124
3.2.
Didaktikanın tədqiqat üsullan
Pedaqogika dərsliklərində öz əksini tapan didaktika
bölmələrinin böyük əksəriyyətində didaktikamn tədqiqat üsullan
barədə melumat verilmir. Bu ommia izah edilməlidir ki,
pedaqogika dərsliklərində, dərs vəsaitlərində müəlliflər
pedaqogikamn tədqiqat metodlan adı altında verilən fəsillərdə,
yanmfəsillərde həmin tədqiqat metodlannı həm təlimə, həm
tərbiyəyə aid edirlər. Hətta müəlliflərin bəziləri həmin üsullan
pedaqogikanın elmi - tədqiqat metodlan (A.Abbasov, F.Rüstə-
mov), pedaqoji tədqiqat üsullan (N.Kazımov) adlandınrlar.
Fikrimizcə didaktikanın tədqiqat üsullannm pedaqogikanın
tədqiqat üsullanndan təcrid edərək müstəqil şəkildə şərh olunması
daha meqsədəuyğımdur. Bir halda ki, bir sıra Avropa ölkələrində,
hətta Rusiyada didaktika müstəqil elm sahəsi kimi təqdim edilir,
həmin müstəqil elm sahəsinin tədqiqat üsullan ilə bağlı fikir
yürütmək şübhəsiz kitləvi hall kimi qiymətləndirilmişdir. Bütün
bunlan nəzərə alıb bu yanmfəsildə didaktikanın tədqiqat üsullan
barədə yığcam şəkildə məlumat verəcəyik.
Nəzərdən keçirdiyimz didaktika adı altında nəşr olunan
materiallarda ümumi didaktikanm tədqiqat üsullan deyəndə
əsasən müşahidə, müsahibə, anketləşdirmə, məktəb sənədlərinin
və şagirdlərin yaradıcı məhsullannm örənilməsi, pedaqoji
eksperiment və s. belə üsullardan hesab olunur.
Bir sıra müəlliflər (A.Abbasov, H.Əlizadə) nəzəri tədqiqat
üsullan deyəndə təhlil, tərkib, induksiya, deduksiyanı, praktik
tədqiqat üsullan deyəndə isə müşaiıidə, müsahibə, anketləşdirmə,
fəaliyyət məhsullannm və məktəb sənədlərinin öyrənilməsini
sosial tədqiqat metodlannı, modelləşdirməni, testləşdirməni,
induktivliyi
və deduktivliyi nəzərdə tutur (Ə.Paşayev,
F.Rüstəmov), bəziləri isə (N.Kazımov) riyazi üsullan, yəni
qeydəalmanı, nizamlama və qiymətləndirməni də pedaqogikanın
tədqiqat üsullan hesab edirlər. Biz də adı çəkilən üsullann
hamısını mütərəqqi üsullar kimi həm də ^daktikanm tədqiqat
üsullan kimi qiymətləndiririk.
125
Bütün bunlanla yanaşı didaktikanın tədqiqat üsullanndan
olan müşahidə, müsahibə, anketləşdirmə, məktəb sənədlərinin
öyrədilməsi, təlim monitorinqinin modelləşdirilməsi və
eksperiment haqqında qısa məlumat verməyi lazım bilirik.
Müşahidə. Didaktikada müşahidə üsulu planlı, mütəşəkkil
və məqsədyönlü apanlan üsuldur. Bütün fənlərin tədrisi
prosesində müxtəlif xarakterli müşahidələr apanla bilər.
Müşahidə zamanı tədqiqatçı qarşıya qoyduğu məqsədlə əlaqədar
faktlar toplayır, onlan təhlil edir, tutuşdurur, qarşılaşdırır,
müqayisə edərək müvafiq nəticə çıxanr. Müşahidə qısa və uzun
müddətdə aparıla bilər. Məsələn, dərslərdə şagirdlərin müstəqil
işlərinin təşkilinin öyrənilməsi ilə əlaqədar tədris ili müddətində
müşahidə aparılır. Bu vaxt müşahidə zamanı əldə edilmiş
məlumatlar aşağıdakı əsas məsələləri özündə əks etdirməlidir:
dərsdə şagirdlərin müstəqil işləri hansı məqsədlərə görə qurulur,
işə başlamazdan əvvəl və onun yerinə yetirilməsi gedişində
müəllim uşaqlan necə təlimatlandırır, onlar hansı çətinliklərlə
qarşılaşırlar, bu işlər necə yoxlanır və qiymətləndirilir, uşaqlann
bilikləri, qabiliyyətləri və vərdişləri mənimsəməsində və onlann
idrakı qüvvələrinin inkişafında hansı nəticələr əldə edilir.
Konkret materialın təhlili əsasında nəticələr əldə edilmək
və öyrənilən didaktik mövzu üzrə qoyulmuş məqsədlərə cavab
vermək məqsədilə müşahidənin məlumatlan qeyd olunur və sonra
ümumiləşdirilir. Bu növ tədqiqatlar praktikada özünü doğruldan
qiymətli metodların və iş üsullannm yaradılmasına da imkan
verir. Sistemli müşahidəçilik yolu ilə həm elmi işçilər,
tədqiqatçılar, həm də məktəbin rəhbər işçiləri, habelə pedaqoji
kollektivin üzvləri, müəllimlər müsbət təcrübəni öyrənə bilərlər.
Müyyən uğurlar əldə edən müəllim müntəzəm olaraq öz
təcrübəsini bu üsulla təkmilləşdirə bilər.
Müsahibə. Didaktikada tətbiq olunan tədqiqat üsullan
içərisində bu üsul mühüm yer tutur və bu üsuldan tez-tez istifadə
edirlər. Müsahibə üsulunun əhəmiyyəti ondan ibarətdir ki, bu üsul
vasitəsi ilə araşdıniması nəzərdə tutulan faktlar, hadisələr
haqqında daha məzmunlu, əhatəli məlumat
126
toplamaq mümkündür. Bu zaman tədqiqatçı müsahibi ilə sıx
ünsiyyətdə olur, birbaşa məlumat əldə edir. Proses canlı və təbii
xarakter daşıyır.
Müsahibə prosesinin özü də planlaşdırma tələb edir. Belə
ki müsahibənin harada, kiminlə, hansı məqsədlə apaniması, hətta
sualların xarakteri qabaqcadan müəyyənləşdirilir. Müsahibə
metodundan istifadə tədqiqatm araşdırmaq istədiyi problem
haqqındakı məlumatı genişləndirir və bu sahədə səmərəli
fəaliyyət göstərməsinə imkan verir.
Anketiəşdirınə. Bu metodun mahiyyəti ondan ibarətdir ki,
tərtib olunmuş anketə xüsusi suallar yazılır və cavablar alınır.
Anketləşdirmə kütləvi xarakter daşıyr. Bu metoda o zaman
müraciət olunur ki, öyrənilən obyekt üzrə daha çox müəllimin,
şagirdin və s. fikrini öyrənmək lazım gəlir. Anketin tərtibindən
çox şey asılıdır. Verilən suallar bir-birini tamamlamalı və
ardıcıllıqla sistem şəklində tərtib edilməlidir.
Eksperiment. Didaktikanın bu üsulu pedaqoji ideyanın,
hipotezin təşkil edilmiş xüsusi şəraitdə öyrənilməsi və
yoxlanılmasına xidmət edir. Eksperiment təlim prosesinə yeni
məzmunun, metodlann və metodik üsullann, tədris işinin təşkili
formalannın və s. düşünülmüş şəkildə təcrübəyə daxil edilməsini
nəzərdə tutur. Eksperiment qoyulmuş məsələnin həllini, sonra isə
bu hipotezin yoxlanılmasını nəzərdə tutan əsaslandınimış
fərziyyənin tətbiqidir. Əsas məqsəd didaktik ideyalann, hipotezin
faydalılığını öyrənib aşkara çıxarmaqdır.
Müşahidədən, müsahibədən və digər tədqiqat üsullann-
dan çıxanlan nəticələrin doğru olduğunu yoxlamaq məqsədilə
eksperiment təşkil edilir.
Didaktik tədqiqatlarda tətbiq olunan eksperimentlərin
məzmunu əsasən aşaqıdakı kimi olur:
-
müəllimin,
məktəbin
iş
plamna
tətdiqatçılan
maraqlandıran yeni üsulların, materiallann daxil edilməsi və
onların tətbiqi, səmərəliliyinin yoxlamiması;
-
eyni şəraitdə tətbiq olunan müxtəlif metodların, üsullann
və materiallann müqayisəsi;
-
müxtəlif şəraitdən asılı olaraq, işdə hansı variantlann
127
tətbiq olunmasının aydınlaşdıniması;
- uzun dövr müddətində işin yeni qaydada (məsələn, yeni
proqramın, yeni dərsliyin, tədris işini təşkilin yeni formasımn
yoxlanılması) qoyuluşu;
Eksperiment üç mərhələ üzrə həyata keçirilir: müəyyən-
edici, öyrədici, yoxlayıcı.
1.
Müəyyonedici
eksperiment
mərhələsində
tədris
prosesində müəyyən məqsədlə müəyyənləşdirilməsi nəzərdə
tutulan problemlə bağlı əsasən qüsurlar, çatışmazlıqlar üzə
çıxanlır və onlann aradan qaldıniması üçün müvafiq töv- siyyələr
hazurlanır. Həmin tövsiyyələrə uyğun olaraq öyrədici materiallar
hazırlanır.
2.
Öyrədici mərhələdə həmin öyrədici materiallar tətbiq
olunur.
3.
Nəticəsi isə yoxlayıcı mərhələdə yoxlanaraq, sınaqdan
keçirilir. Bəzi ədəbiyyatda eksperimentin yuxanda sadaladığımız
mərhələləri onun növləri kimi də təqdim edilir. Fikrimizcə
eksperimentin mərhələlər üzrə apaniması elə onun özlüyündə
növlərini də müəyyənləşdirir.
Eksperiment bir qrup şagirdi, sinfi, bütöv bir tədris
müəssisəsini
əhatə etməsi, esperiment aparmaq üçün
planlaşdırma apaniması, eksperimentin yekunlaşdınimasında
onun mərhələlərindən hesab edilir.
Eksperiment həmişə yeni elmi ideyalann meydana
çıxanimasına. xidmət edir. Eksperiment nəticəsihdə əldə edilən
yeni ideya, təcrübədə, təlim prosesində müəyyən dəyişikliklər
həyata keçirməyə gətirib çıxanr.
Öz-özlüyündə məlumdur ki, eksperimentin tətbiqi ilə hər
bir tədqiqat işi alınmış bütün materialın özünəməxsus tərzdə
işlənilməsi, tədqiqat mövzusu üzrə obyektiv nəticələri almaq
üçün təcrübəni dərindən və hərtərəfli təhlil etməyi tələb edir.
Eksperiment yeniliyin adı ile, yaxud yeniliyin müxtəlif
variantlan arasında müqayisəni nəzərdə tutur.
Sinifdə apanlan eksperiment ayn-ayn şagirdlərin
eksperimentə qədər dərslərinin laboratoriya qaydasında
öyrənilməsi və bundan sonra yoxlanılan materiallann şagirdlər
128
tərəfindən
biliklərin,
qabiliyyətlərin
və
vərdişlərin
mənimsənilməsinə təsirini dərindən aydınlaşdırmaq, çətinlikləri
və nöqsanları tapmaq, uşaqlara fərdi yanaşma yollan axtarmaq
üçün əlaqələndirilə bilər.
Bəzən tədqiqatçı
üçün şagirdlərin yazı işlərinin, onlann kalliqrafiya qaydalanna
necə əməl etməsini öyrənmək, hansı səhvlərə yol verdiyini, hansı
sahələrdə çətinlik çəkdiyini, biliyindəki çatışmazlıqları aşkara
çıxarmaq zərurəti yaranır. Bu zaman məlrtəb sənədlərinin və
şagirdlərin yaradıcılıq məhsullannın öyrənilməsi bu sahədəki
vəziyyəti aşkara çıxarmağa imkan verir.
Şagird işlərinin öyrənilməsi həm şagirdlərlə apanlan
müstəqil işlərin sisteminin öyrənilməsi üçün, bu və ya digər tədris
vəsaitlərinin tətbiq olunmasına aid nəticələrin yoxlanılması üçün
zəruridir.
Didaktik tədqiqatlarda köməkçi üsullar kimi pedaqoqlar,
valideynlər yaxud şagirdlərlə məqsədli söhbətlər təşkil olunur, bu
söhbətlərin məzmunu vəzifələrdən asılı olaraq müəyyən edilir.
Bəzi hallarda yazılı sorğu da (anket) təbiq olunur. Bu zaman
zəruri sayılır ki, kütləvi material toplanmış olsun. Belə sorğu
yalnız elmi-tədqiqat müəssisələrinin rəhbərliyi altında tətbiq
edilir. Həm şifahi söhbətlər, həm də yazılı sorğu çətin, mürəkkəb
və qəliz olmamalıdır. Bunlar aydın, sadə, müəyyən məzmuna
cavab verməlidir.
Mövzu üzrə tədqiqat işlərinin planlaşdıniması zamanı
müxtəlif metodlar daha məqsədyönlü qaydada seçilir.
Bir çox müəllimlərdə və məktəblərdə müsbət təcrübənin
düşünülmüş şəkildə və diqqətlə öyrənilməsi onlann işində elə
xüsusiyyətləri aşkara çıxanr ki, bu xüsusiyyətlər onlar üçün
ümumi mahiyyət kəsb edir, bu əlaqələr təlimin metodlarının
vasitələrinin vəzifələri və nəticələri arasında təkrarlanan
əlaqələrdir.
Bu,
uğurlu
təlimin
qanunauyğunluqlannı
müə>
7
ənləşdirməyə imkan verir. Deməli qabaqçıl pedaqoji
təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində düzgün
qurulmuş iş pedaqoji nəzəriyyəni zənginləşdirir. Digər tərəfdən,
pedaqoji nəzəriyyə praktik sahədə işləyənləri iş
129
prinsipləri və qanunauyğunluqlan ilə silahlandınr, ölkədə gənc
nəslin qarşısında təhsil və təlimin inkişaf perspektivlərini açır, bu
işi irəli aparmağa, onun səviyəsini yüksəltməyə kömək edir.
Elmi təhlil və ümumiləşdirmələr məqsədilə məktəblərin və
müəllimlərin təcrübəsinin öyrənilməsi iki istiqamətdə apanla
bilər.
Təcrübənin öyrənilməsi müxtəlif cür həyata keçirilir:
müəyyən plan üzrə tədqiqatçının şəxsi müşahidələr aparması yolu
ilə; məktəblərdə, müəllimlərdə, pedaqoji və metodik kabinetlərdə
olan materiallarla tanış olmaq yolu ilə və xüsusi tapşınqlar üzrə
(xüsusi işlər, dərslərin məqsədli yazılışı, şagirdlərin inşası,
məktəb işçiləri, şagirdlər və valideynlərlə söhbətlər və s.)
materiallann toplanması yolu ilə. Bütün bu vasitələr bir
tədqiqatda birləşə bilər. Toplanılan bu materiallar içərisində
bilavasitə şagirdlərin yaradıcı fəaliyyətini özündə əks etdirir.
Deməli, şagirdlərin fəaliyyət məhsullannm öyrənilməsi üsulu ilə
şagirdlərin təlimə münasibətinin məzmunu ilə tanış olmaq
mümkündür. Prof N.M. Kazımovun təbirincə desək, şakirdlərin
müxtəlif formalı işlərinin nəticəsini nəzərdən keçirən tədqiqatçı
nəinki şagirdlərin qabiliyyəti barədə bu və ya digər fənn üzrə
proqram materialının nə dərəcədə mənimsədikləri barədə, habelə
onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə müəyyən məlumat
əldə edir.
IəUm_ monitorinqinin modelləşdirilməsi üsulu üç mərhələ
üzrə həyata keçirilir. Əslində bu üsulla həyata keçirilən
monitorinqin modelini birinci diaqnostika mərhələsi, ikinci
proqnozlaşdırma mərhələsi, üçüncüsü isə korreksiya mərhələsi
təşkil edir. Yəni diaqnostika mərhələsində mövcud qüsurlar üzə
çıxanlır. İkinci mərhələdə qüsurlann aradan qaldırmasının yollan
və yeni novator təcrübənin modelinin proqnozu verilir, sonuncu
mərhələdə alınan müsbət nəticə korrektə olunur, saflaşdırılır,
durulur.
Dostları ilə paylaş: |