64
bununla bağlı baş verən və ya bunlara aid olan hadisələr - şəxsi ziyan, peşə
xəstəlikləri, ölüm və ya şəxsi əmlaka dəyən zərər ilə əlaqədar olaraq Podratçının
hər hansı işçisi (və ya hər hansı Ortaq şirkətinin hər hansı işçisi; bu şərtlə ki,
həmin Ortaq şirkət zərərin və ya xəsarətin yetirildiyi vaxt Subpodratçı olmasın) və
ya həmin işçinin himayəsində olan şəxs ARDNŞ-ə qarşı hər hansı iradlar, tələblər,
iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda Podratçı hər hansı hüquqi və
ya fiziki şəxsin tamamilə, yaxud qismən təqsirindən və ya səhlənkarlığından asılı
olmayaraq həmin ziyanların, itkilərin və məsuliyyətin hamısı üzrə ARDNŞ-ə
kompensasiyalar verir və onu məsuliyyətdən azad edir.
and liability arising under any claim, demand, action or proceeding brought or
instituted against SOCAR by any employee of Contractor (or any Affiliate thereof,
provided that such Affiliate, at the time of the injury or damage, is not acting in
the capacity of a Sub-contractor) or dependent thereof, for personal injuries,
industrial illness, death or damage to personal property sustained in connection
with, related to or arising out of the performance or non performance of this
Agreement regardless of the fault or negligence in whole or in part of any entity or
individual.
(b)
Bu Sazişin müddəalarına əməl edilməsi və ya əməl edilməməsi səbəbindən, yaxud
bununla bağlı baş verən və ya bunlara aid olan hadisələr - şəxsi ziyan, peşə
xəstəlikləri, ölüm və ya şəxsi əmlaka dəyən zərər ilə əlaqədar olaraq ARDNŞ-ın
hər hansı bir işçisi (və ya hər hansı Hökumət orqanı da daxil olmaqla onun hər
hansı Ortaq şirkətinin hər hansı işçisi; bu şərtlə ki, həmin Ortaq şirkət zərərin və
ya xəsarətin yetirildiyi vaxt Subpodartçı olmasın) və ya həmin işçinin himayəsində
olan şəxs Podratçıya qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya
məhkəmə işi başladıqda ARDNŞ hər hansı hüquqi və ya fiziki şəxsin tamamilə,
yaxud qismən təqsirindən və ya səhlənkarlığından asılı olmayaraq həmin
ziyanların, itkilərin və məsuliyyətin hamısı üzrə Podratçının məsuliyyətini ödəyir
və onu məsuliyyətdən azad edir. ARDNŞ müvafiq xahişlə müraciət etdikdə
Podratçı ARDNŞ-ın bu 19-cu Maddə üzrə öhdəlikləri ilə əlaqədar sığorta
ödənişini almaqda ARDNŞ-a kömək göstərmək üçün bütün lazımi hüquqi səylər
göstərir.
(b)
SOCAR shall indemnify and hold harmless Contractor against all losses, damages,
and liability arising under any claim, demand, action or proceeding brought or
instituted against Contractor by any employee of SOCAR (or any Affiliate thereof,
which shall include any Governmental Authority, provided that such Affiliate, at
the time of the injury or damage, is not acting in the capacity of a Sub-contractor)
or dependent thereof, for personal injuries, industrial illness, death or damage to
personal property sustained in connection with, related to or arising out of the
performance or non-performance of this Agreement regardless of the fault or
negligence in whole or in part of any entity or individual. Contractor shall, if
requested by SOCAR, use its reasonable lawful endeavors to assist SOCAR in its
obtaining insurance with respect to its liability under this Article 19.
19.4 Qüvvəyəminmə tarixinədək məsuliyyətdən azad etmə
19.4 Indemnity Prior to Effective Date
Kontrakt sahəsi ilə və ya Kontrakt sahəsində edilən hərəkətlərlə əlaqədar olaraq ARDNŞ-
in və ya onun hər hansı sələflərinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən,
lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən
hadisələr - hər hansı ziyan, ölüm və ya hər hansı itki ilə əlaqədar olaraq hər hansı fiziki və
ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan, hər hansı Hökumət
orqanları Podratçıya və/yaxud onun Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər,
iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ Qüvvəyəminmə
tarixinədək həmin ziyanların, itkilərlərin və məsuliyyətin hamısı üzrə Podratçını və onun
Ortaq şirkətlərini məsuliyyətdən azad edir.
SOCAR shall indemnify Contractor and its Affiliates from and against all losses,
damages and liabilities, arising under any claim, demand, action or proceeding instituted
against Contractor and/or any of its Affiliates by any person or entity, including but not
limited to Governmental Authorities, arising out of or in any way connected with any
injury, death or damage of any kind sustained in connection with or arising from the
Contract Area or any operations of SOCAR or any of its predecessors, prior to the
Effective Date, including but not limited to damage to the environment.
65
19.5 ARDNŞ-ın imtina edilmiş sahələr və əməliyyatlar üzrə məsuliyyətdən azad etməsi
19.5 Indemnity for Surrendered Areas and SOCAR Operations
Aşağıdakı hallarda hər hansı ziyan, ölüm və ya itki nəticəsində, yaxud onunla əlaqədar
olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan,
Hökumət orqanları Podratçıya və/yaxud onun Ortaq şirkətlərinə qarşı hər hansı iradlar,
tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ həmin itkilərin,
ziyanların və məsuliyyətin hamısı üçün Podratçını və onun Ortaq şirkətlərini
məsuliyyətdən azad edir:
SOCAR shall indemnify Contractor and its Affiliates from and against all losses,
damages and liabilities arising under any claim, demand, action or proceeding instituted
against Contractor and/or any of its Affiliates by any person or entity, including but
not limited to Governmental Authorities, arising out of or in any way connected with
any injury, death or damage of any kind sustained in connection with or arising from:
(a)
20.3 bəndinə əsasən və 7.2 bəndinin icrası üçün ARDNŞ-ın apardığı yoxlama
zamanı; habelə
(a)
SOCARs operations pursuant to Article 20.3, and as the result of SOCAR access
pursuant to Article 7.2 and
(b)
27.3 və 27.5 bəndlərinə əsasən Kontrakt sahəsinin Podratçı tərəfindən imtina
edilən hər hansı hissəsi ilə və/yaxud hər hansı əmlakdan istifadənin davam etməsi
ilə və/yaxud 13-cü Maddəyə uyğun olaraq Podratçıdan ARDNŞ-ın nəzarəti və
məsuliyyəti altına verilmiş və belə bir imtinanın tarixindən sonra yığılan əmlakın
ləğv edilməsi ilə və/və yaxud ARDNŞ-ın belə əmlakdan istifadə və onun ləğvi
hüququnu qəbul etməsi ilə, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf
mühitə ziyan vurulması (imtina tarixindən əvvəl və ya sonra Podratçının Qərəzli
səhlənkarlığı nəticəsində irəli sürülmüş hər hansı iradın, iddianı və ya məhkəmə
işinin başlanmasını istisna etməklə) ilə əlaqədar olaraq.
(b)
Any portion of the Contract Area surrendered by Contractor pursuant to Articles
27.3 and 27.5 and/or any continued use of any assets, and/or the abandonment of
any assets, for which SOCAR has assumed control and responsibility from
Contractor pursuant to Article 13 and accruing after the date of such surrender
and/or SOCARs assumption of the use of any such assets and abandonment of any
assets, including but not limited to damage to the environment (but excluding any
claim, action or proceeding which results from Contractors Willful Misconduct
whether occurring before or after the date of surrender).
Kontrakt sahəsinin Podratçı tərəfindən imtina edilən hər hansı hissəsində imtina günündə
və ya ondan əvvəl baş verən hadisələr - ölüm və ya hər hansı ziyan, o cümlədən, lakin
bununla məhdudlaşmadan, ətraf mühitə vurulan ziyan nəticəsində və ya bunlarla əlaqədar
olaraq hər hansı fiziki və ya hüquqi şəxs ARDNŞ-a qarşı hər hansı irad, tələb, iddia irəli
sürdükdə və ya məhkəmə işi başladıqda həmin itkilər, zərər və ya məsuliyyət, habelə
həmin iradlar, tələblər, iddialar və ya məhkəmə işi barəsində bu Sazişin müddəaları və
Podratçının cavabdehliyi Sazişə uyğun olaraq qüvvədə qalmaqda davam edəcəkdir.
In respect of any loss, damage or liability, as well as any claim, demand, action or
proceeding instituted against SOCAR by any person or entity for death or damage of any
kind sustained in connection with or arising from any portion of the Contract Area
surrendered by Contractor and accruing on or before the date of surrender, including but
not limited to damage to the environment, the provisions of this Agreement, and
Contractors obligations hereunder, shall continue to apply.
19.6 Birgə və fərdi məsuliyyət
19.6 Joint and Several Liability
11-ci Maddədə və 26.1 bəndində nəzərdə tutulanlar istisna olmaqla, Podratçının bu Saziş
üzrə bütün öhdəlikləri barəsində Podratçı tərəflər birgə və fərdi məsuliyyət daşıyırlar.
Except as provided under Articles 11 and 26.1 the liability of the Contractor Parties shall
be joint and several with respect to all of the obligations of Contractor under this
Agreement.
19.7 Dolayı itkilər
19.7 Consequential Losses
Bu Sazişin başqa hissələrində zidd gələn hər hansı müddəalara baxmayaraq, bu Sazişdən
doğan və ya bu Sazişlə, yaxud ona aid hər hansı fəaliyyətlə bağlı olan dolayı itkilər
baxımından Tərəflər hər hansı laqeydlikdən asılı olmayaraq heç bir halda, o cümlədən
müqavilə, mülki hüquq pozuntusu ilə əlaqədar və ya hər hansı başqa tərzdə məsuliyyət
daşımırlar. Bu 19.7 bəndinin məqsədləri baxımından “dolayı itkilər“ ifadəsi hər hansı
dolayı itkilər və ya ziyan, o cümlədən bunlarla məhdudlaşdırılmadan, Karbohidrogenlər
çıxarmaq qabiliyyətinin olmaması, Karbohidrogenlər hasilatının itirilməsi və ya
ləngidilməsi, yaxud mənfəətin itirilməsi deməkdir.
With respect to indirect or consequential loss arising out of or in connection with this
Agreement or any activities thereunder, notwithstanding anything to the contrary
elsewhere in the Agreement the Parties shall not be liable whether in contract, tort or
otherwise and regardless of any negligence under any circumstances whatsoever for any
indirect or consequential loss. For the purposes of this Article 19.7 the expression
"indirect or consequential loss" shall mean any indirect or consequential loss or damage
including but not limited to inability to produce Petroleum, loss of or delay in production
of Petroleum or loss of profits.
Dostları ilə paylaş: |