və vərdişə çevrilməsinə kömək göstərir. 
Bilik «qurulur, kəşf edilir, yaradılın) anlamı üzərində 
bərqərar olan, biliyin və öyrənmənin təbiəti, mahiyyəti haqqında 
fəlsəfi fikirlər sistemi - epistamologiyanı öz fəlsəfi əsası hesab 
edən konstruktivliyin əsas prinsipi ondan ibarətdir ki, bilik passiv 
şəkildə alına bilməz və şagirdlər öyrənmə prosesində fəal 
olmalıdırlar. Ona görə də azyaşlı uşaqlara müvafiq qaydada, yaşa 
uyğun sərbəstlik verilməli, onlar öyrənmə prosesində fəal iştirak 
etməlidirlər. Öyrənmə idrakı 
163


akt kimi mənimsəmə (assimilyasiya), uyğunlaşdırma (ako- 
modasiya) və nizamlama (ekvilibrasiya) proseslərindən ibarət 
olub, aşağıdakı mərhələlərdən keçməlidir: 
-
keçmiş biliklər əsasında yeni biliyin əldə edilməsi və 
mənimsənilməsi; 
-
fərdi biliklər sisteminin, yeni və daha faydalı biliklərə 
uyğunlaşdınlmaqla dəyişdirilməsi; 
-
biliklər sisteminin müxtəlifliyi və ziddiyyətindən əmələ 
gələn psixi gərginliyin nizamlanması nəticəsində, problemlə bağlı 
yeni, faydalı dərketmənin əmələ gəlməsi. 
Öyrənmənin hansı formasına (assimilyasiya,- akomo- 
dasiya, ekvilibrasiya) hazır olmaq uşağın idraki inldşaf 
mərhələsindən asılıdır» (Bax, «Azərbaycan məktəbi» jurnalı, 
2005, №3, səh. 26). Göründüyü kimi konstruktivlik fəal öyrənmə 
nəzəriyyəsi kimi müasir dünyamızın alimlərinin diqqət 
mərkəzindədir. 
Müəllimin kommunikativ, konstruktiv, qrostik (idraki) 
ekskiyuziv və s. yanaşmalannm hamısının bir ali məqsədi vardır 
ki, onlann da hamısı şagirdlərin sotı dərəcə fəallaşma- sına xidmət 
edir. Başqa sözlə ifadə etsək, deməliyik ki, müəllimin bütün 
fəaliyyət növlərinin son məqsədi interak- tivliyə xidmət edir. Bu 
mənada konstruktiv öyrənmə modeli də təlim prosesində 
şagirdlərin son dərəcə aktivləşdirilməsi üçün səciyyəvi sayılır. Bu 
modelin üstünlüklərindən və xarakterik xüsusiyyətlərindən biri də 
şagirdlərin aktivliyinin dərəcələrinin müəyyənləşdirilməsindən 
ötrü onlara «fəal fərd», «sosial fərd» və «yaradıcı fərd» kimi 
yanaşılmasından ibarətdir. Əgər müəllim şagirdə şəxsiyyət kimi 
baxırsa deməli 
0
, şagirdlərə həm «fəal fərd», həm «sosial fərd», 
həm də «yaradıcı fərd kimi» yanaşmağa borcludur. 
Professor Əbdül Əlizadəyə görə şəxsiyyət (hər bir uşaq) 
ictimai münasibətlərdə iştirak edən, ictimai inkişafın tacı olan 
sosial fərddir. Deməli, şəxsiyyət kimi qəbul etdiyimiz şagirdə 
«fəal fərd», həm «yaradıcı fərd» kimi yanaşmaqla bərabər ona 
həm də «sosial fərd» kimi yanaşmağımız da pedaqoji məntiqə tam 
uyğundur. 
164


Uşağın (şagirdin) ictimai münasibətlərə daxil olması 
onlann ictimai inkişafını təmin edir. Məsələyə pedaqoji 
konteksdən yanaşsaq və bu fikri pedaqoji cəhətdən əsaslandırmaq 
istəsək, deməliyik ki, uşağın ictimai münasibətlərə daxil olması, 
onun pedaqoji prosesə daxil olması deməkdir. Pedaqoji prosesə 
daxil olan uşaq isə bü prosesdə bilik, bacanq və vərdişlər qazamr 
və yalnız bunlann sayəsində inkişaf edir. Bu inkişafin isə 
hərtərəfli təmin edilməsindqn. ötrü təlim prosesində konstruktiv 
öyrənmə modelinin düzgün tərtib olunması çox vacibdir. Özü də 
bu modeldə şagirdlərə fəal, sosial yə yaradıcı fərdlər kimi 
yanaşılması onlann bir şəxsiyyət kimi elmi dünyagörüşlərinin 
formalaşdıniması işində mühüm əhəmiyyət kəsb edir. Prof. 
Abdulla Mehrabov yazır ki, «Konstruktiv öyrənmə modeli 
əsasmda təlim prosesində fəal şagird, sosial şagird və yaradıcı 
şagird kimi üç fərqli rol müəyyənləşdirilmişdir: 
-
fəal şagirdlərdə bilik fəal formada mənimsənilir və dərk 
edilir, şagird mexaniki dinləmək və öyrənmək, şablon xarakterli 
tapşınqlar üzərində işləmək əvəzinə, özü . üçün həyati əhəmiyyət 
kəsb edən problemləri fəal şəkildə müzakirə edir, fərziyyələr irəli 
sürür, diskussiyaya girir, onlan əsaslandırmağa səy göstərir və 
nəticədə problemi öz intellektual imkanma uyğun həll edir; 
-
sosial şagirdlərdə bilik və dərketmə sosial cəhətdən 
şərtləndirilir, bilik və mənimsəmə yüksək səviyyəli sosial 
fəaliyyət kimi qiymətləndirilir və biliklər fərdi qaydada deyil, 
başqalan ilə qarşılıqlı münasibətlər əsasmda, obyektiv reallığı 
şərtləndirən ciddi sosial proseslər nəticəsində qazanılır; 
-
yaradıcı şagirdlərdə bilik və dərketmə prosesi yaradıcı 
münasibət əsasında formalaşır və ya yenidən yaradılır. Təlim 
prosesində elə mühit formalaşdırılır ki, şagirdlər elmi 
nəzəriyyələrə, tarixi perspektivlərə, sosial və iqtisadi 
pafadiqmalara münasibətdə yaradıcı yanaşmalar əsasmda yeni 
qabiliyyətlər, bacanqlar və vərdişlər qazanırlan) (Bax, yenə orada, 
səh. 28). 
A.O.Mehrabov konstruktiv öyrənmə modeli əsasında təlim 
prosesində fəal şagird, sosial şagird və yaradıcı şagird 
165


kimi fərqli qolların kimlərin tərəfindən müəyyənləşdirilməsini 
konkret fakt və dəlillərlə göstərmədiyi üçün biz də məsələnin belə 
bir tərzdə qoyuluşunun kimlərə məxsus olmasını iddia edə 
bilmərik. Lakin bu fikrə öz münasibətimizi bildirərkən deməliyik 
ki, biz «sosial şagird» ifadəsini qəbul edə bilmərik. Əvvəla ona 
görə ki, heç bir pedaqoji ədəbiyyatda, xüsusilə dərsliklərdə, dərs 
vəsaitlərində «sosial şagird» ifadəsi pedaqoji termin kimi öz 
əksini tapmamışdır. İkincisi, əgər bu ifadə pedaqoji 
ədəbiyyatlarda özünü təsdiq etməmişdirsə bu terminin pedaqoji 
termin kimi qəbul edilməsinə lüzum yoxdur. 
Bizim fikıimizcə «sosial şagird» ifadəsinin «sosial fərd» 
kimi işlədilməsi daha məqsədəuyğun olardı. A.O.Mehrabovun 
dediklərilə bağlı fikrimizi ümumiləşdirsək deməliyik ki, 
A.O.Mehrabovun konstruktiv öyrənmə modeli ilə bağlı dedikləri 
öyrənmə ilə bağlı müəllimlərə istiqamət vermək baxımından çox 
faydalıdırsa, dərslik müəlliflərinə didaktik yanaşmalarla bağlı 
metodik köməklik göstərmək, nəzəri istiqamətlər vermək 
baxımından daha faydalıdır. Çünki dərsliklərin tərtibi zamanı, 
mövzulann şərhində dərslik müəlliflərinin konstruktiv öyrənmə 
modelini bilmələri həmin mövzulann elmi-pedaqoji-metodik 
cəhətdən düzgün qurulmasına bir növ düzgün istiqamət vermiş 
olar. Əgər belə olarsa, ümumtəhsil məktəblərimiz üçün hazırlanan 
bütün fənn dərslikləri dünya standartlanna cavab vermiş olar. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə