N. Kazımov Məktəb pedaqogikası, Bakı, Caşıoğlu, 2002, səh. 114
131
1.
Məktəbəqədər təhsil
Buraya ailədə, körpələr evi, uşaq
bağçalannda həyata keçirilən təlim, tərbiyə və təhsil işləri
daxildir. Uşaq bağçalarının hazırlıq qruplarında həyata keçirilən
ilkin təhsil işi fasiləsiz təhsil sisteminin başlanğıcı hesab olunur.
Fərəhli hal kimi qeyd olunmalıdır ki, son onillikdə müxtəlif
nazirliklərin idarə və təşkilatlann tabeliyində fəaliyyət göstərən
uşaq bağçalan ilə yanaşı, qeyri - dövlət sektorunun, yəni özəl
müəssisələrin nəzdində də təşkil olunan məktəbəqədər tərbiyə
müəssisələrində hazırlıq qruplannda uşaqlann fasiləsiz təhsilə
başlaması sahəsində faydalı işlər görülür. '
2.
İbtidai təhsil və natamam orta təhsil
Bir sıra ölkələrdə
ibtidai təhsil I - III; I - IV; I - V; hətta I - VI sinifləri, natamam orta
təhsil isə I - VII; I - VIII və I - IX sinifləri əhatə etsə də ölkəmizdə
ibtidai təhsil I - IV sinifləri; natamam orta təhsil isə I - IX sinifləri
əhatə edir.
3.
Ümumi orta təhsil
I - XI sinifləri əhatə edən ümumi orta
təhsil fasiləsiz təhsil sisteminin baza mərhələsini təşkil edir.
4.
Texniki peşə təhsili.
Ümumi orta təhsil bazası əsasında
fəaliyyət göstərən texniki peşə təhsili müəssisələri (peşə məktəbi,
peşə litseyi və s.) xalq təsərrüfatmm müxtəlif sahələri üçün
ixtisaslı fəhlələr və ustalar hazırlayır.
5.
Orta ixtisas təhsili
Fasiləsiz təhsil sisteminin apancı tərkib
hissələrindən biri olan orta ixtisas təhsili ali təhsilin əsas bazası
hesab olunur. Amerikada və Avropanın bir sıra ölkəsində buna
assosiasiya təhsili də deyilir. Məsələn ABŞ- m bir neçə ştat
universitetlərində bağça, məktəb, orta ixtisas və ali təhsil sistemi
mövcuddur. Həmin universitetlərin orta ixtisas məktəblərini
bitirənlərə assosiasiya diplomu verilir.
Ölkəmizdə isə orta ixtisas təhsili sistemi, texniki, iqtisadi
və sosial sahələri üzrə kiçik mütəxəssis hazırlığını əhatə edir.
Texnikumlar, kolleclər, seminariyalar, gimnaziyalar və sair bu
sistemə daxildir.
6.
Ali təhsil
Fasiləsiz təhsil sistemində mühüm yer tutan ali
bilik çoxpilləli təhsil şəbəkələrini özündə əks etdirir.
132
ölkəmizdə ali tibb təhsili istisna olmaqla ımiversitetlərdə,
institutlarda, akademiyalarda, elm və təhsil mərkəzlərində ali
təhsil bakalavr və magistr (tibb təhsili verən ali təhsil
müəssisələrində magistr pillələrini ordinatura əvəz edir )
pillələrində həyata keçirilir.
7.
İxtisasartırma təhsili
Fasiləsiz təhsil sisteminə daxil olan
ixtisasartırma təhsili xalq təsərrüfatmm müxtəlif sahələrində
çalışan mütəxəssislərin (müəllim, həkim, mühəndis, texnoloq,
kənd təsərrüfatı mütəxəssisi və s.) ixtisaslannın artırılması və
yenidən hazırlanması ilə məşğul olur.
8.
Aspirantura təhsili.
Ölkəmizdə fəaliyyət göstərən
universitetlərdə, akdemiyalarda, elmi-tədqiqat institutlannda,
habelə özəl universitetlərdə aspirantura təhsili (həm də
dissertantura yolu ilə, tam ali təhsilli mütəxəssisləri elmi dərəcələr
almağa istiqamətləndirilir, həyata keçirilir. Aspirantura təhsilinin
əyani formasmda təhsil müddəti 3, qiyabi təhsil formasında isə 4
ildir. Dissertantura təhsili 5 illikdir.
9.
Doktorantura təhsili
Fasiləsiz təhsil sisteminin zirvəsi
hesab
olunan
doktorantura
təhsili
universitetlərdə,
akademiyalarda, sahə elmi-tədqiqat institutlannda mütəxəssislərin
ən ali elmi dərəcə almalanna istiqamət verir.
10.
ÖzünütəhsiL
Özünütəhsil hər bir adamın öz arzusu,
marağı, meyli və şəxsi təşəbbüsü ilə mütaliə və kütləvi
informasiya (radio, televiziya, qəzet, jurnal və s.) vasitələri əldə
etdiyi təhsildir. Elmi-texniki tərəqqi dövrünün son nailiyyətləri
hesab olunan kompüter texnologiyalan, internet şəbəkələri və sair
vasitəsilə qazanılan təhsil özünütəhsilin ən populyar növü hesab
olunur.
11.
Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrində,
0
cümlədən birlik, stansiya, mərkəz, klub, lektoriya, park, saray,
dəmək, cəmiyyət, büro və sair bu kimi adlar altında fəaliyyət
göstərən müəssisələr də fasiləsiz təhsil şəbəkələrinə daxildirlər.
12.
Distant təhsil, məsafədən təhsil
Hazırda bir sıra ölkələrdə,
0
cümlədən ABŞ-da, Avropanm bir sıra ölkələrində, Rusiyada
tətbiq olunan distant təhsil təhsil alman təhsil
133
müəssisəsinə gəlmədən poçt rabitəsi, internet şəbəkəsi yolu ilə
aldığı təhsil formasıdır - Qərb ölkələrində həm orta, həm də ali
təhsil müəssisələrində distant təhsil forması fəaliyyət göstərir.
Fasiləsiz təhsil sisteminin şəbəkəsinə daxil olan əksər
formalar əsasında həyata keçirilən işlər barədə kifayət qədər
ədəbiyyatın olmasını nəzərə alaraq, biz yalnız magistratura və
distant təhsilinin təşkili ilə bağlı bəzi tövsiyələrimizi və təhsilin
baklavr və magistr pillələrində təcrübələrin təşkili və
keçirilməsilə bağlı bəzi metodik göstərişlərin verilməsini daha
məqsədəuyğun hesab etdik. Fikrimizcə, bu gün ali təhsil
müəssisələrində təhsilin magistratura pilləsində həm müəllimlərə,
həm də magistrantlara magistr proqramlanna qoyulan tələblər,
magistr dissertasiyalarmın hazırlanması, təhsilin həm bakalavr,
həm də magistr pillələrində təcrübələrin təşkili və keçirilməsilə
bağlı bir sıra tövsiyələrin və metodik göstərişlərin verilməsinə
daha çox ehtiyac vardır.
Həmçinin ölkəmizin vətəndaşlanna distant təhsil haqqında
da məlumat verilməsini məqsədəuyğun hesab edirik.
Respublikamızda təhsilin bu forması hələ ki, tətbiq edilməsə də,
Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiya olunduğu
hazırki şəraitdə distant təhsil barədə pedaqoji ədəbiyyatda
məlumat verilməsinə ehtiyac duyulur. Bu ehtiyacı yaradan zəruri
cəhətlər çoxdur. Onlardan biri əgər ölkəmizin vətəndaş- lannın
artıq Rusiyada, Avropada mövcud olan açıq universitetlərdə
distant yolla təhsil almağa maraq göstərmələridirsə, digəri isə
gələcəkdə respublikamızda da distant təhsil formasının
yaradılmasma göstərilən təşəbbüslərin reallaşması ilə bağlı
proqnozlann özünü bariz şəkildə göstərməsidir.
Dostları ilə paylaş: |