Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə38/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   34   35   36   37   38   39   40   41   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Nəzəriyyə və praktikanın əlaqəsL
Təhsilin məzmu- nundakı 
mövcud xüsusiyyət idrak prosesinin mahiyyətini başa düşməkdən 
irəli gəlir. Nəzəriyyə və praktikanın arasında əlaqə olmadan əsl 
elmi idrak, deməli uğurlu təlim mümkün deyil. 
Elm, nəzəriyyə - təbiət, cəmiyyət və təfəkkür, onlann 
142


inkişafına dair qanunlar haqqında biliklər məcmusu deməkdir, 
ictimai həyat prosesində bəşər cəmiyyətinin minilliklər boyu 
topladığı zəngin təcrübənin dərk olunması və ümumiləşdirilməsi 
deməkdir. 
Təcrübə maddi və mənəvi nemətlərin yaradılmasına 
istehsal prosesində təbiətin və ictimai münasibətlərin dəyişməsinə 
yönəldilən insanların çoxtərəfli fəaliyyətini özündə təcəssüm 
etdirir. İnsan təcrübə prosesində getdikcə daha çox mövcud 
maddi aləmi obyektiv şəkildə dərk edir, onu dəyişdirir və yenidən 
qurur, bununla da öz şəxsi təbiətini dəyişdirir və yenidən qurur. 
Təcrübə biliklərimizin mənbəyidir, elmlərin əsasıdır. 
Təcrübə əsasında yaranan elm öz növbəsində təcrübəyə xidmət 
edir. 
Təcrübə nəzərİ
5
^ənin həqiqət meyan kimi çıxış edir. 
Təcrübədə nəzəri müddəalann uğurlu tətbiqi, elmi ümumi- 
ləşdirmələr və nəticələrin təcrübədə yoxlanılması onlann 
düzgünlüyünü, həyatiliyini, həqiqiliyini təsdiq edir. Düzgün o 
şeydir ki, o praktikadadır, təcrübə ilə təsdiq olunur. Nəzəriyyə və 
praktikanın vəhdəti idrak qanunudur. 
Təlimin məzmununda nəzəriyyə və praktikanın əlaqəsi 
təmin olunmalıdır. 
Şagirdlərin hazırlıq və inkişaf səviyyələrinin təhsilin məzmununa 
uyğun gəlməsL
Təlimin mövcud pilləsində şagirdlərin hazırlığına 
və inkişafına təsir göstərən və uşaqlann yaş xüsusiyyətlərinə 
uyğun bilik, bacanq və vərdişlərə yiyələnmək təlimin obyektiv 
qanunlanndan biridir. Hər kəsə məlumdur ki, kiçik məktəb yaşlı 
uşaqlar riyaziyyat, fizika, kimya kimi sistemli kurslann 
məzmununu mənimsəməyə qadir deyildir. Məlumdur ki, əsas 
məktəbi qurtaran şagirdlərin, məsələn, «darvinizmin əsaslan» 
kimi ümumiləşdirici kurslann tədris materialını mənimsəməyə 
qüvvəsi çatmaz. Təlimin hər bir mərhələsində (I-IV, V-IX, X-XI) 
onun məzmunu, təlimin hər bir ilində və mövcud tədris ilində 
şagirdlərin əvvəllər topladığı biliklər, onlann əvvəlki təlim 
pilləsində qazandığı həyat təcrübəsi, ümumi inkişaf səviyyəsi 
(əqli və fiziki 
143


inkişaÇ nəzərə alınmaqla qurulur. 
Öyrənilən tədris materialının məzmununun (xarakter, 
həcm, dərinlik) şagirdlərin hazırlıq və inkişaf səviyyələrinə uyğun 
olmaması mənfi nəticələrə gətirib çıxanr. Məktəb proqramlan və 
dərslikləri mövcud yaşda uşaqlar üçün nəzərdə tutulmayan 
materiallarla yükləndikdə tədris materialı şagirdlər tərəfindən 
mənimsənilmir, yaxud formal mənimsənilir. Bu və ya digər yaşda 
olan məktəblilərin idrak imkanlannın qiymət- ləndirilməməsi 
məktəb təhsilinə də ziyan vurur. Belə hallarda uşaqlann ümumi 
inkişafı süni şəkildə dayandırılır, onların öyrənmə marağı, iradi 
səy göstərmə qabiliyyətləri, çətinlikləri aradan qaldırmaları 
inkişaf etmir. 
Tədris və sinifdənxaric işlərin məzmununda əlaqə.
İstər tədris 
prosesi, istərsə də sinifdənxaric işlər pedaqoji prosesin zəruri 
tərkib hissəsidir. Tədris prosesində öyrənilən materiallar təhsilin 
(proqramlar, dərsliklər) məzmununa daxil edilir və bunlar 
sinifdənxaric işlərlə tamamlanır. Sinifdənxaric işlər şagirdlərin 
tədris prosesində əldə etdikləri bilik, bacanq və vərdişləri 
dərinləşdirir və onun tətbiqinə imkan verir. Şagirdlərin (dərnəklər, 
sinifdənxaric oxular və s.) çoxcəhətli sinifdənxaric və 
məktəbdənkənar işləri də politexnik təhsilin məqsədlərinə xidmət 
edir. 
Hər bir məktəbdə sinifdənxaric işlərin konkret məzmunu 
şagirdlərin iş şəraiti, meyl və maraqlan nəzərə alınmaqla müəyyən 
edilir. 
Məktəbin tədris planı əsas sənəddir, bu sənəddə tədris 
fənlərinin adları, onlann siniflər üzrə tədrisolunma ardıcıllığı, hər 
sinifdə hər fənnə və bütün fənlərə aynlan saatlann miqdan, təhsilin 
müddəti, şagirdin fəaliyyət formalan və s. göstərilir. Tədris fənləri 
adı altında şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla və 
onlann tərbiyəsinin və təhsilinin məqsədlərinə müvafiq olaraq 
seçilmiş bu və ya digər elmin, yaxud incəsənətin əsaslannın 
öyrədilməsi nəzərdə tutulur. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə