Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə36/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   32   33   34   35   36   37   38   39   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

6,
 
Təhsildə xalqlann hüquq bərabərliyi
Əsas Qanunumuzda 
təsbit olunan xalqlann hüquq bərabərliyi məsələsi Təhsil 
Qanununda özünü konkret prinsip kimi binizə verir. 
Azərbaycanda 4 min yanmdan çox ümumtəhsil, orta ixtisas 
məktəblərində, 5O-yə yaxın ali təhsil müəssisələrində yetərincə 
qeyri-azərbaycanlılar təhsil alır. Son iki onilliyin statistikasına 
əsaslansaq, deməliyik ki, Azərbaycanın 4 mindən artıq orta 
ümumtəhsil məktəblərində hər il təqribən 1 milyon yanma qədər 
şagird təhsil almışdır ki, onlann da təqribən yüz mindən çoxu 
qeyri-azərbaycanlı olmuşdur. Bu rəqəmləri yuvarlaşdırsaq 
deməyə əsasımız var ki, son 20 ildə Azərbaycan məktəblərində 
milyondan artıq qeyri-azərbaycanlı təhsil almışdır ki, bunlann 
içərisində rus, xoxol, belarus, yəhudi, latış, eston, ləzgi, tatar, 
kürd, gürcü, engiloy, türk (mesxet türkləri nəzərdə tutulur), avar, 
çeçen və sair bu kimi millətlərin və azsaylı xalqlann 
nümayəndələri vardır. Azərbaycanda digər millətlərin və 
xalqlann dilində məktəblərin açılması, onlar üçün öz dillərində 
(xüsusilə rus dilində) tədris materiallannın nəşr olunması fasiləsiz 
təhsil sisteminin həm də xalqlann hüquq bərabərliyi prinsipi 
əsasında qurulmasına dəlalət edir. 
7.
Təhsilin 
differensiallaşdmlmasi 
və 
inteqrasiyasa 
Differensiasiya sözü «differensial» sözündəndir. Dilimizə latın 
138


dilindən gəlmiş «differentia» sözündən olub fərq, fərqlənmə 
mənasını verirsə, deməli, differensiallaşdırma isə fərqləri, fərqli 
cəhətləri müəyyənləşdirib komplektləşdirmə kimi yazılmalıdır. 
Azərbaycan təhsil sistemində differensiallaşdırma aparmadan onu 
dünya təhsil sisteminə də inteqrasiya edə bilmərik. Ölkəmizdə 
differensiallaşdırmaya kömək edən təma- 
3
mllü məktəblərin 
olması yaxşı hal olsa da, bu məktəblərdəki kontingentin əsasən 
valideynlərin arzu və istəyi əsasında kompleksləşdirilməsi bu işə 
bir növ mane olur. 
Burada bir məsələ üzərində ətraflı dayanmağa ehtiyac 
dujmIur. Bu nədir? 
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən təhsil 
quruculuğu dövlətin həyata keçirdiyi təhsil siyasətinin əsas 
prinsiplərinə istinad edir. 
Lakin bu bir həqiqətdir ki, adamlann təhsilə cəlb edilməsi 
şəxsi maraqlara, meyllərə, valideynlərin arzu-istəklərinə əsasən 
həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrində isə belə 
ortodoksal meyllərə təsadüf etmək mümkün deyil. Məsələn, 
Yaponiyada təhsil quruculuğu ümumxalq maraqlarına, xalqın 
mənafeyi naminə həyata keçirilir. Burada ayn- ayrı fərdlərin 
arzulan yolverilməzdir. Bunun üçün Yaponiyada orta 
məktəblərdə təhsilin ayn-ayn pillələrində differensasiya- nın 
düzgün həyata keçirilməsi belə ortodoksal meyllərin yaranması 
ehtimallannı sıfra endirir, yəni dövlət, təhsilin ilkin pillələrindən 
başlayaraq təhsilin differensasiyasını ümumxalq mənafeyi 
üzərində qurur və sonuncu mərhələdə artıq şagirdlərin hansı 
ixtisaslar üçün yararlı olmasını müəyyənləşdirir. Şagirdlər orta 
təhsili başa vuranda artıq onlann hansı sahədə mütəxəssis olacağı 
müəyyənləşir və onlar topladıqlan kredit ballarına uyğun olaraq 
ali məktəblərin müvafiq fakültələrinə qəbul olunurlar. Nəticədə 
həm xalqa, həm də dövlətə lazım olan güclü kadr potensialı 
yaranır. Bizim ölkəmizdə əksinə olaraq kadr potensialı, yuxanda 
qeyd etdiyim kimi, valideynlərin istək və arzulan əsasında 
«müəyyənləşir». Bizim valideynlərin bir qismi övladlannın hüquq 
təhsili almasına ciddi cəhd göstərirlər. İstəyirlər ki, övladları 
hüquq mühafizə 
139


orqanlannda, prokratura sistemində, ədliyyə sahəsində çalışsm və 
həmişə ino^anlı olsun. Bir qismi isə istəyirlər ki, övladlan həkim 
olsun ya cərrah, ya da ginekoloq kimi fəaliyyət göstərsin, əli 
həmişə pulla oynasın. Nəticədə ölkəmiz üçün layiqli kadr 
potensialı yetişməsi işində əngəllər yaranır və beləliklə şəxsi 
mənafe dövlət mənafeyinə uyğun gəlmir və stimul pozulur. Ona 
görə də biz təhsil işçiləri, xüsusilə elmi pedaqogika ilə məşğul 
olanlar orta təhsil pilləsində təhsilin differensasiyası ilə bağlı elmi 
sistemi hazırlamalı, onun dərsliklərə, dərs vəsaitlərinə 
gətirilməsinə nail olmalıyıq. 
Bu gün valideynlər övladlanna xarici dilin və kompüter 
texnologiyasının öyrədilməsinə ciddi cəhd göstərirlər. Bu yaxşı 
haldır. Lakin differensasiyamn tərkib hissəsi kimi bu məsələni 
orta təhsil pilləsində həyata keçirmək lazımdır. 
Təhsildə kişi və qadmlann hüquq bərabərliyinin, yaradıcı 
şəxsiyyətin 
formalaşdınimasının, 
yeni 
informasiya 
texnologiyalannm geniş tətbiq olunmasının, siyasi fəaliyyətinin 
yolverilməzliyinin təmin olunması prinsiplərinə istinad olunması 
fasiləsiz təhsil sisteminin məzmununun yaxşılaşmasına kömək 
edən amillərdəndir. 
Burada təhsilin məzmununun yaxşılaşdınimasına kömək 
edən digər amillərdən də söhbət açmaq yerinə düşərdi. 
Məktəbdə təlimin mərhələlər üzrə həyata keçirilməsində 
varisliyin gözlənilməsi, təhsilin məzmununun şəxsiyyətin 
hərtərəfli inkişafını təmin etməsi, təhsilin məzmununda milli 
ənənə və xüsusiyyətlərin, sistemliliyin, ardıcıllığın nəzərə 
alınması, fenlərarası əlaqənin yaradılması, nəzəriyyə və 
təcrübənin vəhdətdə götürülməsi, uşaqların hazırlıq və psixoloji 
inkişaf səviyyələrinin təhsilin məzmununa uyğun gəlməsi, tədris 
planları üçün tədris fənlərinin seçilməsi və sair həmin 
amillərdəndir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə