Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Materialist dialektikanın strukturu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   2   3   4   5   6   7   8   9   ...   39
304 felsefe m N9dialektika eyani

Materialist dialektikanın strukturu
təbiətin dialektikası, cəmiyyətin 
dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir. 
Deyilənlərdən aydın olur ki, materialist dialektika eyni zamanda həm ontologiya
həm məntiq, həm də qnoseologiya kimi çıxış etməklə onların vəhdətini təşkil edir. 
Fəlsəfi elm olmaq etibarilə dialektikanın mürəkkəb xarakteri onun 
funksiyaları vasitəsilə açılır.
Həm də bu halda dialektikanın funksiyalarının məzmunu 
onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya təbiət, 
cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi verilən 
tərifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıdakılardır:
a) Ontoloji funksiya. 
Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun 
təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm 
olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi 
qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiyyət 
haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş verən 
hadisələrin dialektik xarakterini tədqiq etməlidir. 
b) Məntiqi funksiya. 
Materialist dialektikanın bu funksiyası onun həm də təfəkkür 
haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anlayış və 
kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından istifadə etsələr 
də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. Bu vəzifəni yalnız 
məntiq olmaqla dialektika yerinə yetirir. Lakin məntiq olmaq etibarilə dialektikanı nə 
formal məntiqlə, nə də elmi tədqiqatın məntiqi ilə eyniləşdirmək olmaz. Belə ki, bu 
sonuncular xüsusi elmlər sahəsinə aid olub, dialektikanın tərkibinə daxil olmurlar. 
Dialektika həm də dialektik məntiqdir, bu sonuncu isə materialist dialektikanın ən dərin 
ifadəsidir. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə