Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Təlimdə sisteminik və ardıcıllıq prinsipi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə57/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   53   54   55   56   57   58   59   60   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təlimdə sisteminik və ardıcıllıq prinsipi 
Sistemlilik 
mövzunun 
məzmımundakı 
məntiqə 
əsaslanmalıdır. Mövzunun bitmiş hissələri, bölmələri bu sistemin 
başlıca ünsürləridir. Müşahidələr göstərir ki, təlimdə sistem- 
liliyin və ardıcıllığın pozulması biliklərin mənimsənilməsini son 
dərəcə çətinləşdirir. Əgər şagirdlər sözlərdə vurğularm yeri 
barədə qaydalan zəif mənimsəyiblərsə və saitləri tapmaqda 
çətinlik çəkirlərsə, onda kökdə vurğusuz samitlərin düzgün 
yazılması 
haqqında 
qaydalan 
mənimsəmək 
iqtidannda 
olmayacaqlar və eyni zamanda da bu qaydalardan praktikada 
istifadə edə bilməzlər. Riyaziyyatda adi kəsr üzərində əməlləri 
mənimsəməyən və hesablamalarda baş verən eyni dəyişiklikləri 
dərk etməyən uşaqlar kəsrlər üzərində əməliyyatlann mahiyyətinə 
vara bilməzlər. 
Biliklərin sistemli şəkildə mənimsənilməsi şagirdlərin 
idrak qüvvələrinin və qabiliyyətlərinin ardıcıl inkişafinı təmin 
edir. Şagirdlərin təfəkkürü məhz bunun sayəsində inkişaf edir. 
İbtidai siniflərdə adi və çox da böyük olmayan şer parçalannm 
öyrənilməsi şagirdlərin yaddaşının möhkəmlənməsinə təsir 
göstərir, müəllim məhz bunun sayəsində öyrənilən materialın 
həcmini tədricən artırmaq, orta və yuxan siniflərdə bu sahədə 
onlan çətin tapşınqlara hazırlamaq imkanı əldə edir. 
Bütün tədris proqramlan təlimin sistemliliyi və ardıcıllığı 
prinsipi əsasında işlənib hazırlanır. Proqramlardakı sistemlilik və 
ardıcıllıq şagirdlərdə sistemli biliklərin əldə olunmasına zəmin 
yaradır. Şagirdlərin sistemli biliklərə yiyələnməsi isə tədris 
prosesində həll edilir. Tədrisdə sistemlilik. şagirdlərin köhnə 
bilikləri əsaslı şəkildə mənimsədikdən sonra yenilərinə keçməsi 
ilə təmin olunur. Odur ki, şagirdlər əvvəlki Ijilikləri 
mənimsəməmiş onlara yeni biliklər verilməməlidir. 
Faktik materiallann sistemli şəkildə tədris olunması 
195


elmdə apancı ^eyalann və prinsiplərin işıqlandıniması ilə sıx 
bağlıdır. Məİctəb təliminin inkişaf tarixindən məlumdur ki, elmi 
prinsiplər tədrisi sisteminə təsir göstərir. Məsələn, məktəbdə 
tədris edilən təbiətşünaslıq XIX əsrin ortalanna qədər müxtəlif 
qrupdan olan heyvanlar və bitkilər fəsiləsinin, dəstəsinin, 
ailəsinin və öz aralannda yalnız zahiri cəhətdən əlaqəsi olan 
növlərin xarakteristikasını öyrənirdi. O vaxt dərslik 500 səhifə 
həcmindən çox idi. Burada ayn-ayn heyvanlar təsvir edilmişdi, 
onlann adlan yalnız bir nümunə kimi çəkilirdi. Bəzi hallarda isə 
bu heyvanlann yaşadıqlan yer, hətta şəkilləri göstərilməklə bu və 
ya digər növlərin təsviri verilirdi. 
Dərslikdə verilmiş materiallar son dərəcə quru idi. 
lüzumsuz hesablamalar və təsvirlər baş alıb gedirdi. Bu 
materiallar «sırf süni» sistemdə yerləşdirilmişdi. Orqanizmin 
genetik münasibətləri üzərində deyil, təsnifatlaşdırma sistemi 
üçün əlverişli olan əlamətlərə tabe edilirdi. Bütün bunlar elmin 
inkişaf səviyyəsi ilə izah edilirdi. 
Məktəbin əvvəlki inkişaf mərhələlərində ən böyük elmi 
kəşflər və elmi nailiyyətlər tədriclə, həm də son dərəcə kiçik 
formalarda məktəb proqramına daxil edilmişdir. 
İndi isə tədris fənninin məzmununa yeni elmi kəşflər, 
mütərəqqi metodlar daxil edilir. 
Ehnin ən mühüm qanunlarmm, apancı ideyalann və elmi 
nəzəri}^ələrin mənimsənilməsi nəticəsində şagirdlər faktlan 
dərindən dərk edir, onlar arasmda məntiqi əlaqələr qurmaq 
vərdişləri qazanırlar. 
Təlimin sistemliliyi tədris fənninin ardıcıl təsviri ilə əldə 
edilir. Müəllim şagirdlərin bilik və inkişaf səviyyəsindən asılı 
olaraq təsviri elə aparmalıdır ki, şagirdlər yeni materialı ardıcil və 
şüurlu şəkildə mənimsəsinlər, öz təsəvvürlərini getdikcə 
genişləndirsinlər. 
Təlimdə sistemlilik ona doğru apanr ki, şagirdlər əsasən 
müvafiq bilikləri mənimsəməklə predmetin hissələri arasında 
məntiqi əlaqələri başa düşməyə çalışırlar. 
196


Anlayışlar arasında əlaqələri dərk etmək və anlayışlar 
sistemini mənimsəmək üçün tədris işlərinin xüsusi növlərini 
tətbiq etmək lazımdır. Tədris işlərinin başlıca məqsədi 
sistemləşdirmə yə ümumiləşdirmədir. Bu prposeslər bilikləri 
mənimsəmənin hər bir mərhələsində baş verir, mövzunu 
öyrənmək prosesində isə onlar daha mühüm əhəmiyyət kəsb 
edirlər. 
Müəllimin hər bir düşünülmüş sualı şagirdləri ardıcıllığa 
sövq etməli, düşündürməlidir. 
Orta məktəbi bitirən şagirdlər öz üzərində sistemli şəkildə 
işləməyi bacarmalıdırlar. Elə buna görə də ciddi sistemliliyə və 
ardıcıllığa təkcə məzmunda deyil, həm də tədris əməyi prosesində 
riayət olunmalıdır. Hər bir tədris əməyinin növü daha mürəkkəb iş 
növlərini tədricən tətbiq etməklə məktəbliləri praktik şəkildə 
öyrətməlidir. Şagirdlərin müstəqil iş növlərinin mürəkkəbliyində, 
onlann müstəqillik dərəcələrinin yüksəlməsində də sistemlilik və 
ardıcıllıq gözlənilməlidir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə