Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə48/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   44   45   46   47   48   49   50   51   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Э.10.
 
Əsas təhsilin tədris və tərbiyəvi əhəmiyyəti 
(V-IX siniflər) 
Əsas və orta məktəbin V-VII siniflərində şagirdlər 
ümumtəhsil fənlərinin sistemli kursunu öyrənirlər. Bu kurslarda 
şagirdlər təbiət və cəmiyyət haqqında məlumatlarla tanış olur, 
obyektiv aləmin mühüm hadisələrinin mahiyyətini 
168


daha dərindən öyrənirlər. Bir sözlə, şagirdlər təlimin bu pilləsində 
artıq ümumtəhsil məktəbində, habelə orta peşə tədris 
müəssisələrinin yuxan siniflərində təhsili davam etdinnək üçün 
müəyyən biliklər, qabiliyyətlər və vərdişlər sisteminə yiyələnmək 
yolu ilə lazımi hazırlıq keçirlər. 
Təbiətin və ictimai həyat hadisələrinin sistemli və daha 
dərindən öyrənilməsi əsasında yeniyetmələrdə elmi-materialist 
dünyagörüşünün formalaşdınlması sahəsində bütün işlərin 
səviyyəsi y^əldilir. 
V-IX siniflərdə Azərbaycan dili və ədəbiyyatının 
müntəzəm kursu öyrənilir. Şifahi və yazılı nitq saüıəsində 
möhkəm biliklər və vərdişlərlə silahlanmış tam savadlı insanların 
hazırlanması bu mərhələdə həyata keçirilir. Ədəbi qiraət kursu 
şagirdləri ədəbi əsərlərin əsas növləri və onlann başa düşdü
5
di 
klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış 
edir, şagirdlərdə şifahi və yazılı nitqin, şüurlu və ifadəli qiraət 
vərdişlərinin daha da inkişafını təmin edir. 
Elmi biliklərdə bir çox minilliklərdə bəşəriyyətin topladığı 
təcrübə əks olunmuşdur. Bu təcrübə dəfələrlə yoxlanmışdır və 
elmi anlayışlar, qanunlar sistemində ümumiləşdirilmişdir. 
Şagirdlər bilikləri mənimsəyərək nəinki müəyyən məlumat 
dairəsini əldə edirlər, həm de insanın təbiəti dərk etməsi metodlan, 
insanların ehtiyac və tələbatlanm təmin etmək məqsədilə təbiətə 
təsir göstərmək üsulu ilə tanış olurlar. Şagirdlərin qarşısında insan 
idrakının gücü və qüdrəti bütünlüklə nəzərə çarpır, bu idrak 
təbiətin yeni-yeni sirlərini tədricən açır. Tədris prosesində ətraf 
aləmin daha dərindən dərk olunması və öz praktik işində 
biliklərdən istifadə edilməsi istəyi baş qaldınr. Müəllimin vəzifəsi 
ictimai həyatda şagirdlərə elmi biliklərin rolunu başa düşməyi 
öyrətməkdən ibarətdir. Artıq ibtidai siniflərdə təbiətşünaslıq və 
oxu dərslərində şagirdlər belə bir sadə ideyanı mənimsəyirlər ki, 
insanlar ərzağa, mənzilə və paltara olan tələbatlann təsiri altında 
təbiəti öyrənirlər, onun qanun- lannı dərk edirlər və qazandıqlan 
bilikləri təbiətdən bütün 
169


zəruri olanları almaq üçün istifadə edirlər. 
İbtidai siniflərdə ilk günlərdən başlayaraq şagirdlərdə 
əxlaqi keyfiyyətlər formalaşmağa başlayır. Onlarda dostluq, 
yoldaşlıq, düzlük, doğruçuluq, vətənpərvərlik, əməyə, əmək 
adamlarına hörmət hissi yaranır. Şagirdlər oxu, təbiətşünaslıq, 
musiqi və digər dərsliklərdə çoxlu ədəbi-bədii mətnlərlə tanış 
olurlar. Bu mətnlər, eləcə də dərsliklərdə verilən emopedaqoji 
nümunələr, atalar sözləri, tapmacalar, bayatılar, laylalar, mənəvi 
tərbiyə baxımından şagirdlərdə böyüyə hörmət, əməksevərlik, 
xeyirxahlıq, nəzakətlilik kimi keyfiyyətlər tərbiyə edir. Şagirdlər 
tanınmış şəxsiyyətlərin həyat və fəaliyyəti, Azərbaycan xalqının 
döyüş və əmək ənənələri ilə məhz fənlərin tədrisi prosesində tanış 
olurlar. 
Humanitar fənlərin tədrisi prosesində şagirdlər dövrün 
ictimai - siyasi hadisələri ilə tanış olurlar. Bu fənlər onlarda ən 
humanist ideallar tərbiyə edir, şagirdlər respublikada, dünyada 
baş verən ən mühüm prosesləri öyrənir, ona öz münasibətini 
bildirir. Nəticədə onlann dünyagörüşü formalaşır. Bu baxımdan 
tarix, coğrafiya, ədəbiyyat, rus dili, Azərbaycan dili, xarici 
dillərin imkanları daha genişdir. 
«Tarix», «Azərbaycan tarixi», «İnsan və cəmiyyət» 
fənlərinin tədrisi prosesində şagirdlərdə insan və cəmiyyət, ailə, 
kollektiv və şəxsiyyət, xalq kütləsi, maddi istehsal, əxlaqi 
kateqoriyalar kimi anlayışlar formalaşır. Şagirdlər xalqımızın 
qəhrəmanlıq tarixi, fədakarlığı, mərdliyi ruhunda tərbiyə 
olunurlar. Tarix dərslərində dinlərin yaranması, dünya 
mədəniyyətinin ən möhtəşəm abidələrindən biri kimi müqəddəs 
«Qurani-Kərim» kitabı haqqında məlumat əldə edirlər. Onlar 
həmin kitabdan əsil nəcibliyi, ədaləti, düzlüyü, hörmət və 
ehtiramı öyrənirlər. Məktəblilər eyni zamanda iqtisadiyyatın, 
sosial və mədəni həyatın inkişafında fəal iştirak etməyə can atır. 
Azərbaycan dili və ədəbiyyatı dərslərində şagirdlər 
Azərbaycan ədəbiyyatının, dünya xalqlan ədəbiyyatının inkişaf 
xüsusiyyətlərini dərk edirlər. Vətən, ayrı-ayrı xalqlar, əxlaqi, 
mənəvi, estetik keyfiyyətlər haqqında biliklərini 
170


genişləndirirlər. Yazıçılann, şairlərin əsərləri ilə tanış olmaqla 
qəhrəmanların* yüksək mənəvi keyfiyyətlərindən nümunə 
götürürlər. 
Təbiət-riyaziyyat fənlərinin tədrisi prosesində şagirdlərin 
elmi dünyagörüşü, mənəvi əqidəsi formalaşır, onlar təbiətin 
ecazkar sirlərini öyrənirlər. 
Təlim prosesində müəllimin şəxsiyyətinin, onun ideya- 
lılığının, işgüzarlığının və əxlaqi keyfiyyətinin şagirdlərə böyük 
tərbiyəvi təsiri vardır. Şagirdlər arasında müəllimin pedaqoji 
nüfuzu nə qədər yüksək olarsa, müəllimin şagirdlərə təsiri daha 
güclü olar. Tərbiyəçinin nüfuzu tərbiyəçilər və tərbiyə edilənlər 
arasında normal münasibətlərin göstəricisidir. Müəllimin nüfuzu - 
tərbiyəçinin uğurlu və məhsuldar fəaliyyətinin tamamilə zəruri 
şərtidir. Uşaqlar üçün nüfuz sahibi olmaq adi arzu deyildir, 
müəllim üçün qanundur, çünki nüfuz yoxdursa, deməli müəllim 
və tərbiyəçi arasmda normal münasibət də yoxdur, məhsuldar 
tədris və tərbiyə fəaliyyəti üçün normal şərait yoxdur. 
Nüfuz - müəllim üçün zəruri sayılan tədris etdiyi fənni və 
ixtisasını gözəl bilmək, yüksək pedaqoji ustalığa malik olmaqla 
qazanılır. Nüfuz müəllim-şagird münasibətlərinin yüksək 
səviyyədə qurulması, məktəbdə səmimi və işgüzar mühitin olması 
ilə yaranır. Tərbiyəçinin nüfuzu bütün tərbiyə prosesinin 
mərkəzində durur. 
Tərbiyə işində müəllim şəxsİ
5
^ətinin böyüklüyü ondadır 
ki, 
0
, şagird şəxsiyyətinin də böyüklüyünü görə bilir. Məlumdur 
ki, uşaqlann, yeniyetmələrin, gənclərin onları daim ruhlandıran 
nümunələrə ehtiyacları olur. Onlar çox vaxt müəllimi təqlid 
edirlər, müəllim şagirdlərin ideya hamisidir. İdeya təsiri isə o vaxt 
güclü olur ki, şagirdlər öz müəllimlərində qabaqcıl ideyälann 
təcəssümünü görürlər. 
Deməli, müəllim daim öz üzərində işləməli, öz elmi- 
nəzəri, pedaqoji və metodiki ustalıq səviyyəsini yüksəltmək 
qayğısına qalmalıdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə