Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə51/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   47   48   49   50   51   52   53   54   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

179


3.13.
 
Biliklərin möhkəmləndirilməsi 
Şagirdlərə biliklərin verilməsi ilkin didaktik şərtlərdən 
hesab olunursa onlann möhkəmləndirilməsi ən başlıca didaktik 
şərtlərdən sayılır. Məlum olduğu kimi biliklərin verilməsinin 
yollan, vasitələri, imkanlan, üsullan, formalan çoxdur. Bütün 
hallarda biliklərin verilməsinin nəzəri və praktik əsaslanm 
müəyyənləşdirdikdən 
sonra 
həmin 
biliklərin 
möhkəmləndirilməsilə bağlı bir sıra ideyalann və nəzəri 
muddəalann verilməsi praktik müəllimlər üçün çox faydalı hesab 
olunur. Dünyanın bir sıra klassik pedaqoqlan, Azərbaycanın 
görkəmli mütəfəkkirləri, alimləri, metodistləri bu barədə çox 
dəyərli fikirlər söyləmişlər. Yan Amos Komenski, Konstantin 
Uşinski, Bəhmənyar Əl Azərbaycani, Mehdi Mehdizadə, Mərdan 
Muradxanov, Əhməd Seyidov, Nurəddin Kazımov, Əliheydər 
Həşimov, Əjdər Ağayev, Yusif Talıbov, Rəfiqə Mustafayeva, 
Akif Abbasov, Hikmət Əlizadə, Əmrulla Paşayev, Fərrux 
Rüstəmov, Sərdar Quliyev və başqaİan müxtəlif tipli 
məşğələlərdə şagirdlərə verilən bilildərin möhkəmləndirilməsi ilə 
bağlı bu gün üçün, mən deyərdim ki, bütün dövrlər üçün həmişə 
aktual ola biləcək faydalı mülahizələr söyləmişlər. 
Biz onlann bu barədə dediklərini təkrar etməmək şərtilə 
biliklərin möhkəmləndirilməsilə bağlı müəyyən konseptual 
ideyalann irəli sürülməsini məqsədəuyğun hesab edirik. , 
Ümumiyyətlə desək, klassik dövrlərdən tutmuş bu günə 
qədər Azerbaycanın bir sıra mütəfəkkirlərini bu məsələ daim 
düşündürmüşdür. 
Hətta 
biliklərin 
verilməsi 
və 
möhkəmləndirilməsinin nəzəri əsaslanm işləyənlər də olmuşdur. 
Onlardan biri Azərbaycan filosofu, pedaqoqu, orta əsr müsəl- 
manlannın. Şərq peripatetizminin nümayəndəsi, görkəmli 
mütəfəkkir Əbu Əli İbni-Sinanın şagirdi Əbülhesən Bəhmənyar 
Əl-Azərbaycanidir (1065). O, «Ət-Təhşil» («Dərketmə») adlı 
əsərində biliklərin verilməsi, onlann dərk edilməsi, yadda 
saxlanılması, 
sonradan yada salınması (hafizədə) və 
möhkəmləndirilməsi ilə bağlı bir sıra dəyərli fikirlər söyləmişdir. 
180


Müasir Azərbaycan pedaqogikasının korifeylərindən sayılan 
professor Əjdər Ağayev və Əliheydər Həşimov həmin əsərin 
Azərbaycan dilinə tərcümə olunmuş variantının bir hissəsini 
Moskvada çap etdirdikləri «Azərbaycan SSR-nin pedaqoji fikir 
antologiyası» əsərinə daxil etmişlər. Həmin əsərdəki nümunələrə 
(Ət-Təhsilin fəsillərinə) istinad edərək biz Bəhmən- yann məsələ 
ilə bağlı fikirlərini təhlil edəcəyik. 
Əbülhəsən Bəhmənar «Ət-Təhsil» əsərində nəzəri 
biliklərin qazanılmasının fəlsəfi mahiyyətini aydınlaşdırarkən onu 
həm nəzəri cəhətdən, həm də praktik cəhətdən məntiqi şəkildə 
şərh edir. Onun şərhinə görə insanın qazandığı biliklər əvvəlcə 
onun xəyalında canlanır, təfəkkür süzgəcindən keçdikdən sonra 
nitq vasitəsilə şərh olxmur. Şərh olunanı Behmənyar şüur 
materialı hesab edir. Həmin şüur materialı o zaman yadda 
saxlanılır ki, o, yaxşı dərk olunur. Yaxşı dərk olunan, hafizədə də 
saxlanılan həmin şüur materialı həqiqi biliyə çevriləndən sonra 
yaddaşda möhkəmlənir. Bəhmənyarın fikrincə seyretmə materialı 
həqiqi bilik olmadığı üçün onun dərk olunaraq yaddaşda möhkəm 
saxlanılması mümkün deyildir. 
Bəhmənyar yazır: «Dərk edilən əşyalarm təsəvvürü 
cürbəcür həyata keçirilir; o həm mücərrəd üslla alına bilər, həm də 
bəlli üsulla, yəni ilkin məlumatlar əsasında. Hər iki halda dərk 
edilən əşyaların təsəvvürü öz növlərinə bölünün) 
Birinci, bu nüı bölünməni ^tual sürətdə həyata keçirib və 
qaydaya salanda almır. Bölünmələr də bəzən lüzumsuz olur və 
dəyişkənliyə məruz qala bilirlər. Məsələn, «hər bir insan canlı 
məxluqdun> ideyasını eyni təsəvvür etmək olar, istər bir cür 
səslənə, istərsə də başqa cür, məsələn, «canlı məxluq hər bir 
inşanda özünü binizə verin>. Axınncı halda dərk edilən hər iki 
halda eynidir. Çünkü, təyinetmə hissləri təyin edilənin aynimaz 
əlamətlərindən ibarətdir, bu isə eyni deməkdir. Göndərmələrin də 
halı təxminən belədir, hansı ki, aynimaz əlamətlərdən ibarətdir, 
özləri də sonluğa aiddir. 
İkinci, bu artıq təssəvür yarananda, lakin bizim ruhumuz 
ondan yaranır, çünkü o eyni vaxta bir neçə şey barədə fikirləşə 
181


bilmir, necə ki, biz nə barədəsə fikirləşəndə xəyalımızı da burada 
iştirak etməyə vadar edirik, xəyal isə hər şeyi birdən canlandıra 
bilmir. Məlumdur ki, biz nə barədəsə fikirləşəndə hökmən 
xəyalımızı iştirak etməyə vadar edirik və xəyalımızda onu elə 
iəsəwür edirik ki, iki dərketmə bölünməz vahid bir dərketmə olur. 
Eyniliklə biz bir şeyi görəndə də ümumi hissiyatımızda yeni bir 
forma olur, lakin hər iki dərketmə birləşib vahid olur, belə ki, biz 
seçə bilmirik ki, görmə üzvümüzdə nə canlanıb, ümumi 
hissiyatımızda nə; belə seçməni biz vasitə ilə ifadə etmə yolu ilə 
apara bilərik və beləliklə bilərik ki, ümumi hisiyyat yolu ilə, 
dərketmə yolu ilə yanaşı görmə yolu da var. 
Mən heç də etiraf etmirəm ki, dərk edilən özü-özlüyündə 
təfəkkürün predmetidir. Lakin biz təsəvvür edirik ki, xəyalımızda 
nə isə imaqinativə bənzər bir şey var, məsələn, həndəsi bir fäqur. 
Biz xəyalımıza da gətiririk ki, heç onun imaqinativə bənzəri ola 
da bilməz, məsələn, lüzumlu hadisənin özlüyündə adı. Əgər şüur 
zəifləyib fəaliyyətdən düşürsə və biz arüq xəyalımızda nə isə bir 
əşya canlandıra bilmiriksə, biz dərketmə bacanğını itiririk. Laldn 
bu nə şüurun zəifləməsindən, nə də ki, hissiyatımızm öz 
fəaliyyətini itirməsindən irəli gəlmir. 
Bəzən elə adamlara rast gəlirik ki, onlar əşyalann adını 
xatırlaya bilmirlər, lakin həmin əşyalann surəti onlann 
yadlanndadır. Eləcə də qocalıqdan şüuru zəifləmiş adam əşyanın 
adını, yaxud onun imaqinativ surətini yaddan çıxara bilər, lakin 
onun nə isə dərk edilən bir şey olduğunu xatırlaya bilər. Belə ki, 
qocalıq, ağıl zəifliyi, şüurun və zehnin qüsurudur, ona görə belə 
adamlar əvvəlcə tanıdıqlanm indi tanıya bilmirlər, hər şey tez 
yadlanndan çıxır, onlar yalnız fikir mülahizəsi irəli sürürlər. 
Lakin bunlann hamısı ruhla yox, şüurla bağlıdır. Belə yabançı 
səbəblər sinə-mədə sətəlcəmi və qızdırmalı, titrəməli xəstələrdə 
olur, sonra isə yox olur; bunlann hamısı yalnız daxili hissiyyatın 
korlanmasmdan yarämn 
Üçüncü, məsələn, səndə belə bir sual yaranan zaman, sən 
tamdığma müraciət edərək təhlil edirsən və həmin an 
182


sualın cavabı ağlına gəlir; sən əminsən, elə cavab verə bilərsən ki, 
həmin cavab hissələrə bölünməsin və bundan sonra əmələ gələn 
təəssüratı hadisələrə bölürsən. Sadə bilik, hansı ki, həm də şüurun 
həmişə aktivləşdirilməsi hesabına yaranan haldır və o, bizim 
şüurumuzu elə vəziyyətə gətirir ki, bu haldan sonra mütləq 
hissələrə bölünmüş təsəvvür yaranır. 
Şüur materiyasından ayn düşmüş substansiyalarla 
bilavasitə əlaqədə olan və dərk edilən təsəvvürlər kateqoriyasına 
aiddir. Lakin hansısa bir təcrid olunan kosmik ruha bağlıdır və 
ona görə də 
0
, özü dərk olunanla şərtlənən və hissələrə bölünmüş 
kateqoriyasına aiddir. Şüur materiyasından təcrid olunanlann 
bizim ruhumuza münasibəti olmasaydı, hissələrə bölünmüş bilik 
də olmazdı. 
Şüur ya maddi, ya da bacanğına görə şüur olur, yəni ilk 
dərk edilən əşyaları tapmış olur və özündə müəyyən şeyi saxlayır; 
hansı ki, iki hissəyə bölünür: birinci, ən sadə dərk edilənə malik 
olan şüur, ikinci, hissələrə bölünənləri dərk etməyə malik olan 
şüur, - hər ikisi əlbəttə müəyyən şeydən ibarətdir, ya da daxilində 
aktual dərk edilən əşyalan yaradan şüur və hansı ki, o qavradığını 
dərk edir - bu əldə olunmuş şüur adlanır. 
Şüurun bütün bu funksiyalannı nəzərə alaraq aşağıda- kılan 
demək olar: həqiqət ondan ibarətdir ki, bizim ruhumuz tam 
meylliyə çatana qədər təfəkkür və onda yaranan aktual şüurun 
hesabına istədiyi vaxt onu potensial vəziyyətdən aktual vəziyyətə 
çıxartmış olur. Bu zaman o, materiyadan təcrid olunmuş şüura 
yaxınlaşa bilir və onda cism və predmetlərin formalan ona ya 
təcrid edilən və ya dərk edilən şəkildə axır. Meyl təhsilə qədər tam 
olmur, təhsildən sonra isə tam olur. İlkin təhsil gözlərin 
sağalmasına bənzəyir: gözlər sağalanda istədikləri vaxt müəyyən 
forma aldıqlan əşyalan görürlər, əşyalardan aynlananda isə 
axınncı bilik əşyasma və yaxud aktuallığa yaxın ippotensiyada 
hissiyyat qəbul etməsinə çevrilir. 
O ki, qaldı dərk edilənin insanın zehnində qalmasına, bu 
belədii Tər hansı bir əşya barədə fikirləşəndə adamın yadına 
183


əşya ilə yanaşı onun adı, ya da yaddaşda qalan imaginativ obrazı 
düşür. Sən də bilirsən ki, bu dərk edilən həmin əşya bir və ya 
digəri nəzərdə olan, dərk edilən əşyadır. Əgər sənin yadına onunla 
yanaşı digər dərk edilən əşya, ya da başqa dərk edilən əşyanın adı 
düşsəydi, onda sən bilərdin ki, o sənin fikirləşdiyin deyil. Eləcə də 
əgər sənin yadına müəyyən əşyanın adı (həm də onun başqa adı 
ola bilər) düşsə və əgər sən hər iki adı xatırlasan, onda sən 
bilərsən ki, bu həmin əşyadır, lakin yadına başqa ad düşsə, onda 
bilərsən ki, bu başqa əşyadır. 
Bu cür yadda saxlama xəyalın köməyi ilə və zehnin gücü 
ilə alınır: dərk edilən ideyalar yaddaşda ona görə qalır ki, onlar bu 
iki qüvvədə həkk olunurlar. 
Ruh bu qüvvələrə üz tutanda dərk olunanların formaları və 
məzmunu konkretləşir. Necə ki təhsil vaxtı dərketmənin hüdudlan 
genişlənir. İnsan oxuduqlanm əvvəl qavrayır, sonra dərk edir. 
Dərk etdiklərini uzun müddət hafizəsində saxlamağa müvəffəq 
olur. İnsan bilik təcrübəsini (və ya təcrübədə qazan- dıqlan 
bilikləri) tez-tez yada saldıqda, onu birdəfəlik yadda saxlaya bilir. 
Buna biliklərin möhkəmləndirilməsi də deyilir» (Bax. Ət-Təhsil, 
VHI, IX, XII fəsillər). 
Göründüyü kimi hələ XI əsrdə Əbülhəsən Bəhmenyar əldə 
edilmiş biliklərin qavranılması, dərk edilməsi, hafizədə 
saxlanılması, 
yada 
salınması, 
yadda 
saxlanılaraq 
möhkəmləndirilməsinin fəlsəfi mahiyyətini və məntiqi əsaslarını 
aydınlaşdırmışdır. Belə yanaşma pedaqoji cəhətdən də səciyyəvi 
sayıla bilər. 
Pedaqoji prosesdə biliklərin möhkəmləndirilməsi təliminin 
əsas ünsürlərindən biri hesab olunur. Möhkəmlətmənin əsas 
məqsədi qavrama və anlama prosesində əldə edilmiş biliklərin 
uzun müddət yadda saxlanmasını təmin etməkdir. Təcrübə və 
müşahidələr göstərir ki, şagirdlər hər hansı bir tədris materialım 
əvvəlcə asanlıqla anlayırlar. Lakin sonra həmin materialı tədricən 
unudurlar. Bu zaman həmin tədris materialına uyğun şagirdlərin 
əldə etdikləri biliklərin möhkəmləndirilməsi zərurətə çevrilir. 
Bəzi müəllimlər bunun 
184


üçün sual-cavab aparmaqla möhkəmləndirməni temin etmək 
istəyirlər. Unutmaq olmaz ki, sual-cavab yalmz şagirdin 
qazandığı bilikləri bir növ yadda saxlamada daha çox kömək edir. 
Möhkəmləndirmənin ən əsas amilləri təkraretmə, yada salmadır. 
Biliyin möhkəmləndirilməsinin bir neçə forması dərk 
olunmuş biliklərin yaddan çıxanimasmın qarşısmın alınması 
məqsədilə qavranılan materialın şəgirdlər tərəfindən təkrar 
istehsalıdır. 
Biliklərin ilkin möhkəmlənməsi hələ son dərəcə qeyri- 
sabit olan və möhkəmlənməyə ehtiyacı olan yeni əlaqələrin 
yaranmasının ardınca baş verir. Bu o deməkdir ki, aşağı siniflərdə 
şagirdlərin biliklərinin ilkin olaraq möhkəmləndirilməsi xeyli 
miqdarda təkrarlamalar tələb edir. Yuxan siniflərə keçildikdə 
vəziyyət bir qədər başqa şəkil alır, çünki burada şagirdlərin əqli 
fəaliyyətinin xarakteri dəyişir. Bundan əlavə, yeni qəbul edilmiş 
biliyin tam təkrarlanması öyrənilən materialın həcminin kəskin 
şəkildə azalmasma gətirib çıxara bilər. Buna görə də şagirdlərin 
qavradıqlan yalnız başlıca biliklər möhkəmləndirilir. Təcrübələr, 
müşahidələr və xüsusi tədqiqatlar göstərmişdir ki, V-VII 
siniflərdə 
keçilən 
dərslərdə 
alınan 
biliklərin 
ilkin 
möhkəmləndirilməsi əsas ən yeni faktlann, təsəvvürlərin təkrar 
olunması ilə baş verir. Təkrarlar planlı, məqsədyönlü 
apanimalıdır. Tədqiqatlar göstərir ki, qısa müddətli, uzun 
müddətli 
və 
cari 
təkrarlardan 
istifadə 
edilməsi 
möhkəmləndirmənin səmərəsini artınr. 
Tədris materialının möhkəmləndirilməsi üzərində aparılan 
işin nəticəsi həmin materialın şagirdlər üçün hansı dərəcədə 
maraqlı olmasından çox asılıdır. Bu zaman müəllimin problem 
situasiya yaratması daha faydalıdır. Çünki məhz problem 
situasiya təkrar üçün zəmin yaratmış olur. 
Tədris materialının ilkin möhkəmləndirilməsi zamanı orta 
və yuxan siniflərdə şagirdlər müstəqil olmağa daha çox can 
atırlar. Onlar müəllimin verdiyi tapşmqlar üzrə qavranılmış 
mühüm materiallan təkrar etməyi sevirlər. Bu zaman həm fəal
həm də cari təkrarlardan istifadə olunması 
185


yaxşı nəticə verir. 
Dediklərimizə yekun vurarkən onu da qeyd etməliyik ki, 
təkrarlama işi məqsədyönlü, planlı və mütəşəkkil surətdə 
aparıldıqda, əldə olunan biliklərin möhkəmləndirilməsi işi daha 
böyük səmərə verir. Biliklərin möhkəmləndirilməsi isə 
şagirdlərin gələcək həyata hazırlanmasında əvəzsiz rol oynayır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə