Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


c) Azadlıq və zərurət, azadlıq və məsuliyyət



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

c) Azadlıq və zərurət, azadlıq və məsuliyyət.
İnsanın iradə azadlığının 
sadələşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə əlaqələndirdiyinə 
görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız filosofu P.Holbax qeyd 
edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe olur. Onun iradə azadlığı 
xülyadır. Buxnerə görə, azadlıq – qolu bağlı insanın azadlığıdır, quşun qəfəsdəki 
azadlığıdır. 
Doğurdanda hər şey zəruridirsə, əgər təsadüf, imkan yoxdursa, əgər insan yalnız 
robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu və ya digər 
zərurəti dərk etsə də bu dərketmənin özü də vəziyyəti dəyişdirmir, cinayətkar 
həbsxanada qalmağının zərurətini “dərk etməklə” azad ola bilmir. 
Lakin azadlığın başqa izahı da vardır. Həmin izaha görə, azadlıq necə istəyirsən elə 
hərəkət etmək imkanıdır. Azadlıq – iradə azadlığıdır. İradə – öz mahiyyətinə görə 
həmişə azad iradədir. 
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir. 


35 
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu sındıran 
insanın məhkəməsindən söhbət gedir. Günahkara ona görə bəraət verirlər ki, heç kim 
ona öz qolunun yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əlaqədar məhkəməni 
qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qolunu yelləməyin hüdudu 
digər adamın burnunun yaxınlığında qurtarır. 
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq çox 
vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. Fransız əfsanəsi bir daha sübut 
edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir. 
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı saymağımızdan ibarət deyil, 
ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qanunları 
planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə məcbur edilə 
bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün cismani və mənəvi 
varlığını idarə edən qanunlara aiddir, – bunlar iki qisim qanunlardır ki, bunları biz bir – 
birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra bilərik, gerçəklikdə isə ayıra bilmərik. 
Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara gəlmək qabiliyyətindən başqa bir 
şey deyildir. Beləliklə, insan müəyyən bir məsələ haqqında nə qədər azad mühakimə 
yeridir, bu mühakimənin məzmunu da o qədər böyük bir zərurətlə müəyyən olacaqdır, 
halbuki bilməməkdən irəli gələn və imkan daxilindəki bir çox müxtəlif bir– birinə zidd 
qərarlar arasında guya istədiyini seçib götürən inamsızlıq özünün azad olmadığını, məhz 
özünün tabe edəcəyi şeyə tabe olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini 
dərk etmək əsasında özümüzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də 
azadlıq tarixi inkişafın zəruri məhsuludur (F.Engels). 
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri müqabilində 
əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu və ya 
digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç bir əxlaqi və 
hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə alması faktı ilə də 
eyniləşdirmək olar. 
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh olduğunu 
nəzərdə tutur. 
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq 
məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şəraitin diktə 
etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur, məsuliyyət 
azadlığı istiqamətləndirir. 
Elmi–fəlsəfi dünyagörüşünə görə həm azadlıq, həm də məsuliyyət obyektiv 
səbəbiyyət determinizmin hökm sürdüyü dünyada mümkündür. Məsuliyyət ictimai 
şüurun inkişafı, sosial münasibətlərin səviyyəsi ilə mövcud sosial institutlarla şərtlənir. 


36 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə