Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə41/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   37   38   39   40   41   42   43   44   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

149


3.6.
 
Baza tədris planı 
Elmi biliklərin, informasiyalann, texniki tərəqqinin 
yüksəkdə dayandığı bir dövrdə tədris planlanna hər bir elm 
sahəsini daxil etmək imkan xaricindədir. Ona görə də təlimin 
differensiallaşdınlraası, təhsilin məzmununu inteqrativ qurmaq 
zərurəti meydana çıxır. 
Orta ümumtəhsil məktəbinin baza tədris plam cəmiyyətin 
inkişafının yeni siyasi konsepsiyasını nəzərə alır. Baza tədris 
planına dövlət və məktəb komponenti daxildir. Baza tədris 
planının dövlət komponenti Respublika Təhsili Nazirliyi və yerli 
idarəetmə orqanlan ilə birlikdə müəyyənləşdirilir. Təlim 
prosesinin müvəffəqiyyətli təşkili tədris planında hər iki 
komponentin üzvi surətdə bir-biri ilə əlaqələndirilməsindən çox 
asılıdır. 
Tədris planının fənn strukturu variantlarının təyini isə 
təhsili idarə edən respublika orqanlannm səlahiyyətinə daxildir. 
Məktəb komponentinin ayniması zamanı məktəbin 
konkret xüsusiyyətləri, kadr və maddi-texniki bazası, onun 
kollektivinin spesifik xüsuriyyətləri nəzərə alınır: 
Fakültativ, fərdi və qrup məşğələləri məktəbin 
komponentinin əsas hissəsindən biridir. Bu, məktəb şurasınm 
səlahiyyətində olan təlimin fərdiləşdirilməsi üçün aynlmışdır. Bu 
məşğələlərə aynimış tədris vaxtından sinif və ya qrup ilə, hətta bir 
şagirdlə də işləmək üçün istifadə edilə bilər. 
Baza tədris plamnda şagirdlərin meyli, marağı, qabiliyyəti 
nəzərə alınır. Tədris planı ümumi orta təhsilin əsasını təşkil edən 
məcburi fənlər, şagirdlərin özləri tərəfindən seçilən məcburi 
fənlər və marağa görə qurulan fakültətiv məşğələlər adı altında 3 
qrupa bölünür. 
İnteqrativ baza tədris planında fənlər daxil olduğiu blok 
üzrə verilir. Hər bir məktəb bu tədris planı əsasmda tədris planı 
hazırlayarkən regional şəraiti, məktəbin xüsusiyyətini nəzərə alır, 
şagirdlərin marağı və meyli əsas götürülür. 
Tədris planında hər bir bloka daxil olan fənlərin konkret 
adı göstərilir. Məs. dillər, ədəbiyyat, təbiət fənləri, ictimai fənlər 
bloku və s. 
150


Bazis tədris planı 1999-2000-ci dərs ilindən etibarən 
ümumtəhsil məktəblər və internat məktəblərin, gimnaziyaların, 
məktəb-litsey, litsey və digər yeni tipli təhsil müəssisələrinin I-V, 
X siniflərindən başlayaraq tətbiq edilir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə