Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə35/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   31   32   33   34   35   36   37   38   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Təhsilin milli və ümumbəşəri dəyərlərə əsaslanması» 
Azərbaycan dövlətinin atributlannda - onun Konstitusiyasında, 
himnində, bayrağında və gerbində millilik və bəşərilik ideyalan 
öz əksini tapır. Əsas Qanunumuzda hər bir vətəndaşın təhsil 
hüququna maik olması, bayrağımızda türkçülüyün, islamçılığın, 
müasirliyin ifadə edilməsi, gerbimizdəki qalxan- variliyin odlar 
yurdunun müdafiəsinin bir mənalı qəbul olunmasını, bolluq 
yaradılmasının, uzunömürlülüyün təmin olunmasının simvolik, 
rəmzi işarələri və bütün bunlann himnimizin söz və 
melodiyasında öz əksini tapması hər bir vətən övladının, xüsusilə 
yetişən nəslin milli və ümumbəşəri dəyərlərə əsaslanan bilik, 
bacanq və vərdişlərə yiyələndiril- məsini tələb edir. Bütün bunlan 
yetişən nəslə təhsil quruculuğu prosesində aşılamaq mümkündür. 
Ona görə də Azərbaycan təhsil sisteminin əsasında dayanan əsas 
prinsiplərdən biri məhz onun milli və ümumbəşəri dəyərlərə 
əsaslanmasını konkret bir prinsip kimi götürmək zərurətini 
yaradır. Təhsildə milli dilin, musiqinin, incəsənətin, tarixin, 
coğrafiyanın 
136


öyrədilməsilə yanaşı, dünyəvi (bəşəri) dillərin, incəsənət 
nümunələrinin, ictimai, siyasi, iqtisadi biliklər verən elmlərin 
öyrədilməsi bu prinsipin əsas qayəsini təşkil edir. 
i. 
Tahsilin humanitarlaşdmlmasu
Təhsilin humanitar- 
laşdırılması tədris planlannda humanitar fənlərə üstünlük 
verilməsi kimi də izah edilə bilər. Təsadüfi deyil ki, 1988-ci ilə 
qədər Azərbaycan məktəblərində tədris olunan fənlərin yalnız 40 
faizi humanitar fənlər hesab olunurdusa, həmin ildən sonra və 
hal-hazırda ölkəmizdə həyata keçirilən təhsil islahatlarının 
tələblərinə müvafiq olaraq həmin fənlərin sayı artın İmişdir. 
Hazırda tədris planlannda humanitar fənlərinin həcmi digər 
fənlərə nisbətən üstünlük təşkil edərək 50 faizdən də bir qədər 
artıqdır. Təhsilin humanitarlaşdıniması pedaqoji kadr hazırlığı 
işində də konkret prinsip kimi qəbul edilmişdir. Məhz ona görə də 
humanitarlaşdırma həm də humanistləş- dirmə prinsipi əsasında 
fəaliyyət göstərməyə xüsusi şərait yaradır. 
4,
 
Təhsilin humanistləşdirilməsL
Bu prinsip təkcə humanitar 
fənlərin tədrisində yox, digər fənlərin tədrisində, hətta dərsdən və 
tədrisdənkenar tədbirlərdə də yetişən nəslin nümayəndələrinə 
humanist əxlaqın aşılanmasını zəruri hesab edir. Bu gün 
müəllimin də, həkimin də, mühəndisin də, hüquqşünasın da, 
biznesmenin də, şirkət sahibinin də, sahibkarın da, fermerin də, 
məmurun da cəmiyyət üzvlərinə humanist mövqedən yanaşması, 
qaçqına, köçl^ə, xəstəyə, əlsiz-ayaqsıza, şikəstə, imkansıza pay 
verməsi, əl tutması, köməklik göstərməsi, maddi və mənəvi 
cəhətdən onlara dayaq durması daha çox vacib sayılır. Bütün bu 
humanist keyfiyyətlərin aşılanması prosesi isə təhsildən keçir. 
Başqa sözlə desək, sadaladığımız bütün peşə sahiblərinin həyat 
meydanına, əmək fəaliyyətinə gedən yollan məktəbdən, təhsil 
müəssisələrindən başladığı üçün təhsil müəssisələrindəki işin 
humanistləşdirmə prinsipinə uyğun qurulması çox vacibdir. 
5.
Təhsilin demokratikləşdirilməsi
Təhsili idarəedən- lərlə 
onlann tabeçiliyində olanlann; təlim-tərbiyə prosesində 
öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunan- 
137


larin davranışında, ünsiyyətində, münasibətində aydın, saf, 
sağlam demokratik mühitin yaradılması bu prinsipin əsasını təşkil 
edir. Hər hansı bir təhsil müəssisəsində uşaqlann, şagirdlərin, 
tələbələrin, müəllimlərin, tərbiyəçilərin müstəqil yaradıcı 
fəaliyyəti naminə birliklər, cəmiyyətlər, təşkilatlar, dərnəklər, 
klublar, lektoriyalar yaradılması ideyasının dəstəklənməsi, xüsusi 
şəraitin yaradılması, müstəqil söz demək, sərbəst toplanmaq, 
sərbəst düşüncə tərzilə çıxış etmək, azad davranış və fəaliyyət 
üçün (siyasi fəaliyyət istisna olmaqla) rəvac vermək demokratik 
mühitin, abı-havanın bərqərar olması üçün başlıca şərtlər hesab 
olunur. 
Təhsildə demokratiyanın təmin edilməsi həm də təhsldə 
xalqlann hüquq bərabərliyinin qorunmasına zəmin yaradır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə