Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   2   3   4   5   6   7   8   9   ...   39
304 felsefe m N9dialektika eyani

 
Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu.
 
Bakı, 1996 
11.
Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
 
12.
Адорно Т. В. Негативная диалектика. Пер. с нем. Москва, 2003 
13.
Алексеев П. В., Панин А. В. Теория познания и диалектика. М, 1991 
14.
Берти Э. Древнегреческая диалектика как выражение свободы мысли 
слова // Историко-философский ежегодник 1990. Москва, 1991 
15.
Волчек Е.З. Философия (Учебник). Минск, 2003 
16.
Габидулин Р. Основы философии. Москва, 2003 
17.
Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010 
18.
Диалектика и её критики. Москва, 1986. 
19.
Диалектическое противоречие Москва, 1979 
20.
 
Оруджев З. М.
 
Диалектика как система. Москва, 1973 



GİRİŞ 
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika 
dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi 
müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm 
məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin 
bütün tarixi ərzində inkişaf etmişdir. 
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm 
tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika 
dialektikanın üçüncü tarixi formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif 
variantları da ola bilər. Məsələn, neqativ dialektika, antonimik dialektika, paradoksal 
dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. 
Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti 
qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin 
keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi 
xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir 
və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. 
Onlardan ən başlıcaları olan hərtərəflilik, tarixilik və ziddiyyətlilik prinsiplərini 
göstərmək olar. Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya 
metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir 
və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin naşiri samoslu Andronikin elmə daxil etdiyi 
anlayışdır. O, Aristotelin varlığın və idrakın ümumi problemlərindən bəhs edən 
əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək 
metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə 
parçalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda 
öyrənmək metodundan ibarət olmuşdur.
Deyilənlərdən belə ümumi nəticəyə gəlmək olur ki, dialektika hərəkət və 
inkişaf haqqında elm və universal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən 
keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya 
aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə