biliklər sistemindən öyrənmək üçün əsası seçir. Bunsuz
peşəsindən asılı olmayaraq müasir, hərtərəfli təhsilli insanı
təsəvvür etmək olmaz.
Hərtərəfli təhsilin məzmununu nə təşkil etməlidir?
Müəyyən olunmuşdur ki, elmlərin düzgün metodoloji cəhətdən
əsaslandırılmış təsnifatının nəzərdən keçirilməsi belə bir
məzmuna xidmət edə bilər.
Məlumdur ki, elm sahələri üç şöbəyə aynlır. Cansız təbiəti
öyrənən elmlərə riyaziyyat, astronomiya, mexanika, fizika, kimya
və s. aiddir. Canlı orqanizmi öyrənən elmlər ikinciyə aiddir.
Tarixi
varisliyi, insanlann mövcudluq şərtlərini, ictimai
münasibətlər, onların ideoloji üstqurumu ilə hüquqi vo dövlət
formalarını öyrənən elmlər üçüncüyə aiddir.
Bəşər cəmiyyətinin inkişafının müasir mərhələsində
yuxarıda göstərilən hər bir elm qrupunda böyük differensasiya
mövcuddur. Aydındır ki, ümumtəhsil
məktəbləri üçün çoxlu
elmlər arasından yalnız daha çox ümumi, cəmiyyətin bütün
üzvləri üçün zəruri olan o elmlər seçilir ki, ümumi təhsili başa
vurduqdan sonra onlar həmin elmlər üzrə ixtisaslaşsınlar.
Bununla belə məktəbin tədris planında bütün adlan çəkilən
qruplar təmsil olunmalıdır ki, şagirdlərin hərtərəfli inkişafını
məktəb təmin etmiş olsun.
Buna görə də məktəbin tədris planında
tədris fənləri elə
bölünməlidir ki, fizika, riyaziyyat, biologiya və humanitar
təyinatlı digər fənlərə kifayət qədər vaxt aynisın.
Bu elmlərin əsaslarının öyrənilməsi təhsili davam
etdirmək, baş verən hadisələri dərk etmək və ölkənin ictimai
həyatında şüurlu iştirak etmək üçün hər bir insana tamamilə
zəruridir. Ümumtəhsil məktəbinin tədris planına icrimai
elmlərdən
etnoqrafiya, arxeologiya, etika, sənətşünaslıq, siyasi
iqtisad və bir çox başqaları daxil edilmir. Onlann bir çoxu tədris
planına ona görə daxil edilmir ki, həmin elmlər xüsusi xarakter
daşıyır və yalnız mütəxəssis üçün zəruridir, digerləri isə
ümumtəhsil məktəbində (məsələn, siyasi iqtisad, fəlsəfə) sistemli
və dərindən öyrənmək üçün çətin və mürəkkəbdir.
Ümumtəhsil məktəblərində tədris planında daha çox
145
saatlann miqdarı ana dilinə ayrılır. Ana dilinin yaxşı öyrənilməsi
digər fənləri də mənimsəmək üçün zəruri şərtdir.
Dil insanların bir-birilə ünsiyyət saxladığı
vasitədir,
silahdır. Onun köməyilə fikir mübadiləsi apanlır və qarşılıqlı
etimada nail olunur.
Fikir reallığı dildə də təzahür edir. Dilsiz cəmiyyətin
mövcudluğu mümkün deyildi. Dil insanlann ünsiyyət vasitəsi
olaraq cəmiyyətin mübarizə və inkişaf alətidir.
Dil özlüyündə obyektiv aləmi dərk etməkdə mühüm
vasitədir.
Bütün bunlar dilin məktəbdə bir fənn kimi tədrisinin nə
qədər əhəmiyyətli olduğunu sübut edir.
Politexnik təhsilin məqsədləri üçün xüsusilə, fizika,
kimya,
biologiya, riyaziyyat və rəsmxətt kimi fənlərin böyük
əhəmiyyəti vardır. Lakin onlar zəruri istehsal-texniki bilikləri
verə bilməz.
Estetik tərbiyə vəzifələrinin həyata keçirilməsi məqsədilə
iki tədris fənni-təsviri incəsənət və musiqi tədris planına daxildir.
Bundan əlavə, ədəbiyyatın və digər fənlərin tədrisi prosesində
estetik tərbiyə vəzifələri də həyata keçirilir.
Bədən tərbiyəsi fənni fiziki tərbiyə məqsədinə xidmət
edir,
Tədris planında fənlərin yerləşdirilməsi sistemu
Məktəbdə
şagirdlərin müvəffəqiyyətli təlimi üçün tədris fənlərinin siniflər
üzrə düzgün bölünməsinin böyük əhəmiyyəti vardır. Bütün fənlər
eyni vaxtda öyrənilə bilməz, çünki
onlann hər biri başqalanm
öyrənmədən mənimsənilə bilməz. Lakin digər tərəfdən, hər hansı
bir fənn tam mənim- sənilməyəno qədər bu və ya digər fənnin
öyrənilməsini kənara qoymaq da düzgün deyildir. Araşdırdığımız
pedaqogika dərsliklərində bu qəbildən olan təkliflərə rast gəlmək
olur. Əvvəlcə riyaziyyat kursunu tam öyrənmək, sonra isə
fizikaya keçmək təklif olunurdu. Fizikanı başa vurduqdan sonra,
kimyaya başlamaq, kimyanı qurtardıqdan sonra isə coğrafiya və
tarixi öyrənmək təklif olunurdu.
İndiki tədris planlarında ümumi, politexnik və şagirdlərin
146
peşəyönümü arasındakı qarşılıqlı əlaqp öz əksini tapır.
Təbiət-
riyaziyyat silsiləli fənlər I sinifdən XI sinfə kimi humanitar
fənlərlə paralel öyrənilir. Bu pedaqoji cəhətdən daha
məqsədəuyğundur.
Deməli, təlim illəri üzrə tədris bölgüsü törəmə və təsadüfi
ola bilməz. O, müəyyən, pedaqoji tələbləri təmin etməlidir.
Təlimin vəzifələri oıiun hər piləsinə uyğun gəlməlidir.
Şagirdlərin yaş xüsusiyyətlərinin hesablanması, onların
inkişaf səviyyəsi təlimin hər bir pilləsində nəzərə alınmalıdır.
Dostları ilə paylaş: