Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


arasındakı qanunauyğun, zəruri əlaqələrdən irəli gəlmir



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   31   32   33   34   35   36   37   38   39
304 felsefe m N9dialektika eyani

arasındakı qanunauyğun, zəruri əlaqələrdən irəli gəlmir. 
Əməli fəaliyyətdə yalnız 
mövcud şəraitdən, mövcud olan və fəaliyyət göstərən qanunauyğunluqdan irəli gələn 
real imkana arxalanmaq lazımdır. Lakin obyektiv qanunauyğunluğun mövcud olması 
hələ heç də bu və ya başqa bir real imkanın meydana çıxması üçün kifayət deyildir. 
Həmin qanunauyğunluğun məhz müəyyən formada təzahürünə kömək edəcək şərait 
lazımdır.
İmkanlar eyni zamanda 
konkret
olur. Konkret imkan maddi sistemin inkişafının 
müəyyən mərhələsində, müvafiq şəraitin olması sayəsində mövcud olan imkandır. Əgər 
bütün zəruri şərait olmazsa, hətta ən real imkan da əldən qaçırılır və bu imkan gerçəkliyə 
çevrilə bilmir. Məsələn, toxumda bitkiyə çevrilmək imkanı vardır, lakin bunun üçün ilin 
müəyyən bir vaxtında onu yumuşaldılmış nəm torpağa əkmək, müvafiq temperaturun 
olması və s. lazımdır. Bir çox toxumlar zəruri şərait olmadığına görə cücərmir.


37 
İmkanlar içərisində elələri də vardır ki, onlar 
zəruri
xarakter daşıyır və gec-tez 
reallaşır. 
Mütərəqqi və mürtəce
imkanlarda ola bilər. 
Dövrünü başa vurmuş qüvvə və 
amillərə istinad edən imkan mürtəce, yeni, mütərəqqi qüvvə və amillərə əsaslanan 
imkan isə mütərəqqidir. 
İctimai həyatda imkanların gerçəkliyə çevrilməsi üçün 
insanların əməli fəaliyyəti olduqca zəruridir.


38 
N Ə T İ C Ə 
Məlum olduğu kimi, gerçəkliyin hansı sahəsini öyrənib öyrənməməsindən asılı 
olmayaraq hər bir elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni 
ümumi anlayışlar sistemindən istifadə edilir. 
Ümumiyyətlə, fəlsəfi kateqoriyalar gerçəkliyin ümumi cəhətlərini və əlaqələrini, 
tərəflərini və xassələrini əks etdirən anlayışlardır. Biz artıq bu kateqoriyalardan təkcə, 
xüsusi və ümumi haqqında qısa da olsa məlumat vermişik. Əslində dialektikanın 
kateqoriyaları insanların min illər boyu davam edən təcrübəsinin, onların əmək 
fəaliyyəti və idrakının yekunu, ümumiləşdirilməsidir. Bəzi tədqiqatçıların fikrincə
dünyanı dərk etməyin pillələridir. Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi 
yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv 
zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb– nəticə əlaqələrindən, qanun və 
qanunauyğunluq 
anlayışlarından 
ifadə 
olunan 
səbəbiyyət 
münasibətlərində 
müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir 
konsepsiyasında 
təsadüflər 
dünyasında 
mövcudluğa 
onun 
münasibətinin 
aydınlaşdırılması da tələb olunur. Zərurət– müəyyən şərait olduqda hökmən baş verən 
hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində 
elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də 
bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin 
qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr 
deyilir. Fəlsəfi determinizmin mühüm məsələlə­rindən biri təsadüf kateqoriyasının 
obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir– birindən təcrid olunmuş halda, «saf» 
şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, 
meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. 
Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə 
obyektiv zərurət, qanunauyğunluq gizlənir. 
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də 
müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə 
bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları 
qarşı– qarşıya qoymaq düz deyildir. 
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf 
determinizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determinə 
edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsadüf bu və 
ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Birincisi, 
determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik kateqoriyasının obyektiv 
idrakı əhəmiyyətini heçə endirir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə